Senatordan şok "soyqırım" etirafı: Buna görə səs verdik
1-11-2019 21:20
Baxış sayı:
7868

Amerikalı senator Stiv Kohen ABŞ Konqresinin Nümayəndələr Palatasında qondarma "erməni soyqırımı"na dair qətnamənin siyasi səbəblərdən qəbul olunduğunu etiraf edib.
Muxalifet.az teleqraf.com-a istinadən bildirir ki, Kohen səsvermədə qanun layihəsinin lehinə səs verdiyini də bildirib:
"Həmişə erməni layihəsinə etiraz etmişəm, amma bu dəfə lehinə səs verdim. Çünki Türkiyə ABŞ-a hörmət etmirmiş kimi görünür".
Kohen Türkiyənin Suriyada keçirdiyi əməliyyatların Konqresin mövqeyinə təsir etdiyini vurğulayıb: "Konqresin baxış istiqamətinin dəyişdiyini gördüm. Keçən ilədək erməni layihəsi heç vaxt 218 səsə yaxınlaşmamışdı".