Axtarış

The search found 105716 results in 0.028 seconds.

Search results

  1. “Neftçi” “Qarabağ” oyununda qalib müəyyənləşmədi

    Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura start verilib. İlk oyun günündə bir görüş keçirilib. Lider "Qarabağ" səfərdə əzəli rəqibi, hazırda 2-ci pillədə qərarlaşan "Neftçi"nin qonağı olub. Matç 1:1 hesabı ilə başa çatıb. Bununla da, Ağdam təmsilçisi ən yaxın izləyicisi ilə 8 xallıq fərqi qoruyub. Turun digər oyunları isə noyabrın 2-si və 3-də keçiriləcək. 1 noyabr (cümə) "Neftçi” – "Qarabağ” - 0:0 Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Kamal Umudlu "Bakcell Arena”

    Muxalifet - 1-11-2019

  2. “Barış Pınarı” əməliyyatı: Türkiyə-ABŞ münasibətləri son 10 ildə necə dəyişib?

    ABŞ prezidenti Donald Trump-ın 9 oktyabrda Türkiyə prezidenti Recep Tayyib Erdoğan-a yazdığı diplomatik və etik normalardan kənar məktubu uzun müddətdir ancaq böhran kimi qiymətləndirilə biləcək Türkiyə-Amerika münasibətlərindəki "son nöqtəni" göstərməsi baxımından əhəmiyyətlidir. Amma münasibətlərdəki "son nöqtə" sadəcə hökumətlər arasında gərginliklə bitmədi.

    Muxalifet4 - 1-11-2019

  3. 17-ci mərtəbədən düşən 3 yaşlı uşaq sağ qaldı - FOTO

    Moskvaətrafında yaşayış evlərinin birində 3 yaşlı uşaq 17-ci mərtəbədən yıxılıb. “Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, hündürlükdən düşən körpə sağ qalıb. O, ağır travmalarla xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Məlumata görə, pəncərədən düşən qız evdə tək olub. Polis faktla bağlı cinayət işi açıb.

    Muxalifet4 - 1-11-2019

  4. ABŞ hərbi qüvvələri Axalkalakiyə yerləşdiriləcək? – DETALLAR

    Suriyanın neft və qaz tədarükünə nəzarət etmək üçün 500 ABŞ əsgərinin tanklarla qaytarılması həqiqətən çoxlarını təəccübləndirə bilərdi. ABŞ-ın Fərat çayının sol sahilindəki neft yataqlarının təkcə terrorçulara deyil, eyni zamanda Suriyanın qanuni hakimiyyəti üçün əlçatan olmasını istəməməsi yalnız “öncəgörmə” adlandırıla bilər.

     

    Muxalifet4 - 1-11-2019

  5. Türkiyə XİN-dən açıqlama: Sərhədlərimizdə TERROR DÖVLƏTİ qurmaq istədilər

    Türkiyə XİN naziri Mövlud Çavuşoğlu, "Barış Pınarı əməliyyatına başladıqdan sonra böyük narazılıq yarandığını deyərək, “Burada bir terror dövləti qurmaq istəyirdilər. Bu planın başında isə Fransa və İsrail durur, bunu çox açıq deyirəm. Beynəlxalq narazılığın səbəbləri budur”, deyib. Muxalifet.az “Hürryet”ə istinadla bu barədə xəbər verir. Nazır bunları Akdeniz Universitetinin hüquq fakültəsində 4-cü Dövlətlərarası Türk-Alman Əlaqələri Simpoziumunda çıxışında qeyd edib.

    Muxalifet3 - 1-11-2019

  6. Azərbaycan ABŞ-a NOTA VERDİ - Səfir XİN-ə çağırıldı və ona etiraz notası təqdim edildi

    Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təmsilçisi Masis Mayilyanın ABŞ-a səfər etməsi ilə əlaqədar ABŞ-ın ölkəmizdəki səfiri Örl Litsenberqer Xarici İşlər Nazirliyinə çağırılıb və ona XİN-in etiraz notası təqdim edilib.

    Muxalifet4 - 1-11-2019

  7. Gürcüstanda azərbaycanlılar qəzaya düşüb - Ölən və yaralılar var

    Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Muxalifet.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 19:00 radələrində qeydə alınıb.

    Məlumata görə, Marneuli-Qırmızı Körpü magistral yolunun Tsereteli kəndindən keçən hissəsində "VAZ-2107" markalı avtomobil ötmə əməliyyatını yerinə yetirərkən yolun əks istiqamətindən gələn “Ford” markalı sərnişin mikroavtobusu ilə toqquşub. Minik maşınına daha sonra arxasınca gələn digər “Ford” markalı avtomobil çırpılıb.

    Muxalifet - 1-11-2019

  8. Toyda mübahisə qanla bitdi: yaralılar var

    Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
    Hadisə Binə qəsəbəsində qeydə alınıb.
    “Bənövşə” şadlıq sarayında keçirilən toy məclisində yaranan mübahisə zamanı iki nəfər - 1989-cu il təvəllüdlü Əliyev Samir Heydər oğlu və 1976-cı il təvəllüdlü Əliyev Elçin Qadir oğlu bıçaqlanıb.
    Hər iki yaralı xəstəxanaya çatdırılıb. S.Əliyev və E.Əliyevə qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
    Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. (Oxu.az)

    Muxalifet4 - 1-11-2019

  9. "Bu gün məğlub olsaq, deyərdim ki..." - Roberto Bordin

    "Gözəl oyun oldu, hər iki komanda yaxşı çıxış etdi. Əgər bu matçı boks döyüşü kimi qiymətləndirsək, bir neçə xal qazandıq. Hətta qol da vurduq, amma sayılmadı".
    Muxalifet.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın X turunda evdə "Qarabağ"la qolsuz heç-heçədən sonra deyib.

    Muxalifet - 1-11-2019

  10. “ABŞ hər ay Suriyadan 30 milyon dollarlıq neft çıxarıb” - RUSİYA XİN

    ABŞ qaçaqmalçılıq yolu ilə hər ay Suriyadan 30 milyon dollardan çox dəyərində neft daşıyıb.

    Muxalifet.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

    O əlavə edib ki, Vaşinqton İŞİD-lə mübarizə bəhanəsi ilə Suriyanın şimal-şərqində cinayətkar fəaliyyətlə məşğuldur.

    Muxalifet4 - 1-11-2019

  11. Gürcüstanda keşişlər arasında homoseksuallıq skandalı - KİLSƏDƏ QARŞIDURMA

    Gürcüstan pravoslav kilsəsinin Müqəddəs Sinodu (məclis) mitropolit Pyotr Saavanı Çkondid yeparxiyasının idarəçiliyindən kənarlaşdırıb.

    Yerli mətbuat xəbər verir ki, bununla bağlı qərar protokolunda Pyotr Saavanın iclas gedişində gürcü keşişlər arasında homoseksuallığın baş alıb getdiyi barədə sözləri yer alıb.

    Lakin Sinod onun bu iddialarını iftira və böhtan adlandırıb, keşişin özünü idarə edə bilmədiyini bildirib.

    Muxalifet4 - 1-11-2019

  12. Bakı-Quba yolunda ağır qəza: 4 nəfər ölüb

    Bu gün axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Muxalifet - 1-11-2019

  13. İsrailə raket hücumu: "Dəmir Qübbə" işə salındı...

    İsrailin Siderot şəhəri raket hücumuna məruz qalıb. Axar.az xəbər verir ki, raketin Qəzza zolağından atıldığı bildirilib. İsrailin "Dəmir Qübbə" raket sistemi dərhal aktiv vəziyyətə gətirilib. Raket hücumunun bir neçəsinin zərərsizləşdirildiyi bildirilib.

    Muxalifet4 - 2-11-2019

  14. Kiyevin merinə cinayət işi açıldı - "Kliçko vəzifə səlahiyyətlərindən sui-istifadə edir..."

    Ukrayna Milli Antikorrupsiya Bürosu (UMAB) Kiyev şəhərinin meri Vitali Kliçkoya cinayət işi açıb.

    Bu barədə “RBK-Ukrayna” məlumat yayıb.

    Korrupsiyaya qarşı Ali Məhkəmə vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə UMAB-dan istintaqın başladılmasını tələb edib.

    Qeyd edək ki, bundan öncə Prezident Administrasiyasının rəhbəri Andrey Boqdan bir müddət öncə V.Kliçkonun vəzifəsinin öhdəsindən gəlmədiyini, Kiyev üzərində nəzarəti itirdiyini bəyan etmişdi. Kliçkonun vəzifədən uzaqlaşdırılması ilə bağlı Prezident Administrasiyasına təklif göndərilmişdi.

    Muxalifet4 - 2-11-2019

  15. Türkiyə Bağdadinin yerini bilirdimi? – "Bloomberg"dən SENSASİON İDDİA

    Bloomberg yazır ki, ABŞ kəşfiyyatı ötən həftə İslam Dövləti ekstremist təşkilatının həlak olmuş lideri AbuBəkr əl-Bağdadinin düşərgəsindən tapılmış elektron və kağız sənədlərin təhlili ilə məşğuldur və bu məqamda beyinlərdə olan əsas sual onun Suriyanın Türkiyənin nəzarətində olan hissəsində necə gizlənə bilməsidir.

    ABŞ-ın siyasi dairələrində yaxşı tanınan jurnalist Əli Lakeyin yazdığına görə ABŞ milli təhlükəsizliyinin üç rəsmisi ona məhz bu sualla maraqlandıqlarını deyib.

    Muxalifet4 - 2-11-2019

  16. Azərbaycanda məmur kəndlini döydü

    Goranboyda döyülmə faktı qeydə alınıb. Hadisə rayonun Həmənli kəndində qeydə alınıb. Kənd sakini 1969-cu il təvəllüdlü Mahir Verdiyev Nuru oğlu kənddə su üstündə həmkəndlisi tərəfindən döyülüb. Xəstə yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Xəstəxanadan bildilib ki, 50 yaşlı kişinin vəziyyəti kafidir. Döyülən şəxsin sözlərinə görə, o, Qaramusalı kənd inzibati ərazi dairə üzrə nümayəndəsi Abbasov Hüseynalı tərəfindən su üstüdə aralarında yaranan mübahisə zamanı döyülüb. Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır. /APA

    Muxalifet - 2-11-2019

  17. Hərbi hissəyə HÜCUM: 54 meyit aşkarlandı, 10 nəfər... - FOTO

    Malinin Menaka regionunda, İndeliman ərazisində silahlıların blokposta hücumu nəticəsində 53 əsgər və bir mülki şəxs ölüb.
    Muxalifet.az
    RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkənin rabitə naziri Yaya Sanqare bildirib.
    “İndelimanda silahlı qüvvələrin mövqelərinə hücumdan sonra əraziyə göndərilən əlavə qüvvələr orada 54 meyit aşkarlayıb. Onlardan 1-i mülki vətəndaşdır. Həmin vaxt orada olan 10 nəfər sağ qalıb. Əhəmiyyətli maddi ziyan vurulub. Vəziyyət nəzarət altındadır", - Sanqare özünün tvitter səhifəsində yazıb.

    Muxalifet - 2-11-2019

  18. Azərbaycandan Türkiyəyə səfər edən turistlərin sayı açıqlanıb

    2019-cu ilin sentyabr ayında Azərbaycandan Türkiyəyə 87,895 min turist səfər edib.

    Trend-in məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz azdır.

    Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi bu dövrdə ölkəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payının 1,62 faiz olduğunu açıqlayıb.

    2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə 718,564 min turist səfər edib ki, bu da ötən ilin həmin dövrü üzrə olan göstəricidən 5,51 faiz çoxdur.

    Muxalifet - 2-11-2019

  19. Lavrovdan AĞIR İTTİHAM: Bağdadi ABŞ-ın...

    Rusiyanın Xarici işlər naziri Sergey Lavrov “Rusiya 24” telekanalına müsahibəsində İŞİD lideri Əbubəkr Əl-Bağdadinin ölümü barədə danışıb.
    Muxalifet.az
    xəbər verir ki, Lavrov Bağdadinin “ABŞ-ın bir ixtirası” adlandırıb.
    2003-cü ildə ABŞ-ın İraqa hücumundan sonra baş verənlərə toxunan Lavrov İraqın qanunsuz işğalı, dövləti süqutu və həbsxanalardakı ekstremistlərin amerikalılar tərəfindən sərbəst buraxılmasından sonra İŞİD-in yüksəldiyini vurğulayıb.

    Muxalifet - 2-11-2019

  20. Ermənistan üçün ŞOK: Rusiya ilə əlaqə kəsildi

    Gürcüstandan Rusiyaya gedən Kazbek-Yuxarı Lars avtomagistralı noyabrın 1-də axşam saatlarında bütün növ avtomobillər üçün bağlanıb.
    Publika.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Yol Patrul Departamenti məlumat yayıb.
    Məlumatda deyilir ki, avtomobillərin hərəkəti Mtsxeta-Stepantsminda-Lars avtomagistralının Qudauri-Kobi hissəsində qadağan edilib. Yolun bağlanmasına güclü qar yağması və görmə imkanlarının tam məhdudlaşması səbəb olub.

    Muxalifet - 2-11-2019

Pages