Axtarış

The search found 105716 results in 0.108 seconds.

Search results

  1. Rəşid Mahmudov deputatın anlaşılmayan çıxışı HAQQINDA: “Onun həkimə ehtiyacı var” - VİDEO

    Rəşid Mahmudov: “Elə adamların istefasını gözləmək doğru deyil, çıxarıb atmaq lazımdır” Bir neçə gündür ki, sosial medianı deputat Xanhüseyn Kazımlının, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasındakı rabitəsiz çıxışını əks etdirən videogörüntü zəbt edib. Görüntülərdən aydın olur ki, millət vəkili fikirlərini ifadə edə bilmir, anlaşılmaz danışır. Deputatın sözügedən videosunu izləyən sosial şəbəkə istifadəçiləri X.Kazımlının səhhəti ilə bağlı müxtəlif fikirlər irəli sürürlər. İddia olunur ki, deputat ciddi xəstəliyə düçar olub.

    Muxalifet - 30-10-2019

  2. Generalın polkovnik qohumu da sələm mafiyasında imiş... – Siyahıda daha kimlər var?

    Artıq bir ildən çoxdur ki, "Günay bank” ASC-nin idarə heyətinin sədr müavini, Emin Zeynalov həbsdədir. Özü də nə az, nə çox, düz yüz milyon manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə, bankın "əmanətçilərini” aldatmaqda təqsirli bilinərək Cinayət məcəlləsinin 178.4-cü (külli miqdarda dələduzluq) maddəsi ilə həbs olunub. Əslində gəlin baxaq, görək aldadılan şəxslər kimlərdir və hansı əmanətçilərdən söhbət gedir. Bu günə qədər cinayət işi barədə çox yazılar yazılsa da, zərərçəkənlər barədə heç bir məlumat verilməyib.

    Muxalifet - 30-10-2019

  3. ABŞ-a ŞOK: Suriyadakı yeganə müttəfiqi Dəməşqin nəzarətinə keçir

    “Suriya Demokratik Gücləri”nin (əsas hissəsi YPG terror təşkilatının döyüşçülərindən ibarətdir –red.) döyüşçüləri Suriya ordusunun tərkibinə girə bilərlər.
    Publika.az xəbər verir ki, bu haqda hökumətdəki mənbələrə istinadən “Al-Akhbar” qəzeti yazıb.
    Bildirilir ki, Suriya hakimiyyəti “Suriya Demokratik Gücləri”ni dağıtmaq və qruplaşmanı ordu və güc strukturlarının tərkibinə daxil etməyi planlaşdırır. Bundan başqa, Dəməşq daha əvvəl “Suriya Demokratik Gücləri”nin nəzarətində olan regionlarda dövlət orqanlarının işini bərpa etmək istəyir.

    Muxalifet - 30-10-2019

  4. Źelenskidən Donbass və Krım BƏYANATI: Ukraynalılar başa düşməlidirlər ki, hərbi yolla və tezliklə...

     
    Ukrayna prezidenti Vladimir Zelenski Donbass və Krımın qaytarılmasına dair Kiyevin strategiyası haqda bəyanat verib.
     Bu barədə muxalifet.az lenta.ru-ya istinadla xəbər verir.

    Muxalifet3 - 30-10-2019

  5. Sabah bu rayonlarda qaz olmayacaq

    Sabah Biləsuvar, Ağstafa və Qaxın təbii qaz təchizatında fasilələr olacaq.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb:

    "Oktyabrın 31-də saat 09:00-dan Biləsuvar, Ağstafa və Qax rayonlarının ərazisində qaz xətti üzərində quraşdırılmış qurğuların yeri dəyişdiriləcək, yeni qaz tənzimləyicisi quraşdırılacaq, aşkarlanan qaz sızmaları aradan qaldırılacaq. Bununla bağlı təmir işlərinin aparılmasına şərait yaradılması məqsədilə qeyd edilən rayonların bir hissəsində qaz təchizatında fasilələr müşahidə ediləcək"

    Muxalifet - 30-10-2019

  6. Əməkdar artist təyyarədə dava saldı

    Moskvadan İsrailin Netaniya şəhərinə qonaq gedən Rusiyanın əməkdar artisti Lidiya Velejeva ilə hava limanı işçiləri arasımda xoşaglməz anlar yaşanıb. Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, təyyarənin gecikməsinə əsəbləşən sənətçi hirsini aeroport əməkdaşlarından çıxıb. İşçilər avtobusla təyyarə meydançasına gələn Lidiyadan oturmağı xahiş etsələr də, o etirazını bildirib. Lidiyanın təyyarədə də yüksəs səslə danışması digər sərnişinləri narahat etdiyindən, stüardessalar polis çağırmağa məcbur olublar və qadın təyyarədən endirilib.

    Muxalifet - 30-10-2019

  7. “Avropanın Türkiyəyə ehtiyacı var” – Fransalı senator

    “Bu gün türk dövlətlərinin şəbəkəsi olduqca güclüdür”.

    “Report”un yerli bürosu xəbər verir ki, bunu fransalı senator Natali Qule Türkiyənin Fransadakı səfirliyinin cümhuriyyətin 96-ci ildönümü münasibətilə keçirdiyi rəsmi qəbulda bildirib.

    Onun sözlərinə görə, Türkiyə Avropanın şərq sərhədidir: “Avropanın Türkiyəyə ehtiyacı var. Fransanın baş naziri Bernar Kaznev (Bernard Cazeneuve) Türkiyə ilə təhlükəsizlik məsələlərinə dair bir sıra mühüm sənədlərə imza atıb. Bunlar arasında aeroportlara nəzarətə dair razılıqlar böyük əhəmiyyət daşıyır”.

    Muxalifet - 30-10-2019

  8. Vaşinqtondan Türkiyə ilə bağlı SENSASİON ETİRAF: Bütün cəhdlərə baxmayaraq...

    Amerika administrasiyası bütün cəhdlərə baxmayaraq, Türkiyə hakimiyyətini Rusiyadan alınan S-400 zenit-raket sistemlərindən imtina etməyə inandıra bilmir.
    Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda prezident Donald Tramp tərəfindən ABŞ-ın Rusiyadakı səfiri postuna namizədliyi irəli sürülən Con Sallivan Senatının xarici işlər üzrə komitəsində keçirilən dinləmələrdə deyib.

    Muxalifet - 30-10-2019

  9. "Bəli, məndə hepatit virusu var" - Fədayə Laçın xəstəliyindən DANIŞDI

    "Səhər gəldilər dedilər ki, hazırlaş və çıx get. Ailəm gəlib qarşılamalı idi, hamı buna hazırlaşmışdı. Amma çatdırmadılar. Mən də qapıdan çıxıb, taksiyə oturub, evimə gəldim. Yolda da bacıma zəng etdim ki, gəlirəm. Bilirdim ki, media nümayəndələri də gələcək. Amma əlimdən nə gəlir, get dedilər, getdim. Özüm də təəccübləndim, həyəcanlandım ki, niyə belə etdilər? Ailəm də şok oldu ki, necə belə tez buraxdılar. Bacım, anam və oğlum Buzovnadakı evə yığışmışdı ki, birlikdə gəlib məni qarşılasınlar. Gəldim evə ki, xalalarım, qohumlarım, qonşularım məni gözləyir".

    Muxalifet - 30-10-2019

  10. FED uçot dərəcəsini ENDİRDİ

    ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 1,5-1,75%-ə qədər endirib.

    Muxalifet.az xəbər verir ki, bu barədə nizamlayıcının saytında bildirilir.

    Muxalifet - 30-10-2019

  11. Sumqayıtda qadın müəllimin meyiti tapılıb

    Sumqayıt şəhərində 60 yaşlı müəllimənin meyiti tapılıb.

    “Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, meyit şəhərin İnşaatçılar qəsəbəsində aşkar edilib.

    Belə ki, şəhər sakini, 1959-cu il təvəllüdlü Elvira Zərbəli qızı Kazımovanın meyiti yerli sakinlər tərəfindən tapılıb.

    Muxalifet - 30-10-2019

  12. İlin ən yaxşı futbolçusu kim olacaq? - Ronaldo, Messi və daha 5 futbolçu...

    Üç ildir dünyanın ən yaxşı futbolçusu adını Kriştiano Ronaldo alır. Portuqaliyalı yenə namizədlər sırasındadır.
    Belə ki, Ronaldo, Lionel Messi və daha 5 futbolçununu adı siyahıda yer alıb. Dekabrın 29-da Dubayda qalibin adı müəyyənləşəcək.
    Ronaldo və Messidən başqa qalan futbolçular İngiltərə klublarını təmsil edir. Namizədlərdən 4-ü “Liverpul”da oynayır. Məhəmməd Salah, Alisson, Sadyo Mane və Vircil van Deykin ən yaxşı olmaq şansı var. Bir də “Mançester Siti”dən Bernardu Silva nazimədlər sırasına düşüb.

    Muxalifet4 - 30-10-2019

  13. İlon Mask yutubçuya 1 milyon dollar bağışladı

    “SpaceX” və Tesla Motors” şirkətlərinin qurucusu İlon Mask bir yutubçunun 20 milyon ağac əkmək hədəfi ilə başlatdığı aksiyaya 1 milyon dollar bağışlayıb.
    20 milyon izləyicisi olan “MrBeast” ləqəbli yutubçu Cimmi Donaldson aksiyanı sosial şəbəkədə elan edib. “Teemtrees” haştaqı ilə başladılan kampaniya çərçivəsində 1 ağacın dəyəri 1 dollardır. İlon Mask da aksiyaya qoşulduğunu Tvitterdən elan edərək adını “Treelon” olaraq dəyişib və 1 milyon dollar bağışladığını bildirib.
    İndiyədək ağacəkmə aksiyası üçün 8 milyon dollar toplanıb. (Qafqazinfo.az)

    Muxalifet4 - 30-10-2019

  14. "Rusiya Ermənistana əbədi dayaq nöqtəsi kimi baxır” – Politoloq

    Xəbər verdiyimiz kimi, Rusiyanın müdafiə naziri Ermənistana səfəri zamanı bu ölkədə hərbi kollecin təməlqoyma mərasimində iştirak edib. Erməni mediası sözügedən kollecin məhz Rusiyanın dəstəyi ilə inşa ediləcəyini bildirib. Bundan başqa, Rusiya və Ermənistan müdafiə nazirləri arasında 2020-ci ildə ikitərəfli əməkdşalığı daha da genişləndirməklə bağlı razılaşma əldə edilib. Maraqlıdır, Rusiyanın Minsk qrupunun həmsədri kimi işğalçı ölkənin hərbi potensialını gücləndirmək istiqamətində silsilə addımlar atması Azrbaycana nə vəd edir?

    Muxalifet - 30-10-2019

  15. 16 yaşlı aktivist 75 min dollardan imtina etdi

    İsveçli iqlim aktivisti Qreta Tunberq növbəti hərəkəti ilə gündəmə çevrilib.

    Muxalifet.az xəbər verir ki, 16 yaşlı aktivist ona layiq görülən Skandinaviya Ekologiya Mükafatından imtina edib.

    Mükafatın dəyəri 75 min dollardır.

    "The Sunday Morning Herald" qəzetinin xəbərinə görə, Tunberq mükafata layiq görüldüyü üçün qürurlandığını, amma iqlimlə bağlı apardığı mübarizə üçün hər hansı mükafata layiq olmadığını deyib. O, ətraf mühitin qorunması üçün gözəl sözlər söyləmək yerinə konkret tədbirlər görülməsini tələb edib.

    Muxalifet4 - 30-10-2019

  16. Qəzada dünyasını dəyişən Salanın adı belə əbədiləşdirildi

    Təyyarə qəzasında dünyasını dəyişən futbolçu Emiliano Sala ilə bağlı təqdirəlayiq addım atılıb.

    Axar.az xəbər verir ki, Argentinanın "San Martin Proqreso" klubu stadionuna futbolçunun adını verib.

    Stadionun adı oktyabrın 31-də Salanın 29-cu doğum günündə dəyişdiriləcək.

    Qeyd edək ki, argentinalı futbolçu "San Martin"in yetirməsi olub. Bu ilin yanvar ayında Fransanın "Nant" klubundan "Kardif Siti"yə transfer olan Sala İngiltərəyə yollanarkən təyyarə qəzasında həlak olmuşdu.

    Muxalifet4 - 30-10-2019

  17. Toyda ofisiantı şüşə butulka ilə vurdular - AĞSTAFADA

    Ağstafada döyülmə faktı qeydə alınıb. 

    Hadisə rayonun Dağ Kəsəmən kəndində toyda baş verib. 

    Toyda xidmət edən 28 yaşlı Fərid Salıfovun qonaqların biri ilə mübahisəsi yaranıb. Davaya çevrilən insident zamanı qarşı tərəf şüşə butulka ilə ona zərbələr endirib. Xəsarət alan gənc xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet4 - 30-10-2019

  18. "Pul qarşılığında ailə qurmaq istəyirdim"

    Türkiyəli aparıcı Onur Büyüktopçu İngiltərədə təhsil aldığı müddətdə yaşadıqlarını dilə gətirib.
    Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, həmin ölkədə qala bilmək üçün pul qarşılığında ailə qurmaq istədiyini deyib:

    "Heç kimə bu təklifi etməmişəm. Ancaq düşünürdüm. Araşdırdım. 5-6 ay eyni evdə yaşamaq məcburiyyəti vardı. Yəni evləndim, oturma izni aldım, sonra boşanım deyə bir şey yoxdur".

    Muxalifet - 30-10-2019

  19. Murad Dadaşov "Maşın" şou ilə vidalaşdı - "Yeni realiti şoumuz olacaq"

    "Öz tariximdə "Maşın" şounu bitirdim”.

    Muxalifet.az xəbər verir ki, bu barədə şounun aparıcısı, xalq artisti Murad Dadaşov big.az-a açıqlamasında məlumat verib.

    O, bildirib ki, artıq "Maşın" şounun aparıcılığını etməyəcək:

    "Bəli, artıq biz maşının açarlarını təqdim edirik. Bu gün "Maşın" realiti şounun "Maskarad” sürəti bitdi. 18-ci sürətlə bərabər mən də özüm üçün, öz tariximdə maşını bitirdim. Çünki, hesab edirəm ki, biz layihənin ən pik nöqtəsində tamaşaçılarla uzun müddətlik ayrılırıq.

    Muxalifet4 - 30-10-2019

  20. Paşinyan təzə təyyarə alır, okeanın o tayına uçmağa...

    Ermənistan baş naziri Nikol Paşinyan yeni təyyarə almaq istəyir.

    Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, hökumət aparatının rəhbəri Eduard Ağacanyan baş nazirə xidmət etmək üçün yeni təyyarə almaq planları barədə danışıb.

    “Baş nazirə xidmət edən indiki təyyarə transatlantik uçuşlar həyata keçirmək imkanında deyil. Ekspertlər hesab edir ki, laynerin modernizasiyası üçün milyonlarla dollar lazımdır”,-Ağacanyan bu gün oktyabrın 30-da büdcə müzakirələri zamanı deyib.

    Muxalifet4 - 30-10-2019

Pages