«Rusiya kimi tarixi düşmən…» – İsveç nəşri yazır

Baxış sayı:
3436

Avropa İttifaqı ölkələri birlikdə olmalı və Rusiya kimi «tarixi düşmən»ə qarşı durmalıdır. Bu barədə «Dagens Nyheter» adlı İsveç nəşri yazıb.

Məqalə müəllifi qeyd edir: «Vladimir Putinin Suriyadakı qələbəsi» ölkəni daha da gücləndirib. NATO-ABŞ birliyi elə indicə Suriyadan «fərarilik» edib və özünün kürd müttəfiqlərini Türkiyəyə «qurban» verib. Bu dramda baş qələbəçi tarixi düşmənimiz Rusiya oldu»

Nəşr daha sonra yazır: «Avropa Amerika qoşunlarının Suriyadan çıxarılmasını bəyənmədi, amma NATO «B» planı da hazırlamadı».

Müəllifin fikrincə, getdikcə daha çox ölkələr Rusiya ilə iqtisadi əməkdaşlığı nizama salmağı arzulayır, xüsusilə də söhbət Fransa, Yunanıstan, Almaniya və Macarıstandan gedir. Bununla belə, yaxın vaxtlarda Mosvaya qarşı sanksiyaların aradan qaldırılacağını da gözləməyə dəyməz.

Yekunda məqalə müəllifi Avropa İttifaqı ölkələrini NATO çərçivəsində tez bir zamanda silahlanmaya və ABŞ-ın proqnoza gəlməz davranışını nəzərə alaraq, Rusiya tərəfinə təzyiqləri zəiflətməməyə çağırıb.