Bakıda döyülən gəncin başına şüşə qabla xəsarət yetirilib
1-11-2019 09:15
Baxış sayı:
6193

Bakının Nəsimi rayonunda 26 yaşlı gənc xuliqanlıq zəminində döyülüb.
APA xəbər verir ki, Bakı sakini, 1993-cü il təvəllüdlü Əliyev Vüqar Fərhad oğlu Cavadxan küçəsi ev 48 B-nin girişində Nadir adlı şəxs tərəfindən döyülüb.
V.Əliyevin baş nahiyəsinə şüşə qabla ağır xəsarət də yetirilib.
Faktı Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsi araşdırır.