Axtarış
The search found 105716 results in 0.053 seconds.
Search results
Prezident Yexlaxa yeni icra başçısı TƏYİN ETDİ
Prezident İlham Əliyev Qoca Səmədovun Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Qoca Çərkəz oğlu Səmədov Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə Anar Aqil oğlu Tağıyev Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Muxalifet - 31-10-2019
Prezidentin icra başçısı təyin etdiyi 39 yaşlı Elnur Rzayev kimdir? - DOSYE/FOTOLAR
Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Xaçmaz rayon İcra Hakimiyyətinin 81 yaşlı başçısı Şəmsəddin Xanbabayev vəzifədən azad edilib. Publika.az xəbər verir ki, dövlət başçısının imzaladığı digər sərəncamla Elnur Rzayev yeni icra başçısı təyin edilib. Qeyd edək ki, E.Rzayev daha əvvəl Gəncə şəhər İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində çalışıb. O, 1980-ci il təvəllüdlüdür.
Muxalifet - 31-10-2019
Bakıda fahişəxanadan ÇƏKİLİŞ - Döyülənlər var /VİDEO
Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən kafelərin birində açıq qadın alveri təşkil olunub.
Muxalifet.az Baku.ws-ə istinadən xəbər verir ki, “Lion” adlı kafedə fahişəxana təşkil edilib.
Obyektdə çəkiliş aparmaq istəyən şəxs kafe işçiləri tərəfindən döyülüblər. Döyülən şəxslər Xətai rayon Polis İdarəsi 37-ci polis bölməsinə şikayət ediblər.
Məsələ ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib ki, 37-ci polis bölməsinə döyülmə faktı ilə bağlı müraciət daxil olub.Muxalifet - 31-10-2019
YPG/PKK Əsəd rejimi ilə BİRLƏŞMƏYƏ "YOX" dedi
Bəşər Əsəd rejimi və Rusiyanın “Sülh Çeşməsi” hərəkatında darmadağın olan YPG/PKK –ya Suriya dövlətinə tabe olmaq təklifinə baxmayaraq terror təşkilatı özünə təhlükəsizlik qarantiyasının verilmədiyin bəhanə edərək Rusiyanın bu təklifini qəbul etmədi.
Muxalifet3 - 31-10-2019
“”28 May” metrosunun qarşısında Dağlıq Qarabağ verilmir” – Siyavuş Novruzov
“Azərbaycanda qanunsuz aksiyaları keçirməkdə əsas məqsəd ölkədə yaranmış ictimai-siyasi sabitliyi pozmaq, aparılan sosial-iqtisadi islahatlara maneçilik törətməkdir”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Muxalifet - 31-10-2019
Qasım Süleymani təcili Bağdada gəlib - ƏRƏB MƏTBUATI
İslam İnqilabı Keşikçiləri Korpusunun Əl-Quds bölməsinin komandiri, general-mayor Qasım Süleymani təcili Bağdada uçub.
Virtualaz.org bildirir ki, bu barədə "Al-Arabiya" telekanalı xəbər yayıb.
Məlumata görə, İran hərbi lideri, hökumət əleyhinə təxminən bir aydır davam edən aksiyalar səbəbilə ölkədəki vəziyyətlə əlaqədar İraq Baş nazirinin ofisində keçirilən toplantıya rəhbərlik edib. İclasda iştirak edən rəsmi İraq mənbələrinin verdiyi məlumata görə, toplantıya baş nazir Adel Əbdül Mehdi sədrlik etməli idi...
Muxalifet - 31-10-2019
“Rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır” - Prezidentdən yeni başçılara TAPŞIRIQ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edib.
Muxalifet - 31-10-2019
ABŞ Konqressi Rusiyanın G-7 Sammitində iştirakına VETO QOYDU
Konqresmen Albio Sayres xəbər verib ki, ABŞ Konqresnin nümayəndələr palatasının xarici işlər Komitəsi Rusiyanın G7 sammitlərində iştirak etməsinə qarşı qətnamə qəbul edib. Muxalifet.az vz.ru-ya istinadla bu barədə xəbər verir. Qətnamə yekdilliklə qəbul olunub. Konqresmenlər bəyan ediblər ki, Rusiya “qonşuluğunda olan dövlətlərin ərazi bütövlüyünə hörmət edib, tanımayana və demokratik dəyərlərə əməl etməyənə qədər G-7 sammitlərində iştirak etməsin”, RİA Novosti xəbər verir.
Muxalifet3 - 31-10-2019
Prezidentin icra başçısı təyin etdiyi GƏNC KİMDİR? - DOSYE
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Yevlax rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov vəzifədən azad edilib. Publika.az xəbər verir ki, dövlət başçısının imzaladığı digər sərəncamla Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyev Yevlax rayonuna icra başçısı vəzifəsinə təyin edilib. O, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkənidir. Tağıyev Anar Aqil oğlu - 25 mart 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Muxalifet - 31-10-2019
"Moskva ATƏT-in fəaliyyətini dəstəkləyir" - Lavrov
Moskva Dağlıq Qarabağ münaqişəsinin həllinin axtarışlarında ATƏT-in fəaliyyətini dəstəkləyir.
Muxalifet.az-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in baş katibi Tomas Qremingerlə birgə mətbuat konfransı zamanı deyib.
Nazir həmçinin, Cənubi Qafqazda sabitliklə bağlı Cenevrə müzakirələrinin vacib rolunu qeyd edib.
S.Lavrov bildirib ki, Rusiya yeni çağırış və təhdidlərlə mübarizədə, eləcə də ümumi məkanda müxtəlif münaqişələrin nizamlanmasında ATƏT fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı təklifləri dəstəkləyir:Muxalifet - 31-10-2019
Cəmil Həsənlidən Milli Şuraya çağırış - “2 NOYABR MİTİNQİNİ TƏXİRƏ SALAQ…”
“Təklif edirəm ki, MŞ KM üzvləri və AXCP rəhbərliyi mənim bu təklifimi təcili müzakirə etsin: 2 noyabr mitinqini təxirə salaq, əhalinin qorxudulmasına bəhanə verməyək”.
Belə təkliflə hazırda ABŞ-da olan Milli Şura sədri Cəmil Həsənli çıxış edib. O, mitinq mövzusuna həsr etdiyi və “Facebook”da paylaşdığı yazısında bu təklifi irəli sürüb.
Muxalifet4 - 31-10-2019
“Bəzi icra başçıları talançılıqla məşğul idilər” - İLHAM ƏLİYEV
“Bəzi icra başçıları saxta adamların adlarını siyahıya yazdırırdılar, onlara düşən vəsaiti mənimsəyirdilər və beləliklə, talançılıqla məşğul idilər”.
“Report”un məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Tağıyevi Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı, Elnur Rzayevi Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.
Muxalifet4 - 31-10-2019
Ukrayna prezidenti Zelenski BƏYANAT verdi: Petrovskdan hərbi qüvvələr geri çəkiləcək
Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Donbassın Petrovski məntəqəsində 4 noyabrda silahlı qüvvələr təmas xətindən geri çəkiləcək.
Muxalifet.az russian.rt-yə istinadla bu barədə məlumat verir.Muxalifet3 - 31-10-2019
Bələdiyyə seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 10-a çatıb – SİYAHI
Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 10-a çatıb.
Bu barədə Mərkəzi Seçki Komissyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.
Muxalifet4 - 31-10-2019
“Vaqner”-in 5 döyüşçüsünün başını kəsdilər
Mozambik üsyançıları 5 rusiyalını güllələyib, sonra da başını kəsiblər.
«Dojd» kanalının məlumatına görə, bu barədə «Carta de Mocambique» adlı məqalədə söhbət açılır.
Nəşrin təsdiqlədiyinə görə, öldürülənlər «Vaqner qrupu»nun (Rusiyada özəl hərbi şirkətdir) üzvləri olublar. KİV-lər bu qrupu peterburqlu restorator Yevgeni Priqojinlə əlaqələndirirlər.
Muzdluların olduğu avtomobilə hücum ötən bazar günü Kabu-Delqadu əyalətində baş verib. Hücum nəticəsində rusiyalı muzdlulardan başqa daha 20 mozambikli hərbçi həlak olub.
Muxalifet4 - 31-10-2019
Zelenski artıq yorulub - Ukrayna prezidenti ilə bağlı ŞOK ETİRAFLAR
Ukrayna prezidenti Vladimir Zelenski yorulub. Bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Boqdan “Ukraynskaya Pravda” qəzetinə danışıb. Onun sözlərinə görə, Vladimir Zelenskini media və sosial şəbəkədən gələn neqativ rəylər incidir: “Mənfi emosiyalardan bezib. Mediada bizə qarşı mənfi fikirlər irəli sürüldüyü üçün o, əziyyət çəkir. Buna görə də prezidentə sosial mediada təhrif olunmuş məlumatlarla üzləşməmək üçün şəbəkələrdən mümkün qədər az istifadə etməsini tövsiyə edirəm. Zelenskinin aktiv iş tempi də yorğunluğuna səbəb olur.
Muxalifet - 31-10-2019
Şahin Mustafayevə yeni vəzifə verildi
Prezident İlham Əliyev “Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1876 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. "Yeni Sabah" xəbər verir ki, komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib.
Muxalifet - 31-10-2019
BAKIDA AİLƏ FACİƏSİ - Yeznəsini öldürüb, bacısına ağır xəsarət yetirdi
Bakıda yeznəsini qətlə yetirib, bacısına ağır xəsarət yetirməkdə təqsirləndirilən Müşfiq Ələsovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Muxalifet.az ökə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.
Qeyd edək ki, hadisə bu il paytaxtın Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.Muxalifet - 31-10-2019
İstefada olan polkovnikdən Müdafiə Nazirliyinə SƏRT İTTİHAMLAR: “Kim Səfər Əbiyevlə yaxın olubsa...”
Azərbaycan Silahlı Qüvvələrində 2014-cü ilin yanvar ayının 6-a qədər xidmət edən istefada olan polkovnik Rövşən Məhərrəmov Müdafiə Nazirliyi tərəfindən hüquqlarının pozulduğunu bildirir. Bu barədə ətraflı məlumat verən Rövşən Məhərrəmovun sözlərinə görə, 2013-cü ilin oktyabr-noyabr aylarında müalicədə olub və bu dönəmdə onun dərəcəsi qeyri-qanuni olaraq, aşağı salınıb: “Sizə təqdim etdiyim arayşda da görürsünz ki, xəstəliyimlə əlaqədar ordu sıralarından tərxis edilmişəm. Hərbi Hava Qüvvələrində xidmət edən vaxt səhhətimdəki problemlərlə əlaqədar xəstəxanada müalicə olunurdum.
Muxalifet - 31-10-2019
Sumqayıtda marşrut avtobusunda qadına qarşı CİNAYƏT
Sumqayıt şəhərində cibgirlik etmiş şəxs tutulub.
Muxalifet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci və 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 29-da xətt avtobusunda şəhər sakini Ü.Abdullayevanın içərisində pul və sənəd olan cüzdanını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş E.Adıgözəlov saxlanılıb.Muxalifet - 31-10-2019