Axtarış
The search found 105724 results in 0.031 seconds.
Search results
“Paşinyanın “hə” deməsi müharibə ehtimalını artıracaq” – Şərh
Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook”dakı səhifəsi üzərindən canlı yayıma çıxaraq bəzi mövzulara toxunub.
“Yeni Sabah” xəbər verir ki, Paşinyanın toxunduğu mövzular arasında Ermənistan-Azərbaycan münasibətləri də yer alır. Məsələn, Ermənistanın baş naziri deyib ki, il yarım ərzində Ermənistan-Azərbaycan sərhəddində gərginlik xeyli azalıb. Paşinyan gərginliyin keçmiş illərdə də olduğunu bildirsə də, belə bir əlavəsini də unutmayıb: “Təhlükə hər zaman var, ancaq 3, 4 və ya 5 il bundan əvvəllə müqayisədə sərhəddə gərginlik xeyli azalıb”.
Muxalifet - 4-11-2019
“Vədimə əməl edə bilmədim” - İngiltərənin baş naziri ÜZR İSTƏDİ
Vəzifə başına keçəndən bəri 31 oktyabr tarixində Böyük Britaniyanın Avropa İttifaqını tərk edəcəyini vəd eləmiş baş nazir Boris Conson sözünü yerinə yetirə bilmədiyi üçün üzr istəyib.
Proses Consonun istədiyi kimi irəliləmədiyindən ayrılıq 31 yanvar tarixinə qədər təxir salınıb. Baş nazir bu vəziyyətə görə çox təəssüfləndiyini bildirib.
Şotlandlara müstəqillik referendumu keçirməyə imkan verilməyəcək
Muxalifet - 4-11-2019
Müsavat Məclisində Tofiq Yaqublunun cəzalandırılması təklif olunub? - PARTİYADAN AÇIQLAMA
Müsavat Partiyasının Məclisində təşkilatın üzvü Tofiq Yaqublunun cəzalandırılması təklif edilib.
Bu barədə Müsavat üzvü Könül Şamilqızı yazıb. Lakin o, təklifin kim tərəfdindən səsləndirildiyini açıqlamayıb.
“Azərbaycan hakimiyyəti Tofiq Yaqubluya işgəncə verir, öldürürcəsinə döyür, cəzalandırır ki, mübarizədən çəkilsin.
Muxalifet4 - 4-11-2019
Meteohəssas insanlara XƏBƏRDARLIQ - Gilavar güclənəcək
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 5-də səhər yağışın tədricən kəsiləcəyi, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 15-17, Bakıda gecə 9-11, gündüz 15-17 dərəcə isti təşkil edəcək.
Muxalifet - 4-11-2019
“Yalnızlığın ən ağır formasını yaşayıram” – KEÇMİŞ PREZİDENT
“Son günlər aparılan islahatları müsbət dəyərləndirirəm. Çox yaxşı haldır ki, pensiya yaşı çoxdan keçmiş bəzi məmurlar da cənab Prezidentin çağırışına etinasız yanaşmadılar, istefa verdilər”.
Muxalifet.az bildirir ki, bu fikirləri modern.az-a açıqlamasında Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov aparılan islahatlarla bağlı danışarkən deyib.
O bildirib ki, gənclərə həmişə yol vermək lazımdır:Muxalifet4 - 4-11-2019
Peskov Ukraynadan qaz tranziti ilə bağlı BƏYANAT verdi
“Rusiya tərəfi Ukraynadan keçərək Avropaya qaz çatdırılmasından imtina etmir, lakin Ukrayna hakimiyyəti Moskva ilə bu sahədə yaxınlaşmağa cəhd eməlidir”, - Rusiya prezidentinin mətbuat katibi Dmiri Peskov “Rossiya 1” telekanalına verdiyi müsahibəsində deyib.
Muxalifet3 - 4-11-2019
İlham Əliyevin çağırışından sonra Rövnəq Abdullayev gəncləri yüksək vəzifələrə təyin etdi – Rəsmi
Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinatlar olub. Muxalifet.az Oxu.Az-a istinadən xəbər verir ki, Adnan Əhmədzadə SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini vəzifəsinə təyin edilib. Adil Vəliyev isə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin müdiri vəzifəsinə gətirilib. Xatırladaq ki, Adnan Əhmədzadə bundan əvvəl Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi vəzifəsində çalışırdı. Adnan Əhmədzadə A.Əhmədzadə 1978-ci ildə Bakıda anadan olub.
Muxalifet - 4-11-2019
Dünyanın ən zəngin azərbaycanlısı 6 günə 800 milyon dollar QAZANDI
Azərbaycan əsilli rusiyalı iş adamı, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov son 6 gün ərzində sərvətini 800 milyon dollar artırıb.
Muxalifet - 4-11-2019
TÜRK DEPUTATDAN ARAZ ƏLİZADƏYƏ "TƏRS ŞİLLƏ": "Şərəfsizə zorla şərəf verməyəcəyik"
Türkiyəli siyasətçi, keçmiş millət vəkili Sinan Oğan millət vəkili Araz Əlizadənin İctimai Televiziyada yayımlanan 3D verilişində qonaq olarkən türklərlə bağlı səsləndirdiyi fikirlərə cavab verib.
S.Oğan bu barədə özünün Tvitter səhifəsində yazıb.
O, “Əbülfəz Elçibəy: ”Türk deyiləm” deyənə qarşı əsla israr etməyin. Allahın bəxş etdiyi şərəfi istəməyən şərəfsizə biz zorla şərəf verməyəcəyik”, - qeydini yazıb.
Muxalifet4 - 4-11-2019
Rusiyadan Azərbaycana XƏYANƏT - Moskvada qondarma "DQR"-in tədbiri...
Noyabrın 3-də Moskvada qondarma “Dağlıq Qarabağ”ın qondarma naziri Masis Mailyan, Gənclər və Turizm naziri Lernik Hovhannisyan, Ermənistanın Rusiyadakı səfiri Vardan Toganyan “Dağlıq Qarabağ” sənətçilərinin sərgisində və Xankəndinin ” VELANCE " vokal qrupunun konsertində iştirak ediblər.
Muxalifet.az bu barədə lragir.am saytına istinadla xəbər verir.
Sərgidə, həmçinin Rusiya, Belarusiya, Gürcüstan, Hindistan və digər ölkələrin rəssamlarının Dağlıq Qarabağda çəkdiyi rəsm əsərləri nümayiş olunmuşdur.
Muxalifet.azMuxalifet3 - 4-11-2019
İsrail səfirliyi Azərbaycanda fəaliyyətini bərpa etdi
İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa edib.
Ötən həftə İsrailin Xarici İşlər Nazirliyi bildirmişdi ki, ölkənin Maliyyə Nazirliyinin xaricdəki nümayəndəliklərlə bağlı verdiyi qərarından sonra "xaricdəki bütün diplomatik nümayəndəlikləri bağlamağa məcburdur".
Səfirliyin mətbuat xidmətinin rəhbəri Sahilə Mustafayeva BBC News Azərbaycancaya deyib ki, hələ ki, məsələ ilə bağlı danışıqlar gedir, amma səfirliklər öz fəaliyyətlərini bərpa ediblər.
"Ötən cümədən bəri səfirlik çalışır", o bildirib.Muxalifet4 - 4-11-2019
Erməni nazirdən MÜHARİBƏ ANONSU - "Ən azı 4 ölkədən müasir silahlar alırıq..."
Rusiya bu ilin dekabrında və 2020-ci ilin yanvar-fevralında Ermənistanı Su-30 qırıcıları ilə təmin edəcəkdir.
Muxalifet.az xəbər verir ki, bu barədə bu gün erməni nazir David Tonoyan parlamentdəki jurnalistlərə açıqlama verib.
Tonoyan qeyd edib ki, Ermənistan ən azı 4 ölkədən müasir yeni silahlar alır.
Muxalifet.az
Muxalifet3 - 4-11-2019
TRAMPDAN ERMƏNİLƏRƏ DAHA BİR DƏSTƏK – Ermənistana maliyyə yardımı 40 faiz artırıldı
2019-cu il ərzində ABŞ hökumətinin Ermənistana maliyyə yardımı artmaqda davam edib.
Muxalifet4 - 4-11-2019
Hökməlidə marşrut avtobusu ağır qəza törətdi – ÖLƏN VAR
Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 3-də saat 12 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Yalçın Məlikov idarə etdiyi “İsuzu” markalı xətt avtobusu ilə yolu keçən qəsəbə sakini Gülcahan Məmmədovanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.Muxalifet - 4-11-2019
Kənddə yüksək rütbəli polisin qətlini bayram ediblər - HAVAYA FİŞƏNGLƏR BURAXILIB, AVTOMATLARDAN ATƏŞ AÇILIB...
Rusiya Daxili İşlər Nazirliyinin İnquşetiya üzrə ekstremizmlə mübarizə Mərkəzinin (“E” mərkəzi) rəhbəri İbrahim Elcarkiyevin Moskvada qətlə yetirilməsini onun ehtimal olunan düşmənləri havaya fişənglər buraxmaqla və avtomatlardan atəş açmaqla bayram ediblər.
Muxalifet - 4-11-2019
Hacı Şahin sonsuz qadına məsh çəkdi, 10 ay sonra uşaq dünyaya gəldi? - FOTO
Artıq bir neçə gündür sosial şəbəkələrdə Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənlinin sonsuz ailələrə uşaq bəxş etmək kimi məharətinin olması ilə bağlı müzakirələr gedir. Ayrı-ayrı səhifələrdə edilən paylaşımlarda Hacının əli ilə sonsuz qadının qarnına məsh çəkməsindən sonra övladı olduğu iddia edilir: “7 ildir ki, övladımız olmurdu. Bir dəfə yoldaşımla bir məclisdə Hacı Şahinlə rastlaşdıq. Ona problemimizi danışdım. Dedim ki, 7 ildir övlad üzünə həsrətik. Hacı yoldaşımın gözlərinə baxdı, sonra əlini uzadıb qarnına yüngülcə məsh çəkdi.
Muxalifet - 4-11-2019
SON DƏQİQƏ: İran konsulluğuna DƏHŞƏTLİ HÜCUM - ölənlər və çox sayda yaralılar var
İraqda davam edən kütləvi etiraz aksiyaları zamanı Kərbəlada İran konsulluğuna hücum olub.
Publika.az xəbər verir ki, etirazçılar konsulluq binasının qapısını yandıraraq, içəri girməyə çalışıblar. Lakin konsulluq mühafizəçiləri ilə toqquşma baş verib.
Nəticədə 5 nəfər həlak olub, çoxsaylı yaralılar var. İddialara görə, konsulluq binasındakı İran bayrağı İraq bayrağı ilə dəyişirilib.Muxalifet - 4-11-2019
“BU, ŞƏHİD RUHUNU TƏHQİR ETMƏKDİR” – Göyçaylı sahibkar: “İşbaz Əfqan Salmanov məni şantaj etmək üçün şəhid anasını qabağa verib”
Göyçay rayonu, Çayarxı kənd sakini İbrahimov Eldəniz Dursunəli oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Göyçay şəhəri, Nətavan küçəsində yerləşən mağazada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu deyən şikayətçi yazır: “Mənim həmin ərazidə qəssab mağazam var, halal pulumla, qanuni qaydada inşa etdirib, orada ət kəsimi ilə məşğul olub, həm dövlətə vergi ödəyirəm, həm də ailəmi dolandırıram. Göyçayda hamının işbaz kimi tanıdığı Salmanov Əfqan Salman oğlu mənim sahibkarlıq fəlaiyyətimə mane olub, mağazamı əlinə keçirmək istəyir.
Muxalifet4 - 4-11-2019
“Bəlkə də bunun Azərbaycanda yayılmasında kimlərsə maraqlıdır...” - Vəziyyət xaotik hal alır
Azərbaycanda əhalinin 15,3 faizi siqaret çəkir.
2018-ci ildə aparılmış ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, Azərbaycanda 15-19 yaşlı əhalinin 0,1 faizi, 20-44 yaşlı əhalinin 13,4 faizi, 45-64 yaşlı əhalinin 21,7 faizi siqaret çəkib. Hazırda ölkədəki kişilərin 31,9 faizi siqaret aludəçisidir.
Bəs Azərbaycanda siqaret çəkənlərin sayının artmasına səbəb nədir?
Mövzu ilə əlaqədar “Yeni Sabah”a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, kifayət qədər maarifləndirmə işləri aparılmır:
Muxalifet - 4-11-2019
Ukraynada «vurulmaz» raket yaradıblar – Rusiyaya qarşı durmaq üçün…
Ukraynalı mühəndislər gəmiyə qarşı səsdən sürətli «Molniya» raketi işləyib hazırlayıblar. Onlar iddia edirlər ki, bu raketi vurmaq «praktiki olaraq mümkün deyil».
«Strana.ua» nəşrinin yazdığına görə, raketi Dnepropetrovsk «Yujnoe» konstruktor bürosunda yaradıblar və «Silah və təhlükəsizlik-2019» sərgisində təqdim ediblər. Yeni raketlərlə Ukrayna hərbi-hava qüvvələrinin Su-27 və Su-24M qırıcılarının təchiz ediləcəyi gözlənilir.
Muxalifet - 4-11-2019