III Dünya savaşının ŞOK SSENARİSİ: ABŞ və Rusiya birləşir…
1-11-2019 20:33
Baxış sayı:
8602

Yaxın Şərqdəki enerji resurslarına görə III Dünya müharibəsi başlayacaq. Konfliktin tərəfləri Rusiya, ABŞ və Çin olacaq. Onlardan ikisi birinə qarşı birləşəcək.
Muxalifet.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri türk ordusunun istefada olan generalı Osman Pamukoğlu "III Dünya müharibəsi" adlı kitabında yazıb.
Rusiya və ABŞ-ın əvvəlki dünya müharibələrində müttəfiq olduqlarını nəzərə alan müəllif növbəti müharibədə onların Çinə qarşı birləşməsi ehtimalını istisna etməyib. Müəllifin fikrincə, hətta reallıqda baş verməmiş, lakin reallıq kimi qələmə verilən hadisələr də müharibənin başlanması səbəbi ola bilər.