Axtarış

The search found 105716 results in 0.067 seconds.

Search results

  1. Rusiya, Türkiyə və İran XİN rəhbərləri BMT-nin xüsusi elçisi ilə Suriya məsələsini müzakirə ediblər

    Rusiya, Türkiyə və İran xarici işlər nazirləri Sergey Lavrov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərif və BMT-nin baş katibinin Suriya üzrə xüsusi elçisi Geyr Pederson arasında görüş keçirilib.

    Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, görüşdə tərəflər Suriya məsələsini müzakirə ediblər.

    Bildirilir ki, görüş Suriyada oktyabrın 30-u fəaliyyətə başlayacaq Konstitusiya Komitəsinin işə düşməsindən əvvəl reallaşıb.

    Qeyd edək ki, daha əvvəl nazirlər Astana formatında görüş keçiriblər.

    Muxalifet4 - 30-10-2019

  2. Trampla xanımı Hellouini qeyd etdilər - FOTO

    ABŞ prezidenti Donald Trampla birinci xanım Melaniya Tramp Ağ Evdə Hellouin bayramı ilə əlaqədar şənlik təşkil ediblər.

    “Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, 73 yaşlı prezidentlə 49 yaşlı xanımının qonaqları uşaqlar olub. Binanın divarları, bu günə özəl olaraq, ağac siluetləri, pilləkənları isə balqabaqlarla bəzədilib. Donald və Melaniya uşaqları şirniyyatlara qonaq edib onlarla xatirə şəkli çəkdiriblər.

    Muxalifet4 - 30-10-2019

  3. Milyarderlərin həyat yoldaşları nə işlə məşğul olur? - FOTOLAR

    Düşünürsünüz ki, oliqarxların həyat yoldaşları yalnız gözəllik salonlarına gedir, şopinq edir və yaxtalarda dincəlir? Heç də elə deyil. Elələri var ki, ərlərinin pulunu boş yerə xərcləmir: onlar karyera qurur, övladlarını tərbiyələndirir, idmanda nailiyyətlər əldə edir, elm və xeyriyyəçiliklə məşğul olur. Bu qadınlar şəxsi həyatlarını ictimailəşdirməsə də, onlar haqda bəzi məqamlar məlumdur.

    Muxalifet4 - 30-10-2019

  4. Türkiyə XİN ABŞ-ın "erməni soyqırımı"na müsbət mövqeyini sərt şəkildə TƏNQİD ETDİ

    Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ Nümayəndələr Palatasının bu gün ABŞ-ın "erməni soyqırımı"na münasibətini təsdiqləyən 96 H.Res.296” saylı qətnaməsini sərt şəkildə rədd edib. 

    Muxalifet4 - 30-10-2019

  5. HAFİZ PAŞAYEVDƏN NÜMUNƏVİ ADDIM – 70 yaş senzi tələbinə istefa ərizəsilə cavab verdi

    Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev öz ərizəsi ilə Prezident cənab İlham Əliyevə müraciət edərək Xarici İşlər nazirinin müavini vəzifəsindən azad olunmasını xahiş edib. 

    Muxalifet4 - 30-10-2019

  6. ABŞ TÜRKİYƏNİN ƏLEYHİNƏ 2 QƏRAR QƏBUL ETDİ: "Erməni soyqırımı"nı tanıdı və sanksiyalara qərar verdi

    ABŞ Nümayəndələr Palatası Türkiyənin əleyhinə 2 qətnamə qəbul edib. Muxalifet.az ovqat.com-a istinadən xəbər verir ki, ilk qərar Suriyanın şimalında əməliyyatlar apardığı üçün Türkiyəyə sanksiyalar tətbiq olunmasını ehtiva edir. Layihə, Nümayəndələr Palatasının Baş Assambleyasında böyük səs çoxluğu ilə qəbul olunub: 16 “Xeyr”ə qarşı 403 “Bəli”. İkinci qətnamə isə "erməni soyqırımı" ilə bağlı olub. Konqresmenlər bu məsələni də səs çoxluğu ilə qəbul ediblər: 11 “Xeyr-ə 405 “Bəli”. Türkiyə Xarici İşlər Nazirliyi bu qərarı ağır dillə tənqid edib.

    Muxalifet4 - 30-10-2019

  7. Azərbaycanda DƏHŞƏTLİ QƏZA: 3 ölü, 4 yaralı

    Şəmkirdə ölümlə və xəsarətlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
    Hadisə Bakı-Qazax yolunun Şəmkir rayon Əliyaqublu kəndinin ərazisindən keçən hissəsində olub.
    "VAZ-2106" və "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, daha 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.
    Faktla bağlı araşdırma aparılır (Report).

    Muxalifet - 30-10-2019

  8. DEPUTATDAN BÖYÜK QALMAQAL: “Himnimizi Əhməd Cavad yazmayıb” – VİDEO

    Deputat Araz Əlizadə İTV-də yayımlanan "3D” verilişində qonaq olub. 
    “Yeni Sabah” xəbər verir ki, deputat efirdə sensasion iddia səsləndirib. Deyib ki, Azərbaycanın Dövlət Himninin sözlərini Əhməd Oruc deyil, himnimizi Şamo Cəbrayılbəyli yazıb.
    Aparıcı deputatın səhvini düzəldərək himnimizi Əhməd Orucun deyil, Əhməd Cavadın yazdığını deyib. 
    Deputat isə fikrindən dönməyib: Himnimizin sözlərini Əhməd Cavad yazmayıb, Şamo Cəbrayılbəyli yazıb”
    Həmin görüntüləri verilişin 17-ci dəqiqəsindən izləyə bilərsiz:

    Muxalifet - 30-10-2019

  9. Bakı zirvəsi İrəvanı qorxutdu - 4 səbəb, biri müharibə...

    Qoşulmama Hərəkatının qəbul etdiyi sənəd işğalçı Ermənistanın manevr imkanlarını daraldır; İrəvan rəsmən 120 ölkəni Azərbaycana dəstək verməkdə suçladı; Bakıdan cavab gecikmədi: “Ermənistanın beynəlxalq hüquqdan danışmağa haqqı yoxdur...”

    Muxalifet - 30-10-2019

  10. “Çıxıb biri deyərdi ki, ”torpağı siz satıbsız..." - Abutalıbov

    Bakının  sabiq meri  artıq Nazirlər Kabinetindəki otağını boşaldıb, evindədir...

    Xəbər verildiyi kimi, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı əvəzi Eldar Əzizov (BŞİH) paytaxtda daha bir qanunsuz tikintinin dayandırılması haqda göstəriş verib. Söhbət Nəsimi rayonu 54 nömrəli tam orta məktəbin yaxınlığında aparılan tikinti işlərinın dayandırılmasından gedir.  

    Muxalifet - 30-10-2019

  11. Seymur Həzinin həbs müddəti artırıldı

    AXCP sədrinin müavini Seymur Həzinin barəsindəki inzibati həbsin müddətindən Xətai rayon 34-cü Polis Bölməsinin rəisi apellyasiya şikayəti verib.

    Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə S.Həzinin həbs müddəti 15 gündən 30 günə qaldırılıb. Bu barədə məlumatı onun həyat yoldaşı Nigar Həzi şəxsi "Facebook" hesabında yayıb.

    Qeyd edək ki, Seymur Həzi oktyabrın 15-də saxlanılıb və barəsində Xətai rayon Məhkəməsinin qərarına 15 gün inzibati həbs cəzası verilib.

    Muxalifet - 30-10-2019

  12. Kiyevdə azərbaycanlı tələbənin öldürülməsi ilə bağlı YENİ XƏBƏR

    Kiyevdə Azərbaycan vətəndaşını qətlə yetirən şəxsin yaxalanması ilə bağlı Ukrayna Milli Polisində görüş keçirilib. Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun soydaşlarımızın hüquqlarının qorunması və onlara qarşı törədilən cinayətlərin üstünün açılmasına dair göstərişi əsasında Ukrayna Milli Polisində görüş keçirilib.

    Muxalifet - 30-10-2019

  13. “Ramiz Rzayev məni aldatdı…” – Şəhid anasının şikayəti

    “O yaşda kişi mənə söz verdi ki, işə ədalətli baxılacaq, ancaq…”

    Göyçay rayonu Cəyirli kənd sakini, şəhid anası Beydullayeva Xəzangül Səftər qızı qarşılaşdığı haqsızlıqlarla bağlı ölkə başçısına müraciət edib. Müraciətinin bir nüsxəsini də “AzPolitika.info”ya göndərən X.Beydullayeva Göyçay rayon Məhkəməsinin sədri Zəfər Quliyev və icra başçısı Mehdi Səlimzadədən şikayət edir.

    Muxalifet - 30-10-2019

  14. Bakıda FACİƏ: Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

    Bakıda bir ailə dəm qazından zəhərlənib.

    Bu barədə Muxalifet.az-a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet - 30-10-2019

  15. Azərbaycanda prokuror xərçəngdən öldü

    Qubadlı rayon Prokurorluğunun əməkdaşı vəfat edib.
    Publika.az xəbər verir ki, Qubadlı rayon prokurorunun böyük köməkçisi Əliyev Fuad Faik oğlu dünyasını dəyişib.
    O, qan xərçəngi xəstəliyi səbəbindən vəfat edib.
    Allah rəhmət eləsin.

    Muxalifet - 30-10-2019

  16. Bu rayonlarda qaz təchizatında FASİLƏLƏR YARANACAQ

    Bu gün səhər saat 10:00-dan etibarən işlər başa çatanadək diametri 315 və 159 mm olan orta təzyiqli qaz xətlərində aparılacaq təmir işləri ilə bağlı Şamaxı rayonunun bir neçə kəndində qaz verilişində fasilələr olacaq.
    Bu barədə Redaktor.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
    Bundan başqa, aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması üçün saat 14:00-dan etibarən Şəmkir rayonunun bir neçə yaşayış məntəqəsində müvəqqəti olaraq qaz təchizatı dayandırılacaq.

    Muxalifet - 30-10-2019

  17. «Rusiya kimi tarixi düşmən…» – İsveç nəşri yazır

    Avropa İttifaqı ölkələri birlikdə olmalı və Rusiya kimi «tarixi düşmən»ə qarşı durmalıdır. Bu barədə «Dagens Nyheter» adlı İsveç nəşri yazıb.

    Məqalə müəllifi qeyd edir: «Vladimir Putinin Suriyadakı qələbəsi» ölkəni daha da gücləndirib. NATO-ABŞ birliyi elə indicə Suriyadan «fərarilik» edib və özünün kürd müttəfiqlərini Türkiyəyə «qurban» verib. Bu dramda baş qələbəçi tarixi düşmənimiz Rusiya oldu»

    Nəşr daha sonra yazır: «Avropa Amerika qoşunlarının Suriyadan çıxarılmasını bəyənmədi, amma NATO «B» planı da hazırlamadı».

    Muxalifet - 30-10-2019

  18. Serenay Sarıkaya və Cem Yılmaz haqqında ŞOK İDDİA

    Cem Yılmaz və Serenay Sarikayanın günlərlə evdən çıxmadığı iddia edilir.
    Bu barədə "Söylemezsem Olmaz" proqramında məlumat verilib. İddia olunur ki, Cem Yılmaz və Serenay Sarikaya 4 gündür birlikdə yaşamağa başlayıb. Xəbəri aktrisanın qonşuları yayıb. Qonşular Cem Yılmazı aktrisanın evinə girərkən görüb.
    Xatırladaq ki, Serenay Sarıkaya Cem Yılmazla serialda tərəf müqabili olan həmkarı Ozan Güvən sayəsində tanış olub.
    Məlumat üçün onu da bildirək ki, Cem Yılmaz sevgilisi Defne Samyelidən yaxın günlərdə ayrılsa da, sosial şəbəkədə birlikdə paylaşılan fotolarını silməyib.

    Muxalifet - 30-10-2019

  19. Qəbələdə ayı əti satmaq istəyən saxlanıldı

    6 Saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Qəbələ rayonu Soltanmuxa kəndi yaxınlığında ayı ətinin satılması ilə bağlı daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
    Nazirliyin Mətbuat xidmətindən "Yeni Sabah" a verilən məlumata görə, araşdırma zamanı “VAZ-2106” markalı 36-BL-273 dövlət nömrə nişanlı avtomobilin yük yerində ət aşkar edilib və mütəxəssislər tərəfindən ayı əti olduğu təsdiqlənib. Avtomobilin sahibi Qəbələ rayonu Tikanlı kənd sakini Səyahət Şəfiyev barəsində akt tərtib olunub.

    Muxalifet - 30-10-2019

  20. ABŞ-dan Türkiyə ilə bağlı GÖZLƏNİLMƏZ AÇIQLAMA: ilin sonunda...

    Türkiyənin Rusiyadan aldığı "S-400" hava hücumundan müdafiə sistemi ilin sonuna qədər fəaliyyətə başlayacaq.
    Publika.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) informasiya yayıb.
    Nazirliyin alış və təmir işlərindən məsul sədr köməkçisi Ellen Lord jurnalistlərə verdiyi açıqlamada bu barədə danışıb.
    Qeyd edək ki, 2017-ci ilin sentyabrında Rusiya Türkiyəyə 4 ədəd "S-400" batareryası satdığını açıqlamışdı. Müqavilə Türkiyə tərəfinə məhdud sayda istehsal texnologiyasının verilməsini də ehtiva edir.

    Muxalifet - 30-10-2019

Pages