Axtarış

The search found 105716 results in 0.052 seconds.

Search results

  1. RUSİYANIN İRƏVANDAKI SƏFİRİ QƏZƏBLİ BƏYANAT VERDİ: 102-ci bazanı kimlər istəmir

    Rusiyanın İrəvandakı səfirliyi Ermənistanda işləyən bir çox qeyri- hökumət təşkilatlarının Rusiya hərbçilərinin ölkədə olmasına qarşı çıxmaqla Moskva-İrəvan münasibətlərini parçalamağa çalışdıqlarını bildirib. Muxalifet.az vz.ru-ya istinadla bu barədə xəbər verir. Səfirlikdən verilən açıqlamada deyilir: “Əsrlər boyu davam edən Rusiya-Ermənistan münasibətləri, bir sıra problemli məsələlərə baxmayaraq, ardıcıl olaraq inkişaf edir”. "RİA Novosti" xəbər verir ki, bunun təsdiqi kimi müdafiə naziri Sergey Şoyqunun oktyabrın 29-da Ermənistana səfərini göstərmək olar.

    Muxalifet3 - 1-11-2019

  2. Bu şəxslərin pensiyaları ilə bağlı açıqlama – Artım olub

    Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında hərbi və xüsusi rütbəli şəxslərin vəzifə və rütbə maaşlarındakı artımlarla əlaqədar bu kateqoriyadan olan pensiyaçıların pensiyalarında artımlar edilib.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, həmin pensiyaların sentyabr və oktyabr aylarının artımları ilə birgə ödənişi artıq başa çatıb. Pensiya vəsaitləri onların bank hesablarına köçürülüb.

    Muxalifet - 1-11-2019

  3. Gələn həftə 3 gün İŞ OLMAYACAQ

    9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə əlaqədar iş olmayacaq. Noyabrın 9-u şənbə gününə təsadüf etdiyindən noyabrın 11-i, həftənin bazar ertəsi də qeyri-iş günü hesab ediləcək. Beləliklə, ardıcıl 3 gün - noyabrın 9-u, 10-u və 11-i iş olmayacaq. Noyabrın 12-si (Konstitusiya Günü) isə iş günüdür.

    Muxalifet - 1-11-2019

  4. Yağış yağdı, maşınlar yenə Bakıdakı o tuneldə qaldı - ViDEO

    Sentyabrın əvvəlində yağışdan sonra dolan tunel yenidən gündəmə gəlib. Belə ki, Bakının Sabunçu rayonunda yeni tikilən tuneldə keçid yenə də çətinləşib.
    Azərbaycan Dəmir Yollarına aid tunel dəmir yolu xəttinin altında tikilib və tikinti işlərini “Körpü-Bina-Tikinti” şirkəti həyata keçirib. Həmin zaman güclü yağışlar nəticəsində tuneldə iki maşın tamamilə sular altında qalmışdı. İki ay öncəki hadisədə rəsmilər suyun çəkiləcəyini və problemin aradan qaldırılacağını bildirmişdilər. 

    Muxalifet - 1-11-2019

  5. Hadi Rəcəbli ilk dəfə öz əmlakı haqda danışdı - VİDEO

    Milli Məclisin deputatı Hadi Rəcəbli Speys TV-də yayımlanan “Sadə həqiqətlər” verilişində ilk dəfə öz əmlakı haqda danışıb və müxtəlif mövzularda maraqlı etiraflar edib.

    Modern.az xəbər verir ki, Hadi Rəcəbli hətta qardaşlarının biznesinin olduğunu, oğluna məxsus istirahət mərkəzinin fəaliyyət göstərdiyini bildirib.

    Millət vəkili həmçinin şikayətçilərinə də müraciət edib.

    Hadi Rəcəblinin bu və digər məsələlər barədə etiraflarından xəbərdar olmaq üçün bu gün (1 noyabr) saat 21:50-də “Sadə həqiqətlər” verilişini izləyə bilərsiniz.

    Muxalifet - 1-11-2019

  6. Vasif indi də mühafizəçini AŞAĞILADI: “Get, gözətçiliyini et”

    Əməkdar artist Vasif Məhərrəmli ötən gün "Xəzər" TV-də yayımlanan "5/5" proqramında qonaq olub.
    Muxalifet.az
    axşam.az-a istinadən bildirir ki, televiziyanın qaydalarına əsasən, verilişə gələn şəxs mobil telefonunu mühafizəçiyə təhvil verməlidir. Lakin müğənni bundan imtina edib. Bu zaman isə onunla nəzarətçi arasında mübahisə yaşanıb. V.Məhərrəmli mühafizəçini aşağılayaraq ona "Get, gözətçiliyini et" sözlərini söyləyib.

    Muxalifet - 1-11-2019

  7. Avtobuslarda qiymətlər 50 faiz ucuzlaşacaq, PİK SAATLARDA İSƏ... - RƏSMİ

    Bakı Nəqliyyat Agentliyi (BNA) pik saatlarda paytaxtdaxili sərnişin daşıyan avtobuslarda gediş haqqının fərqli olması ilə bağlı yaranan anlaşmazlığa aydınlıq gətirib. Agentliyin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə açıqlamasında bildirib ki, məlumat ictimaiyyət tərəfindən səhv anlaşılıb: "Marşrutlarda kart sisteminə keçid tam başa çatandan sonra gediş haqqının ödənilməsində müəyyən fərqliliklərin ola biləcəyini bildirmişəm. Yəni ortada hələ konkret nəsə yoxdu, sadəcə bu məsələ fikir olaraq söylənilib.

    Muxalifet - 1-11-2019

  8. Yeni PA rəhbərindən ilk AÇIQLAMA: "Şərəf və məsuliyyətdir"

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Samir Nuriyevi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Samir Nuriyev öyeni təyinatı ilə bağlı şəxsi facebook səhifəsində açıqlama verib:

    Muxalifet - 1-11-2019

  9. SON DƏQİQƏ: Daha bir güclü zəlzələ baş verdi

    Albaniyada 5,2 bal gücündə zəlzələ olub.
    Albaniya Geologiya, Su və Ekologiya İnstitutundan (IGJEUM) verilən açıqlamada zəlzələnin Şimali Makedoniyanın bəzi şəhərlərində hiss edildiyi bildirilib.
    Tələfat və dağıntı ilə bağlı rəsmi məlumat yoxdur.
    Qeyd edək ki, Albaniyada 21 sentyabrda baş verən 5,8 ballıq zəlzələ 132 nəfərin yaralanmasına, 600-dən çox binanın zərər görməsinə səbəb olmuşdu.//Publika

    Muxalifet - 1-11-2019

  10. “NAZİRİN QUDASIYAM, MƏHKƏMƏ SƏDRİ İLƏ GÖRÜŞƏCƏM…” – “Şah Market” qalmaqalının arxasındakı “güc” üzə çıxdı

    “Ədliyyə naziri Fikrət Məmmədovun qudası Qulu Quliyev 21 il əvvəl – 1998-ci ildə özəlləşdirdiyim əmlakı əlimdən almaq istəyir”. Bu iddianı qalmaqallı məhkəmə çəkişmələrinə cəlb olunmuş sahibkar Qənirə Hacıyeva səsləndirir. İlin-günün bu vaxtı – Prezidentin öz komandasında ciddi kadr, struktur dəyişiklikləri apardığı, məmur korpusundan vətəndaşların bütün problemlərinin həllinə səfərbər olunmağı tələb etdiyi vaxta yüksək çinli dövlət məmurunun adından kimlər istifadə edir? Kimlər nazirin adını hallandırıb, ondan təzyiq vasitəsi kimi istifadə etməyə cəhd edir?

    Muxalifet - 1-11-2019

  11. Aparıcı canlı yayımda sinə xərçəngi olduğunu öyrəndi, hönkürdü - VİDEO

    Jurnalist canlı yayımda sinə xərçəngi olduğunu öyrənib.
    Muxalifet.az
    milli.az-a istinadən xəbər verir ki, KFOR kanalının aparıcısı 41 yaşlı Ali Meyer-ə canlı yayımda sinə xərçəngi diaqnozu qoyulub.
    ABŞ-ın Oklahoma ştatındakı klinikaların birindən canlı yayım edən aparıcı əvvəl sevincli görünsə də, xərçəng xəstəliyinə tutulduğunu biləndə göz yaşlarına hakim ola bilməyib.
    "Bu çox çətin və şokedicidir. Belə cavab çıxacağını gözləmirdim", - söyləyən aparıcı bildirib ki, sinəsinin sağ hissəsi məcburən kəsiləcək.

    Muxalifet - 1-11-2019

  12. Qubada məzəli cinayət - "Güllədəymişlər dişimi qaytarsınlar" - VİDEO

    Quba sakininin dişlərini oğurlayıblar.
    Quba rayon Möhüc kənd sakini 61 yaşlı Naibə Salahovanın protez dişlərini oğurlayıblar.
    Yaşlı qadın bu barədə polisə müraciət edib. Naibə Salahova qızıl protezinin Qəni adlı qonşusu tərəfindən oğurlandığını iddia edir. Qadının sözlərinə görə, həmin şəxs dəfələrlə onun evindən oğurluq edib.//
    Konkret

    Muxalifet - 1-11-2019

  13. “İnfiniti” gecə klubunda mühafizəçi ərəb turisti döyüb

    Bakıda gecə klubunda mühafizəçi ərəb turisti döyüb. “Report” xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən “İnfiniti” gecə klubunda qeydə alınıb. Məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vətəndaşı Faisal Abdul Azizi həmin klubun iş rejimini pozub. O, mühafizəçilərin klubdan çıxmaqla bağlı tələblərinə məhəl qoymayıb. Nəticədə mühafizəçi ərəb turisti döyüb. Döyülən şəxs polisə şikayət edib. Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 1-11-2019

  14. Yeni təyin edilən başçı Qoca Səmədovun qərarını ləğv etdi - 15 ildir bağlı olan yol açıldı

    Yevlax şəhərinə təyinat alan yeni icra başçısı Anar Tağıyev uzun illərdir ki, bağlı qalan avtomobil yolunu açıb.

    Muxalifet.az-ın Oxu.Az-a istinadən bildirir ki, ötən gün dövlət başçısının sərəncamına əsasən, Yevlax şəhərinə təyin edilən icra hakimiyyətinin başçısı Anar Tağıyev yeni işinə başlayıb. 

    Muxalifet - 1-11-2019

  15. Rusiyadan ŞOK BƏYANAT: “AĞ DƏBİLQƏLİLƏR” Suriyada kimyəvi silah provokasiyası hazırlayır

    “AĞ DƏBİLQƏLİLƏR” Suriyada Kimyəvi silah provokasiyası hazırlayırlar.
    Muxalifet.az xəbər verir ki, Türkiyənin "Aydınlıq" qəzeti bu barədə yazıb.

    Muxalifet3 - 1-11-2019

  16. “Azəriqaz”ın yeni baş direktoru kimdir? – TƏRCÜMEYİ - HAL

    Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin sərəncamı ilə “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev vəzifəsindən azad edilib. Digər sərəncamla onun yerinə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev gətirilib. R.Əliyev bu təyinatadək “Azəriqaz” İB-nin Baş direktorunun Satış və İstismar üzrə müavini vəzifəsində çalışıb. Muxalifet.az xəbər verir ki, Ruslan Yusif oğlu 13 sentyabr 1978-ci ildə Yevlax rayonunun Marzılı kəndində anadan olub.

    Muxalifet - 1-11-2019

  17. Suriyada öldürülən gəncin uşaqları orada qalıb - Məhkəmədə ŞOK İFADƏ

    Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilənlər şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb.

    Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən Ağayev İlqar Ərşad oğlu, İbrahimov Sahil Fəhrad oğlu, Məmmədov Namiq Natiq oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Muxalifet - 1-11-2019

  18. Prezident Şahin Mustafayevə DAHA BİR VƏZİFƏ VERDİ

    Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 1993 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

    Muxalifet - 1-11-2019

  19. İstirahət günlərinin HAVA PROQNOZU açıqlandı

    İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Muxalifet - 1-11-2019

  20. "BARIŞ BULAĞI" BÖLGƏSİ - Türkiyəyə qarşı yönələn 75 raket, 1 ton ammoium-nitrat...

    "Barış bulağı" bölgəsini terrordan təmizləməyə davam edən türk hərbçiləri Tel Abyadda əldəqayırma partlayıcı istehsal edən emalatxana və partlayıcı istehsalında istifadə edilən 1 ton ammonium-nitrat  müsadirə edib.

    Məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi verib.

    Xüsusi təlim keçmiş köpəklərin köməyi ilə 400-dən artıq mina və partlayıcı zərərsizləşdirilib.

    Tankəleyhinə texnikalar ələ keçirib. Türkiyəyə qarşı istiqamətləndirilmiş 75 ədəd raket aşkar edilib.

    Muxalifet - 1-11-2019

Pages