Axtarış
The search found 105724 results in 0.049 seconds.
Search results
Türkiyədə 3 PKK-çı zərərsizləşdirildi
Türkiyənin Qars vilayətində 3 PKK terrorçusu zərərsizləşdirilib. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi xəbər verir. Əməliyyat, vilayətin jandarma komandanlığının xüsusi təyinatlı dəstələri tərəfindən həyata keçirilib. Əməliyyat zamanı üç PKK terrorçusu zərərsizləşdirilib. Bölgədəki əməliyyatlar davam edir. Xatırladaq ki, Türkiyə ilə müstəqil Kürd dövlətinin yaradılmasını tələb edən PKK arasındakı münaqişə 35 ildən çox davam edir və 40 mindən çox insanın həyatına son qoyub. PKK, BMT və Avropa Birliyi tərəfindən terror təşkilatı kimi tanınıb.
Muxalifet4 - 3-11-2019
İran nüvə raketlərini Vaşinqtona tuşladı - MÜHARİBƏ BAŞLAYA BİLƏR
"Lazımi miqdardan da çox nüvə raketi ehtiyatına malikik”.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri İslam İnqilabı Keşikçiləri Koprusunun komandanı Hüseyn Səlami deyib.
Muxalifet4 - 3-11-2019
"Söyüş ritorikasını mediaya gətirənlər cəzalandırılmalıdır" - DEPUTAT VAHİD ƏHMƏDOV
Prezident İlham Əliyev Xaçmaz və Yevlax rayonlarına təyin etdiyi yeni icra başçıları önündə kəskin tələblər qoyub. Belə ki, dövlət başçısı Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinə, Elnur Rzayevi isə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin edib. Yeni icra başçıları ilə görüşündə prezident tapşırıq verib ki, onların “işi kabinet işi” olmamalıdır: “Siz vətəndaşlarla daim təmasda olmalısınız, bütün kəndləri gəzməlisiniz, kənd camaatı ilə görüşməlisiniz”.
Muxalifet4 - 3-11-2019
Bakıda ''bomj''ları modelə çevirən bərbər - VİDEO
Bakıda bərbər küçələri, xüsusən də zibillikləri gəzib səfil həyat yaşayan insanları axtarır.
Söhbət bir neçə ildir ki, kişi bərbəri işləyən Ceyhun Mirzəlidən gedir. O, qarşısına məqsəd qoyub ki, normal insanlarla bərabər səfil həyat yaşayan şəxslərin də saçını və saqqalını kəsəcək. Ceyhun Mirzəli artıq bir neçə belə şəxsin saçını səliqəyə də salıb.
Muxalifet4 - 4-11-2019
"Ermənilərlə görüşə gecə saatlarına qədər hazırlaşmışdıq" - Günay Məmmədzadə
Gürcüstanın Batumi şəhərində keçirilən komandalar arasında Avropa çempionatında bürünc medal qazanan qadınlardan ibarət Azərbaycan millisi Vətənə qayıdıb.
APA-nın məlumatına görə, şahmatçılarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Şahmat Federasiyasının nümayəndələri, yaxınları və jurnalistlər qarşılayıblar.
Muxalifet4 - 4-11-2019
Azərbaycanda nə qədər siqaret çəkən var?
Azərbaycanda əhalinin 15,3 faizi siqaret çəkir. Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, 2018-ci ildə aparılmış ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, Azərbaycanda 15-19 yaşlı əhalinin 0,1 faizi, 20-44 yaşlı əhalinin 13,4 faizi, 45-64 yaşlı əhalinin 21,7 faizi siqaret çəkir. Siqaret çəkənlərin 14 faizinin yaşı 65-dən çoxdur. Əhalinin 5,3 faizi gündə 20 ədəddən çox siqaret çəkir. Tədqiqata əsasən, ölkədəki kişilərin 31,9 faizi siqaret çəkir. Ümumilikdə ölkədə 15-19 yaşlı kişilərin 0,2 faizi, 20-44 yaşlı kişilərin 26,5 faizi siqaret çəkir.
Muxalifet - 4-11-2019
"Bavariya” baş məşqçisini istefaya GÖNDƏRDİ
Almaniyanın “Bavariya” klubunda baş məşqçi istefası gerçəkləşib.
Münhen klubu xorvatiyalı Niko Kovaçla müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verib.
Buna komandanın son uğursuzluqları səbəb olub. Bundesliqanın son turunda “Ayntraxt”a 1:5 hesablı məğlubiyyət isə rəhbərliyin səbir kasasını daşırıb. Son çempionun 10 turdan sonra 4-cü pillədə qərarlaşması da belə addım atmağa əsas verib.Muxalifet - 4-11-2019
Ermənilər Kəlbəcərin yeraltı sərvətlərindən 55 milyon qazandı
Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin qanunsuz “maliyyə qurumu” 2019-cu ilin yanvar-sentyabr aylarında 300 ən böyük vergi ödəyicisini müəyyən edib.
Muxalifet - 4-11-2019
Ərdoğandan kritik ABŞ QƏRARI: 2 gün sonra...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdakı 1-2 gün ərzində ABŞ-a səfərlə bağlı dəqiq qərarını açıqlayacaq.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının mətbuat katibi İbrahim Kalın danışıb.
Muxalifet - 4-11-2019
Həbib Nurməhəmmədov karyerasını tezliklə bitirəcəyinə işarə edib
MA üzrə UFC çempionu Həbib Nurməhəmmədov tezliklə kariyerasına son qoyacağı barədə danışıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, rusiyalı idmançı bu barədə instaqram hesabında yazıb.
“Daima döyüşmək alınmır, hər oyunun bir sonu var. Sadəcə, özüm özümə cavab verirəm ki, belə daha yaxşıdır”, – deyə idmançı vurğulayıb.
Qeyd edək ki, Həbib Nurməhəmmədov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə amerikalı idmançı Dastin Puaryeni məğlub edərək ikinci dəfə çempion titulunu qoruyub.
Muxalifet - 4-11-2019
Mikayıl Cabbarov nazirliklərin birləşdirilməsindən danışdı - VİDEO
“Prezidentin rəhbərliyi ilə keçirilən islahatların birbaşa faydasını, nəticəsini görən geniş əhalidir. Bu ASAN Xidmət, vergilərdəki islahatlar, əmək haqlarının artımı, sosial mənzillər və digər məsələlərdə görünür və bunların əsas məqsədi dünənə qədər vətəndaşa əlçatan olmayan xidmətlərin indi əlçatan və daha keyfiyyətli olmasıdır”.
Muxalifet - 4-11-2019
Kremldən İrəvana “ev tapşırıqları” - Lavrov Ermənistana xüsusi mesajla gedir
Rusiya Ermənistandan narazıdır - səfər öncəsi verilən qəzəbli bəyanatlarının pərdəarxası; Moskva vassal ölkədə Amerika obyektini nəzarətə götürür, Vaşinqtonun cavabı nə olacaq?..
Muxalifet - 4-11-2019
METRODA PROBLEM YARANDI - Qatarlar gecikdi
Bakı metrosunda qatarda problem yaranıb. Muxalifet.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarınsa “Həzi Aslanov”-“İçərişəhər” istiqamətində hərəkət edən qatarda baş verib: “Köhnə qatarlardan birinin qapısında texniki problem yaranıb. Maşinist yaranmış problemi aradan qaldırıb. Ümumi olaraq qatarlar arasında intervalda 5 dəqiqə yubanma olub”.
Muxalifet - 4-11-2019
Azərbaycanda zəlzələ oldu
Lerikdə zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Muxalifet.az-a verilən məlumata görə, yerli vaxtla saat 03:29-da Lerik stansiyasından 20 km şimal-şərqdə Lerik ərazisində zəlzələ qeydə alınıb.
Maqnitudası 3.0, dərinliyi 17 km olan təkanlar hiss olunmayıb.Muxalifet - 4-11-2019
Azərbaycan-İran sərhədində silahlı insident - SƏRHƏD POZUCUSU ÖLDÜRÜLDÜ - Foto
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Muxalifet - 4-11-2019
Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT: Eşşək arabası ilə qonşusunun...
Ağdam sakini eşşək arabası ilə qonşusunun üstündən keçib.
Hadisə rayonun Yuxarı Yüzbaşlı kəndində baş verib.
Kənd sakini, Hətəmov Əli Ələsgər oğlu evinə gedərkən küçədə qonşusu, eşşək arabası ilə hərəkətdə olan Nəsibov Ümid Qulu oğlu ilə mübahisə edib. Ə.Hətəmov U. Nəsibovun keçdiyi yolun ona məxsus olduğunu iddia edərək eşşək arabasına bağlanmış iribuynuzlu heyvanların həmin yoldan keçməsinə mane olub.
Ə.Hətəmov bu məqsədlə həmin yolda arabanın qarşısında yerə uzanarak eşşək arabasına bağlanan heyvanların yoldan keçməsinə icazə verməyib.Muxalifet - 4-11-2019
Zakir Qaralovdan Əli Nağıyevin yerinə yeni TƏYİNAT
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyinat olub. Muxalifet.az-ın məlumatına görə, bununla bağlı müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Mürsəliyev Emin Ramiz oğlu təyinat alıb. E.Mürsəliyev bundan əvvəl İdarənin Əməliyyat İdarəsinin rəisi işləyib. Qeyd edək ki, bundan əvvəl bu vəzifəni qısa müddət Fuad Rəsulov yerinə yetirib. Xatırladaq ki, uzun illər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində Əli Nağıyev çalışıb.
Muxalifet - 4-11-2019
SON DƏQİQƏ: ABŞ-dan Türkiyə ilə bağlı SÜRPRİZ SANKSİYA ÇIXIŞI - Ankaranın hərbi qüvvəsinin sirri
ABŞ-ın “Defence News” nəşri Türkiyənin müdafiə sənayesinə qarşı tətbiq olunan sanksiyalara əhəmiyyət vermədiyini bildirib. Muxalifet.az publika.az- istinadən xəbər verir ki, dərgi məsələ ilə bağlı geniş analiz yayımlayıb. Analizə əsasən, Türkiyənin alternativləri var və bir çox silahı da özü istehsal edə bilir. Buna görə də bir çox ölkənin rəsmi Ankaraya sanksiya tətbiq etməsi heç bir işə yaramayacaq.
Muxalifet - 4-11-2019
Artur Rasizadə 1999-cu ildən bu Komissiyanın sədridir
Keçmiş Baş nazir Artur Rasizadə İslah-əmək Müəssisələrinin və İstintaq Təcridxanalarının İşinin Təkmilləşdirilməsi Sahəsində Kompleks Tədbirlərin Həyata Keçirilməsi üzrə Prezident yanında Komissiyanın sədri olaraq qalır.
Muxalifet.az Oxu.Az-a istinadən xəbər verir ki, Prezident Administrasiyasının saytındakı Azərbaycan Respublikasının Prezidenti yanında yaradılmış Komissiya və Şuralar bölməsindəki siyahıda Artur Rasizadənin adı hələ də qalır.
Muxalifet - 4-11-2019
Azərbaycanda QORXUNC HƏFTƏSONU - 3 gündə 23 nəfər bu səbəbdən öldü
Son 3 gündə Azərbaycan Respublikasının avtomobil yollarında baş vermiş avtomobil qəzalarında 23 nəfər vəfat edib.
Cümə günü baş verən qəzalarda 8, şənbə günü 6, bazar günü isə 9 nəfər həyatını itirib. Baş vermiş hadisələr nəticəsində 70 nəfərdən artıq şəxs xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, son günlər ölkə yollarında baş verən ağır yol qəzalarının sayında artım müşahidə edilir. Mütəxəssislər bunu nəqliyyat vasitələrinin qış rejiminə hazır olmaması, hava şəraiti və sürücülərin peşəkarlığının aşağı səviyyədə olması ilə əlaqələndirir.//PublikaMuxalifet - 4-11-2019