Axtarış
The search found 105716 results in 0.025 seconds.
Search results
"Onlar kimi evimi, maşınımı satıb, Türkiyəyə xərcləməyəcəm" - Namiq
Meyxanaçı Namiq Qaraçuxurlu Türkiyə şou-biznesinə qatılır.
Muxalifet - 2-11-2019
Bakıda küləyin sürəti 35 m/s-yə, Xəzərdə dalğanın hündürlüyü 7 metrə çatıb - FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti faktiki hava şəraitini açıqlayıb.
Nazirlikdən APA-ya bildirilib ki, saat 20:00-a olan məlumatına görə şimal-qərb küləyi arabir Bakıda 35 m/s, Sumqayıt və Pirallahıda 34 m/s, Neft daşlarında 31 m/s-dək güclənib, dalğanın hündürlüyü 7 metr olub.
Muxalifet - 2-11-2019
Gizli infarkt necə olur - Niyə onu hiss etmirik?
Harvard universitetinin alimləri bildirir ki, hazırda ürək tutması keçirən insanların yarısı gizli və ya lal infarkt keçirir. Bu infarkt növü kardioloqların təxminlərindən də çox və tez-tez baş verir. Daha çox orta yaşlı kişilərdə rast gəlinir.
Muxalifet.az "medicina.az"a istinadən gizli infarktın səbəb və əlamətlərini təqdim edir.
Gizli infarktın əlamətləri kəskin infarktdan o qədər zəif və az müddət keçir ki, xəstə sadəcə ürəyinin sancdığını düşünür və bir müddət sonra bunu unudur, ciddi qəbul etmir.
Muxalifet - 2-11-2019
57 yaşlı qadını maşın vurdu
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Nizami rayonuna qeydə alınıb.
"Nissan Sunny" markalı avtomobil "8-ci Kilometr Bazarı"nın qarşısında yolu keçən 1962-ci il təvəllüdlü Yadigarova Zeynəb Əlisgəndər qızını vurub. Yaralı təcili yardımın köməyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona kəllə-beyn travması və alnın əzilmiş yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Muxalifet - 2-11-2019
"Binə"də yağış sularının çəkilməsi işi davam etdirilir
Dünəndən yağan yağış paytaxtın Abşeron və Qaradağ rayonlarında bir sıra fəsadlara yol açıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatlar əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və vasitələri yağış suyu yığılmış ərazilərə cəlb olunub.
Hazırad Abşeron rayonunun Xırdalan şəhərində və Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Binə Ticarət Mərkəzinin ərazisində yığılan yağış suyunun çəkilməsi işləri davam etdirilir.Muxalifet - 2-11-2019
ABŞ VƏ KÜRD TERRORÇULARI SURİYA NEFTİNİ TALAYIR
ABŞ beynəlxalq hüququn pozulmasına baxmayaraq, kürd terrorçuları ilə birgə Suriya neftinin qanunsuz istehsalını və ixracını davam etdirəcək.
Muxalifet.az rueconomics.ru-ya istinadla xəbər verir ki, bu barədə hərbi ekspert, Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko bildirib:
Muxalifet3 - 2-11-2019
Elon Mask bloqerə bir milyon dollar bağışladı
Məşhur iş adamı, "SpaceX" və "Tesla Motors" şirkətlərinin qurucusu Elon Mask ağacəkmə kampaniyasına dəstək olub.
Muxalifet.az chip.az-a istinadən bildirir ki, o, "MrBeast" ləqəbli, 20 milyon izləyicisi olan video bloqer Cimmi Donaldsonun sosial şəbəkədə başlatdığı ağacəkmə kampaniyasına "Twitter" vasitəsilə dəstək olan Mask layihəyə bir milyon dollar bağışlayacağını bildirib.
Bu kampaniyaya bu vaxtaqədərki ən yüksək yardımı edən Mask sosial şəbəkədəki adını da "Treelon" olaraq dəyişdirib.
Muxalifet4 - 2-11-2019
Azərbaycan Ermənistanı 17 pillə irəlilədi – Asiyanın ən güclü ordusu siyahısında
Azərbaycan Asiya qitəsi ölkələrinin ən güclü ordusu reytinqində 21-ci yerdə qərarlaşıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Global Firepower təşkilatının 2019-cu il hesabatında öz əksini tapıb. Hesabatda ümumilikdə 45 Asiya ölkəsi yer alıb.
Asiya ən güclü orduları siyahısında ilk onluqda Rusiya, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Türkiyə, İran, Pakistan, İndoneziya, İsrail yer alır.
Özbəkistan 19, Suriya 20, Azərbaycan isə 21-ci yerdə, Gürcüstan 33, Ermənistan 38-ci yerdə qərarlaşıb.Muxalifet - 2-11-2019
İnterpolun axtardığı rusiyalı İŞİD-çi qadınlar Türkiyədə tutuldu
Türkiyənin Kilis bölgəsində yanlarında 3 uşağın da olduğu iki qadın şübhəli qismində saxlanılıb. Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, şübhəli qadınlar Türkiyə ərazisinə qanunsuz yolla daxil olublar. Araşdırma zamanı məlum olub ki, Rusiya vətəndaşı olan qadınlar İŞİD terror qruplaşmasının üzvü kimi İnterpol tərəfindən axtarışdadır. Hələlik onların hansı ölkənin hüquq-mühafizə orqanları tərəfindən axtarışa verildiyi bildirilmir. Digər bir məlumata görə, ölkənin Siirt bölgəsində də İŞİD terror təşkilatının fəal üzvləri həbs olunub.
Muxalifet - 2-11-2019
Uşaqları üçün dağları aşıb, çaylardan keçir - İBRƏTAMİZ...- VİDEO
Türkiyənən Bingöl vilayətində yaşayan Kamal Oxuyucu (55) orta məktəbdə təhsil alan 2 uşağını hər gün məktəbin servis avtomobilinə mindirmək üçün 4 kilomet yol gedir. Kürəyinə aldığı uşaqları ilə dağları aşıb, çaylardan keçən fədakar ata dərs bitdikdən sonra da uşaqlarını götürüb eynı yoldan geri dönür.
Moderator.az xəbər verir ki, uşaqlarını kürəyinə alaraq çayı o şəkildə keçdiyini deyən ata illərdir sıxıntı yaşadıqlarını və dəfələrlə körpü salınması üçün aidiyyəti orqanlara müraciət etdiyini deyib.Muxalifet - 2-11-2019
Azərbaycan güləşçisi erməni rəqibinə qalib gəldi - VİDEO
Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, beşinci yarış günündə yunan-Roma güləşi üzrə mübarizəyə start verilib.Muxalifet - 2-11-2019
Bakı sakini evində 40-dan çox pişik saxlayır - VİDEO
Bakı sakini Afət Quliyevanın evində 42 pişik yaşyır. Küçədə xəstə və ac heyvanları görən qadın onlara biganə qala bilmir və hamısına sığınacaq verir. “Qafqazinfo”nun məlumatına görə, bununla bağlı “MİR 24” telekanalı süjet hazırlayıb. Mənzindəki səliqə-səhmana növbə ilə - Afət Quliyevanın özü və qızları baxır. Hər heyvanın öz xarakter və xasiyyəti var. Quliyevanın evində onların hər birinə xüsusi qayğı göstərilir. Ən yaşlı pişiyin adı Lilidir. Onun 10 yaşı var. Afət Quliyeva bu sayda pişiyə yemək verməyin çətin olduğunu deyib.
Muxalifet - 2-11-2019
Moskvada "Bakı" kinoteatrı söküldü - FOTO
Rusiya Federasiyasının paytaxtı Moskvada uzun illər fəaliyyət göstərən "Bakı" kinoteatrı sökülüb.
Muxalifet.az xəbər verir ki, kinoteatır 1974-cü ildə tikilib və binanın arxitekturasında ənənəvi Azərbaycan üslubundan istifadə olunub.
2004-cü ildə Moskva şəhərinin keçmiş meri Yuri Lujkov tərəfindən Azərbaycan diasporuna təklif olunan kinoteatrda, Rusiya azərbaycanlılarının müxtəlif tədbirləri keçirilib.
Muxalifet - 2-11-2019
Bakıda bir piyadanın üstünə su çəni, digərinin üstünə isə dəmir darvaza aşdı
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində güclü küləyin təsirindən su çəni aşıb.
Muxalifet.az APA -ya istinadən xəbər verir kii, 2005-ci il təvəllüdlü Abbasov Amin Ramin oğlu küçədə hərəkətdə olan zaman həmin su çəni onun üstünə düşüb. A.Abbasov ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.
Güclü küləyin təsirindən, həmçinin Binəqədi-Xırdalan şossesində 1968-ci il təvəllüdlü Xəlilov Qalib Məzahir oğlunun üzərinə dəmir darvaza aşıb, yaralı ağır xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.
Muxalifet - 2-11-2019
Yaponlar ağacdan avtomobil hazırladılar - FOTOLAR
Tokio Avtomobil Sərgisi Yapon hökuməti tərəfindən dizayn edilən və tamamilə taxtadan ibarət olan bir idman avtomobilinə ev sahibliyi edib. Yapon səlahiyyətlilərinə görə, ağac avtomobil digər avtomobillərdən 50 faiz daha yüngüldür.
Moderator.az xəbər verir ki, tamamilə ağacdan ibarət olan avtomobil hər nə qədər qulağa qəribə gəlsə də avtomobilə baxıldığı zaman onun ağacdan hazırlandığını anlamaq mümkün deyil.Muxalifet - 2-11-2019
"MSK-da oturanlar bizdən 30 dəfə çox maaş alır" - Məntəqə Seçki Komissiyasının üzvləri onlara cəmi 140-180 manat maaş verilməsinə ETİRAZ EDİR
Abşeron rayonu üzrə Məntəqə Seçki Komissiyası üzvləri adından İdris Dəmirov tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Hesablama Palatasının sədri Vüqar Gülməmmədova və maliyyə naziri Samir Şərifova müraciət edən şikayətçi yazır: "Möhtərəm Prezident İlham Əliyevin 20019-cu ilin iyunun 18-də imzaladığı Sərəncamla Azərbaycanda maaşın aşağı həddi 250 manat səviyyəsinə çatdırılıb.
Muxalifet4 - 3-11-2019
Şəki İnzibati-İqtisadi və Apellyasiya Məhkəməsinin öz konstitusiyası var?
Ağsu İcra Hakimiyyətinin sifarişi ilə Qarabağ əlilinin məhkəmə təminatı hüququna qadağa qoyulub
Muxalifet4 - 3-11-2019
Düşmən ordusunda qiyam yetişir - “QOY GƏLİB “ADDIMÇILAR” SƏNGƏRDƏ OTURSUN...”
Ermənistan ordusunun zabitləri palamentdə 2016-cı ilin aprel döyüşlərini araşdıran komissiyanın fəaliyyətindən narazıdır və etiraz olaraq bir çoxları ordunu tərk etməyə hazırlaşır.
Bu haqda Ermənistanda nəşr olunan “Qraparak” (“Meydan”) qəzeti yazır.
Bildirilir ki, həmin döyüşlərdə iştirak etmiş hərbi qulluqçuların, zabitlərin istintaq komissiyasına ifadə verməyə çağırılması Ermənistanın hərbi dairələrində çox ciddi narazılıq yaradıb.
Muxalifet4 - 3-11-2019
Pakistanda 73 nəfərin ölüm səbəbi AÇIQLANDI
73 nəfərin ölümü ilə nəticələnən qatardakı yanğın qaz balonunun partlaması nəticəsində baş verib.
Bunu Pakistanın dəmir yolu operatoru tərəfindən aparılan araşdırmanın nəticələri göstərir. "Yanğının bəzi ekonom sinif sərnişinlərinin səhər yeməyi verməyə başladıqdan sonra meydana gəldiyi məlum oldu" deyə Pakistan Dəmir Yolları-nın icraçı direktoru Ajaz Ahmad Buriro bildirib. "Hadisə ilə bağlı ilkin hesabat şənbə günü çıxıb, istintaqın nəticələri noyabrın 20-dək hazırlanacaq" deyə Buriro əlavə edib.
Muxalifet4 - 3-11-2019
Moskvadakı "Bakı" kinoteatrı sökülüb - FOTO
Rusiya Federasiyasının paytaxtı Moskvada uzun illər fəaliyyət göstərən "Bakı" kinoteatrı sökülüb.
Kinoteatır 1974-cü ildə tikilib və binanın arxitekturasında ənənəvi Azərbaycan üslubundan istifadə olunub.
2004-cü ildə Moskva şəhərinin keçmiş meri Yuri Lujkov tərəfindən Azərbaycan diasporuna təklif olunan kinoteatrda, Rusiya azərbaycanlılarının müxtəlif tədbirləri keçirilib.
Xatırladaq ki, 2014-cü ildə auksionda "Edisonenerqo" şirkətinə satılan "Bakı" kinoteatrı, 2017-ci ildə kinoteatrların yenidənqurma proqramına daxil edilib.
Muxalifet4 - 3-11-2019