Axtarış
The search found 105724 results in 0.026 seconds.
Search results
Yerevandan Kremlə qarşı yeni qəzəbli bəyanatlar, bu dəfə deputat “Krımnaş”a görə - “RUSLAR BİZƏ PROBLEM YARATMAQ İSTƏYİR...”
Bu gün noyabrın 4-də Rusiya Dövlət Dumasının nümayəndə heyəti Yerevana səfər edəcək. İlk baxışdan bu səfər ola bilsin ki, xüsusi diqqət cəlb eləməzdi, Yerevandan eşidilən qəzəbli etiraz səsləri olmasaydı.
Muxalifet.az Virtualaz.org-a istinadən xəbər verir ki, politoloq Ruben Mehrabyan noyabrın 4-5-nə nəzərdə tutulan səfər zamanı Dövlət Dumasının nümayəndə heyətinin tərkibinə “Rusiyanın ilhaq etdiyi Krımdan” seçilmiş deputat Natalya Poklonskayanın da olacağını özünün Facebook səhifəsində yazıb.
Muxalifet - 4-11-2019
ŞOK: Dəhşətli qəzada ölən şəxs tanınmış həkimin oğludur - VİDEO
Bakı-Quba yolunda baş verən qəzada ölən tanınmış həkimin oğludur.
Unikal.org-un əldə etdiyi məlumata görə, Siyəzən rayonunda ağır qəzada faciəli şəkildə dünyasını dəyişən 40 yaşlı Səbuhi Quliyev ATU-nun Tədris Cərrahiyyə Klinikasının Professoru, Uşaq cərrahlığı kafedrasının konsultantı Çingiz Quliyevin kiçik oğlu imiş.Muxalifet - 4-11-2019
Metroda gediş haqqı artacaq? - “Subsidiyanın 5 milyon manat azadılması...”
Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsində dövlət şirkətlərinə və müəssisələrinə nəzərdə tutulan subsidiyalar barədə məlumatı açıqlayıb.
Muxalifet.az-ın modern.az-a istinadən məlumatına görə, bununla bağlı şərh vərən iqtisaçı Qubad İbadoğlu bildirib ki, 9 şirkətin yer aldığı siyahıya 40 milyon manatla "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti başçılılıq edir:
Muxalifet - 4-11-2019
Bakıda bağçaya bitişik binada yanğın olub – Azyaşlılar təxliyə edilib
Bakı şəhərinin Sabunçu rayonunda uşaq bağçasının yerləşdiyi binaya bitişik ümumi sahəsi 25 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.
Bu barədə Muxalifet.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Xəbərə görə, yanğın zamanı uşaq bağçasının yerləşdiyi binadan 50 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə edilib. Köməkçi tikilinin qalan hissəsi və bitişik bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Muxalifet - 4-11-2019
Paşınyandan növbəti SƏRSƏM BƏYANAT - Dağlıq Qarabağ Ermənistanın...
Ermənistanın baş naziri Nikol Paşinyan Facebook-da birbaşa yayımda son bir il yarım ərzində Qarabağ məsələsi ətrafında aparılan müzakirələrə və spekulyasiyalara toxunub. O, müşahidə etdiyi bəzi məqamları təqdim edib. Muxalifet.az bu barədə tert.am saytına istinadla məlumat verir. “İlk müşahidə budur; şayiələr gəzir ki, Ermənistan hökuməti və şəxsən Nikol Paşinyan Qarabağı təhvil verəcək. Sonra belə bir tezis təqdim edildi ki, mənim Qarabağa verilməsinə dair sui-qəsddə əlim var və Qarabağın müharibə nəticəsində təslim edilməsi planı var.
Muxalifet3 - 4-11-2019
DƏHŞƏT: Baba qız nəvəsini diri-diri basdırmaq istədi
Hindistanda baba nəvəsini diri-diri torpağa basdırmaq istəyərkən polislər tərəfindən saxlanılıb.
Muxalifet - 4-11-2019
Şəbnəm Tovuzlunun ailəsində AĞIR İTKİ
Müğənni Şəbnəm Tovuzlunun ailəsində ağır itki üz verib.
BiG.AZ xəbər verir ki, sənətçinin xalası dünyasını dəyişib.
O, ötən gün vəfat edib.
Bu barədə "Hər şey daxil"in aparıcısı Tarix Əliyev məlumat verib.Muxalifet - 4-11-2019
Vilayət Eyvazov Mirəliyevə yüksək VƏZİFƏ VERDİ
Daxili İşlər orqanlarında növbəti təyinat alıb. Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis polkovniki Mirəziz Mirqasım oğlu Mirəliyev Daxili İşlər Nazirliyinin (DİN) Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi təyin olunub. Xəbəri Daxili İşlər Nazirliyindən təsdiqləyiblər. Qeyd edək ki, Nazirliyin idarə səlahiyyətli Növbətçi Hissələri İdarəetmə Xidmətinə növbətçi hissələr, "102" Xidməti-Zəng Mərkəzi və Təhlükəsiz Şəhər Xidməti daxildir.
Muxalifet - 4-11-2019
Trampdan rəqiblərinə SƏRT MƏSAJ: Növbəti seçkilərdə...
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ölkəsinin vətəndaşları impiçmenti dəsətəkləmirlər və 2020-ci ildə ona səs verəcəklər. TASS məlumat verir ki, Tramp keçirilən rəy sorğularına əsaslanaraq özünün yenidən seçiləcəyinə ”tamamilə əmin” olduğunu bildirib. Onun fikrincə amerikalılar “demokratlara və KİV-lərə” maraqlı olan “impiçment haqda eşitmək” belə istəmirlər. Belə ki , demokratlar və KİV bir yerdə işləyirlər. Seçkiqabağı kampaniya 2020-ci il fevralın 3-də başlayacaq, yeni prezidentin inaqurasiyası 2021-ci il 20 yanvarda baş tutacaq. Muxalifet.az
Muxalifet3 - 4-11-2019
“O Səs Türkiyə”də ŞOK: Erməni qız GÖRÜN NƏ ETDİ - VİDEO
“O Səs Türkiyə” mahnı müsabiqəsində çıxış edən erməni müğənni özünü Axıska türkü kimi təqdim edib.
Muxalifet.az xəbər verir ki, yarışmanın dünənki buraxılışında Suzanna Caginyan adlı müğənni iştirak edib. Maraqlıdır ki, iştirakçı əvvəlcə Axıska türkü, daha sonra isə qafqazlı olduğunu deyib.
Rus dilində mahnı ifa edən iştirakçının milliyyətinin erməni olduğu üzə çıxıb. İştirakçının milliyyətinin erməni olması və onu hər kəsdən gizlətməsi, hətta yalan danışması da diqqət çəkib. S.Caginyan Bəyazidi seçib.//PublikaMuxalifet - 4-11-2019
Sahil Babayev də struktur islahatlarına başladı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq Əmrləri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 1 saylı Bakı Ərazi şöbəsi və nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin (DMX) 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi yaradılıb. Nazirlikdən "Yeni Sabah"a daxil olan məlumata görə, DSMF-nin 1 saylı Bakı Ərazi şöbəsi Fondun Səbail və Yasamal rayon şöbələrinin, DMX-nin 1 saylı Bakı Ərazi Məşğulluq Mərkəzi isə Xidmətin Səbail və Yasamal Məşğulluq Mərkəzlərinin bazasında təşkil edilib.
Muxalifet - 4-11-2019
Novruz Məmmədov ədalətsiz qərardan DANIŞDI
"ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi 296 saylı qətnaməsi qərəzli və ədalətsizdir".
Bu fikirləri Unikal.org-a eksklüziv açıqlamasında sabiq Baş nazir, politoloq Novruz Məmmədov bildirib.
Muxalifet - 4-11-2019
Türkiyədən Avropaya SƏRT MESAJ...
Bu gün Türkiyə DİN naziri Süleyman Soylu bəyan etdiyi son açıqlamasında “Biz ələ keçirdiyimiz Avropa vətəndaşı olan İŞİD-çiləri öz ölkələrinə göndərəciyik, istəyirlər vətəndaşlıqdan çıxartsınlar, istəyirlər çıxatmasınlar”, deyə bildirib.
Yenilənir..
Muxalifet.azMuxalifet3 - 4-11-2019
“Somalidə ehtiyacı olanlara dəstəyi davam etdirməyə hazırıq” – Elmar Məmmədyarov
“Azərbaycan Somalidə və bölgənin digər ölkələrində ehtiyacı olanlara öz dəstəyini davam etdirməyə hazırdır”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Somali üzrə Əlaqə Qrupunun iclasında çıxışı zamanı deyib.
Muxalifet - 4-11-2019
“ELDAR MAHMUDOV HEÇ BİR QƏRARI SAYMIR…” – Sabiq MTN şefi öz atasının adını daşıyan liseyin tikintisinə də “haram qatıb”
2015-ci ildə vəzifəsindən azad edilən sabiq MTN naziri Eldar Mahmudovun törətdiyi haqsızlıqların, qansızlıqların səs-sədası hələ də kəsilmir.
Bakı şəhəri İ.Qutqaşenli küçəsi ev 62 ünvanında yaşayan iş adamı Hicran Kamil oğlu Seyidovun ölkə başçısına ünvanladığı və bir nüsxəsi də “AzPolitika.info”ya daxil olan müraciətindən belə aydın olur ki, sabiq MTN şefi öz atasının adını daşıyan Şərur Türk Liseyinin tikintisində belə qanunsuzluğa, haqsızlığa və fırıldağa yol verib.
Muxalifet - 4-11-2019
Mikoyanı, Malenkovu və Beriyanı Stalinə aşkarda satan Şerbakov – 9 may gecəsi infarktdan ölən MK katibi
Müasirləri onun haqqında fərqli fikirlər söyləyiblər. Bəziləri onu Stalinin ən sədaqətli kadrı, bəziləri yaltaq və simasız məmur, digərləri bacarıqlı və enerjili kommunist adlandırıblar. Hətta Aleksandr Şerbakovu Stalin hakimiyyətinin ən əclaf və yaramaz siyasətçisi kimi də xarakterizə edənlər tapılıb. Amma 1941-ci ildə alman qoşunlarının Moskva ətrafına toplaşdığı dövrdə Şerbakovun xidmətlərini onun haqqında fərqli fikir söyləyənlərin hamısı danılmaz fakt kimi qeyd edib.
Muxalifet - 4-11-2019
ABŞ-da Trampın şərəfinə "Artsax" mahnısı oxundu - ERMƏNİSTAN VƏ ABŞ BAYRAQLARI ALTINDA / VİDEO
Erməni döyüşçü Nyu-Yorkda rinqdə qalib gəlib və Trampın şərəfinə "Artsax" bəstəsini səsləndirib.
Nyu-Yorkun “Madison Square Garden” klubunda, ABŞ Prezidenti Donald Trampın da iştirak etdiyi 500-cü UFC 244 (Ultimate Fighting Championship) qarışıq döyüş sənəti üzrə yubiley turniri keçirilib.
Turnirin ilkin görüşlərində (axşamın əsas döyüşlərindən əvvəl ilkin döyüşlər keçirilir) erməni əsilli amerikalı döyüşçü Edmen Şahbazyan, UFC-də Brad Tavaresi ard-arda məğlub edərək üçüncü qələbəsini qazanıb.Muxalifet - 4-11-2019
Binalara istilik vaxtından tez verilə bilər
Bakı şəhərində istiliyin veriməsi ilə bağlı hazırlıq işləri yekunlaşıb. Bu sözləri Axar.az-a açıqlamasında Azəristiliktəchizat ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib. O, qazanxanaların tam hazr vəziyyətə gətirildiyini və istənilən vaxt istiliyin verilməsinin mümkün ola biləcəyini bildirib. R.Əliyev havaların soyuması ilə əlaqədar olaraq istiliyin vaxtından tez verilib-verilməməsinə də münasibət bildirib: “İstilik təchiaztı müqavilələrlə tənzimlənir. Hansısa təşkilat müraciət edib ödənişə zəmanət verdiyi halda ayrıca qazanxanası varsa, məsələyə baxıla bilər.
Muxalifet - 4-11-2019
Azərbaycanlı girovlarla bağlı YENİ XƏBƏR
Azərbaycan hökuməti bir neçə həftə öncə Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı mövqeyini Avropa Məhkəməsinə təqdim edib.
Bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov deyib.
Ç.Əsgərov vurğulayıb ki, bu məsələ ilə əlaqədar Azərbaycan dünyanın aparıcı hüquqşünasları ilə müqavilə bağlayıb.
Muxalifet - 4-11-2019
ŞOK: Avtobus sürücüsü polislərə yalvardı: "Məni öldürün" - VİDEO
Beşiktaşda sərnişin avtobusunu vətəndaşların üzərinə sürən, 3 nəfəri bıçaqla yaralayıb daha sonra özünü dənizə atan sürücünün görüntüləri mobil telefonların yaddaşına köçürülüb.
Sürücü polisə "məni öldürün" deyərək yalvarıb.
Muxalifet - 4-11-2019