Axtarış
The search found 105724 results in 0.055 seconds.
Search results
SON DƏQİQƏ: Polis mayoru Elşad Hacıyevi öldürməklə hədələyən şəxs TUTULDU - Foto
Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevi ölümlə təhdid edən şəxs saxlanılıb.
Muxalifet.az BakuPost-a istinadən xəbər verir ki, məhkəmə qərarı ilə onun barəsində həbs qəti imkan tədbiri seçilib.
Saxlanılan şəxslə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, “Evez VAhidovic” adlı naməlum sosial şəbəkə istifadəçisi polis mayorunun fotosunu belə bir mətnlə paylaşıb: “Kim bunu qətlə yetirsə 10 000 AZN manat verəcəm”.Muxalifet - 4-11-2019
Mustafa Sandalla bir araya gələn "Azərbaycan gözəli" Banunun atası ilə sevgili olub - FOTO
Ötən gün mediada "Azərbaycan gözəli" Razı Əliyevanın türkiyəli müğənni Mustafa Sandalla görüntüləri yayılıb. BiG.AZ xəbər verir ki, "Miss Azərbaycan – 2017” yarışmasının qalibi Raziyyat Əliyeva M. Sandalın gələn il Bakıda keçirələcək konsertinin tanıtım videosu üçün çəkiləcək. Onlar keçmiş müğənni Mehin Hümbətova, model- aparıcı Raziyyat Əliyeva, model Kamilə Babayeva, bloqqerlər Kamilə və Lirikadır. Pop ulduz artıq 3 gündür ki, sözügedən xanımları İstanbulda qonaq edir. Azərbaycanlı xanımlar tezliklə video- rolik üçün kamera qarşısına keçəcəklər.
Muxalifet - 4-11-2019
"Vətəndaşları narahat edən problemlərə reaksiya verilmir" - İlham Əliyev
"Əlbəttə ki, rayon icra hakimiyyətləri tərəfindən vətəndaşlara diqqət yüksək səviyyədə olmalıdır. Bəzi hallarda vətəndaşlar incidilir, onların problemlərinə reaksiya verilmir. Bəzi hallarda vətəndaşlardan qanunsuz olaraq müəyyən vəsait tələb edilir, rüşvətxorluq halları baş verir".
Muxalifet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 4-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən deyib.
Muxalifet - 4-11-2019
Sızanaqlardan xilas olmağın YOLLARI - Həkim MƏSLƏHƏTİ
Üzü tez-tez yumadıqda və kifayət qədər maye qəbul etmədikdə dəridə müəyyən problemlər ortaya çıxa bilər. Bununla yanaşı, yeniyetməlik dövründə yaranan sızanaqların, yağlı dəridəki qara nöqtələrin aradan qaldırılması üçün dəriyə xüsusi qulluq etməyə ehtiyac duyulur. Həmin problemlərdən əziyyət çəkənlər hansı üsula əl ata bilərlər?
Muxalifet - 4-11-2019
“Nar” gənclərin şəxsi inkişafına töhfə verməyə davam edir
Ölkənin ən gənc mobil operatoru “Nar”, gənclərin şəxsi və peşəkar inkişafına təkan verən təşəbbüsləri dəstəkləməyə davam edir. Belə ki, mobil operator dünyanın ən böyük tələbə təşkilatı AIESEC-in təşkilatçılığı ilə ötən gün baş tutan "Networking. Global Volunteer və Peşəkar Mühit" tədbirinin baş sponsoru qismində çıxış edib. “Qlobal Könüllü” proqramının məzunlarını və ölkənin iri korporativ şirkətlərinin professionallarını bir araya gətirən tədbir gənclərə faydalı ünsiyyət qurmaq şansı yaradıb.
Muxalifet4 - 4-11-2019
“O qədər genişlənib ki, ölkənin iqtisadiyyatına...” - Biznesimizə toy tutan toylarımız
Məlum olduğu kimi, artıq Məyərrəm ayı geridə qalıb və Azərbaycanda toy mövsümü başlayıb. Bununla da bir çox sahədə çalışanların, sahibkarların üzü gülməyə başlayıb.
Araşdırmamız nəticəsində məlum olub ki, ölkəmizdə Məhərrəmlik vaxt, yəni toylar dayananda toy mərasiminə aid olan ləvazimatlar, obyektlərlə yanaşı digər bir çox sahələrdə də durğunluq yaşanır. Belə ki, bərbərlər, taksi sürücüləri, hətta diş həkimləri belə sahələrinin demək olar ki, çökdüyünü bildirirlər.
Muxalifet - 4-11-2019
Nazirlik Qarabağ əlilindən “sanatoriya pulu” TƏLƏB EDİR - Əlillər sosial, hüquqi və siyasi yöndən tam hüquqsuz durumdadır
Qarabağ Qaziləri Abbaszadə Xaliq, İsmayılov Müşfiq, Süleymanov Güloğlan, Əhmədov Mirbaba və Hüseynov Eldar tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub.
Muxalifet4 - 4-11-2019
İşdən çıxarılan icra başçsı sabiq nazirə abidə hazırlatdı - FOTO
Xaçmaz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Şəmsəddin Xanbabayev Dərbənddə Hüseyn Rəsulbəyova abidə hazırladır.
Muxalifet.az xəbər verir ki, bu barədə Unikal.org-a Ş.Xanbabayev özü məlumat verib. O, hazırda Dağıstan Respublikasında olduğunu bildirib:Muxalifet - 4-11-2019
Dolların məzənnəsi sabit qaldı
Noyabrın 5-nə manatın məzənnəsi açıqlanıb.
Mərkəzi Bankdan Muxalifet.az-a verilən məlumata görə, 05.11.2019-cu il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, 2019-cu il noyabrın 4-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.
Muxalifet - 4-11-2019
BDU-da əməkhaqqı ödənişi hər ay niyə yubadılır? – “SON 5 AYDIR MAAŞIMIZI UNİVERSİTET GECİKDİRİR…”
Bakı Dövlət Universitetinin (BDU) əməkdaşı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımızda bəlli səbəblərdən adının çəkilməsini istəməyən şikayətçi bildirir ki, son aylar BDU-da maaşlar gecikdirilir: “Mən 7 ildir ki, Bakı Dövlət Universitetində fəaliyyət göstərirəm. İndiyə qədər aylıq maaşımız vaxtında verilirdi. Belə ki, ayın 31-də və ya 1-də artıq maaşımız alırdıq. Son 5 aydır ki, hər dəfə bizim maaşımızı universitet gecikdirir(Maaşı “Kapital Bank”dan alırıq).
Muxalifet4 - 4-11-2019
Vilayət Eyvazovdan yeni Təyinat
Göygöl Rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinə yeni rəis təyin olunub.
Muxalifet.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, kapitan Məmmədzadə Nəriman Ağahüseyn oğlu bölmə rəisi vəzifəsinə təyin edilib.
Bildirək ki, təyinatdan əvvəl Sarısu Polis Bölməsində rəis vəzifəsini polkovnik-leytenant Elşən Quliyev icra edib. /oxu.az
Muxalifet - 4-11-2019
Vüsalə Əlizadədən GÖZLƏNİLMƏZ SÖZLƏR: Heç bir insanın...
Aparıcı Vüsalə Əlizadə yaşadığı travmaların onu çox dəyişdiyini bildirib.
Publika.az xəbər verir ki, İnstaqramda yeni fotosunu paylaşan ulduz həyatın onu dəyişdiyini qeyd edib:
“Acı çəkmiş heç bir insanın əvvəlki kimi olmasını gözləməyin! O, bu dəfə bir başqa gülər!”.Muxalifet - 4-11-2019
Daha bir türk əsgəri şəhid oldu
"Barış bulağı" əməliyyatı bölgəsində əldəqayırma partlayıcının partlaması nəticəsində bir türk hərbçisi şəhid olub.
Türkiyənin Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, Barış bulağı əməliyyatı bölgəsində 4 noyabr 2019-cu il tarixində aşkar edilən bir əldəqayırma partlayıcıya müdaxilə əsnasında bir əsgər şəhid olub.
Muxalifet - 4-11-2019
Bu marşrutların hərəkət istiqaməti dəyişdirilir
Bakıda iki marşrut avtobusun hərəkət istiqamətləri dəyişdiriləcək.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Muxalifet.az-a verilən məlumata görə, Abbasqulu Abbaszadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 3 və 31 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək.
3 nömrəli marşrut: Parlament prospekti – İzzət Nəbiyev küçəsi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə.
Muxalifet - 4-11-2019
Türk ordusu gizli anbarı ələ keçirdi, ELƏ SİLAHLAR ÇIXDI Kİ... - ŞOK FOTOLAR
ABŞ və Türkiyə arasında gərginliyə səbəb olan PYD/YPG terror təşkilatı ilə bağlı daha bir faktın üstü açılıb.
Türk ordusunun Suriya əməliyyatı çərçivəsində terror təşkilatının Rəsulayndakı düşərgəsinə olan basqında ABŞ istehsalı olan silahlar ələ keçirilib.
Silahlar terror təşkilatının yeraltı anbarında aşkar edilərək götürülüb.
Fotoları təqdim edirik:
Muxalifet - 4-11-2019
Bakıda ağır qəza - XƏSARƏT ALAN VAR
Bakıda minik avtomobili ilə motosiklet toqquşub. Qəza Xətai rayonu Afiyyəddin Cəlilov küçəsində qeydə alınıb. 10-NP-908 dövlət nişanlı "Mercedes"in motosikletlə toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Yaralı 1990-cı il təvəllüdlü Feyzullayev Hüseyn Məhərrəm oğlu təcili tibbi yardım ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona sol dirsəyin və sağ budun yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub. Xəstə həkimlərin ilkin tibbi yardımından sonra ambulator müalicəyə yola salınıb. (trend)
Muxalifet - 4-11-2019
Türkiyə konsulluğunun qarşısında “kriminal etiraz” – “Quli”nin rəqibinin yaxınları ayağa qalxdı
Gürcüstanın Batumi şəhərində yerləşən Türkiyə konsulluğunun qarşısında etiraz aksiyası keçirilib.
Yenisabah.az xəbər verir ki, aksiyanı keçirənlər gürcü əsilli “qanuni oğru” Mindii Qoradzenin (“Lavasoğlu Batumski”) yaxınları olub. Onlar bir ildən artıqdır ki, Türkiyədə həbsdə olan Qoradzenin azadlığa buraxılmasını tələb ediblər.
Qoradzenin vəkili bildirib ki, Türkiyə hökuməti bu günə qədər “qanuni oğru”ya heç bir ittiham irəli sürməyib. O, bəlli olmayan səbəblərdən hələ də ağır şərtlər altında həbsxanada saxlanılır.
Muxalifet - 4-11-2019
Azərbaycanlı müğənni həyat yoldaşını XƏYANƏT edərkən tutdu - Sudurqa keçirdi - FOTO
Milli.Az xəbər verir ki, bunu Aynur Dadaşova şəxsi həyatı ilə bağlı "Ay Zaur"da danışarkən deyib.
Xanım müğənni həyat yoldaşından rəsmi olaraq 2 ildir ayrıldığını da etiraf edib:
Muxalifet - 4-11-2019
Bakıda kişi meyiti tapılıb
Bakıda kişi meyiti tapılıb.
APA-nın məlumatına görə, hadisə Suraxanı rayonu Hövsan qəsəbə ərazisində qeydə alınıb. Mənzil Kommunal İstismar Sahəsinin yaxınlığında meyiti tapılan 35-40 yaşlarında kişinin səfil həyat tərzi keçirdiyi və soyuqdan öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 4-11-2019
Xalq artistinin dərin sinə dekoltesi - FOTO
Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə yeni fotosunu yayımlayıb.
BiG.AZ xəbər verir ki, aktrisa dərin sinə dekolteli libası ilə göz oxayıb. Xalq artistinin fotoda həddən artıq fotoşopdan istifadə etməsi tənqid edilib.
Fotonu təqdim edirik:Muxalifet - 4-11-2019