Axtarış

The search found 105724 results in 0.04 seconds.

Search results

  1. NATO-dan gözlənilməz etiraf: Heç kəs Türkiyə kimi…

    NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə barədə sensasion açıqlama verib. Teleqraf.com xəbər verir ki, Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi anti-terror əməliyyatları barədə danışan Stoltenberg heç bir müttəfiq ölkənin Türkiyə qədər suriyalı qaçqın qəbul etmədiyini bəyan edib.

    “Türkiyə 3,6 milyon insan qəbul edib. Heç bir ölkə Türkiyə qədər terror hücumuna məruz qalmayıb”, – deyə Stoltenberq söyləyib.

    Türkiyənin önəmli müttəfiq olduğunu bildirən baş katib, Suriyada İŞİD terrorçularının məhv edilməsində də Türkiyənin böyük rol oynadığını qeyd edib.

    Muxalifet - 3-11-2019

  2. Nəfəsi təmizləmək üçün nanədən 3 dəfə güclü vasitə - SINAYIN

    Bir çox insanlar ağız qoxusuna qarşı, nəfəsi təravətləndirən vasitə  kimi nanə və mentolu tanıyır. Saqqızların çoxu da mentolludur.

    Lakin son elmi araşdırmalar göstərib ki, nanədən də qat-qat effektiv vasitə muskat qozu - kiçik hindistan cevizinin tozudur. Ədviyyat kimi üyüdülüb satılan, istifadə olunan bu ceviz 30 dəfə daha təsirli olub, ağız boşluğunu yandırmadan nəfəsi ən kəskin yeməkdən sonra belə sürətlə təravətləndirir.

    Muxalifet4 - 3-11-2019

  3. "Mazandaran farsının belindən əmələ gəlmişə nə desən azdır" - Eldar Sabiroğludan Araz Əlizadəyə SƏRT SÖZLƏR

    "Ay nadürüstün yekəsi, Nuru Paşa pulu götürərkən dədən-baban fotolentə alıb?" Bir adam ki, bütün qanı, canı, hətta iliklərinə qədər murdar hüceyrə daşıyıcısı olsun, ondan əxlaq, tərbiyə gözləməyin mənası yoxdur. Beləsinin hər cür şərəfsizliyə, ləyaqətsizliyə getməsi mümkündür. Mazandaran farsının belindən əmələ gəlmişə nə desən azdır. Axı türk ona nə edib ki, "metro Tağı" demişkən, yerində rahat otura bilmir, burcudur. "Araksın" bu dəfəki sayıqlaması da təsadüfi deyil.

    Muxalifet4 - 3-11-2019

  4. "Sumqayıt"ın hücumçusu özünü Ronaldu ilə müqayisə edib

    Oyuna yaxşı hazırlaşmış, müsbət və mənfi cəhətlərimiz üzərində çalışmışdıq. İlk yarıdakı imkanlarımızdan yararlana bilsəydik, yəqin ki, 3 xal bizim idi. Amma olmadı. İkinci hissədə yaxşı oynamağa, qollar vurmağa çalışırdıq. İkinci hissədə rəqibin cəmi bir hücumu oldu, o da qolla nəticələndi. İki dəfə hesabda geri düşsək də, sonda bərabərliyə nail olduq".

    "Report"un məlumatına görə, bunu "Sumqayıt"ın futbolçusu Peyman Babayi səfərdə "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının X tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

    Muxalifet - 3-11-2019

  5. Putinin KQB agentliyi dövründəki tərcümeyi-halı ortaya çıxdı: SƏN DEMƏ 1976-cı ildə...

    Rusiya prezidenti Vladimir Putinin tərcümeyi-halı ortaya çıxıb. Publika.az xəbər verir ki, Peterburq şəhərindəki Dövlət Mərkəzi Tarixi və Siyasi Sənədlər Arxivləri aralarında Putinin də olduğu sabiq KQB agentlərinin tərcümeyi-halını ilk dəfə ictimaiyyətlə paylaşıb. SSRİ-nin Kommunist Partiyasının gənclik qurumu olan “Komsomol” tərəfindən toplanan bilgilərdə 23 yaşında KQB agenti olan Putinin idman və özünümüdafiə döyüş növləri ilə bağlı qazandığı uğurları da yer alıb. Xüsusilə, sambo və cüdo döyüş növlərində master dərəcəsi sahibi olduğu və 1976-cı ildə çempionluğa yüksəldiyi vurğulanıb.

    Muxalifet - 3-11-2019

  6. SON DƏQİQƏ: Ərdoğan Suriya ilə sərhədə gəldi və...

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə həmsərhəd olan Şanlıurfa vilayətindəki Quru Qoşunları Komandalığının Birgə Əməliyyat Mərkəzində olub və "Sülh bulağı" əməliyyatı barədə məlumatlandırılıb.
    Əməliyyat mərkəzinə gələndən sonra Ərdoğan əsgərləri salamlayıb.
    Ziyarət əsnasında Türkiyə liderinə "Sülh bulağı" əməliyyatının gedişi haqqında məlumat verilib.

    Muxalifet - 3-11-2019

  7. Azərbaycanda zəncirvari qəzada 5 nəfər xəsarət aldı

    Bərdə rayonunda 3 avtomobilin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Muxalifet.az xəbər verir ki, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb. Belə ki, küçə ərazisində üç minik avtomobili toqquşub. Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəsarət alanların şəxsiyyətləri hələ ki məlum deyil. Faktla bağlı araşdırma aparılır. /report.az

    Muxalifet - 3-11-2019

  8. Mənsimov Oqtay Gülalıyevin ailəsinə YARDIM EDƏCƏK

    Tanınmış sahibkar, "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov hüquq müdafiəçisi Oqtay Gülalıyevin ailəsinə maddi yardım göstərməyə hazır olduğunu bildirib. Oktyabrın 29-da avtomobil vurması nəticəsində O.Gülalıyev ağır kəllə-beyin travması alıb, beyninə qan sızıb. Ağır cərrahiyə əməliyyatından sonra o, komadadır. 

    “Mən şəxsən Oqtay bəyi tanımıram, amma son günlər mənə gələn mesajlardan sonra vəziyyətlə maraqlandım. insanlar durmadan mənə mesajlar və videolar göndərirlər, ona yardım etməyimi istəyirlər”, -M.Mənsimov Facebook səhifəsində yazıb.

    Muxalifet4 - 3-11-2019

  9. SON DƏQİQƏ: sürücü 3 nəfəri bıçaqladı, avtobus dayanacağa girdi, 14 yaralı var - VİDEO

    İstanbul Böyükşəhər Bələdiyyəsinin mətbuat katibi Murat Onqunun açıqlamasına görə, hadisə zamanı yaralananların sayı 14-ə çatıb.

    Necdet K. adlı sürücü əvvəlcə avtobusu dayanacaqdakı sərnişinlərin üzərinə sürüb. Daha sonra əlində bıçaqla avtobusdan enib və 3 nəfərə xəsarət yetirib. Sonra isə Beşiktaş Qülləsindən özünü suya atıb.

    Polis onu sudan çıxarıb və bölməyə aparıb.

    Yaralılardan 2-nin vəziyyəti ağırdır.

    ***

    18:35

    Muxalifet - 3-11-2019

  10. Azərbaycanlı müğənninin qəribə pozları - FOTOLAR

    "Eurovision" təmsilçimiz Diana Hacıyeva "DiHaj" paylaşımları ilə maraq cəlb edir. Muxalifet.az Axşam.az-a istinadən xəbər verir ki, buna zəmin yaradan isə ifaçının qəribə pozlarıdır. Müğənni İnstaqram səhifəsində bu pozları bölüşür. Onun geyimi, saç düzümü və fərqli makiyajı diqqət çəkir. Sözügedən fotolardan bir neçəsini təqdim edirik.

    Muxalifet - 3-11-2019

  11. Sergey Lavrov: Bağdadi ABŞ-ın layihəsi idi

    ABŞ-ın keçirdiyi hərbi əməliyyat nəticəsində öldürülən sabiq İŞİD lideri Bağdadi haqqında qalmaqallar davam etməkdədir.

    Muxalifet - 3-11-2019

  12. MÖHTƏŞƏM GÖRÜNTÜLƏR: 80 min azarkeş "Azərbaycan" deyərək stadionu inlətdi / VİDEO

    Traktor”un İran çempionatının 9-cu turunda “İstiqlal”la ev oyununu (2:4) 80 min azarkeş izləyib.

    Teleqraf.com xəbər verir ki, təbrizli azarkeşlər “Səhənd” stadionunda Azərbaycanla bağlı şüarlar səsləndirib.

    Əsas şüarlar “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!”, “Şəhidləri unutmadıq, unutmarıq”, “Azərbaycan, səlam olsun sizlərə” olub.

    Muxalifet4 - 3-11-2019

  13. Paytaxtın bu yerlərində yarmarkalar açılacaq

    Bakıda yeni yarmarkalar açılacaq.
    Muxalifet.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

    Muxalifet - 3-11-2019

  14. Bakıda ''bomj''ları modelə çevirən bərbər - VİDEO

    Bakıda bərbər küçələri, xüsusən də zibillikləri gəzib səfil həyat yaşayan insanları axtarır.
    Xezerxeber.az-ın məlumatına görə, söhbət bir neçə ildir ki, kişi bərbəri işləyən Ceyhun Mirzəlidən gedir. O, qarşısına məqsəd qoyub ki, normal insanlarla bərabər səfil həyat yaşayan şəxslərin də saçını və saqqalını kəsəcək. Ceyhun Mirzəli artıq bir neçə belə şəxsin saçını səliqəyə də salıb.

    Muxalifet - 3-11-2019

  15. Tramp ABŞ-ı dollar uçurumuna sürükləyir: ŞOKA SALAN RƏQƏMLƏR

    Dünyanın bir nömrəli iqtisadiyyatına sahib ABŞ dövlətinin xarici borcu rekord səviyyəyə doğru gedir.
    Maliyyə Nazirliyinin verdiyi məlumata görə, 23 trilyon dolları keçən milli borc Donald Trampın hakimiyyəti dövründə 16% artıb.
    Bu miqdar 328 milyonluq əhaliyə sahib ölkədə adambaşına 70 min dollara bərabərdir. Vergi mükəlləfiyyəti borcu 186 min 500, 3 aylıq faizi isə 600 milyard dollar.
    Borcun 17 trilyon dollarlıq hissəsi vətəndaşlar və maliyyə qurumları, 6 trilyon isə dövlət qurumlarının payına düşür.

    Muxalifet - 3-11-2019

  16. Trampdan sərt sözlər: İt kimi təslim oldu

    ABŞ Prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək prezident seçkilərindən geri çəkilən rəqibi sabiq konqresmen Beto Orurku itə bənzədib.

    Teleqraf.com xəbər verir ki, Tramp Orurkun bir it kimi təslim olduğunu söyləyib.

    Mississippi ştatında keçirilən mitinqdə çıxışı zamanı ABŞ prezidenti Demokratlar Partiyasından olan Orurku yazıq kimi xarakterizə edib.

    Trampın İŞİD lideri Əbubəkr Bağdadi barədə "it kimi öldü" ifadəsindən sonra Beto Orurk barədə "it kimi təslim oldu" fikirlərini səsləndirməsi diqqət çəkib.

    Muxalifet - 3-11-2019

  17. “Toyda toy yox, məni tutdu” - Rəqsanənin əri ilk dəfə danışdı

    Müğənni Rəqsanə İsmayılovanın əri Fazil ilk dəfə müsahibə verib.

    Muxalifet.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "ATV Maqazin Onlarla"ya danışan ifaçının əri Rəqsanə ilə tanışlıq hekayəsindən söz açıb:

    Muxalifet - 3-11-2019

  18. Evli qadın gizli münasibətdə olduğu sevgilisini güllələdi

    Türkiyədə evli və bir uşaq anası olan qadın sevgilisinin istəyini qəbul etməyərək onu güllələyib.
    Muxalifet.az x əbər verir ki, hadisə İstanbulun Pendik bölgəsində baş verib. Şirin K. adlı qadın 2,5 ildir münasibətdə olduğu dayısıoğlunu öldürüb.
    Qadın səbəb kimi sevgilisinin ondan boşanmağını tələb etməsi göstərib. 49 yaşlı qadın özündən 16 yaş kiçik dayısıoğlu Cezmi İşleni əvvəlcə kürəyindən vurub. Yerə yıxılan kişiyə Şirin K. qəsdən ikinci dəfə atəş açaraq öldürüb.

    Muxalifet - 3-11-2019

  19. Bu ərazilərdə su OLMAYACAQ

    Gecə saatlarından "Sumqayıt stansiyası" və ətraf ərazilərə, həmçinin Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələrinə, habelə ətrafdakı yaşayış massivlərinə sabah axşam saatlarına qədər içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
    Bu barədə Muxalifet.az-a "Azərsu" ASC-dən məlumat verilib.
    Məlumata görə, buna səbəb Sumqayıt Karbomid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsidir.

    Muxalifet - 3-11-2019

  20. Ronaldonun bərbəri qətlə yetirildi - MEYİTİ TAPILDI

    Portuqaliya millisi və “Yuventus”un hücumçusu Kriştiano Ronaldonun əsas bərbəri Rikardo Markes Ferreyra qətlə yetirilib. Qol.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, onun meyiti Sürixdəki oteldə tapılıb. Üzərində bıçaq zərbələri olan meyiti otel təmizləyicisi otağı yığışdırmaq istəyərkən aşkarlayıb. Onun sözlərinə görə, meyit yatağa sərilmiş halda olub. Otaqdan alkoqol iyi gəlirmiş. Qətli kimin törətdiyi bilinmir. Hazırda polis cinayəti törədən şəxs və ya şəxslərin axtarışı ilə məşğuldur.

    Muxalifet - 3-11-2019

Pages