Azərbaycanda yol qəzasında iki nəfər öldü
31-10-2019 22:25
Baxış sayı:
9367

Şabran rayonunda yol qəzası baş verib. Muxalifet.az xəbər verir ki, hadisə Bakı-Qəndob-Rusiya avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "VAZ-2106" markalı minik avtomobili ilə "Hyundai" markalı yük maşını toqquşub. Nəticədə "VAZ-2106"nın sürücüsü, 1982-ci il təvəllüdlü Vasif İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onun həyat yoldaşı Könül İsmayılova isə hadisə yerində ölüb. Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. /report.az