"Günayı İnstagram açdığına görə danladım" - Zaur
30-10-2019 16:56
Baxış sayı:
3781

Tanınmış aparıcılar Zaur və Günay cütlüyü "Asan Radio"da qonaq olublar.
Aktiv sosial şəbəkə istifadəçisi olan cütlük İnstagrama necə qoşulduqlarını açıqlayıblar:
"Zaur məşhur layihə olan "Fort Boyard" verilişinə iştirak etmək üçün getmişdi. Mən də onu izləmək məqsədi ilə instagram hesabı açdım. Bu barədə Zauru geri qayıtdıqdan sonra məlumatlandırdım".
Daha sonra Zaur Günayın sözlərinə zarafatlarını əlavə edib:
"Qayıdandan sonra Günayı danladım. Dedim, bu gün instagram hesabı açan sabah Facebook hesabı açar".
Qeyd edək ki, hazırda cütlüyün instagramda 2 milyondan çox izləyicisi var.