Axtarış
The search found 105724 results in 0.121 seconds.
Search results
Rusiyada Lotu Quliyə daha bir cinayət işi açıldı
Azərbaycanlı “qanuni oğru” Nadir Səlifova(Lotu Quli) qarşı Rusiyada daha bir cinayət işi açılıb.
Bu barədə Rusiya telekanallarından birində məlumat verilib. Xəbərdə “Quli Azərbaycanın ən məşhur mafiozu” kimi təqdim edilib və onun Rusiyanın kriminal aləminə ciddi təsiri olduğu bildirilib.
Cinayət işinə gəlincə, Quli kriminal qruplaşmalar yaratmaqda suçlanır. Ona qarşı ittiham isə Rusiyaa qüvvəyə minənən “anti-oğru” adlanan qanunla bağlıdır.Muxalifet4 - 3-11-2019
""Qarabağ"da mənə qarşı düzgün hərəkət etmədilər" - Dino Ndlovu
"Çində vəziyyətim əladır. Burada hər şey məni qane edir". Muxalifet.az-ın xəbərinə görə sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın sabiq hücumçusu Dino Ndlovu deyib. 2018-ci ilin yanvarında Ağdam klubundan ayrılan cənubi afrikalı futbolçu hazırda karyerasını Çində davam etdirir. "Xançjou Qrintaun" komandasının formasını geyinən forvard "Qarabağ"ın oyunlarını izləyə bilmir: "Azərbaycanla Çin arasında 4-5 saatlıq fərq var. "Qarabağ" oynayanda mən artıq yuxuda oluram. Ona görə də matçlara baxmaq imkanım olmur".
Muxalifet4 - 3-11-2019
Binəqədidə "Toyota Prado" "KaMAZ"a çırpıldı - 4 NƏFƏR XƏSARƏT ALIB
Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Xocahəsən qəsəbəsində "Toyota Prado" markalı avtomobil arxadan "KaMAZ" markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində 4 nəfər - 1977-ci il təvəllüdlü Kəlbiyev Zaur Hacıbala oğlu, 1964-cü il təvəllüdlü Quliyev Aqət, 2001-ci il təvəllüdlü Kəlbiyev Rafəddin Elşən oğlu, 1971-ci il təvəllüdlü Əsgərov Elçin Əsgər oglu xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.
Muxalifet4 - 3-11-2019
"Diplomatiyamızın vəzifəsi erməni ordusunun gücü ilə qazanılmış “hərbi-siyasi status-kvo”nun beynəlxalq səviyyədə tanınmasına nail olmaqdır" - ERMƏNİSTAN XİN RƏHBƏRİNDƏN SƏRSƏM AÇIQLAMA
“Əslində, biz heç bir “çıxmaz dalan” görmürük, sakit və soyuqqanlı işləyirik. Çünki bu iş aparılmalıdır”.
Muxalifet4 - 3-11-2019
"Erməni soyqırımının tanınması Dağlıq Qarabağ Respublikasının tanınması üçün geniş perspektivlər açıb" - QONDARMA "DQR"İN "XARİCİ İŞLƏR NAZİRİ" DƏ SƏRSƏMLƏDİ
Ermənistanın ABŞ səfirliyində qondarma "Dağlıq Qarabağ Respublikası”nın nümayəndə heyətinin şərəfinə ziyafət verilib. Muxalifet.az bu haqda Ermənistan mediasına istinadən xəbər verir. Bildirilir ki, Ermənistanın ABŞ-dakı səfirliyində bu ölkəyə "işgüzar səfər"ə gedən qondarma "Dağlıq Qarabağ Respublikası”nın "xarici işlər naziri" Masis Mayilyan və nümayəndə heyətinin şərəfinə rəsmi qonaqlıq təşkil edilib. Tədbirdə Ermənistanın ABŞ-dakı səfiri Varujan Nersesyan giriş nitqi ilə çıxış edib.
Muxalifet4 - 3-11-2019
Tramp Ukraynaya nifrət edir? - ŞOK İDDİA
ABŞ prezidentliyinin ilk günlərində Donald Trampda Ukraynaya qarşı “azğın nifrət” var idi.
Muxalifet.az xəbər verir ki, bu haqda Amerika administrasiyasının indiki və keçmiş əməkdaşlarına istinadən “Washington Post” nəşri yazıb.
Bunun təxmini səbəbi isə Demokratlar Partiyasının, xüsusi halda 2016-cı il prezident seçkilərində Trampın rəqibi olmuş keçmiş dövlət katibi Hilları Klintonla Kiyevin ehtimal edilən əməkdaşlığı göstərilir.
“O sadəcə Ukraynaya nifrət edirdi”, - qəzetin mənbəyi bildirib.Muxalifet - 3-11-2019
SON DƏQİQƏ: Azərbaycanda sərnişin avtobusu AŞDI - 2 ölü, 6 yaralı
Qobustanda avtobus aşıb, 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Şamaxı-Yevlax yolunun 94 km də, Qobustan rayon ərazisindən keçən ərazisində baş verib.
İlkin məlumatlara görə, Bakıdan Şamaxı istiqamətində hərəkət edən sərnişin avtobusu yoldan çıxaraq aşıb. Nəticədə iki nəfər hadisə yerində dünyasını dəyişib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 6 nəfər xəstəxanaya yerləşdirilib.
Ölən və xəsarət alanların şəxsiyyəti hələlik dəqiq bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet - 3-11-2019
ŞOK: Daxili İşlər Nazirliyinin idarə rəisi GÜLLƏLƏNDİ
Rusiya Daxili İşlər Nazirliyinin İnquşetiyadakı ekstremizmə qarşı mübarizə mərkəzinin rəisi İbrahim Eldzarkiyev noyabrın 2-də Moskvanın qərbində güllələnib.
Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hadisənin Akademik Anoxin küçəsində baş verdiyi bildirilir.
Qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.
Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, Eldzarkiyevin öldürülməsi sifarişdir və rəsmi fəaliyyəti ilə əlaqədardır. Bu, istintaqın əsas versiyasıdır, baxmayaraq ki, digər səbəblər də nəzərə alınır.Muxalifet - 3-11-2019
"İŞİD üzvləri öz ölkələrinə geri göndəriləcək" - Süleyman Soylu
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, İŞİD terror qruplaşmanın saxlanılan üzvləri öz ölkələrinə geri göndəriləcək.
Muxalifet - 3-11-2019
Xınalıq və Qırız kəndlərinə 14 sm qar yağıb - Temperatur mənfi 10 dərəcəyədək enib / FOTO
Şimal bölgəsinin yüksək dağlıq yaşayış məntəqələrinə qar yağıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qubanın Xınalıq və Qırız kəndlərində qarın hündürlüyü 14 sm çatıb.
Muxalifet4 - 3-11-2019
Bakıda GÜCLÜ YANĞIN: Ev tamamilə yandı - Xəsarət alan var
Bakı şəhərinin Xəzər rayonunda güclü yanğın olub.
Muxalifet.az xəbər verir ki, rayon ərazisində ümumi sahəsi 100 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 3 otaqlı ev və içərisindəki əşyalar yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Muxalifet - 3-11-2019
Dəhşətli qəzada ölənlərin adları məlum oldu - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi Qobustanda baş verən qəza ilə bağlı rəsmi məlumat yayıb.
Muxalifet.az nazirliyin rəsmi səhifəsinə istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qobustan rayonu ərazisində “Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb.Muxalifet4 - 3-11-2019
Maduronun diplomatları bu ölkədən qovulur... - 48 SAAT VAXT VERİLDİ
Salvador hökuməti Venesuelanın diplomatik korpusunun üzvlərini ölkədən qovur.
“Report” un məlumatına görə, bu barədə ölkə prezidenti Nayyib Bukele özünün “Twitter” səhifəsində məlumat paylaşıb.
Qeyd olunub ki, bu qərara səbəb BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Venesuela ərazisində insan hüquqlarının dəfələrlə pozulması barədə məruzəsi, həmçinin prezident Nayeb Bukelenin Venesuela lideri Nikolas Maduro rejiminin tanınmaması ilə bağlı verdiyi açıqlamalardır.
Diplomatik korpusa ölkəni tərk etmək üçün 48 saat vaxt verilib.
Muxalifet4 - 3-11-2019
"İmpiçment cəhdi macəra və saxtakarlıqdır" - TRAMP
ABŞ prezidenti Donald Tramp Demokrat Partiyasını onun impiçmenti proseduruna 2020-ci ilin seçkilərində qələbəyə nail olmaq üçün təşəbbüs göstərməkdə ittiham edib.
Trampın fikrincə, impiçment cəhdi macəra və saxtakarlıqdır.
"Demokratlar ondan (impiçment prosedurundan - red) siyasi hədəflərə, seçkiləri udmağa çalışmaq üçün istifadə edirlər, hansılarda ki, onlar qələbə qazanmayacaqlar", - deyə Ağ Ev rəhbəri bildirib.
Muxalifet4 - 3-11-2019
“Sülh çeşməsi” Türkiyəni parçalamaq layihəsini növbəti dəfə yırtıb atdı - ŞOK AÇIQLAMA
Türkiyə “Sülh çeşməsi” əməliyyatı ilə Sevrdə 100 il əvvəl ortaya atılmış Türkiyəni parçalamaq layihəsini növbəti dəfə yırtıb atıb və çuxura basdırıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mətin Feyzioğlu bildirib. İmperialistlərin planlarının 3-5 illik olmadığına diqqət çəkən Feyzioğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kiprə çox əhəmiyyət verdiyini və bununla bağlı hər şeyi yaxından izlədiyini bildirib.
Muxalifet4 - 3-11-2019
Mandatı əlindən alınan deputatın satışa çıxardığı 1,5 milyonluq villası / VİDEO
Rafael Cəbrayılov borclarını ödəmək üçün villasını 1.5 milyon manata satışa çıxarıb. Muxalifet.az Real tv-yə istinadən xəbər verir ki, borc qalmaqalına görə deputat mandatı ləğv edilən Rəfael Cəbrayılov villasını borclarını geri qaytara bilməməsi ilə əlaqədar satışa çıxarıb. Cəbrayılovun aldığı borclarla bağlı vətəndaşlar məhkəməyə müraciət ediblər. Hazırda iddia ərizəsinə mülki şəkildə baxılır. Əgər məhkəmədə dələduzluq və ya digər cinayətlər müəyyən edilsə, məhkəmə xüsusi qərar çıxarıb Baş Prokurorluğa göndərəcək.
Muxalifet4 - 3-11-2019
Rusiya Bağdadinin ölümünə inanmır - "...bir material yoxdur"
İŞİD lideri Əbubəkr Bağdadinin öldürüldüyünə dair əlimizdə bir sübut yoxdur.
Muxalifet4 - 3-11-2019
"Bu, Rusiyaya zərə verə biləcək böyük gücdür" - UKRAYNA RUSİYANI DAĞITMAĞIN YOLLARINI AXTARIR
Ukraynalı ekspert Taras Zaqorodni Rusiya nüvə stansiyalarına çata biləcək gücdə olan orta mənzilli raketlərin yaradılması barədə çağırış edib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə mütəxəssis "Qlavred" qəzetinə açıqlamasında deyib. O bildirib ki, Ukrayna Rusiya və rus enerji mənbələrindən asılılığı azaltmalı, raket istehsalını genişləndirməkdən qorxmamalıdır:
Muxalifet4 - 3-11-2019
Rəis və qardaşı belə öldürüldü - ANBAAN GÖRÜNTÜLƏR / VİDEO
İnquşetiyanın Ekstremizmə qarşı Mübarizə Mərkəzinin rəisi İbrahim Elcarkiyev Moskvada öldürülüb.
Axar.az RİA-ya istinadla xəbər verir ki, Elcarkiyev Akademik Anoxin küçəsində güllələnib. Həmin vaxt İ.Elcarkiyevin qardaşı da onunla olub və o da qətlə yetirilib.
İlkin məlumata görə, qatil Elcarkiyevə ən azı 4 güllə vurub. Şübhəlinin “Volkvagen” və ya BMV markalı qara rəngli maşınla aradan çıxdığı ehtimal edilir. daha sonra isə o, Moskvanın cənub-qərbində, cinayət yerindən azca kənarda maşını atıb.
Polis ərazidəki kameraların qeydlərini araşdırır.
Muxalifet4 - 3-11-2019
Külək Bakıda binanın damını dağıtdı
Ötən gün Bakıda müşahidə edilən güclü külək bır sıra fəsadlara yol açıb. Trend-in məlumatına görə, paytaxtın Xətai rayonu, S.Mehmandarov küçəsində yerləşən binanın dam örtüyü güclü külək nəticəsində uçaraq ətrafa dağılıb. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin son məlumatına əsasən, ötən gün şimal-qərb küləyi arabir Bakıda 35 m/s, Sumqayıt və Pirallahıda 34 m/s, Neft daşlarında 31 m/s-dək güclənib, dənizdə isə dalğanın hündürlüyü 7 metr olub.
Muxalifet4 - 3-11-2019