Türkiyədə Bağdadiyə özəl xidmət göstərən şəxs saxlanıldı
1-11-2019 14:55
Baxış sayı:
7018

Türkiyədə Çankırı Cümhuriyyət Baş Prokurorluğunda aparılan istintaq çərçivəsində şəhərin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları İŞİD qruplaşmasına qarşı müxtəlif ünvanlarda əməliyyatlar həyata keçirib.
Muxalifet.az türk mətbuatına istinadən bildirir ki, əməliyyat çərçivəsində 3-ü qadın olmaqla 11 şübhəli şəxslərsaxlanılıb. Onlardan birinin terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadiyə özəl xidmət göstərdiyi məlum olub.
Qeyd edilir ki, ABŞ Prezidenti Donald Tramp 27 oktyabrda Əbu Bəkr əl-Bağdadinin Suriyada keçirilmiş əməliyyat zamanı öldürüldüyünü bəyan edib.