Axtarış

The search found 105724 results in 0.028 seconds.

Search results

  1. Lotoreyada 7,6 milyon dollar qazandı

    Kanadada 7,6 milyon dəyərində cek-pot qazanılıb. 

    "Qafqazinfo" xəbər verir ki, "Lotto Max"ın uduşlu lotereyası sakit okean əyalətində Britaniya Kolumbiyasında satılıb.

    Kanada milli lotereyalarının qaydalarına görə, mükafat almaq üçün qazanan bileti təşkilatçılara təqdim etmək lazımdır və qalibin adı açıqlanmalıdır.

    Muxalifet4 - 3-11-2019

  2. Mustafa Sandal azərbaycanlı modellə əyləndi - VİDEO

    Türkiyəli müğənni Mustafa Sandal yenidən gündəmə gəlib. "Qafqazinfo" xəbər verir ki, ifaçının qızlarla əylənərkən çəkilən görüntüsü internetdə yayılıb. Həmin qızlar arasında “Miss Azərbaycan – 2017”in qalibi Raziyyat Əliyeva da olub. Mustafa Sandalla instaqramda şəklini paylaşan R.Əliyeva "Bizə yeni birgə layihədə uğurlar" yazıb.

    Muxalifet4 - 3-11-2019

  3. Təhlükəsizlik Xidmətinin rəhbəri Prezident Administrasiyasının rəhbəri ilə dalaşdı, vurub dişini sındırdı - ZELENSKİNİN OFİSİNDƏ DAVA

    Ukraynanın Təhlükəsizlik Xidmətinin sədri İvan Bakanov Prezident Administrasiyasının rəhbəri Andrey Boqdanovla dalaşıb. Dava zamanı Administrasiya rəhbərinin dişi sınıb. Bu əhvalat haqda Facebook-da ukraynalı jurnalist Stanislav Reçinski yazıb. İnformasiyanı LB.ua internet nəşrinin şef-redaktoru Sonya Koşkina təsdiqləyib. Onun sözlərinə görə, Bakanov və Boqdan oktyabrın 30-da dalaşıblar, hadisə Kiyevin mərkəzi Bankovo küçəsində, ehtimalən prezident Vladimir Zelenskinin ofisində baş verib. Davadan sonra Zelenskinin administrasiyasının rəhbəri dişini itirib və hələ də işə çıxmır.

    Muxalifet4 - 3-11-2019

  4. ​SON DƏQİQƏ: Daha bir şok İSTEFA – Yeni sədr Paşayev olacaq

    Ölkədə aparılan kadr islahatları, uzun müddət eyni vəzifədə qalan və həmçinin pensiya yaşı keçmiş məmurların vəzifədən uzaqlaşdırılması prosesi davam edir. “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, bu proses ölkədə seçki komissiyalarını da əhatə edəcək. Məlumata görə, ilk addımın Mərkəzi Seçki Komisiyasının sədri, 68 yaşlı Məzahir Pənahovun atacağı gözlənilir. 2000-ci ildən, 19 ildir ki, MSK-nın sədri olan M. Pənahovun yaxın vaxtlarda istefa ərizəsini Milli Məclisə təqdim edəcəyi söylənilir.

    Muxalifet - 3-11-2019

  5. Bu ərazidə heç bir canlı orqanizm yoxdur - ALİMLƏRƏDN AÇIQLAMA

    Fransalı alimlər dünyada canlı orqanizmlərin olmadığı yeri aşkar ediblər.

    “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı araşdırma “Nature Ecology & Evolution” jurnalında nəşr olunub.

    Alimlər Efiopiyanın Dallol vadisində heç bir bakteriyanın olmadığını müəyyən ediblər.

    Tədqiqatçılar bu vadidəki suyun tərkibinin isti, turşu (pH ~ 0), həmçinin çox miqdarda maqneziumdan ibarət olan şoran məhluldan ibarət olduğunu öyrəniblər.

    Alimlərin qeyd edir ki, suyun belə bir tərkibi canlı hüceyrələrin məhv olmasına səbəb olur.

    Muxalifet4 - 3-11-2019

  6. Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb

    Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 17 m/s-dək mülayimləşib.
    Neft Daşları stansiyasının məlumatına görə, dalğanın hündürlüyü 4 metrə enib. Hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, 7-12 m/s şimal-şərq küləyinin əsəcəyi gözlənilir.
    Noyabrın 04-də fasilələrlə yağış yağacaq. Cənub- şərq küləyi 5-10 m /s, günün ikinci yarısında arabir 12-15 m/s olacaq.

    Muxalifet - 3-11-2019

  7. Muğamla MEYXANANI sintez etdilər - VİDEO

    Xalq artisti Könül Xasıyevanın Heydər Əliyev Sarayında keçirilən solo konsertinin ikinci günü baş tutub.

    Muxalifet.az xəbər verir ki, xanəndə "Yaşamağa varmı güman" adlı gecədə səhnəni bir çox sənət adamı ilə bölüşüb.

    Muxalifet - 3-11-2019

  8. “ÖzSüt” restoranlar şəbəkəsindən Hacıbala Abutalıbovla bağlı AÇIQLAMA

    “ÖzSüt” restoranlar şəbəkəsinin nə Hacıbala Abutalıbovla, nə də onun oğlu İsrafil Abutalıbovla heç bir əlaqəsi yoxdur. Restoranların sahibi başqa şəxsdir, bu restoranlar nə Abutalıbovların, nə də hər hansı digər vəzifəli şəxslərin nəzarətində və tabeliyində deyildir”.
    Muxalifet.az
    xəbər verir ki, bu fikirləri “yenisabah”a “Hacıbala Abutalıbovun biznes obyektləri nəzarətə götürüldü” başlıqlı yazıya cavab olaraq “ÖzSüt” restoranlar şəbəkəsinin hüquqşünası Roman İsmayılov bildirib. 

    Muxalifet - 3-11-2019

  9. Əhalinin banklardakı əmanətləri artıb

    2019-cu il sentyabr ayının 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq 8 milyard 561,8 milyon manat təşkil edib.
    Əmanətlərin 56,0 faizi xarici, 44,0 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 26,9 faiz artıb, xarici valyutada əmanətlər isə 5,1 faiz azalıb.

    Muxalifet - 3-11-2019

  10. Sabah Bakıya intensiv yağış yağacaq

    Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Muxalifet.az xəbər verir ki, axşam yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 11-14° isti, Bakıda gecə 8-10° isti, gündüz 11-13° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir.

    Muxalifet - 3-11-2019

  11. Yüksək vəzifədə olan qohumlar: QUDALAR, KÜRƏKƏNLƏR...

    Hakimiyyətin başlatdığı kadr dəyişikləri bütövlükdə iqtidar komandasını diqqət mərkəzinə gətirib. 

    Muxalifet - 3-11-2019

  12. ​Güclü külək hasarı aşırdı, SAKİNLƏR QAZSIZ QALDI - Bilgəhdə yaranmış problem hələ də aradan qaldırılmayıb

    Dünən Bilgəh qəsəbəsində, 142 saylı orta məktəbin yanında güclü külək evlərdən birinin hasarını uçurub. Hurriyyet.org xəbər verir ki, hadisə nəticəsində divarın önündə olan qaz borusu sıradan çıxıb. Bu səbəbdən dünən axşam saatlarından etibarən evlərdə qaz kəsilib. Sakinlərin sözlərinə görə, dəfələrlə "Azəriqaz"a müraciət etsələr də, hələ gəlib borunu təmir etməyiblər. Hurriyyet.org

    Muxalifet4 - 3-11-2019

  13. "AXCP ilə Müsavat arasındakı düşmənçilik Elçibəy iqtidarını süquta uğratdı" - ADP SƏDRİ

    "Bu partiyalar indi də bir-birini məhv etmək üçün bir araya gəlir"

    “İlqar Məmmədovla Əli İnsanovun orda olmasını arzulamazdım” 

    Muxalifet4 - 3-11-2019

  14. Beynəlxalq koalisiya İŞİD-in tunellərini məhv etdi

    ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası İraqın Naynava əyalətində İŞİD döyüşçülərinin gizləndiyi ehtimal olunan tunel və mağara sistemlərini məhv edib.

    “TASS” agentliyi xəbər verir ki, İŞİD terrorçularının daldanacaqlarının təsviyyə edilməsi, onları gizlənməkdən və terror planlaşdırmaqdan məhrum edir.

    Pentaqon bildirir ki, döyüşçülər tunellərdə çarpayı, soba, işıqlandırma avadanlıqları quraşdırmışdı. Tunellərin uzunluğu 400 metr idi.

    Muxalifet4 - 3-11-2019

  15. Qəzada ölənlərin ikisinin şəxsiyyəti məlum olub - YENİLƏNİB

    Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.

    “Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, “Mitsubishi” və “Ravon” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər həyatını itirib.

    Onlardan ikisinin şəxsiyyəti müəyyənləşib.

    Onlar, 1979-cu il təvəllüdlü Səbiyeva Həcər Sabər qızı və 1959-cu il təvəllüdlü Həsənov Nazim İsgəndər oğludur. 

    Faktla bağlı araşdırma aparılır.

    ***12:53

    Muxalifet4 - 3-11-2019

  16. ABŞ Türkiyəyə qarşı indi də "Gülən kartı"nı İŞƏ SALIR - “Sürgündə olan din adamı..."

    ABŞ Dövlət Departamenti terrorun daha çox olduğu ölkələr və terrorla mübarizə ilə bağlı illik hesabatının 2018-ci il versiyasını dərc edib. İŞİD-lə mübarizəyə geniş yer verilən hesabatda ABŞ və müttəfiqlərinin terror təşkilatının məhv edilməsində böyük rol oynadığı qeyd edilib. Hesabatda bundan başqa bildirilib ki, İŞİD-lə mübarizə çərçivəsində Suriya və İraqda ümumi 110 min kilometr ərazidə yaşayan təqribən 7,7 milyon insan bu vəhşi qruplaşmanın əlindən qurtarılıb.

    Muxalifet4 - 3-11-2019

  17. Milyonçular Britaniyadan qaçmağa hazırlaşırlar - SƏBƏB...

    Britaniyalı milyarderlər leyboristlərin seçkilərdə qalib gələcəyi təqdirdə, ən qısa zamanda ölkəni tərk etməyə hazırlaşırlar.

    Bu barədə “The Guardian” yazır.

    Milyarderlər ehtiyat edirlər ki, Ceremi Korbin baş nazir olacağı halda, yeni vergilər səbəbiylə milyardlarla funt itirə bilərlər.

    Britaniya hüquq firmalarının mütəxəssisləri milyonçu və milyarder müştərilərinin zəng edərək başqa ölkələrə köçməyə, eləcə də sərvətlərini xaricə köçürməyə kömək etməklərini xahiş edirlər.

    Muxalifet4 - 3-11-2019

  18. Yəhudilərin porno sənayesini niyə yaratdıqları açıqlandı

    Əl-Cəzirə kanalının "Midan Voise" gənclər audioverlişində yəhudilərin porno sənayesinə nəzarəti müzakirə edilib.
    "Sputnik Azərbaycan" xəbər verir ki, 2016-cı ildə Knesset pornosaytlar əleyhinə qanun layihəsi qəbul edib. Sənəddə qeyd olunub ki, böyüklər üçün portallar uşaqlara zərər vurur.
    Sözügedən kanalda "yəhudilər öz ölkələrində pornoqrafiyanı necə qadağan etmək istəyirlər" sualı meydana çıxıb. Qeyd edilib ki, yəhudilər pornonu yayanlar sırasında ilklərdən olublar və onu maliyyələşdiriblər.

    Muxalifet4 - 3-11-2019

  19. Azərbaycanda daha bir süpürgəçi qadın maşının altında can verdi

    Sumqayıt şəhərində süpürgəçi qadını maşın vuraraq öldürüb. Hadisə şəhərin Sahil küçəsində baş verib. Belə ki, Sumqayıt şəhər Təmizlik Departamentinin süpürgəçisi, 1979-cu il təvəllüdlü Şəbiyeva Həcər Səbər qızı keçəni təmizləyən zaman qarşı tərəfdən gələn nəqliyyat vasitəsi onu vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.(Report)

    Muxalifet4 - 3-11-2019

  20. Rusiya hərbi donanması bu ölkəyə daxil oldu

    Rusiyanın Sakit okean donanması Bruneyin Muara limanına daxil olub. Axar.az xəbər verir ki, bu barədə Sakit okean donanmasının mətbuat xidməti informasiya yayıb. Bruneyə daxil olan gəmilər arasında “Varyaq” raket kreyseri, “Admiral Panteleyev” gəmisi və “Peçenqa” tankeri də olub. Gəmilərin Bruneyi 7 noyabrda tərk edəcəyi gözlənilir.

    Muxalifet4 - 3-11-2019

Pages