Axtarış
The search found 105716 results in 0.044 seconds.
Search results
Pərviz Bülbülə tanınmaz halda - FOTO
Tanınmış meyxanaçı Pərviz Bülbülə xarici görünüşündə dəyişiklik edib.
O, bir müddət əvvəl tökülən saçlarını əkdirərək bərpa edib.
Pərvizin yeni görüntüsünü müğənni Damla instaqram səhifəsində paylaşıb. O, şəkilə şərh yazaraq P. Bülbülə ilə mərcə girdiyini qeyd edib:
“Dostlar, aramızda kiçik bir mərc var. Kimin profilində (Həmin fotonu Pərviz Bülbülə də eyni anda paylaşıb) bu şəkilə 24 saat ərzində çox “like” gəlsə, o qalibdir. Əgər Pərviz udsa, onun yeni saçlarının xərcini mən ödəyəcəm”.Muxalifet - 1-11-2019
Sahil Babayev onu yeni rəis TƏYİN ETDİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin edilib. Muxalifet.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsi Fuad Heydərova həvalə olunub. F.Heydərov əvvəllər xidmət rəis müavini vəzifəsində işləyib. Bu ilin iyul ayından isə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edib.
Muxalifet - 1-11-2019
ABŞ-dan İrana qarşı SƏRT QƏRAR: Növbəti sanksiya paketi tətbiq edildi
ABŞ İrana yeni sanksiyalar tətbiq edib. İranın inşaat və hərbi sektorunda istifadə edilən bəzi əhəmiyyətli materialların ticarətini hədəf alan yeni məhdudiyyətlər yaranıb. ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo tərəfindən verilən yazılı açıqlamada rəsmi Tehrana qarşı sanksiya rejiminin möhkəmləndirilməyə davam edəcəyi vurğulanıb. Açıqlamada İran İnqilab Keşikçilərinin əlində və ya təsirində olan inşaat sektorunun sanksiyaların hədəfinin olduğu qeyd edilib. Sanksiya siyahısında İranın nüvə və ballistik raket proqramında istifadə olunan 4 materialın ticarəti də var.
Muxalifet - 1-11-2019
“Primakovla bağlı sərgiyə razılıq verənin ağlı başındadırmı?” – Fazil Mustafa
Xəbər verildiyi kimi, oktyabrın 29-da Bakıda Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illiyinə həsr olunmuş sərgi keçirilib. Sərgi Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində baş tutub. Sərgidə Rusiya Xarici İşlər Nazirliyinin arxivindən sənədlər və fotoşəkillər təqdim olunub. Sərgidən bir neçə gün öncə isə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Y.Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı esse müsabiqəsi keçirilib. Qeyd edək ki, müsabiqə Rusiyanın Azərbaycandakı səfirliyinin layihəsi olub.
Muxalifet - 1-11-2019
Gediş haqqları yenidən DƏYİŞƏCƏK: Pik saatlarda... - RƏSMİ AÇIQLAMA
"Ailə var, 4 uşağı məktəbə gedir. 30 qəpik o tərəfə, 30 qəpik bu tərəfə. O ailə necə etsin?! Kartlar çıxsın, uşaqlara 30 qəpik yox, 15 qəpik olsun".
Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, bu təkliflə aparıcı Tarix Əliyev (Tolik) "Hər şey daxil"də qonağı olan BNA-nın (Bakı Nəqliyyat Agentliyi) mətbuat katibi Mais Ağayevlə söhbəti zamanı çıxış edib.
BNA rəsmisi nəqliyyat sistemində gözlənilən vacib dəyişikliyin anonsun verib:Muxalifet - 1-11-2019
“AYDA 80 MİN FUNTA DOLANMAQ OLMUR, AZI 310 MİN LAZIMDIR...” - Londonda 1.7 milyard dollarına həbs qoyulan bankir Bejamov narazıdır
Rusiyanın beynəlxalq axtarışa verdiyi bankir, “Vneşprombank”ın keçmiş səhmdarı Georgi Bejamov London Yüksək Məhkəməsinə müraciət edərək onun üçün nəzərdə tutulmuş aylıq yaşayış minimumun artırılmasını xahiş edib. Virtualaz.org “Forbes”ə istinadən xəbər verir ki, məhkəmə Bejamovun 1.7 milyard dollarını dondurub və ona həftədə cəmi 10 min funt sterlinq xərcləməyə icazə verib. Daha sonra məhkəmə Bejamovun xərlər limitini ayda 80 min funta qaldırıb.
Muxalifet - 1-11-2019
Türkiyə Əsəd rejmi əsgərlərini Rusiyaya verib
Türkiyə Suriya müxalifətini təmsil edən ASO-nun əsir götürdüyü 18 Əsəd rejimi əsgərini Rusiyaya təhvil verib. Muxalifet.az TASS-a istinadla xəbər verir ki, məlumatıTürkiyə müdafiə nazirliyi Twitter səhifəsində paylaşıb. “ Rasalayn şəhərinn cənub-şərqində aparılan hərbi - kəşfiyyat tədbirləri zamanı 18 Suriya rejimi əsgəri Rusiya ilə koordinasiya nəticəsində rus hərbçilərinə təhvil verilmişdir”, deyə mətndə bildirilir. Muxalifet.az
Muxalifet3 - 1-11-2019
Müşfiq Şahverdiyev Rasim Balayevə cavab verdi: “Meymunuqsa...”- Qalmaqallı müsahibə
Məşhur aktyor Müşfiq Şahverdiyev Teleqraf.com-un qonağı olub.
Komediya filmlərinin bir çoxunda baş rolu canlandıran Müşfiq Şahverdiyev bu sahədə vəziyyətdən danışıb.
O, xalq artisti Rasim Balyevin bir müddət əvvəl səsləndirdiyi “Meymunluğu sənətlə səhv salıblar” sözlərinə münasibət bildirib.
“Arvad nə qədər kötək yesə o qədər yaxşıdır” deyən aktyor həyat yoldaşı və övladı haqqında maraqlı açıqlamaları ilə diqqət çəkib.
Video-müsahibəni təqdim edirik:Muxalifet - 1-11-2019
Azərbaycanda müşahidə olunan FAKTİKİ HAVA
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, oktyabrın 31-i gündüzdən ölkə ərazisində hava şəraiti dəyişib, yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub, Xınalıq və Şahdağda qar yağıb.Muxalifet - 1-11-2019
Bakıda avtomobillə sərnişin avtobusu toqquşdu - YARALILAR VAR
Bakıda minik avtomobili ilə sərnişin avtobusu arasında qəza baş verib.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Sabunçu rayon Maştağa qəsəbəsində qeydə alınıb.
Minik avtomobilinin 131 saylı xətt üzrə hərəkət edən avtobusla toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasına çatıdırılıblar:
Muxalifet - 1-11-2019
“Qarabağ” “Neftçi”yə qarşı
Bu gün Azərbaycan Premyer Liqasında 10-cu turun oyunlarına start veriləcək.
Muxalifet.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. “Neftçi” doğma meydanda lider “Qarabağ”ı qəbul edəcək.Muxalifet - 1-11-2019
Növbəti kadr islahatı “Azəriqaz”da - Əkbər Hacıyev də vəzifədən gedir
Ölkədə aparılan struktur və kadr islahatları davam edir. Modern.az-ın əldə etdiyi məlumata görə, növbəti kadr islahatı “Azəriqaz” İstehsalat Birliyində (İB) aparılacaq. Belə ki, “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Əkbər Hacıyevin vəzifəsindən azad olunacağının gözlənildiyi vurğulanır. Onu yerinə isə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyevin gətiriləcəyi bildirilir. Əldə etdiyimiz digər məlumatd Əkbər Hacıyev Qaz İxracı İdarəsinə rəsi təyin olunacağı qeyd olunur.
Muxalifet - 1-11-2019
Ordu üçün toplanan vəsaitin məbləği açıqlandı
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, cari il noyabrın 1-dək fonda 104.234.547,81 AZN, 213.577,88 ABŞ dolları, 17.566 avro və 5000,0 rubl vəsait daxil olub.
Muxalifet - 1-11-2019
Trampdan həyat yoldaşı haqqında ŞOK SÖZLƏR: "Bilirəm ki..."
ABŞ prezidenti Donald Tramp düşünür ki, həyat yoldaşı Melaniya Tramp onun üçün heç vaxt ağlamaz.
Publika.az TİME-a istinadən xəbər verir ki, prezident bu barədə rəhbərlik etdiyi Respublikaçılar Partiyası üçün təşkil edilən tədbirdə danışıb.
Nümayəndələr Palatasının etnik auditoru Stiv Skalizin bir neçə il öncə silahla vurulmasından bəhs edən Tramp “onun həyat yoldaşı xəstəxanada gözləri çıxacaqmış kimi ağlayırdı. Hər kəsin həyat yoldaşı belə bir faciəyə belə reaksiya verməz. Mənimkinin verməyəcəyini dəqiq bilirəm” sözlərini deyib.Muxalifet - 1-11-2019
“Tramp ABŞ-ın ən yaxşı prezidentidir” - BƏŞƏR ƏSƏD
“Qəribə səslənə bilər, lakin düşünürəm ki, Donald Tramp ABŞ-ın ən yaxşı prezidentidir. Bu, Trampın şəffaf siyasət yürütməsi ilə bağlıdır”
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd yerli KİV-ə müsahibəsində deyib.
O bildirib ki, bütün ABŞ prezidentləri hər cür siyasi vəhşilik və cinayətlər törədiblər.
Suriya Prezidentinin sözlərinə görə, ABŞ prezidentləri Nobel mükafatı qazanırlar, özlərini insan haqları, nəcib və misilsiz Amerika dəyərlərinin müdafiəçisi kimi təqdim edirlər.Muxalifet - 1-11-2019
“Azəriqaz” rəhbəri də İSTEFAYA GÖNDƏRİLDİ - Əkbər Hacıyevin yerinə baş direktor təyin edildi... / YENİLƏNİB
“Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikliyi olub.
Muxalifet.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin sərəncamı ilə “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev vəzifəsindən azad edilib. Digər sərəncamla onun yerinə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev gətirilib.
Yeni baş direktor Modern.az-a özəl açıqlamasında təyinatı təsdiqləyib.
R.Əliyev ona göstərilən etimadı doğruldacağını deyib:Muxalifet4 - 1-11-2019
DƏHŞƏT: Küçənin ortasında yaşlı adamı belə güllələdi – ANBAAN VİDEO
Türkiyədə qohumlar arasındakı mübahisə ölümlə bitib.
Muxalifet.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Malatyada aralarında qan davası olan bir neçə nəfər mübahisə etməyə başlayıb. Bu vaxt kənardan yaxınlaşan 78 yaşlı adam silahını çıxararaq düşməninə atəş açmaq istəyib. Daha cəld hərəkət edən qarşı tərəf öz silahı ilə qohumunu vurub. Təcili xəstəxanaya çatdırılan yaralı dünyasını dəyişib. Hadisənin görüntüləri isə anbaan kameralar tərəfindən qeyd edilib.Muxalifet - 1-11-2019
Tramp Zelenski ilə telefon danışığını AÇIQLAYACAQ
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə iyulun 25-də baş tutan telefon danışığının mətnini canlı yayımda oxuyacağını deyib.
ABŞ Prezidenti bu barədə “Washington Examiner” jurnalına bildirib.
Muxalifet - 1-11-2019
ABŞ İranın regional fəallığını zəiflətmək istəyir
ABŞ Rusiya, Çin və Avropa şirkətlərinə İrana nüvə silahı yaratmaq imkanı verməmək və apadığı işləri nəzarətə almaq üçün İranın nüvə obyektlərində işləməyə icazə verməyi planlaşdırır. Muxalifet.az "Aljazeera"ya istinadla bu barədə xəbər verir. Keçən il 2015 İranla imzaladığı nüvə sazişindən çıxan və İrana qarşı sanksiyaları bərpa edən Tramp administrasiyası, " ABŞ ona məxsus olmayan firmaların İranın Atom Enerjisi Təşkilatı (AEOI) ilə əməkdaşlığına qadağa qoyan sanksiyalardan imtina edəcək və işlərin irəliləməsinə imkan verəcək", deyə adları açıqlanmayan mənbələr TASS-a bildirib.
Muxalifet3 - 1-11-2019
Tanınmış vəkil VƏFAT ETDİ
Azərbaycanda vəkil vəfat edib.
Bu barədə Vəkillər Kollegiyasından məlumat verilib.
Kollegiyanın üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Abdul Bağırov dünyasını dəyişib. //report
Muxalifet - 1-11-2019