Axtarış

The search found 105716 results in 0.034 seconds.

Search results

  1. Cəbhədən SON XƏBƏR: Ermənistan silahlı qüvvələri...

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

    Muxalifet - 2-11-2019

  2. Qarabağda böyük sülhə və inkişafa aparan tək yol

    Bakı torpaq itkisi ilə heç vaxt barışmayacaq; erməni şərhçi: “Dağlıq Qarabağ gec-tez Azərbaycanın tərkibinə qayıdacaq”; azərbaycanlı politoloq: “Ermənistan savaşda qalib olmadığını qəbul etmək zorundadır...”

    Muxalifet - 2-11-2019

  3. Bacısının qaçırılmasına mane olmaq istədi, xəstəxanalıq oldu

    Şəmkir sakini bacısının qacırılmasına mane olmaq istəyərkən ağır xəsarət alıb.

    Muxalifet.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Çinarlı qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü kənd sakini Məmməd Xanverdiyev 21 yaşlı bacısının avtomobillə qaçırıldığını görərək bu işə mane olmyaq istəyib. Avtomobildən kənara itələnən 19 yaşlı gənc ağır xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. 

    Faktla bağlı araşdırma aparılır. 

    Muxalifet - 2-11-2019

  4. MƏRKƏZİ BANKIN NÖVBƏTİ YALANI VƏ … – “Bank Respublika”nın “çiçəklənməsinin” sirri

    Son iqtisadi müşavirədə ciddi irad tutulan sahələrdən biri olan bank sektoru sözsüz ki, ən radikal islahatlara ehtiyacı olan sahələrdən biridir. Və Mərkəzi Bank başda olmaqla bu sektora görə cavabdeh olan qurumların indiyə qədərki fəaliyyətinə görə tənqid edilməsi də səbəbsiz deyil.

    Muxalifet - 2-11-2019

  5. Ankara-Moskva müttəfiqliyi möhkəmlənir - Ermənistan təlaşda

    ABŞ Konqresinin aşağı palatasının qərarı işğalçı üçün vəziyyəti daha da qəlizləşdirib; erməni mediası: “ABŞ tanınmaya getməklə Türkiyə üçün Rusiyanın önəmini artırır”; Moskvadan İrəvana hədə gəldi: “Coğrafiyanı hələ heç kim dəyişməyib...”

    Muxalifet - 2-11-2019

  6. “Hökmdar zinakar, əyyaş, “mavi” olsa belə, ona baş əyməlisən!” – vəhabi şeyxindən iyrənc açıqlama..-VİDEO

    Səudiyyə  Ərəbistanının “tanınmış” “din xadimi”, təbliğçisinin, nə olursa-olsun, hökmdara itaət etmək barədə çağırışı ölkədə qəzəb dalğası ilə qarşılanıb. 

    Muxalifet - 2-11-2019

  7. “Binə” ticarət mərkəzi su altında qaldı - FOTOLAR

    Gecə saatlarında yağan güclü yağış paytaxtı sel-su altında qoyub. Yağıntının ən çox düşdüyü yerlərdən biri də Bakının Qaradağ rayonu olub. Belə ki, Lökbatanda yerləşən “Binə” ticarət mərkəzinin dayanacağını su basıb. Səhər ticarət mərkəzinə gedənlər avtomobillərini saxlamaq üçün yer tapa bilməyib. Mağaza sahibləri, satıcılar suyun bəzi mağazalara dolduğunu bildirir. Qeyd edək ki, hər dəfə güclü yağış yağarkən ticarət mərkəzində eyni problem ortaya çıxır. oxu.az

    Muxalifet - 2-11-2019

  8. ​SON DƏQİQƏ: Neft tankerində GÜCLÜ PARTLAYIŞ: ölənlər var

    Rusiyanın Naxodka şəhərində neft tankerində partlayış baş verib.
    Trend-in məlumatına görə, hadisə nəticəsində 2 dənizçi həlak olub, daha bir nəfər itkin düşüb.
    Hazırda itkin düşən dənizçinin axtarışları davam edir.
    Qeyd olunur ki, partlayış tankerdə qaz sızması nəticəsində baş verib. Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.

    Muxalifet - 2-11-2019

  9. PA rəhbərinin əvvəlki vəzifəsi ona tapşırıldı - FOTO

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Samir Nuriyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edərək, onu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsi hazırda Anar Adil oğlu Quliyevə tapşırılıb. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2019-cu il tarixli Sərəncamı ilə Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

    Muxalifet - 2-11-2019

  10. "WhatsApp"da möhtəşəm YENİLİK

    “WhatsApp” messencerinin Android” üçün son yeniləməsində proqramın bloklanması funksiyası əlçatan olub.
    Muxalifet.az “ICTnews”a istinadən xəbər verir ki, yenilik sayəsində messencerin işə salınması üçün yenidən barmaq izindən istifadə etmək lazım olacaq. Bu, mesajları kənar şəxslərdən qorumağa kömək edəcək.
    “WhatsApp” messencerinin barmaq izinə görə, blokdan çıxarılmasını aktivləşdirmək üçün aşağıdakı ardıcıllıqdan istifadə etmək lazımdır: Proqram sazlaması → Hesab → Məxfilik → Barmaq izinə görə bloklama.

    Muxalifet - 2-11-2019

  11. Çuğundurun qızıldan qiymətli faydaları – Xərçəng, qəbizlik, təzyiq…

    Bir çox mütəxəssislər çuğunduru onun orqanizmə olan müsbət təsirinə görə əsl dərman adlandırırlar.Bu adi və ucuz tərəvəzin sağlamlıq üçün faydaları həqiqətən heyrətləndirir.

    BakuPost.az çuğundurun qızıldan qiymətli faydaları ilə tanış edir:

    1. Qəbizlik zamanı yardım edir

    Liflərlə zəngin olan çuğundur qəbizlik zamanı çox yaxşı kömək edir. Mütəxəssislər xroniki qəbizlik zamanı hər gün 100-150 qr bişmiş çuğundur yeməyi tövsiyə edirlər.

    2. Təzyiqi salır

    Muxalifet - 2-11-2019

  12. Bakıda kişi avtomobilin altında qalaraq öldü

    Bakıda bir nəfər minik avtomobilinin altında qalaraq ölüb.
    Muxalifet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin “Opel” markalı minik avtomobilinin altında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
    Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1972-ci il təvəllüdlü Əhmədov Fərhad Elxan oğlunun meyitini avtomobilin altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

    Muxalifet - 2-11-2019

  13. ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN: əvvəl uşağı, sonra anasını güllələdi, ardınca... - VİDEO

    "Sülh çeşməsi" əməliyyatı çərçivəsində Türkiyə hərbçiləri tərəfindən Suriyanın Rəsulayn şəhərinin şərqində öldürülən YPG terrorçusunun mobil telefonundan dəhşətli görüntülər çıxıb. Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, görüntülərdə Muceybira kəndində yaşayan bir qadın və uşağının vəhşicəsinə qətlə yetirildiyi, daha sonra isə evlərinin yandırıldığı görünür.

    Muxalifet - 2-11-2019

  14. Azərbaycanda vəzifəli şəxsə AĞIR İTKİ

    Şamaxı rayon Məhkəməsinin sədri Etibar Hümbətova ağır itki üz verib.
    Muxalifet.az
    publika.az-a istinadən xəbər verir ki, məhkmə sədrinin atası Zülfüqar Hümbətov xətəlik səbəbindən dünyasını dəyişib.
    Qeyd edək ki, E.Hümbətov daha əvvəl Nəsimi rayon Məhkəməsinin hakimi olub.

    Muxalifet - 2-11-2019

  15. Azərbaycanda əlilləri sevindircək XƏBƏR: motorlu araba, çarpayı...

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısının və əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsi hazırlanıb. Layihədə əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısına yeni 23 növ reabilitasiya vasitəsi də əlavə edilib.

    Muxalifet - 2-11-2019

  16. Bərdədə yeniyetmənin alçaldılaraq videoya çəkilməsinə görə ARAŞDIRMA BAŞLADI

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə rayonunda yeniyetmənin fiziki və mənəvi zorakılığa məruz qalmasını əks etdirən videogörüntü ilə bağlı araşdırmalara başlayıb. Muxalifet.az xəbər verir ki, bunu "report”a Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

    Muxalifet - 2-11-2019

  17. İnstaqramda BİABIRÇILIQ - Qadınlar SATIŞA ÇIXARILDI

    Küveytdə insan alverçiləri qadınları satmaq üçün “İnstagram”dan istifadə edib.
    Muxalifet.az
    Azvision.az-a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Qadınların fotolarının altında cinayətkarlar müxtəlif haştaglar yerləşdiriblər. Onlardan biri #maidsforsale olub.
    Qul ticarəti ilə bağlı məlumatlar mediada dərc edildikdən sonra Küveyt hakimiyyəti sosial şəbəkələrdəki müvafiq hesabların bağlanması barədə tapşırıq verib.
    “İnstaqram”dan isə gələcəkdə oxşar halların qarşısını almağa çalışacaqları bildirilib.

    Muxalifet - 2-11-2019

  18. Bu gündən icrasına başlanılır - Nazirin əmri səhiyyəmizdə nələri dəyişəcək?

    Bu gündən etibarən Səhiyyə naziri Oqtay Şirəliyevin "İlkin səhiyyə xidmətində klinik protokolların tətbiqi barədə" əmrinin icrasına başlanılır. Artıq Azərbaycanın səhiyyə sistemi fin klinik protokollarının tətbiqinə başlayır. 

    Mövzu ilə əlaqədar professor Adil Qeybulla “Yeni Sabah”a bildirib ki, bu çoxdan qəbul olunması vacib olan qərarlardan biri idi:

    Muxalifet - 2-11-2019

  19. Araz Əlizadənin Osmanlı imperiyası haqqındakı fikiri Türkiyədə etirazla qarşılandı – “BELƏ FİKİRLƏRİ YALNIZ ERMƏNİLƏR SÖYLƏYƏ BİLƏR”

    Deputat Araz Əlizadə İTV-də yayımlanan 3D proqramının qonağı olub.

    Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, verlişin aparıcısı Dadaş Dadaşlinskinin suallarını cavablandıran Araz Əlizadə Osmanlı imperiyası haqqında bir neçə fikir səsləndirib.

    Aparıcı sual verib ki, "siz demisiniz ki, Nuru Paşa qızıl müqabilində  Türkiyədən gələrək, Bakını azad edib. Hətta ermənilərlə aramızda olan münasibət Osmanlı türklərinə görə olub?"

    Muxalifet - 2-11-2019

  20. Aygün Kazımova xalatda, sinəsi açıq halda kamera önünə keçdi - FOTO

    Xalq artisti Aygün Kazımova ağ xalatda kamera önünə keçib.

    Milli.Az xəbər verir ki, gənc həmkarlarına meydan oxuyan Kazımova xalatda çəkdirdiyi açıq-saçıq şəkillərini sosial şəbəkə hesabından paylaşıb.

    Bu da həmin fotolar:

    Muxalifet - 2-11-2019

Pages