Axtarış

The search found 105716 results in 0.027 seconds.

Search results

  1. Nazirlikdən əhaliyə XƏBƏRDARLIQ: 3 noyabradək...

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı və Abşeron yarımadasında qeyri-sabit hava şəraiti ilə bağlı məlumat yayıb.
    Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 2-si gündüzdən 3-ü səhərədək şimal-qərb küləyinin sürətinin 18-23, arabir 25-30 m/s təşkil edəcəyi, gündüz yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir.
    Fasilələrlə yağış yağacaq.

    Muxalifet - 1-11-2019

  2. “KAZIMZADƏ İLƏ AĞAZADƏNİN “PUL DAVASININ” QURBANLARIYIQ” – İqbal Ağazadənin qardaşından və məhkəmələrdən Prezidentə şikayət

    Son illər ölkədə müxtəlif yollara əmlakları əllərindən alınan vətəndaşların sayının artması müşahdə olunmaqdadır. Bəzən sifarişlə qərarlar çıxaran, haqlını deyil, pullunu müdafiə edən məhkəmələrdə hüquqlarını bərpa edə bilməyən vətəndaşlar son ümid yeri kimi ölkə rəhbərliyinə müraciət etmək məcburiyyətində qalırlar.

    Elə şikayətlərinin bir surətini “AzPolitika.info”ya təqdim edən daha bir qrup vətəndaş da bu səbəbdən ölkə Prezidentindən kömək istəyir.

    Muxalifet - 1-11-2019

  3. Врага надо знать в лицо или у нас короткая память?

    29 октября в Баку в Российском информационно-культурном центре и в Бакинском славянском университете открылась выставка под названием «Евгений Примаков: человек и политик». На ней были представлены документы и фотографии из архивов МИД России. За несколько дней до выставки по инициативе посольства России в Азербайджане был проведен конкурс сочинений, посвященный 90-летию Примакова и его роли в международных отношениях в XX и XXI веках. Эссе о Примакове писали студенты факультета международных отношений, регионоведения и журналистики Бакинского славянского университета.

    Muxalifet4 - 1-11-2019

  4. "New Yorkda mənə qarşı kobud davrandılar" deyən Tramp...

    ABŞ prezidenti Tramp, Demokrat Partiyasından olan mer və bələdiyyə başçılarını nəzərdə tutaraq “ milyonlarla dollar vergi ödəyirəm, amma New Yorklu siyasətçilər mənə qarşı çox pis davranırlar”, deyərək daimi iqamətgahını New Yorkdan Floridaya köçürdəcəyini açıqlayıb.
    New Yorkdan olan Respublikaçılar Partiyasının üzvü olan Tramp, New Yorkdakı “Tramp Tower”da yaşasa da vaxtının çoxunu Palm Beachdəki evində keçirir.
    New York meri Andrew Cuomo və bələdiyyə başçısı Bill de Blasio qərarı məmnunluqla qarşılayıb.

    Muxalifet3 - 1-11-2019

  5. Azərbaycanlı hakim yeni uğura imza atıb

    Azərbaycanın kikboksinq üzrə hakimi Aydın Ağabəyov yeni uğura imza atıb.

    Azərbaycan Kikboksinq Federasiyasından Muxalifet.az-a verilən məlumata görə, A.Ağabəyovun beynəlxalq hakimlik dərəcəsi artırılıb. Mütəxəssis buna Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən kikboksinqin WAKO versiyası üzrə dünya çempionatı zamanı nail olub.

    WAKO - Dünya Kikboksinq Təşkilatları Birliyinin baş hakimi Yuri Laxtikov A.Ağabəyova C klass hakimlik dərəcəsini təqdim edib.

    Muxalifet - 1-11-2019

  6. Prezident Təhsil nazirinin SƏLAHİYYƏTİNİ ARTIRDI

    Prezident İlham Əliyev “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1687-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

    Muxalifet - 1-11-2019

  7. Əhalinin ən çox narazı olduğu icra başçıları: Sıra onlara çatır - SİYAHI

    Azərbaycan hakimiyyətinin başlatdığı kadr dəyişikliklərinin növbəti raunduna icra başçılarının əvəzlənməsi ilə start verilib. Artıq Xaçmaz rayonunun və Yevlax şəhərinin icra başçıları yeni kadrlarla əvəzlənib.

    Muxalifet - 1-11-2019

  8. On minlərlə vətəndaşa ŞAD XƏBƏR - İlham Əliyev böyük problemin həlli üçün TAPŞIRIQ VERDİ

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də paytaxtın Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olarkən daha bir mühüm problemin həlli ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova göstəriş verib.

    Muxalifet - 1-11-2019

  9. Əbülfəz Elçibəyin Mehriban Əliyevanın tapşırığı ilə təmir olunmuş evindən VİDEO

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin evi təmir edilib. Ailənin yaxını Çingiz Əliyev evin üç ay müddətində hazır vəziyyətə gətirildiyini deyib. Qeyd edək ki, Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva vəfatından bir qədər əvvəl Birinci vitse-prezident Mehriban Əliyevaya Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən evlərinin təmiri ilə bağlı müraciət ünvanlayıb. Mehriban Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondu tərəfindən evdə yenidənqurma və təmir işləri həyata keçirib.

    Muxalifet - 1-11-2019

  10. "Boeing"də yenidən QƏZA TƏŞVİŞİ: 500-dən çox təyyarə...

    ABŞ-ın “Boeinq” şirkətinin istehsalı olan təyyarələr yenidən texniki nasazlıqla gündəmə gəlib.
    Avstraliyanın Qantas hava yolları şirkətinə aid “Boeinq 737 NG” tipli təyyarə havada ikən çatlamağa başlayıb.
    Təyyarə təcili eniş edib. Bundan sonra dünya miqyasında eyni tipdən olan 50 təyyarənin havaya qalxmasına qadağa qoyulub.

    Muxalifet - 1-11-2019

  11. ​Türkiyə SON NÖQTƏNİ QOYDU: Oradan da çıxacaqlar

    Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyanın şimalındakı vəziyyətlə bağlı açıqlamalar verib. Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Çavuşoğlu Türkiyənin meydanda və masada güclü olduğunu nümayiş etdirdiyini deyib. Türkiyəli nazir terrorçuların Qamışlıdan da çıxmalı olduğunu bildirib. “Rusiya ilə razılaşmamızın mahiyyəti budur: Fərat çayından İraq sərhəddinə və 30 kilometr dərinliyə qədər bütün PKK/YPG terrorçuları çıxarılacaq. 10 kilometr dərinlikdə birlikdə patrul xidməti həyata keçirəcəyik. Terrorçuların çıxarılacağı əraziyə Qamışlı da daxildir.

    Muxalifet - 1-11-2019

  12. Minik avtomobili yük maşını ilə toqquşdu - ölən və yaralanan var

    Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə Goranboy şəhəri ərazisində qeydə alınıb. Yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, daha bir nəfər xəsarət alıb.

    Faktıa bağlı araşdırma aparılır.  

    Muxalifet - 1-11-2019

  13. ​Mağazalarda SUNİ ƏT satılacaq: 5 noyabrdan…

    Rusiyada 5 noyabrdan etibarən mağazalara süni ət satışa çıxarılacaq.
    Muxalifet.az
    xəbər verir ki, ətin istehsalçısı “Beyond meat” ABŞ şirkətidir.
    Süni ət ilk olaraq “Ləzətin əlifbası” mağazalar şəbəkəsində satışa çıxarılacaq.
    Daha sonra ət 29 ticarət nöqtəsinə paylanacaq. Bu ətin tərkibində su, yağ, paxlalı bitkilərdən alınan zülal var. Ət istehsalçıları bildirib ki, bu ət dad və görüntüsünə görə heyvan mənşəli ətdən heç nə ilə fərqlənməyəcək. //Cebhe.info

    Muxalifet - 1-11-2019

  14. Donald Trampın həyatında olan bir-birindən gözəl səkkiz qadın - İvanna, Karla, Rovanne...

    Prezident Donald Tramp həyatında olan qadınlarla da gündəmə gəlməyi bacarıb. Onun həyatında bir-birindən gözəl səkkiz qadın olub. 

    Muxalifet - 1-11-2019

  15. Xərçəngə qarşı dərman hazırlandı - İnsanlar üzərində sınaqdan keçirildi

    ABŞ və Avstraliyadan olan bir qrup alim xərçəngə qarşı dərman hazırladıqlarını elan edib.

    Muxalifet.az xəbər verir ki, “AMG 510” adı verilən dərmanın şişləri azaltdığı, onların inkişafına mane olduğu və parçalayaraq yox etdiyi bildirilir. Bu dərmanı alimlər ilk olaraq siçanlar üzərində test ediblər və müsbət cavab alıblar.

    Muxalifet - 1-11-2019

  16. Tramp İŞİD-in yeni liderindən danışdı: Onun kim olduğunu...

    İŞİD-in artıq yeni bir lideri var. Biz onun kim olduğunu çox yaxşı bilirik.
    Muxalifet.az
    xəbər verir ki, bu haqda ABŞ Prezidenti Donald Tramp tvitter hesabında yazıb.
    Xatırladaq ki, daha əvvəl İŞİD terror təşkilatı lideri Əbubəkr Əl-Bağdadi və onun yerinə gətirilməsi planlaşdırılan Əbu Həsən Əl-Muhacirin öldürüldüyü təsdiqləyib. Terrorçulara yaxın "Telegram" kanallarından yayımlanan səs qeydində Əbu İbrahim Haşiminin İŞİD-in yeni lideri olduğu bildirilib.

    Muxalifet - 1-11-2019

  17. ​III Dünya savaşının ŞOK SSENARİSİ: ABŞ və Rusiya birləşir…

    Yaxın Şərqdəki enerji resurslarına görə III Dünya müharibəsi başlayacaq. Konfliktin tərəfləri Rusiya, ABŞ və Çin olacaq. Onlardan ikisi birinə qarşı birləşəcək.
    Muxalifet.az
    Axar.az-a istinadən xəbər verir ki, bu sözləri türk ordusunun istefada olan generalı Osman Pamukoğlu "III Dünya müharibəsi" adlı kitabında yazıb.

    Muxalifet - 1-11-2019

  18. ​"Müğənnilər borc içindədilər" - Cavanşir

    Əməkdar artist Cavanşir Məmmədov "5/5" verilişinin qonağı olub.
    Muxalifet.az
    xəbər verir ki, müğənni sənət adamlarının maddi durumundan danışıb:
    "Müğənnilər borc içindədilər. Banklarla əlaqə saxlasanız, bilərsiniz kimin nə qədər borcu var. Mənim borcum yoxdur. İşini bilən adam olmalıdır. Evin daxili büdcəsini bilməlisən. Onu bilməyəndə, borca düşür, irəli getmir.

    Muxalifet - 1-11-2019

  19. Azərbaycanlı tələbə Polşada vəfat etdi

    Azərbaycanlı tələbə Polşada vəfat edib. Muxalifet.az xəbər verir ki, Polşa universitetlərindən birində təhsil alan Pərviz Dadaşov ağır xəstəlikdən həyatını itirib. Bildirilib ki, o, bir müddətdir hospitalda müalicə alırmış. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. /oxu.az

    Muxalifet - 1-11-2019

  20. Senatordan şok "soyqırım" etirafı: Buna görə səs verdik

    Amerikalı senator Stiv Kohen ABŞ Konqresinin Nümayəndələr Palatasında qondarma "erməni soyqırımı"na dair qətnamənin siyasi səbəblərdən qəbul olunduğunu etiraf edib.

    Muxalifet.az teleqraf.com-a istinadən bildirir ki, Kohen səsvermədə qanun layihəsinin lehinə səs verdiyini də bildirib:

    "Həmişə erməni layihəsinə etiraz etmişəm, amma bu dəfə lehinə səs verdim. Çünki Türkiyə ABŞ-a hörmət etmirmiş kimi görünür".

    Muxalifet4 - 1-11-2019

Pages