Axtarış

The search found 105716 results in 0.026 seconds.

Search results

  1. "Qalatasaray” azarkeşlərinə şad xəbər – O qayıdır

    Zədə səbəbi ilə bir müddətdir ki, yaşıl meydanlardan uzaq düşən “Qalatasaray"ın ulduz futbolçusu Radamel Falkao zədəsini sağaldıb.
    Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-qırmızılar”ın baş məşqçisi Fatih Terim bu haqda bu barədə məlumat veriib. Kolumbiyalı hücumçu ilə görüşən təcrübəli mütəxəssis futbolçunun “Real”la (İspaniya) oyunda iştirak edə biləcəyini söyləyib.

    Falkaonun bu həftə Super Liqada "Çaykur Rizəspor"la keçiriləcək matçda da iştirakj etmə şansı var. Lakin yekun qərar oyun günü veriləcək.

    Muxalifet - 31-10-2019

  2. 20 Yanvar qırğınının əsas iştirakçısının anım mərasiminə qatılan deputatlar - ADLAR / FOTO

    Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsinin 20 Yanvar qırğınının əsas iştirakçılarından olan Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilmiş esse müsabiqəsində iştirak etməsi ətrafında qalmaqal böyüyür. Artıq ziyalılar və bəzi ictimai birliklər öz mövqeyini açıq şəkildə ortaya qoyublar. Sosial şəbəkələrdə isə məsələ ətrafında daha gərgin müzakirələr gedir. BakuPost məsələnin aktuallığını nəzərə alaraq, bəzi məsələləri qədiqləşdirməyə çalışıb.

    Muxalifet - 31-10-2019

  3. Oktay Güləliyevin maşınla vurulmasının təfərrüatı - RƏSMİ

    Oktyabr ayının 29-u saat 17:22-də paytaxtın Nəsimi rayonunun 28 May küçəsi ilə Puşkin küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, piyada, Bakı şəhər sakini Oktay Güləliyevin avtomobillə vurulması faktı üzrə cinayət işi başlanaraq istintaq aparılır.

    Muxalifet - 31-10-2019

  4. Xırdalanda polis avtomobili saxladı – Sürücü və sərnişinlər həbs edildi

    Polis narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.
    Abşeron RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhər sakini E.Əliyevin idarə etdiyi “Great Wall” markalı avtomobildən 31 qramdan artıq metamfetamin, habelə sərnişinləri, Yardımlı rayon sakinləri M.Sultanovdan və qohumu, əvvəllər məhkum olunmuş S.Sultanovdan 169 qramdan artıq heroin aşkar edilərək götürülüb.
    Tutulan şəxslərin ətrafında araşdırma aparılır.

    Muxalifet - 31-10-2019

  5. "Slavyan Universitetinin rəhbərləri vəzifədən azad edilsin” - DÖYÜŞÇÜLƏR ETİRAZ ETDİ

    Döyüşçülər Azərbaycan xalqının qatili Primakovun Bakıda keçirilən anım tədbirlərinə etiraz etdi “20 Yanvar“ İctimai Birliyi, “Qarabağ Qaziləri“ İctimai Birliyi, Azərbaycan Qarabağ Əlilləri, Şəhid Ailələri və Veteranları Birliyi, “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) adına İnkişaf Fondu, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi, Təxris Olunmuş Hərbçilər İctimai Birliyi, Çernobıl Əlillər İttifaqı Bakı Slavyan Universitetində əli Azərbaycan xalqının qanına batmış Yevgeni Primakovun 90 illik yubileyinə həsr olunan təd

    Muxalifet - 31-10-2019

  6. “Bakıdakı qohumlar soruşur ki, subaysan, ya evli?” - Tağıyevin nəticəsi / VİDEO

    Məşhur messenat Hacı Zeynalabdin Tağıyevin nəticəsi Alban Klod Azərbaycanda səfərdədir. “Qafqazinfo” xəbər verir ki, bir neçə gündür paytaxtda qonaq olan Alban Azərbaycan KİV nümayəndələri ilə bir araya gələrək onların suallarını cavablandırıb. Əvvəlcə Alban qeyd edib ki, babası Sadiq onlara H.Z. Tağıyev və Azərbaycan haqqında heç bir məlumat verməyib. Lakin Alban babası dünyasını dəyişdikdən sonra otağından qutular tapıb və Bakı barədə məlumatlar əldə edib: “Mən də şübhələnirdim ki, niyə görə o, doğulduğu, bağlı olduğu məmləkət barədə danışmayıb?

    Muxalifet4 - 31-10-2019

  7. Jurnalistlərin binasındakı mənzillər satışa çıxarıldı — FOTOLAR

    Jurnalistlər üçün nəzərdə tutulan binalardakı mənzillərin bir neçəsi satışa çıxarılıb. 

    Muxalifet.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, artıq daşınmaz əmlakla bağlı saytlarda həmin binalarda mənzil satılması ilə bağlı elanlar yerləşdirilib. 

    Yada salaq ki, həmin binalarda jurnalistlərə ev verilməsi qalmaqalla yadda qalmışdı. Belə iddialar səsləndirilirdi ki, həmin binalarda ev almış şəxslərdən bir çoxunun mənzilə ehtiyac olmayıb. Lakin bununla belə onların adı siyahıya salınıb. Ehtiyacı olan media nümayəndləri isə kənarda qalıb.

    Muxalifet4 - 31-10-2019

  8. Ramos Messinin rekordunu təkrarladı

    İspaniya La Liqasının XI turunda "Leqanes"lə qarşılaşan "Real" böyükhesablı qələbə qazanıb - 5:0.

    Muxalifet.az matc.az-a istinadən xəbər verir ki, bu görüş "kral klubu"nun kapitanı Serxio Ramos üçün əlamətdar olub.

    Qarşılaşmanın 24-cü dəqiqəsində penaltidən fərqlənən 33 yaşlı mərkəz müdafiəçisi cari mövsüm La Liqada qol hesabını açıb. Ardıcıl 16-cı mövsümdə fərqlənməyi bacaran Ramos bununla "Barselona"nın kapitanı Lionel Messiyə məxsus rekordu təkrarlayıb.

    Muxalifet4 - 31-10-2019

  9. Bu rayonda həkimlərin maaşı arırıldı - 50 faiz...

    Noyabrın 1-dən Şahbuz rayonunda icbari tibbi sığorta tətbiq ediləcək.

    Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

    Sərəncamla Şahbuz Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib. Bundan başqa, Şahbuz Rayon Mərkəzi Xəstəxanası işçilərinin aylıq vəzifə maaşları 2019-cu il noyabrın 1-dən 50 faiz artırılır.

    Muxalifet - 31-10-2019

  10. Hülya Avşardan erməni modelə dəstək - FOTO

    Türkiyəli məşhur müğənni Hülya Avşar Erməni model Armine Harutyunyana dəstək olub. Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, xəbər verir ki, sənətçi bir müddət hər kəsin danışdığı Gucci `nin reklam üzü olan Armine Harutyunyanı bəyəndiyini dilə gətirib. 23 yaşlı qrafik dizayneri olan Armine Harutyunyan 500 model içərisindən seçilərək, Milano Moda Həftəsindəki Gucci dəfiləsində podiuma çıxıb. O, Armine üçün ‘son günlərdə ən bəyəndiyim şəxsdir” cümləsini işlədib. Hülya Avşar bildirib ki, hal-hazırda dünyada bütün modellər bir-birinə bənzəyir, o, isə fərqlidir.

    Muxalifet - 31-10-2019

  11. SON DƏQİQƏ: TRAMPA İMPİÇMENT ŞOKU

    ABŞ Nümayəndələr Palatası prezident Donald Trampın vəzifəsindən kənarlaşdırılması prosesini başladan qanun layihəsini qəbul etdi.

    Muxalifet.az bu barədə "Hürriyet"ə istinadla xəbər verir.

    ABŞ prezidenti Donald Tramp bu qərarla bağlı ilk açıqlamasında onu "ABŞ tarixindəki ən böyük cadugər ovu '' adlandırdı.

    Nümayəndələr Palatasında, prezident Donald Trumpın vəzifəsindən azad edilməsi ilə əlaqədar ilk səsvermənin cümə axşamı günü ediləcəyi elan edilmişdi.

    Muxalifet.az
     

    Muxalifet3 - 31-10-2019

  12. Ölkə ŞOKDA: 250 ölü, 11 min yaralı

    İraqda zorakılıq və iğtişaşlarla müşayiət olunan etiraz aksiyalarının davam etdiyi bir ay ərzində azı 250 nəfər həlak olub, 11 min nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
    Bu barədə Al-Hadath telekanalı ölkə parlamentinin insan hüquqları üzrə komitəsinə istinadla məlumat yayıb. Komitədən verilən məlumata əsasən, etiraz aksiyaları başladıqdan bəri 2500 iraqlı saxlanılıb ki, onlardan 500-ü hələ də həbsdədir.

    Muxalifet - 31-10-2019

  13. "Ermənilər "soyqırımı” tanıtmaq üçün rüşvətə milyonlarla dollar xərcləyirlər" - ERMƏNİ SİYASƏTŞÜNASDAN ÇOK ETİRAF

    Erməni əsilli rusiyalı politoloq, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin siyasi elmlər üzrə dosenti Gevorg Mirzoyan ABŞ Konqresinin Osmanlı İmperiyasında "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul etməsini şərh edib.

    Muxalifet4 - 31-10-2019

  14. SON DƏQİQƏ: İŞİD-ın YENİ LİDERİNİN ADI AÇIQLANDI

    Muxalifet.az "Hürriyet"ə istinadla xəbər verir ki, İŞİD-in yeni liderinin adının açıqlanıb. Bu barədə "Reuters" məlumat yayıb. Məlumata görə, İŞİD terror təşkilatı əl Bağadinin varisi olaraq göstərilən əl Mühacirin öldürüldüyü təsdiq edilib və onun yerinə gələn yeni liderin Əbu İbrahim əl -Haşimi əl- Qureyşi olduğu açıqlanıb.

    Muxalifet3 - 31-10-2019

  15. 23 yaşlı sevgilisini qısqandığı üçün 85 yaşlı qonşusunu öldürdü - VİDEO

    Türkiyənin Bakırköy bölgəsində Ali Malkara adlı şəxs 23 yaşlı sevgilisini qısqandığı üçün 85 yaşlı Hüseyn Seymanı öldürərək basdırdığını etiraf edib. Qətl hadisəsi kameralar vasitəsilə aşkar olunub. Belə ki, görüntülərdə cinayətkar Ali Malkaranın yaşlı kişini öz maşınında apardığı, lakin geri qayıdarkən tək olduğu görülüb. Cinayətin silahla törədildiyi müəyyən edilib. Qeyd edək ki, Hüseyn Seyman qatilin sevgilisinin qonşusu olub və gənc qızı mənəvi övladı kimi oxutdurub, memar olmağına kömək edib. Hadisə nəticəsində həm Ali Malkara, həm də sevgilisi sorğuya aparılıb.

    Muxalifet4 - 31-10-2019

  16. Müştəri şam yeməyinə görə restorana 200 minlik hesab ödədi

    Çin sakini səhvən restoranda bir milyon yuandan (200 min manatdan) çox pul xərcləyib. Bu barədə “Asia One” xəbər verir. Belə ki, yeni restoranın açılış günü bir nəfər 4 dostu ilə birlikdə şam yeməyinə gedib. O bütün stolun hesabını ödəməyi öz üzərinə götürüb. Gecənin sonunda 85 yuan (1900 manat) dəyərində hesab gəlib. Kişi hesabı kartla ödəmək istəyib və kartı terminala yaxınlaşdırarkən hesabından 1 milyon yuandan (200 min manatdan) çox pul restoranın hesabına köçüb. Hesabdakı kəskin artımı restoran rəhbərliyi bir gün sonra hiss edib.

    Muxalifet4 - 31-10-2019

  17. “Üçüncü qüvvələr Azərbaycan və Rusiyanın arasını vurmağa çalışır” – Səfirlik

    Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkədə yaradılan Ümumxalq Rifahı Naminə Təşkilatı (V.B.O.N) barədə bəyanat yayıb.

    Səfirlikdən APA-nın Moskva müxbirinə verilən məlumata görə, bəyanatda sosial şəbəkələrdə və mətbuat səhifələrində üzvlərinin guya millətçi və hətta terrorçu olması barədə yazılan təşkilat barədə aparılan kampaniyanın antiAzərbaycan qüvvələri tərəfindən yönləndirildiyi, Rusiyadakı azərbaycanlıların qaralanmasına, millətlərarası, konkret olaraq ruslarla azərbaycanlılar arasında qarşıdurmanın qızışdırılmasına istiqamətləndiyi bildirilib.

    Muxalifet - 31-10-2019

  18. Beren Saat jurnalistlərdən qaçmaq üçün harada gizləndi?

    Uzun müddətdir evliliyində problemlər yaşayan Beren Saat jurnlalistlərə açıqlama verməmək üçün maraqlı addım atıb.

    Yaxın dostu aktyor Esra Dermancıoğlunun teatr tamaşasını izləməyə gedən aktrisa çətin vəziyyətə düşüb. O, jurnalistlərin evliliyi ilə bağlı suallarını cavablandırmamaq üçün tualetdə gizlənməyə məcbur olub.

    Kənan Doğulu ilə küsüb-barışan aktrisa bütün suallar qarşısında səssizliyini qoruyub saxlayıb.

    Qeyd edək ki, bir müddət əvvəl ayrı evdə yaşamağa başlayan Beren Saat evinə geri dönüb.

    Muxalifet4 - 31-10-2019

  19. ABŞ-ın növbəti prezidenti 38 yaşlı İvanka ola bilər...

    ABŞ-ın birinci xanımını belə kölgədə qoyan İvanka Trampla bağlı qəribə iddia meydana çıxıb.

    Belə ki, deyilənə görə, 38 yaşlı 3 uşaq anasının gözü atası Donald Trampın kreslosundadır.

    İddialara görə atası Donald Tramp ABŞ prezidenti seçildikdən sonra İvanka həyat yoldaşı Cared Kuşner ilə məsləhətçi kimi Ağ Evdə işləməyə başlayıb. Trampın davranışları da belə bir planın mövcudluğuna işarə edir.

    Hazırda İvanka Trampın istər geyimi, istər danışıq tərzi, istərsə də bədən dili onun yaxın vaxtlarda siyasətçi kimi çıxış edəcəyini göstərir.

    Muxalifet4 - 31-10-2019

  20. Xaçlı qatillərin gözlədiyi məhşər: Türkün Suriyadakı uğuru bu məhşəri yaxınlaşdıracaqmı?

    Azad İsazadə: “Türkiyənin uğurlu anti-terror əməliyyatı bizim üçün bir ümiddir” Xəbər verdiyimiz kimi, türk ordusunun Suriyada terror qruplarına qarşı həyata keçirdiyi anti-terror əməliyyatı Ermənistanda ciddi təşviş və narahatlıqla qarşılanmaqdadır. Bəzi erməni siyasətçiləri iddia edir ki, əgər Türkiyə Suriyadakı əməliyyatları uğurla başa çatdırarsa, bu, Azərbaycanın Qarabağda oxşar əməliyyatlara başlaması üçün stimul olacaq. Hansı ki, bu əməliyyatlar indidən erməni mediasında “Qarabağda məhşər” kimi xarakterizə edilməkdədir.

    Muxalifet - 31-10-2019

Pages