Axtarış

The search found 105716 results in 0.025 seconds.

Search results

  1. 39 yaşlı yeni icra başçısından ilk AÇIQLAMA

    Təyinatım mənim üçün böyük sürpriz oldu. Cənab Prezidentə bu etimadına görə minnətdarlığımı bildirirəm.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Axar.az-a Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Elnur Rzayev bildirib.
    “Cənab Prezidentə təşəkkürümü bildirirəm. Çalışacağam ki, mənə olan etimadı doğruldum. Bir icra başçısı kimi əlimdən gələnin ən yaxşısını etməyə hazıram”, – deyə yeni icra başçısı bildirib.

    Muxalifet4 - 31-10-2019

  2. "Bloomberg" agentliyi varlanmağın yolunu açıqladı...

    "Ucuz valyuta"ya yatırım gələcəkdə daha çox gəlir gətirəcək

    Muxalifet - 31-10-2019

  3. Jurnalistləri güllələyən, narkotik qurbanı olan DAHİ - “7 ildə 12 min qadınla yatıb” - SİRLİ ULDUZLAR

    1960-cı ilin bugünkü tarixi, səhər saat 05:00. Don Dieqo doğum evinin dəhlizində həyəcanla ora-bura gedərək, xəbər gözləyir. 4 qız övladından sonra oğlunun olacağına ümid edir. Nəhayət, gözünü çəkmədiyi qapı açılır və ona yaxınlaşan həkimdən həsrətində olduğu xoş xəbəri eşidir: "Təbriklər, oğlunuz oldu".

    Həyat yoldaşı Dalma Salvadora Frankonun həmin gün dünyaya gətirdiyi körpə gələcəyin məşhur ulduzu, bu gün 59 yaşını qeyd edən Dieqo Armando Maradona idi.

    "Atam bizi dolandırmaq üçün hər gün işləyirdi"

    Muxalifet - 31-10-2019

  4. "O vaxt abır-həya var idi..." - Xalq artisti

    Xalq artisti Nazpəri Dostəliyeva "5/5" verilişinin qonağı olub.
    Muxalifet.a
    z axşam.az-a istinadən xəbər verir ki, müğənni mərhum Xalq artist Məmmədbağır Bağırzadənin ona olan sevgisindən və həsr etdiyi mahnılardan söz açıb.
    Dostəliyeva aparıcı Zaur Kamalın "Niyə həmin vaxt bu söhbət üzə çıxmadı, öləndən sonra danışıldı" sualına belə cavab verib:
    "Sən hər şeyi açıb-ağardırsan. O vaxt hər şey bağlı idi, abır-həya, hörmət, istək var idi. Ailələrimiz var idi, hörmət edirdik. Mənə bir yox, bir neçə mahnı həsr edib".

    Muxalifet - 31-10-2019

  5. İsrail hərbçiləri fələstinli deputatı həbs ediblər

    İsrail ordusunun əsgərləri bu gün səhər Fələstin milli azadlıq cəbhəsi fraksiyasından deputat Xalid Cararı həbs edib.

    Musavat.com xarici agentliklərə istinadla xəbər verir ki, bu barədə təşkilatın mərkəzi komitəsinin üzvü Mahir Məzhər məlumat yayıb.

    Onun sözlərinə görə, İsrail ordusu səhər saatlarında Fələstin azadlıq cəbhəsinə qarşı reyd keçirərək onlarla üzvü həbs edib.

    Muxalifet - 31-10-2019

  6. Evlənməyə hazırlaşan qızın faciəli ölümü

    İngiltərədə yaşayan 29 yaşlı talehsiz qadın macəranın qurbanı olub.
    Muxalifet.az
    ölkə.az-a istinadən bildirir ki, Hanna Lov adlı ingilis qadın professional alpinist, həm də mühasib idi. Hanna və sevgilisi Adam Stanavay gəzinti üçün tez-tez dağa qalxırdılar. Gənc qadın bu yaşına kimi ailəsi və sevgilisi ilə birlikdə Birləşmiş Krallığın ən yüksək zirvələrini fəth edib.
    Sonuncu dəfə dağa qalxarkən Hannanın sevgilisi və ailəsi də onlarla birlikdə olub. Gəzinti zamanı tək qalmaq istəyən sevgililər dağın zirvəzinə qalxıblar.

    Muxalifet - 31-10-2019

  7. Ermənilər Tərtər istiqamətində irimiqyaslı təlimlərə başlayıb - Hadisə yerindən FOTOLAR

    Ermənilər işğal altında saxladıqları Qarabağda yeni hərbi təlimlərə start veriblər.
    Muxalifet.az
     xəbər verir ki, bu barədə modern.az Ermənistan KİV-ə istinadla məlumat yayıb. Bildirilir ki, təlimlər cəbhənin Tərtər rayonu istiqamətində aparılıb.

    Muxalifet - 31-10-2019

  8. Babək prospekti yenidən qazılacaq? - AÇIQLAMA

    Bu gün bəzi KİV-lərdə "Azərsu" ASC tərəfindən su xətlərinin çəkilməsi ilə əlaqədar Babək prospektinin yenidən qazılacağı barədə dəqiqləşdirilməmiş məlumat yayılıb.

    Bu barədə Unikal.org-a qurumun mətbuat katibi Anar Cəbrayıllı bildirib. Onun sözlərinə görə, yayılan məlumat yalandır və prospektdə yeni su xətlərinin tikintisi nəzərdə tutulmayıb.

    Muxalifet - 31-10-2019

  9. Bu qızın çənəsi uzanır, burnu getdikcə böyüyür - Ayaqları 45 ölüçüdür... / FOTOLAR

    Kanadanın Ontario şəhərində yaşayan Rebekka Çuran qeyri-adi olması ilə dünyada məşhurlaşıb.
    Redaktor.az xəbər verir ki, 29 yaşlı qızı məşhurlaşdıran xəstəliyidir. Belə ki, Rebekkanın burnu, çənəsi, ayaqları və əli böyüyür.
    Xəstəlikdən öncə 38  ölçülü ayaqqabı geyinən qızın ayaq ölçüsü 45-ə çatıb. Onun əlləri də eybəcər formada böyüyür.
    Həkimlər gənc qızın böyümə hormonunun 1015 olduğunu müəyyən ediblər. Normalda isə bu rəqəm 97 ilə 297 arasında dəyişir.
    Rebekada böyümə hormonu istehsal edən hipofiz vəzi şişi ortaya çıxıb.

    Muxalifet - 31-10-2019

  10. Fransa "Barış Pınarı" əməliyyatını qınadı və Ankaradakı fransız səfir Türkiyə XİN-ə cağırıldı...

    Türkiyə XİN-dən verilən açıqlamada Fransanın “Barış Pınarı”əməliyyatı haqqında qəbul etdiyi qərar qınanaraq,” Suriya torpaqlarında bir terror dövləti qurmağa çalışan Fransa məruz qaldığı məyusluq nəticəsində bu qərarı verdi”, ifadə edildi. Görünür, Fransa PKK/YPG-nin belə darmadağın ediləcəyini gözləmirdi.
    Muxalifet.az 
    "Hürriyet"ə istinadla bu barədə xəbər verir. 
     

    Muxalifet3 - 31-10-2019

  11. "Onlar Azərbaycanda həyata keçirilən islahatları istəmir" - SİYAVUŞ NOVRUZ YENƏ MÜXALİFƏTİ İTTİHAM ETDİ

    Azərbaycanda radikal müxalifətçilər şəxsi maraqlarını cəmiyyətin maraqlarından üstün tuturlar. Onların ardıcıl olaraq qanunsuz aksiyalar keçirməyə cəhd etməsi göstərir ki, onlar Azərbaycanda həyata keçirilən islahatları istəmir, ölkəmizin inkişafından narahatdırlar.

    Muxalifet.az xəbər verir ki, trend-ə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

    Muxalifet4 - 31-10-2019

  12. Azərbaycanda yol qəzasında iki nəfər öldü

    Şabran rayonunda yol qəzası baş verib. Muxalifet.az xəbər verir ki, hadisə Bakı-Qəndob-Rusiya avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "VAZ-2106" markalı minik avtomobili ilə "Hyundai" markalı yük maşını toqquşub. Nəticədə "VAZ-2106"nın sürücüsü, 1982-ci il təvəllüdlü Vasif İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onun həyat yoldaşı Könül İsmayılova isə hadisə yerində ölüb. Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Muxalifet - 31-10-2019

  13. Milli Şura 2 noyabr mitinqini təxirə saldı - SƏBƏB AÇIQLANDI

    Demokratik Qüvvələrin Milli Şurası (MŞ) noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanı ləğv edib.
    "Report" xəbər verir ki, bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli "Azərbaycan Saatı" verilişində məlumat verib.
    Əli Kərimli bu aksiyanın ləğvini hakimiyyətin təxribat törədə biləcəyi ehtimalı ilə əlaqələndirib.

    Muxalifet4 - 31-10-2019

  14. Bakıya sızan qadında “erməni izi” - Akademikdən SƏRT AÇIQLAMA

    Amsterdam Universitetinin əməkdaşı Sara Krombaxın dissertasiya “tədqiqatı” yalnız görkəmli alim Ziya Bünyadova deyil, bütövlükdə Azərbaycan xalqına qarşı təxribat və təhqirdir. Hesab edirəm ki, bu təxribat Avropadakı ermənipərəst dairələrin təsiri altında olanların işidir.

    Bu sözləri Kult.az-a açıqlamasında AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov niderlandlı araşdırmaçı Sara Krombaxın “Ziya Bünyadovla Azərbaycanın uydurulmuş keçmişi” adlı doktorluq dissertasiyası haqda danışarkən deyib.

    Muxalifet4 - 31-10-2019

  15. Bakıda iki avtobus toqquşub, 9 nəfər xəsarət alıb - YENİLƏNİB

    Bakının Sabunçu rayonunda iki avtobusun toqquşması zamanı 9 nəfər xəsarət alıb.

    APA xəbər verir ki, hadisə Yeni Ramana qəsəbəsində baş verib.

    Muxalifet4 - 31-10-2019

  16. Tramp üçün təhlükə başlandı - Konqresdən ŞOK QƏRAR

    ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiçmenti prosedurunu rəsmiləşdirən qətnaməni qəbul edib.
    Muxalifet.az TASS agentliyinə istinadən xəbər verir ki, keçirilən səsvermədə Nümayəndələr Palatasının 232 üzvü qətnaməni dəstəkləyib, 196 üzvü isə qarşı çıxıb. Qətnamənin qəbulu üçün 218 səslə sadə əksəriyyət (Nümayəndələr Palasının 435 üzvü var-red.) tələb olunurdu.

    Muxalifet - 31-10-2019

  17. Ərdoğan Gürcüstana səfər edəcək

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ilin yazında Gürcüstana səfər edəcək.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Gürcüstan baş naziri Giorgi Qaxariya ilə birgə mətbuat konfransı zamanı bildirib.

    Həmçinin gələn ay iqtisadiyyat nazirlərinin sədrliyi ilə hökumətlərarası komissiyaların iclaslarını keçirməklə bağlı razılığa gəldikləri qeyd olunub.

    Qeyd edək ki, R.T.Ərdoğan son dəfə Gürcüstana 2010-cu ildə, baş nazir ikən işgüzar səfər etmişdi.

    Muxalifet - 31-10-2019

  18. "Çukur" məhkəməyə verildi

    Vəkil Funda Sadıqəhməd Alp "Çukur" serialını məhkəməyə verib.
    Muxalifet.az
    qaynarinfo-ya istinadən xəbər verir ki, vəkil "Show TV", kanalın qeyri-rəsmi məsul meneceri Səmra Tınaztəpə və "Ay Yapım" barədə vəkillik peşəsini təhqir, xalqı qanunlara əməl etməməyə təhrik etmək ittihamları irəli sürülüb.

    Muxalifet - 31-10-2019

  19. Əcnəbilərin Finlandiyada daşınmaz əmlak alması ÇƏTİNLƏŞDİ - Bunun üçün Müdafiə Nazirliyindən icazə almalıdırlar

    Yeni qayda ümumilikdə dünyada və əsasən regionda təhlükəsizliklə bağlı vəziyyətin mürəkkəbləşməsi ilə əlaqədardır. Bununla bağlı olaraq, Finlandiya hökumətinin yaratdığı sistemə əsasən ölkədə daşınmaz əmlakın alqısının izlənilməsini və ona nəzarəti həyata keçirmək mümkündür.

    Muxalifet4 - 31-10-2019

  20. Avropa çempionatı: Azərbaycan Ermənistan və Fransa ilə qarşılaşacaq

    Oktyabrın 31-də Batumidə kişi və qadın şahmatçılardan ibarət komandalar arasında Avropa çempionatının yeddinci turunun oyunları başa çatıb. Virtualaz.org bildirir ki, kişi şahmatçılarımız İsveçrə komandasına 2,5:1,5 hesabla qalib gəlib. Qadın yığmamızın Gürcüstan komandası ilə qarşılaşması isə heç-heçə başa çatıb. Aktivində 10 xal olan qadın komandamız liderlər qrupunda mövqeyini qoruyub saxlayıb (3-cü yer). Kişi şahmatçılarımız isə turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıblar. Bu arada Avropa Komanda çempionatında 8-ci turun cütləri məlum olub.

    Muxalifet4 - 31-10-2019

Pages