Axtarış

The search found 105716 results in 0.029 seconds.

Search results

  1. Pərvin Abıyeva: Hələ sırtılmamışam, amma hərdən... - VİDEO

    Tanınmış aktrisa Pərvin Abıyeva “Show news” verilişinə bir sıra maraqlı açıqlamalar verib. O, əzələ yırtılmasına görə əməliyyat olunduğunu bildirib: “Ötən ilin fevral ayında ayağımda əzələ yırtılması olmuşdu. Onun yerinə dolan çirkli maye məni incitdiyi üçün əməliyyat olundum”. Pərvin Abıyeva şou aləmində ona quyu qazanlardan da danışıb. O qeyd edib ki, belə insanlar onu yolundan döndərə bilməz: “Allah mənə hər şey verib. Bilirəm ki, bir az gözəgəlimliyəm, nə geyinsəm, müzakirə edilirəm. Çox çalışıram ki, əhəmiyyət verməyim.

    Muxalifet - 1-11-2019

  2. Rövnəq Abdullayev onları vəzifədən azad etdi - Yeni təyinatlar

    SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə bəzi vəzifələrdə dəyişikliklər olub.

    Bu barədə sözügedən qurumdan rəsmi məlumat verilib. 

    Bildirilib ki, Rövnəq Abdullayevin əmri ilə adları aşağıda qeyd edilən şəxslər tutduqları vəzifələrdən azad olunaraq, yeni vəzifələrə müvəqqəti təyin olunublar: 

    “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Qaz İxrac İdarəsinin rəisi, 

    “Azəriqaz” İB-nin baş direktorunun müavini Ruslan Əliyev “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru, 

    Muxalifet - 1-11-2019

  3. SON DƏQİQƏ: Husilər ABŞ-ın pilotsuz təyyarəsini VURDU

    Səudiyyə Ərəbistanında ABŞ istehsalı olan pilotsuz təyyarəsi vurulub.
    Publika.az xəbər verir ki, bu barədə “Reuters” informasiya yayıb.
    Xəbərə görə, hadisəni Yəməndəki İran dəstəkli Husi üsyançıları törədib. Husilərin mətbuat katibi Yəhya Sareya verdiyi açıqlamada PUA-nın ABŞ istehsalı olduğunu təsdiqləyib.
    PUA-nın kəşfiyyat məlumatları toplamaq üçün uçuş həyata keçirdiyi iddia edilir. Səudiyyə Ərəbistanı rəhbərliyindəki beynəlxalq koalisiya məsələ ilə bağlı açıqlama verməyib.

    Muxalifet - 1-11-2019

  4. SON DƏQİQƏ: Suriya -Türkiyə sərhəddində patrul reydləri başladı

    Muxalifet.az "Hürriyet"ə istinadla bu barədə xəbər verir. 
    Bu gündən "Barış Pınarı" əməliyyatı nəticəsində yaradılmış təlükəsiz zonada Rusiya-Türkiyə ortaq patrul nəzarət-reydləri başlayır.

    Muxalifet3 - 1-11-2019

  5. Salyanda DƏHŞƏT: Ər arvadını öldürdü

    Salyan rayonunda qətl hadisəsi baş verib. Muxalifet.az "Report"a istinadən xəbər verir ki, Nahid adlı şəxs həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 1-11-2019

  6. SON DƏQİQƏ: Ramiz Mehdiyevin yerinə o, TƏYİN EDİLDİ - SƏRƏNCAM

    Prezident İlham Əliyev Samir Nuriyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilir. Prezidentin digər sərəncamı ilə Samir Rafiq oğlu Nuriyev Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilib. Qeyd edək ki, Samir Nuriyev 9 mart 1975-ci il tarixində Bakı şəhərində anadan olub.

    Muxalifet - 1-11-2019

  7. “Cənab Prezidentin qərarını gözləyirəm” – 82 yaşlı Ombudsman

    Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova sosial şəbəkələrdə yaşlı nəslin nümayəndəsi olduğu üçün onun da istefa verməsinin məqsədəuyğun hesab edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

    “Report”un məlumatına görə, E.Süleymanova jurnalistlərə açıqlamasında işdən azad olunması ilə bağlı Prezident İlham Əliyevin rəsmi qərarını gözlədiyini deyib.

    Muxalifet - 1-11-2019

  8. İlham Əliyevin PA-ya rəhbər təyin etdiyi 44 yaşlı Samir Nuriyev KİMDİR? - DOSYE

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Samir Nuriyevi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb. Unikal.org yeni Administrasiya rəhbərinin dosyesini hazırlayıb. Samir Rafiq oğlu Nuriyev - Doğulduğu tarix və yer: 09.03.1975, Bakı şəhəri Təhsili: 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq 1996-cı ildə həmin Universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

    Muxalifet - 1-11-2019

  9. BMT-nin Baş katibi Türkiyəyə getdi: Ərdoğanla gizli görüş

    Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Türkiyə rəsmi səfərdədir.
    Muxalifet.az xəbər verir ki, baş katib İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
    Yerli vaxtla saat 10:45-də başlayan görüş mətbuata qapalı keçirilir.

    Muxalifet - 1-11-2019

  10. Azərbaycanlı iş adamı Ukraynanın ən varlı biznesmenləri siyahısında

    Ukraynada yaşayan azərbaycanlı iş adamı Vaqif Əliyev bu ölkənin ən varlı biznesmenləri siyahısına düşüb.

    “Report” xəbər verir ki, 385 milyon dollar var-dövlətə malik olan V.Əliyev Ukraynanın ən zəngin iş adamları siyahısında 18-ci yeri tutub.

    Əlli nəfərin daxil olduğu siyahıya biznesmen Renat Axmedov başçılıq edir. Onun var-dövləti 9 milyard 629 milyon dollar səviyyəsində qiymətləndirilib.

    Muxalifet - 1-11-2019

  11. "16 yaşlı qızın hamilə olması ictimailəşməlidir" - Komitə sədrinin müavini

    "16 yaşlı yeniyetmə qızın 5 aylıq hamilə olması barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən yerli icra hakimiyyətinə məktub göndərilib. Lakin hadisə barədə bizə hələ məlumat verilməyib" Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib. O bildirib ki, yeniyetmə qızla bağlı məlumat verildikdən sonra komitə reaksiya verəcək. "Azyaşlı qızlar və yetkinlik yaşına çatmayan oğlanlarla mətbuatda informasiyalar gedəndə komitə dərhal reaksiya verir və araşdırmalara başlayır.

    Muxalifet4 - 1-11-2019

  12. Bəşər Əsəd terrorçulara ultimatum verdi - "Ya təslim olun, ya da..."

    "İdlibdə Suriya ordusuna müqavimət göstərən terrorçular ya dövlətə təslim olmalı, ya da Türkiyəyə keçməlidirlər”. Muxalifet.az vzqlyad.ru-ya istinadla xəbər verir ki, bu barədə Suriya prezidenti Bəşər Əsəd Al Ekhbariya və ölkə telekanalına müsahibəsində bildirib. O, xəbərdar edib ki, əgər silahlı dəstələr təslim olmasalar onlara qarşı hökümət qüvvələri əməliyyat aparacaq. Həmçinin qeyd edib ki, Suriya osdusu ölkənin şimal-şərq vilayətlərinə yalnız müdafiə üçün yox, həm də bu ərazilərdə dövlət nəzarətini bərpa etmək üçün gəliblər.

    Muxalifet3 - 1-11-2019

  13. BSU-da “Primakov kampaniyasına dəstək” - Tələbələrə məcburi inşa yazdırılır?

    Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsinin 20 Yanvar qırğınının əsas iştirakçılarından sayılan sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilmiş esse müsabiqəsində iştirak etməsi ilə bağlı yaranmış ajiotajdan sonra universitet rəhbərliyi tərəfindən tələbələrə məcburi inşa yazdırılması barədə məlumat yayılıb. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Bakı Slavyan Universitetinin tələbələrinə Primakovla bağlı inşa yazmaları üçün xüsusi ayrılmış auditoriyaya gəlmək tapşırığı verilib.

    Muxalifet - 1-11-2019

  14. ABŞ S-400-ün TÜRKİYƏYƏ çatdırılmasına mane ola bilmədi

    Rusiya S-400-in bütün komponentlərinin Türkiyəyə çatdırılmasını vaxtından tez başa çatdırıb, deyə Rosoboroneksportun baş direktoru Aleksandr Mixeyev bildirib.
    Muxalifet.az vz.ru-ya istinadla bu barədə məlumat verir.

    Muxalifet3 - 1-11-2019

  15. “Qəşəng pul yeyilsin deyə...” - Yolumuz sağalmaz dərdə necə salınıb?

    Xəbər verdiyimiz kimi, Bakı-Sumqayıt yolunda tıxacla bağlı problemlər bitmir. Dünən Prezident İlham Əliyev də bununla bağlı şikayətini dilə gətirib və göstəriş verib. 

    “Mənə məlumat verilir ki, Bakı-Sumqayıt yolunda tez-tez tıxaclar olur. Baxmayaraq ki, qatar da işləyir. Vətəndaşların bir hissəsi qatardan istifadə etsə də, yenə tıxaclar olur”, - deyən dövlət başçısı tıxacların aradan qaldırlması üçün Azərbaycan Dövlət Avtomobil Yollarının Agentliyinin sədri Saleh Məmmədova tapşırıq verib. Prezident bildirib ki, yolun genişləndirilməsi üçün layihə hazırlansın.

    Muxalifet - 1-11-2019

  16. Nadir Səlifov barəsində cinayət işi başlandı – Koalisiya baş tutmadı

    Azərbaycanlı “qanuni oğru” Nadir Səlifov (“Quli”) barəsində Rusiya Federasiyaında cinayət işi başlanıb. Muxalifet.az Yenisabah.az-a istinadən xəbər verir ki, Nadir Səlifov Rusiya Federasiyasının Cinayət Məclləsinin 210.1-ci (kriminal iyerarxiyada yüksək mövqe tutmaq) maddəsilə ittiham edilir. 210.1-ci maddə Rusiya Federasiyasının Cinayət Məcəlləsinə bu yaxınlarda əlavə edilib və xüsusi olaraq “qanuni oğru”lara qarşıdır. Yeni maddə ilə “qanuni oğru”lar hətta cinayət etmədiyi halda uzun müddətli həbsə göndərilə bilər.

    Muxalifet - 1-11-2019

  17. BAKIDA PRİMAKOVA YUBİLEY KEÇİRMƏK KİMƏ LAZIM İDİ? - 20 Yanvar faciəsinin təşkilatçısına yubiley keçirilməsinin SENSASİON PƏRDƏARXASI

    Bakıda 20 Yanvar faicəsinin əsas baiskarlarından biri, bəlkə də birincisi olan Yevgeni Primakovun 90 illiyinə həsr olunan sərginin keçirilməsi ölkəmizdə haqlı narazılığa səbəb olmaqdadır. Xatırladaq ki, Sovet İttifaqının rəhbərlərindən biri olan Yevgeni Primakov 1990-cı ilin 20 Yanvarında Bakıya sovet qoşunlarının yeridilməsini SSRİ müdafiə naziri Yazovla birgə həyata keçirən şəxsdir. O, sonralar Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru (1991-1996), xarici işlər naziri (1996-1998) və baş nazir (1998-1999) işləyib. 2015-ci ildə vəfat edib.

    Muxalifet4 - 1-11-2019

  18. ​Türkiyədə Bağdadiyə özəl xidmət göstərən şəxs saxlanıldı

    Türkiyədə Çankırı Cümhuriyyət Baş Prokurorluğunda aparılan istintaq çərçivəsində şəhərin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları İŞİD qruplaşmasına qarşı müxtəlif ünvanlarda əməliyyatlar həyata keçirib.
    Muxalifet.az
    türk mətbuatına istinadən bildirir ki, əməliyyat çərçivəsində 3-ü qadın olmaqla 11 şübhəli şəxslərsaxlanılıb. Onlardan birinin terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadiyə özəl xidmət göstərdiyi məlum olub.

    Muxalifet - 1-11-2019

  19. Vaqif Əsədovdan sürücülərə XƏBƏRDARLIQ

    Sürücülər yağışlı hava şəraitində sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalıdırlar.
    Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovun Trend-ə bildirib.
    Qurum rəsmisinin verdiyi məlumata görə, sürücülər əyləc sistemindən istifadə edərkən yağış sularının yollarda sürüşmə şəraiti yaratdığını nəzərə almalıdır. Hər bir sürücü avtomobilin işıq sisteminə, şüşə silənlərinin sazlığına diqqət yetirməlidir. Əks halda qəzalar qaçılmazdır.

    Muxalifet - 1-11-2019

  20. 7000-dən çox məcburi köçkün ailəsi mənzillə təmin ediləcək

    Prezident İlham Əliyevlə görüşdən sonra onun verdiyi tapşırıqların icrası istiqamətində işlərə başlamışıq.
    Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.
    Onun sözlərinə görə, Prezidentin söylədiyi kimi gələn ilin sonuna qədər 7000-dən çox məcburi köçkün ailəsi mənzillə təmin olunacaq.
    R.Rzayev deyib ki, bu işlərin icrası üçün dövlət başçısı tərəfindən ayrılmış vəsaitin bir qismi Komitəyə verilib: "Vəsaitin qalan hissəsi gələn il veriləcək. Beləliklə də Komitə tərəfindən bütün tapşırıqlar yerinə yetirilmiş olacaq".

    Muxalifet - 1-11-2019

Pages