Qəzada ölənlərin ikisinin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, “Mitsubishi” və “Ravon” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər həyatını itirib.
Onlardan ikisinin şəxsiyyəti müəyyənləşib.
Onlar, 1979-cu il təvəllüdlü Səbiyeva Həcər Sabər qızı və 1959-cu il təvəllüdlü Həsənov Nazim İsgəndər oğludur.
Faktla bağlı araşdırma aparılır.
***12:53
Sumqayıtda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Stansiya Sumqayıt adlanan ərazidə baş verib.
İki avtomobilin toqquşması nəticəsində 3 nəfər həyatını itirib.
Hazırda ölənlərin şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.