Axtarış

The search found 105716 results in 0.03 seconds.

Search results

  1. İşdən çıxarılan 81 yaşlı icra başçısına yeni VƏZİFƏ VERİLDİ

    Bir neçə gün əvvəl Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Şəmsəddin Xanbabayevə yeni vəzifə verilib.
    KONKRET.az-ın şimal bölgə müxbirinin verdiyi xəbərə görə, 81 yaşlı Şəmsəddin Xanbabayev Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri təyin olunub.
    Şəmsəddin Xanbabayev özü bu xəbəri saytımıza təsdiqləyərək bildirib ki, partiyanın nüfuzunu daim üstün tutmaqla rayonda fəal işini davam etdirəcək.

    Muxalifet - 2-11-2019

  2. Bəşər Əsədin arxayınlığının səbəbləri

    Suriya liderinin son çıxışı cəbhədəki vəziyyətin real mənzərəsinə uyğundur

    Suriya prezidenti Bəşər Əsəd əsas hədəfinin “ABŞ əsgərlərinin qəflətən geri çəkilməsi, kürdlərin idarə etdiyi ərazilərdə dövlət hakimiyyətinin yenidən qurulması” olduğunu deyib. BBC-nin xəbərinə görə, dövlət televiziyasına müsahibəsində B.Əsəd bildirib ki, bununla yanaşı “bölgədə əmələ gələn yeni həqiqətə hörmət ediləcək”.

    Muxalifet - 2-11-2019

  3. “Sağ olsunlar, məni işsiz qoymadılar” – Şəmsəddin Xanbabayevdən yeni vəzifəsi ilə bağlı açıqlama

    “Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri seçilməyim doğrudur”. 

    Bu sözləri Yenisabah.az-a Xaçmaz rayonun bu günlərdə istefa verən 81 yaşlı icra başçısı Şəmsəddin Xanbabayev deyib. O, Yeni Azərbaycan Partiyasının (YAP) Xaçmaz rayon təşkilatının sədri seçilməsi haqda danışarkən yeni vəzifəsinin öhdəsindən layiqincə gələcəyini bildirib. “Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaradanda mən onun yanında olmuşam. Bu partiya mənə doğmadır və mən əlbəttə ki, etimadı doğrultmağa çalışacağam”, deyə Şəmsəddin Xanbabayev əlavə edib.

    Muxalifet - 2-11-2019

  4. “Aksiyaçıları dinləyin!” - Pompeodan çağırış

    İraq hakimiyyəti etirazçıları dinləməlidir. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

    O, eyni zamanda kütləvi etirazlardan sonra hakimiyyəti internetə və kütləvi informasiya vasitələrinə çıxışa qoyulan qadağanı ləğv etməyə çağırıb.

    Qeyd edək ki, İraqda günlərdir korrupsiyaya və işsizliyə qarşı davam edən mitinqlərdən sonra Baş nazir Adil Əbdülmehdi istefa verməyi qəbul edib.

    Muxalifet - 2-11-2019

  5. "VƏTƏNDAŞLARI VAR-YOXDAN ÇIXARIRLAR" - Ekspertlərdən yeni pensiya qanunu haqda SƏRT AÇIQLAMA

    “Sosial yardıma ehtiyacı olan insanları aclıq ölümü ilə üz-üzə qoyurlar” Sərdar Cəlaloğlu: “Pensiya kapitalının 60%-ni dövlət, 40%-ni vətəndaş ödəməlidir” Natiq Cəfərli: “Fondlara yığılmış vəsait arasında birbaşa asılılıq yaradılmalıdır ” Bir neçə gün öncə, əmək və əhalinin sosial müdafiəsi nazirinin (ƏƏSMN) müşaviri Mustafa Abbasbəyli pensiya hüququ əldə etmə şərtlərini açıqladı. Bildirdi ki, normal şərtlərdə 25 il sığorta stajı topladıqda minimum pensiya kapitalı 28,800 manatdan minimum əmək haqqının artımı ilə əlaqədar olaraq sentyabrın 1-dən etibarən 36 min manata yüksəlib.

    Muxalifet - 2-11-2019

  6. DƏHŞƏT: Su kəmərinə görə əhali polislə əlbəyaxaya çıxdı - ŞOK VİDEO

    Dağıstanın Meusişa kəndinin sakinləri su təchizatı sisteminin inşasına kütləvi etiraz olaraq aksiya keçirib. 
    Muxalifet.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə "Kafkazskiy uzel" portalı məlumat yayıb. 
    Kəndin başçısı Musabek Musabekov bildirib ki, kənd sakinləri inşaat işlərinin aparıldığı yerdə aksiya keçirib. 
    Təhlükəsizlik qüvvələri aksiya iştirakçılarını dəyənəklərlə dağıdıb.
    Videodan görünür ki, hüquq-mühafizə orqanlarının hərəkətləri nəticəsində qadınlar da daxil olmaqla, bir neçə nəfər yaralanıb.

    Muxalifet - 2-11-2019

  7. Bakıda daha belə yol qalmayacaq - İLHAM ƏLİYEV TAPŞIRDI, SALEH MƏMMƏDOV İŞƏ BAŞLADI...

    Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev bu günlərdə Bakıətrafı kənd və qəsəbələrin məhəllədaxili yollarının asfaltlanması ilə bağlı yeni tapşırıqlar verib. Virtualaz.org-un məlumatına görə, dövlət başçısı ötən gün Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovla Yasamal rayonunda yeni istifadəyə verilmiş yolla tanış olarkən şəhərin bütün küçələrinin ən yüksək standartlara cavab verməli olduğunu dilə gətirib. O, qeyd edib ki, bütün problemli yerlərin siyahısı tutulmalı və həmin yollar təmir olunmalıdır.

    Muxalifet - 2-11-2019

  8. Yaşını gizlədən icra başçıları - TAM SİYAHI

    Baş nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbov yaşları ilə əlaqədar olaraq vəzifələrindən istefa verdikdən və Prezident İlham Əliyevin onların bu addımının iqtidar komandasında təmsil olunan digər yoldaşlara yaxşı bir örnək olacağını bildirməsindən sonra pensiya yaşına çatan digər məmurların da istefa verəcəyi gözlənilirdi.
    Muxalifet.a
    z xəbər verir ki, prezidentin bu çağırışından sonra ilk addımı Xaçmaz rayon İcra Hakimiyyətinin 80 yaşlı başçısı Şəmsəddin Xanbabayev atdı və tutduğu vəzifədən istefa verdi. 

    Muxalifet - 2-11-2019

  9. Bakıdan Yevlaxa gedən 22 yaşlı qız itkin düşdü

    Bakıdan Yevlaxa gedən qız itkin düşüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda baş verib. Xətai rayonu, M.Hadi küçəsi, ev 72, mənzil 28-də yaşayan, 1997-ci il təvəllüdlü Əhmədova Qəmər Elşən qızı oktyabrın 29-da yaşadığı evdən çıxaraq Yevlaxa getdiyini bildirsə də, itkin düşüb. Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 2-11-2019

  10. ​"Maşın" şounun türkiyəli qalibindən GÖZLƏNİLMƏZ QƏRAR - Mən öləndə... - FOTO

    "Maşın" realiti şounun qalibi Suna Kasımoğlu həyat yoldaşı ilə "Zaurla Günaydın"ın qonağı olub. Milli.Az xəbər verir ki, türkiyəli məşhur verilişdə etdiyi etirafla hər kəsi təəccübləndirib. Suna vəfat edəndə Azərbaycanda dəfn olunmağını vəsiyyət etdiyini bildirib: "Mən dünyamı dəyişəndən sonra burada dəfn olunmağımı vəsiyyət etmişəm. Biz yoldaşımla belə bir qərara gəlmişik".

    Muxalifet - 2-11-2019

  11. SON DƏQİQƏ: Xəzərdə HƏYƏCAN - Yüzlərlə işçi təxliyə edildi

    Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə 150-dən çox neftçi təxliyə olunacaq. SOCAR-dan verilən məlumata görə, noyabrın 2-də hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar şirkət təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib. Hazırda 150-dək əməkdaş sahilə çıxarılıb, bəzi sahələrdən işçilərin təxliyəsi davam edir və yaxın zamanda tamamlanacaq. Hava şəraitinin kəskin pisləşməsi ilə bağlı açıq hava şəraitində işlər məhdudlaşdırılıb, qurğular təhlükəsiz vəziyyətə gətirilib.

    Muxalifet - 2-11-2019

  12. Gədəbəy və Daşkəsənə qar belə yağır - VİDEO

    Azərbaycanın bəzi bölgələrinə ilk qar düşüb.

    Muxalifet.az trend-ə istinadən məlumatına görə, bu gün səhərdən Gədəbəy və Daşkəsən rayonlarına ilk qar düşüb.

    Sakinlərin bildirdiyinə görə, əsasən dağlıq ərazilərə düşən qarın hündürlüyü 5-10 santimetr olub.

    Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

    Muxalifet - 2-11-2019

  13. RUSİYANIN AFRİKA SEVDASI – Putin “Qara qitə”də nə axtarır?

    Bu yaxınlarda Soçi şəhərində keçirilən pafoslu “Rusiya-Afrika” sammiti vasitəsiylə Moskva dünyaya göstərmək istədi ki, o, yenidən dünya miqyaslı oyunçuya çevrilib.

    Muxalifet - 2-11-2019

  14. "Əmimin qızına əxlaqsız şəkil göndərmişdi"- sevgi cinayətinin təfərrüatı

    Əmisi qızına görə öz qohumunu bıçaqlayan gənc hakim qarşısına çıxarılıb. Məhkəmədə hadisənin qısqanclıq zəminində baş verdiyi məlum olub.

    Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda, xuliqanlıqda və soyuq silah saxlamaqda ittiham edilən 1998-ci il təvəllüdlü Kənan Tağıyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

    Muxalifet - 2-11-2019

  15. “Bərdə qalmaqalı”na görə ayağa qalxdılar, Röyanın “razborka”sını da məsələyə qatdılar

    Sosial şəbəkələrdə Bərdə rayonunda yeniyetmənin fiziki və mənəvi zorakılığa məruz qalmasını əks etdirən videogörüntü yayılıb. “Yeni Sabah” xəbər verir bu görüntülər məşhurların da etirazına səbəb olub. Tanınmış prodüsser, teleaparıcı Tarix Əliyev (Tolik) sözügedən videonu sosial şəbəkədə paylaşaraq fikir bildirib: “Bu nə özbaşınalıqdır? Bu nədir, dizini qoy yerə?! Yekə qarın, harınlamışlar, siz kimsiniz ki, kimisə diz üstə otuzdurursunuz? Cənab Prezident, bunların hamısını işdən çıxartmaq yox, həbs etdirmək lazımdır! Bu nə biyabırçılıqdır?

    Muxalifet - 2-11-2019

  16. ​Qadın döyüşçü rəqibini qeyri-adi nokauta saldı - VİDEO

    "Eternal MMA 49" yarışında qarşılaşan Çelsi Hakket və Nikol Şepeşvari arasındakı döyüş ikincinin nokautu ilə başa çatıb. 
    BAKU.WS xəbər verir ki, avstraliyalı qadın döyüşçü rəqibinə badalaq vuraraq onu nokauta salıb. 
    İkinci hissəsinin əvvəlində baş verən fənddən dərhal sonra hakim döyüşü dayandırıb və Hakketi qalib elan edib. 
    Hakket üçün qələbə peşəkar karyerasında ikinci olub.

    Muxalifet - 2-11-2019

  17. Bakıda toyda 3 nəfəri bıçaqlayan saxlanıldı

    Bakıda 3 nəfəri bıçaqlayan şəxs saxlanılıb. Muxalifet.az-ın DİN-ə istinadən xəbər verir ki, noyabrın 1-də saat 22 radələrində 3 nəfərin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat daxil olub. Araşdırmalarla Binə qəsəbəsi ərazisində yerləşən şadlıq sarayında baş vermiş münaqişə zəminində Ceyhun adlı şəxsin onlara bıçaqla xəsarət yetirməsi müəyyən edilib. Cinayəti törətməkdə şübhəli bilinən Ordubad rayon sakini C.Məmmədov saxlanılıb. Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

    Muxalifet - 2-11-2019

  18. Azərbaycanda dünən 8 nəfər bu səbəbdən öldü

    Daxili İşlər Nazirliyi noyabrın 1-dən 2-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.
    Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılıb.
    Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.
    Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Muxalifet - 2-11-2019

  19. Goranboyda icra nümayəndəsinin döydüyü şəxsin VİDEOSU YAYILDI

    Goranboy rayonunda icra nümayəndəsi kənd sakinini döyüb.
    Hadisə rayonun Həmənli kəndində qeydə alınıb.
    Kənd sakini 1969 cu il təvəllüdlü Verdiyev Mahir Nuru oğlu bildirib ki,onu Qaramusalı  kənd inzibati dairə üzrə nümayəndəsi Hüseynalı Abbasov döyüb.
    Xəsarət alan  şəxs ilk olaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.
    İnsident əkin sahələrnin suvarılaması üstündə baş verib.

    Muxalifet - 2-11-2019

  20. Tramp: “Suriyada neft bizimdir, qoy sərhədlər ilə başqaları məşğul olsunlar”

    ABŞ-ın Suriya sərhədində patrul fəaliyyəti həyata keçirmək arzusu yoxdur, lakin Vaşinqton ölkənin neft resurslarını nəzarətində saxlamaq niyyətindədir. Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib. “Biz neftə nəzarəti əlimizdə saxlamışıq. Suriya ilə sərhəddə patrul fəaliyyətini başqaları həyata keçirə bilərlər. Türkiyə burada 1000 il savaşıb. Qoy sərhədlə onlar məşğul olsunlar. Biz bununla məşğul olmaq istəmirik, biz əsgərlərimizi vətənə qaytarmaq istəyirik. Amma hərbçilərin bir qismini Suriyada saxlamışıq.

    Muxalifet - 2-11-2019

Pages