Axtarış

The search found 105716 results in 0.028 seconds.

Search results

  1. Yol Polisindən sürücülərə HAVA XƏBƏRDARLIĞI

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, bu gün günün ikinci yarısından etibarən ölkə ərazisində, xüsusilə Abşeron yarımadasında hava şəraitinin güclü külək və yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsindən Muxalifet.az-a verilən məlumata görə, DYP qeyd olunan hava şəraiti ilə əlaqədar yollarda yarana biləcək yol qəzaları və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə müraciət edib.

    Muxalifet - 2-11-2019

  2. Vitali Kliçkoya qarşı cinayət işi açıldı

    Ukrayna Milli Antikorrupsiya Bürosu boks üzrə ukraynalı keçmiş dünya çempionu və Kiyevin meri Vitali Kliçkoya qarşı cinayət işi qaldırıb. Muxalifet.az xəbər verir ki, Kliçko hakimiyyətdən sui-istifadədə şübhəli bilinir. 48 yaşlı sabiq idmançı Şulyavsk yol ötürücüsünə ayrılmış vəsaitin yoxa çıxmasında günahlandırılır. Qeyd edək ki, Vitali Kliçko karyerasını 2012-ci ilin sentyabrında başa vurub./report.az

    Muxalifet - 2-11-2019

  3. 40 yaşlı xanımların gənc qızlara QİYMƏTLİ TÖVSİYƏLƏRİ

    40 yaşdan yuxarı qadınlar 20 yaşındakılara məsləhətlər verib.
    Publika.az xəbər verir ki, artıq kifayət qədər həyat təcrübəsi olan qadınlar gənclərə qiymətli tövsiyələr verib.
    Zaman hər şeyi öz yerinə qoyur. Yaşla biz həyatı daha dərindən dərk etməyə başlayırıq və nəhayət, başa düşürük: qorxularımızın çoxu əsassızdır və tətbiq olunan stereotiplər həyata yalnız mane olur.

    Muxalifet - 2-11-2019

  4. Çin və Rusiyanın ABŞ-a qarşı gözlənilməz həmləsi – Buzlar üzərində döyüş başlayır

    Rusiya və Çin Arktika bölgəsində buzların əriməsi ilə ABŞ-ın qlobal su yolları üzərindəki hakim mövqeyini almağa çalışır. Publika.az xəbər verir ki, “Bloomberg” nəşri Rusiyanın xam neft ticarətini Arktika bölgəsi üzərindən həyata keçirmək istiqamətində çalışdığını yazıb. Xam neft daşıyan iki tanker Rusiyanın qərbindəki Primorsk limanından çıxaraq, Arktika okeanı üzərində Çinə çatıb. Rusiya və Çin arasında həyata keçirilən bu daşınmanın yükünün neft olması “ABŞ-a ortaq mesaj vermək” kimi qiymətləndirlir.

    Muxalifet - 2-11-2019

  5. Yeni icra başçısından radikal dəyişiklik

    Xaçmaz yeni icra başçısı Elnur Rzayev radikal qərar verib. 

    Muxalifet.az xəbər verir ki, vətəndaş qəbulu günləri barədə olan qaydanın ləğv edilməsi rayon sakinlərini məmnun edib. Qəbul günlərinin ləğvindən sonra iş günlərində icra hakimiyyətinə gələn hər vətəndaş icra başçısı ilə istənilən vaxtda görüşə bilər.

    Yeri gəlmişkən, bundan əvvəl icra başçısının vətəndaş qəbulu həftənin 5-ci günü təşkil edilirdi. /aznews.az

    Muxalifet - 2-11-2019

  6. Amerikalı senatordan ŞOK ETİRAF: "Soyqırımı" qətnaməsini Kardaşyan qəbul etdirib"

    ABŞ Senatının üzvü Ceki Şpeyer Nümayəndələr Palatasında bir neçə gün əvvəl qondarma "erməni soyqırımı”na dair qətnamənin qəbul edilməsinə yönəlik maraqlı məqama toxunub.
    Muxalifet.az yenicag.az-a istinadən xəbər verir ki, Ceki Şpeyerin sözlərinə görə, "soyqırımı” qətnaməsinin qəbuluna erməni əsilli telestar Kim Kardaşyanın ciddi təsiri olub.
    Senator ermənilərin "gizli silahı” adlandırdığı Kardaşyanın həmin qətnamənin qəbulu üçün konqresmenlərlə bir-bir görüşdüyünü, nəticədə məqsədinə nail olduğunu bildirib.

    Muxalifet - 2-11-2019

  7. Rasim Baxşıyevlə Elşad Yaqubov paxlava satıb və İŞİD-ə hərbi ləvazimat göndərib - ONLARIN ƏSL MƏQSƏDİ NƏ İDİ...

    Moskva hərbi məhkəməsi iki Azərbaycan vətəndaşını İŞİD-i hərbi ləvazimatla təchiz etməkdə təqsirli bilib və hərəsini 6 il həbs cəzasına məhkum edib. Virtualaz.org xəbər verir ki, bu şəxslər Moskvada paxlava sexi işlədib pul qazanırdılar.

    Muxalifet - 2-11-2019

  8. Şimal-Qərb bölgəsində ekstremal hava şəraiti - "AZƏRİŞIQ" ASC QABAQLAYICI TƏDBİRLƏR GÖRÜR

    Sinoptiklərin xəbərdarlıq etdiyi kimi bu gün Azərbaycanın şimal-qərb rayonlarında, o cümlədən paytaxt Bakıda və Abşeron yarımadasında şiddətli küləklə müşaiyət olunan kəskin hava şəraiti hökm sürür.

    Belə ki, güclü küləyin elektrik təchizatı təsərrüfatına vura biləcəyi ziyanı nəzərə alaraq "Azərişıq" ASC artıq dünəndən gücləndirilmiş iş rejiminə keçib. O cümlədən regional enerji təchizatı və satışı idarələrində əməkdaşlar, qəza xidmətinin müvafiq texnikası səfərbər olunub.

    Muxalifet4 - 2-11-2019

  9. Moskvadan Maduroya 6 təyyarə dolu nəğd pul göndərildi - PUTİN TRAMPA MEYDAN OXUYUR

    Rusiyanın “Evrofinans Mosnarbank” və “Qazprombank” bankları ABŞ-ın sanksiyası altında olduqları halda Venesuelaya ümumi məbləği 315 milyon dollar olan nəğd pul göndəriblər.

    Virtualaz.org “Bloomberg”ə istinadən xəbər verir ki, pullar 2018-ci ilin mayından 2019-cu ilin aprelinə qədər altı partiyada, təyyarələrlə göndərilib. Vəsaitlər Venesuelanın BANDES bankı üçün nəzərdə tutulub, həmin bank da ABŞ-ın sanksiyaları altındadır.

    Muxalifet4 - 2-11-2019

  10. Vəfat etmiş şəxsin pensiyasını vərəsəsi ala bilər - DSMF-dən AÇIQLAMA / Video

    Əmək fəaliyyəti ilə məşğul olan elə şəxslər var ki, pensiya təyin edildikdən qısa müddət sonra vəfat edir. Təbii ki, həmin şəxsin hesabında müəyyən qədər vəsait olur. Bu zaman həmin vəsaitin aqibəti haqqında müəyyən suallar yarana bilər. DSMF bu məsələyə aydınlıq gətirib. Belə ki, pensiya təyin edilmiş vətəndaşın vəfat etməsindən sonra onun almadığı pensiya ödənişləri vərəsələrinə yönəldilə bilər. Pensiya təyin edilmiş vətəndaşın vəfat etməsindən sonra onun almadığı pensiya ödənişləri vərəsələrinə yönəldilə bilər.

    Muxalifet4 - 2-11-2019

  11. Azərbaycanda "BMW" aşdı - Sürücü öldü, anası yaralandı - FOTO

    İsmayıllı rayonunda minik avtomobili yoldan çıxaraq aşıb.

    Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunun Xanagah kəndi ərazisindən keçən hissəsində, Ax-Ox çayı üzərindəki körpüdə qeydə alınıb.

    Muxalifet - 2-11-2019

  12. İcra başçısının yaxın qohumu qandallandı - SURXAY CƏBRAYILOVUN HƏBSİNİN ŞOK SƏBƏBLƏRİ

    Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin yaxın qohumu həbs edilib. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, Göyçay Gənclər Mərkəzinin keçmiş rəhbəri Cəbrayılov Səməd Surxay oğlu Göyçay rayon sakininin şikayəti əsasında saxlanılıb. S. Cəbrayılovun törətdiyi əməl subuta yetirildiyindən Məhkəmənin qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilib. Xatırladaq ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin yaxın qohum S,Cəbrayılov ötən ilə qədər Göyçayda Gənclər Mərkəzinin direktoru vəzifəsində işləyib.

    Muxalifet4 - 2-11-2019

  13. Qeyri-adi hərəktlər edən heyvanlar və torpağın altında qalan 30 min insan ...- SSRİ-də baş vermiş ən sirli zəlzələ haqqında ilginc faktlar

    Yetmiş il bundan əvvəl Tacikistanda böyük bir zəlzələ baş vermişdi. Fəlakət nəticəsində torpaq sürüşməsi 30-dan çox yaşayış məntəqəsini yerlə yeksan etmişdi və 30 minə yaxın insan diri-diri torpağın altında qalmışdı. Faciə haqqında məlumat İosif Stalinin 70 illik yubileyinə kölgə salmamaq üçün Sovet hakimiyyəti tərəfindən gizlədilmişdi. 10 iyul 1949-cu il. Məhz bu tarixdəki dəhşətli hadisə haqqında indi də az danışılır.

    Muxalifet - 2-11-2019

  14. Lənkərandan Bakıya gələn 31 yaşlı qadın yolda itkin düşdü

    Lənkərandan Bakıya gələn qız itkin düşüb.

    Hadisə rayonun Əşlə kəndində baş verib.

    Kənd sakini, 1988-ci il təvəllüdlü Sadıqzadə Röyalə Rəfaddin qızı oktyabrın 29-da yaşadığı evdən Bakıya getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

    Faktla bağlı araşdırma aparılır (Trend).

    Muxalifet - 2-11-2019

  15. SON DƏQİQƏ: Türkiyə sərhədində DƏHŞƏTLİ HÜCUM - 13 ölü, 20 yaralı - FOTO/VİDEO

    Suriyanın şimalında yerləşən və hazırda Türkiyə ordusunun nəzarət etdiyi Tel Abyad qəsəbəsində törədilən partlayış nəticəsində azı 13 nəfər həlak olub. Publika.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. “Tel Abyadın mərkəzində yerləşən bazarda bomba yüklü avtomobil partladılıb, 13 dinc sakin həlak olub, 20 nəfər yaralanıb”, - nazirliyin məlumatında belə deyilir. Həlak olanların sayının artacağı istisna olunmur. Terror aktının PKK, PYD və YPQ qruplaşmaları tərəfindən törədildiyi ehtimal edilir.

    Muxalifet - 2-11-2019

  16. "Asfaltı çəkib, 7 il istismar qarantiyası vermişdi, amma..." - İCRA BAŞÇISINA QARŞI MƏHKƏMƏ İDDİASI

    Bura Ukraynanın İvano-Frankovsk vilayətinin Kaluqa qəsəbəsidir. Yol çəkmək adı ilə xaraba günə qoyulub. Deyərsiniz, bizə nə dəxli var?

    Muxalifet.az xəbər verir ki, jurnalist Cavanşir Həsənli bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

    Məsələ burasındadır ki, Kaluqa qəsəbəsinin sakinləri bizim məmurlardan birindən, daha doğrusu Qubanın icra başçısı cənab Ziyəddin Əliyevdən şikayətçidirlər. Həmin Ziyəddin Əliyevdən ki, qubalıları ağ günə çıxarıb, indi İvano-Frankovsk əhlini ağ günə çıxarır.

    Muxalifet4 - 2-11-2019

  17. ABŞ Suriyada boşaltdığı bazalara ZİREHLİ TEXNİKA GÖNDƏRİR

    Barış Pınarı Hərəkatı müddətində Suriyanın şimalından çəkilən ABŞ ordusu, Suriya-Türkiyə sərhədindəki Aynularab şəhərindəki bazasına yerləşdikdən sonra Rakka şəhərinin qərbindəki hərbi bazasına da qayıtdı.
    Muxalifet.az bu barədə "Hürriyet"ə istinadla xəbər verir.
    Belə görünür ki, ABŞ ordusu terror təşkilatı YPG/PKK-nın nəzarətində olan bölgələrdəki boşaltdığı bazalarına geri qayıdır.

    Muxalifet3 - 2-11-2019

  18. Bərdədə partlayış: yaralananlar var

    Bərdə rayonunda "Amminal" partlayıcı vasitəsi partlayıb.

    Hadisə Arabaçılar kəndində qeydə alınıb.

    Belə ki, partlayıcı vasitə olan "Amminal" ehtiyatsız davranma nəticəsində gəncin (şəxsiyyəti müəyyənləşdirilir -red) əlində partlayıb. Nəticədə o və həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, "Aminal" partlayıcı vasitədir. Ondan qanunsuz ov zamanı istifadə olunur.

    Muxalifet - 2-11-2019

  19. "Görünür, Araz Əlizadə ya fars, ya da ermənidir" - XANIM HƏMKARINDAN DEPUTAT ARAZ ƏLİZADƏYƏ ŞOK SÖZLƏR

    Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadənin İTV-də yayımlanan 3D proqramının qonağı olarkən Osmanlı İmperiyası barədə səsləndirdiyi fikirlər reaksiya doğurmaqda davam edir. Muxalifet.az xəbər verir ki, aparıcı Dadaş Dadaşlinskinin suallarını cavablandırarkən Araz Əlizadə Osmanlı ordusunu pul qarşılığında xidmət edən muzdlu ordu adlandırmış, Türkiyə və Azərbaycanın isə qardaş ölkə olmadığını iddia etmişdi.

    Muxalifet4 - 2-11-2019

  20. “İran xalqı ABŞ-ın hədə-qorxusu qarşısında boyun əyməyəcək” – Cavad Zərif

    ABŞ İranda yaşayan bütün kişilərə, qadınlara və uşaqlara da sanksiya tətbiq etsə, heç nəyə nail ola bilməyəcək.

    Bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın yeni sanksiyalarına münasibət bildirərkən deyib.

    Yeni sanksiyaları iqtisadi terrorçuluq adlandıran M.C.Zərif bəyan edib ki, İran xalqı zorun və hədə-qorxunun qarşısında heç vaxt boyun əyməyəcək.

    AzərTAc xatırladır ki, ABŞ-ın Maliyyə Nazirliyi İranın tikinti sahəsinə də sanksiyalar tətbiq edib.

    Muxalifet - 2-11-2019

Pages