"BARIŞ BULAĞI" BÖLGƏSİ - Türkiyəyə qarşı yönələn 75 raket, 1 ton ammoium-nitrat...
1-11-2019 17:55
Baxış sayı:
7597

"Barış bulağı" bölgəsini terrordan təmizləməyə davam edən türk hərbçiləri Tel Abyadda əldəqayırma partlayıcı istehsal edən emalatxana və partlayıcı istehsalında istifadə edilən 1 ton ammonium-nitrat müsadirə edib.
Məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi verib.
Xüsusi təlim keçmiş köpəklərin köməyi ilə 400-dən artıq mina və partlayıcı zərərsizləşdirilib.
Tankəleyhinə texnikalar ələ keçirib. Türkiyəyə qarşı istiqamətləndirilmiş 75 ədəd raket aşkar edilib.
Əməliyyat bölgəsində saxlanılan 2-si yaralı olmaqla, 18 nəfər Suriya hökuməti döyüşçüsü rusiyalılara təslim edilib.