SON DƏQİQƏ: Rusiya qırıcıları İdlibi BOMBALADI

Baxış sayı:
3817

Muxalifet.az “Hürriyet”ə istinadla xəbər verir ki, Suriyadakı Bəşər Əsəd rejimi və Rusiya hərbi qüvvələri, İdlib Gərginliyi Azaltma bölgəsindəki yaşayış məntəqələri və Əsədə müxalif olan hərbi qüvvələrin yerləşdiyi cəbhə xəttinə havadan və qurudan zərbələr endirib.

Əsəd rejimi İdlibin ətrafında yaradılan “təhlükəsiz zona”nın sərhədləri daxilindəki Kefrenbil məntəqəsinə, Marrıthirmə, Termela və Kəbbinə kəndlərinə top, raket və qrad kimi silahlarla hava zərbəsi endirdi.
İdlib yerli müdafiə qüvvələri (Ağ Beretlilər) əvvəlki hücumlar səbəbindən məntəqələrdə dinc əhali qalmadığına görə insan itkisi olmadığını bildirdi.
Hərbi müxaliflərin müşahidələrə əsasən verdikləri məlumata görə Rusiyaya aid döyüş təyyarələri İdlibin Nukkeyir, Cibala, Um əs Sayr və əl Fakii, Lazkiyənin Kəbbinə kəndlərinə hava zərbələri endirib.
Türkiyə ve Rusiya arasında 17 sentyabr 2018-ci ildə imzalanan razılaşmadan bəri İdlib ətrafı bölgədə, Əsəd rejimi ve Rusiyanın zərbələri nəticəsində 1300-dən çox dinc sakin həlak olub. Hücumlardan sonra bu bölgədən Türkiyə ilə sərhədyanı bölgələrə köçən əhalinin sayı bir milyon qırx iki minə çatıb.
Muxalifet.az