Axtarış
The search found 105716 results in 0.027 seconds.
Search results
SON DƏQİQƏ: Sabah Türkiyəyə qarşı minlərlə əsgər hərəkətə keçəcək – FOTO
Sabah İsrailin ev sahibliyi ilə keçirilən “Mavi Bayraq” təlimləri başlayır. Publika.az xəbər verir ki, təlimlərə ABŞ, İtaliya, Almaniya və Yunanıstan qatılacağı təlimlər 5 gün davam edəcək. Bu təlimlərin Türkiyənin Aralıq dənizindəki mövqelərinə qarşı keçirildiyi hesab olunur. F-35-lərin də iştirak edəcəyi təlimdə İsrailin 1000 əsgəri iştirak edəcək. İki ildən bir keçirilən “Mavi Bayraq” təlimləri ilk dəfə 2017-ci ildə baş tutub. İlk təlimə qatılan Hindistan və Polşa bu dəfə gəlməyiblər.
Muxalifet - 2-11-2019
Amerikada yaşan azərbaycanlı aparıcı BU FOTOSUNA görə tənqid edildi
Tanınmış aparıcı Günel Hümbətova sosial şəbəkə hesabında paylaşdığı fotosuna görə izləyiciləri tərəfindən tənqid olunub.
BiG.AZ xəbər verir ki, uzun müddətdir Amerikada yaşayan aparıcı həm də blogerliklə məşğul olur. Dəfələrlə şəxsi instaqram hesabında paylaşdığı fotolarla geniş tənqidlərə hədəf olan Hümbətova yeni fotosu ilə hədəf olub.
Xatırladaq ki, Günel Hümbətova evlidir. Həyat yoldaşı Firuz Soliyev ilə birlikdə Amerikada yaşayır. Onlar 2015-ci ilin dekabrında ailə həyatı qurublar. Cütlüyün bu nikahdan Josefina adlı qız övladı var.Muxalifet - 2-11-2019
Deputat Səməd Seyidovdan QƏZƏBLİ AÇIQLAMA - “Primakovun yubileyində iştirak etməmişəm”
Millət vəkili Səməd Seyidov onun Primakovun yubileyi ilə bağlı Bakı Slavyan Universitetinin keçirdiyi tədbirdə iştirak etməsi haqda sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib.
Muxalifet - 2-11-2019
PA-nın yeni rəhbəri haqda BİLİNMƏYƏN FAKTLAR - "Atasını erkən yaşlarında itirib, anası isə..."
"Samir Nuriyevi 2006-cı ildən tanıyıram. Eyni heyətin tərkibində Cənubi Koreyada səfərdə olmuşduq. Onda İqtisadi İnkişaf Nazirliyində çalışırdı". Muxalifet.az xəbər verir ki, bunu "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Prezident Administrasiyasının yeni rəhbəri haqda təəsüratlarını bölüşərkən deyib. O, qeyd edib ki, Samir Nuriyev atasını erkən yaşlarında itirib, elmi işçi olan anasının fədakarlığı sayəsində yaxşı təhsil alıb. "Karyera pillələrində özünün qabiliyyət, intellekt, işgüzarlıq kimi üstün və önəmli keyfiyyətləri hesabına yüksəlib.
Muxalifet - 2-11-2019
QALMAQALLI MÜĞƏNNİ MƏŞHUR AKTYORUN QARDAŞI QIZI İMİŞ: 12 il sonra edilən etiraf - FOTO
Türkiyənin qalmaqallı müğənnisi Ebru Polat açıqlaması ilə gündəmə gəlib.
Muxalifet.az milli.az-a istinadən istinadla xəbər verir ki, ifaçı Kadir İnanırla bağlı etiraf edib. Türkiyənin D kanalından yayımlanan "2-ci sayfa" verilişinə qatılan müğənni Kadir İnanırın doğma əmisi olduğunu söyləyib.Muxalifet - 2-11-2019
Tramp özünü əl-Bağdadi məhv edilərkən fərqlənən itlə müqayisə etdi
ABŞ Prezidenti Donald Tramp, "bir nömrəli terrorçu" Əbu Bəkr əl-Bağdadiyə qarşı əməliyyatda fərqlənən xidmət itini Ağ Evə dəvət edəcəyini bir daha bəyan edib.
Muxalifet.az RİA Novosti-yə istinadən bildirir ki, Missisipidə danışan Tramp özünü Conan adlı həmin itlə müqayisə edib və bildirib ki, media Conan-a daha yaxşı münasibət bəsləyir, nəinki ABŞ Prezidentinə.
Muxalifet - 2-11-2019
"Söyüşün əsasını qoyanlardan birincisi Əli Həsənovdur, bütün mətbuatı onun ixtiyarına buraxmaq çox təhlükəlidir" — Eldar Sabiroğludan Prezidentə ŞOK MÜRACİƏT
Keçmiş YAP-çı deputat: "Heydər Əliyev onun çıxışını kəsdi və sərt şəkildə soruşdu: "Əli, sən indi bizə dərs verirsən? Bir ara gəldin Naxçıvana, sonra yox oldun, gözə görünmədin. Maraqlananda mənə dedilər ki, xeyli vaxtdır ki, Ukraynada "Quska"nın qapançısı işləyir. Get ideoloji tərbiyə alandan sonra gələrsən"
Keçmiş YAP-çı deputat, Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla bağlı ölkə başçısı İlham Əliyevə müraciət edib.
Muxalifet - 2-11-2019
Parkda öpüşən sevgililəri videoya çəkdilər, sonra... - Bakıda hər kəsi ŞOKA SALACAQ HADİSƏ
Bakıda quldurluq etməkdə təqsirli bilinən Sabirabad rayon sakini, 1992-ci il təvəllüdlü Nemət Həsənov və Cəlilabad rayon sakini, 1993-cü il təvəllüdlü Fəqan Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Nemət Həsənov dostu Fəqan Abbasov ilə birlikdə 27 aprel 2016-cı il tarixdə, saat 18.45-də Yasamal rayonu, H.Cavid prospekti ilə Landau küçəsinin kəsişməsində yerləşən Milli Elmlər Akademiyasının inzibati binasının arxa hissəsində olan parka gəliblər.
Qızla görüşən oğlana “cəza”
Muxalifet - 2-11-2019
Azərbaycanda sabiq məmur həbs olundu
Göyçay rayonunda oğurluq etməkdə şübhəli bilinən keçmiş dövlət məmuru həbs edilib. Muxalifet.az xəbər verir ki, rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan İran vətəndaşına və onun Bakıda yaşayan iş ortağı Məmməd Əliyevə məxsus təsərrüfatdan oğurluq edən Göyçay Gənclər Mərkəzinin keçmiş rəhbəri və Göyçay rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri Cəbrayılov Səməd Surxay oğlu şübhəli şəxs qismində saxlanılıb.
Muxalifet - 2-11-2019
SON DƏQİQƏ: Baş Nazir başda olmaqla nazirlər Şamaxıya getdi
Prezident İlham Əliyevin Şamaxıdakı qəzalı məktəbin vəziyyəti ilə bağlı açıqlamasından sonra müvafiq qurumlar hərəkətə keçib. Muxalifet.az xəbər verir ki, hazırda məktəbin qəzalı vəziyyətdə olan binasında avadanlıqların boşaldılmasına başlanılıb. Bu dəqiqələrdə Baş Nazir Əli Əsədov, Fövqəladə Hallar naziri Kamaləddin Heydərov, Təhsil naziri Ceyhun Bayramov, Maliyyə naziri Samir Şərifov və Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev hadisə yerindədir.
Muxalifet - 2-11-2019
Bir şirkət həm halal, həm də donuz piyli kolbasa necə istehsal edir? - ARAŞDIRMA - FOTOLAR
Azərbaycanda "Halal" sertifikatı verilən bir çox ət məhsulları istehsal edən şirkətlər qeyri-halal məhsulların da istehsalatı ilə məşğuldur. Misal üçün qeyd edək ki, “Halal” sertifikatlı "Səhliyalı", "Rosko" kimi bir çox şirkətlərin həm də donuz əti, piyi kimi məhsulları da var. Belə olan halda alıcı təbii ki, digər məhsulların da halal olub-olmamasından şübhəyə düşür.
Muxalifet - 2-11-2019
Azərbaycanda icra başçısının qardaşı oğlu həbs edildi - oğurluğa görə...
Göyçay rayonunda oğurluq etməkdə şübhəli bilinən keçmiş dövlət məmuru həbs edilib.
Unikal.org xəbər verir ki, Göyçay rayon Polis Şöbəsindən APA-ya verilən xəbərə görə, rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan İran vətəndaşına və onun Bakıda yaşayan iş ortağı Məmməd Əliyevə məxsus təsərrüfatdan oğurluq edən Göyçay Gənclər Mərkəzinin keçmiş rəhbəri və Göyçay rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri Cəbrayılov Səməd Surxay oğlu şübhəli şəxs qismində saxlanılıb.
Muxalifet - 2-11-2019
Azərbaycanlı aparıcıdan ÜZÜCÜ XƏBƏR : uşağını itirdi - FOTO
Aparıcı Firuzə Cəlilovanın (Fira) son günlər xeyli çəki alması diqqət çəkib.
BiG.AZ-ın əldə etdiyi məlumata görə, o, üçüncü uşağına hamilə qalıb. Problemli hamiləlik yaşayan Fira bir neçə dəfə xəstəxanaya da düşüb.
Aparıcı hamilə olduğunu təsdiqləyib. O bildirib ki, uşağı özü tələf edib:
"Bir müddət əvvəl hamilə qalmışdım. Uşaq iki həftəlik idi. Amma götüzdürdüm. İki böyük oğlum var. Evdə üçüncü canavara ehtiyacım yoxdur".Muxalifet - 2-11-2019
Dəhşətli qəza ilə bağlı AÇIQLAMA
Daxili İşlər Nazirliyi 4 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən qəza ilə bağlı açıqlama yayıb. Muxalifet.az DİN-ə istinadən xəbər verir ki, noyabrın 1-də saat 21 radələrində Siyəzən rayonu ərazisində Xaçmaz şəhər sakini H.İsmayılovun idarə etdiyi “Lada” və Bakı şəhər sakini S.Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə hər 2 sürücü və sərnişinlərdən 30-35 yaşlı 2 qadın hadisə yerində ölmüş, digər 2 sərnişin isə xəstəxanaya yerləşdirilmişdir. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Muxalifet - 2-11-2019
İki həftə əvvəl həyat yoldaşı ölən Xalq artisti verilişdə OXUYUB, ƏYLƏNDİ - FOTO
Təxminən iki həftə əvvəl həyat yoldaşı dünyasını dəyişən Xalq artisti Teymur Mustafayev (Teymur əmi) ATV-nin canlı efirində qonaq olub. Milli.Az xəbər verir ki, xalq artisti həyat yoldaşı Təbərrik Mustafayevanın dünyadan yenicə köçməsinə baxmayaraq efirdə mahnı oxuyub. Onun xanımı uzun sürən xəstəlikdən sonra vəfat edib. Xatırladaq ki, Teymur əmi 12 il əvvəl oğlunun müəmmalı ölümündən sonra da efirlərdə, əyləncəli proqramlarda qonaq olduğu üçün qınaq obyektinə çevrilirdi.
Muxalifet - 2-11-2019
Azərbaycanlı aparıcının türkiyəli məşhurla elə görüntüləri yayıldı ki... - VİDEO
Azərbaycanlı keçmiş aparıcı Razı Əliyeva sosial şəbəkədə yeni görüntülərini paylaşıb. BiG.AZ xəbər verir ki, aparıcı türkiyəli məşhur müğənni Mustafa Sandalla bir araya gəlib. O qeyd edib ki, müğənni ilə iş birliyinə başlayıb: "Bizə yeni proyektimizdə uğurlar!" Videonu təqdim edirik: Videonu təqdim edirik:
Muxalifet - 2-11-2019
Keçmiş məhbuslar yenidən tutuldu
Binqədədidə avtomobillərdən oğurluq edən keçmiş məhbuslar saxlanılıb.
Daxili İşlər Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş F.İdrisovun, Ö.İsmayıllının, Ş.Əliyevin və A.Əbilovun ətraflarında Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların 2 avtomobildən ümumilikdə 110 manat pul oğurlamaları da müəyyən edilibMuxalifet - 2-11-2019
Əfqanıstanda partlayış - 9 məktəbli öldü
Əfqanıstanın şimal-şərqindəki Tahar əyalətində partlayış olub.
Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində 9 məktəbli həlak olub.
Partlayışın uşaqlar məktəbə gedərkən baş verdiyi bildirilir.
Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.Muxalifet - 2-11-2019
Azərbaycanda daha bir məmur işdən çıxarıldı
DSMF İmişli rayon şöbəsinin müdiri vəzifəsindən azad edilib. Muxalifet.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin müdiri İntiqam Əliyev vəzifəsindən azad edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müvafiq əmr imzalayıb. /APA
Muxalifet - 2-11-2019
Azərbaycanın şahmat yığması Ermənistana qalib gəlib
Azərbaycanın kişi və qadın şahmatçılarından ibarət milli komandaları Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatının son tur oyunlarını qələbə ilə başa vurub.
“Report”un məlumatına görə, qadınların mübarizəsində Ermənistan, kişilərin yarışında isə Sloveniya yığması məğlub edilib. Qadınların görüşündə Günay Məmmədzadənin birinci lövhədə Lilit Mkrtçyan üzərində qələbəsi həlledici olub. Qalan şahmatçılar heç-heçə etdiklərindən 2,5:1,5 hesablı nəticə qeydə alınıb.
Muxalifet - 2-11-2019