Yeni PA rəhbərindən ilk AÇIQLAMA: "Şərəf və məsuliyyətdir"

Baxış sayı:
7399

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Samir Nuriyevi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Samir Nuriyev öyeni təyinatı ilə bağlı şəxsi facebook səhifəsində açıqlama verib:

"Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məni Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin etmişdir. Bu təyinat mənim üçün çox böyük şərəf və məsuliyyətdir. Mənə göstərilən bu yüksək etimada görə Möhtərəm Prezidentə öz dərin minnətdarlığımı bildirirəm. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm".