Axtarış
The search found 105716 results in 0.05 seconds.
Search results
Azərbaycanda ŞOK HADİSƏ – Qadın özünü güllələdi
Tərtər rayonunda bədbəxt hadisə baş verib.
Oktyabrın 27-də Tərtər rayon sakini olan bir qadının Bəyimsarov kəndindəki evinin həyətində pnevmatik tüfənglə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən qol nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib. Bu barədə dərhal Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Qadına xəstəxanada ilkin tibbi yardım göstərilib.
Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş, hadisə yerindən “Kralsal-15” markalı pnevmatik tüfəng aşkar edilərək götürülüb.
Araşdırma aparılır.Muxalifet - 28-10-2019
İqtisadiyyat Nazirliyi yeni binaya köçəcək
İqtisadiyyat Nazirliyi yeni inzibati binaya köçə bilər.
Yenisabah.az xəbər verir ki, bu məsələ Vergilər Nazirliyi və Əmlak Məsələləri üzr Dövlət Komitəsinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsindən sonra gündəmə gəlib. Məlumat üçün deyək ki, İqtisadiyyat Nazirliyi hazırda Hökumət Evində yerləşir.Muxalifet - 28-10-2019
BDU-dan bıçaqlanma olayı ilə bağlı AÇIQLAMA - “Hadisə BDU-nun inzibati binası daxilində və hər hansı bir yeməkxanasında baş verməyib…” / YENİLƏNİB
“Son günlər Bakı Dövlət Universiteti ərtafında bəzi şəxslər əsası olmayan informasiyalar verir, həqiqəti əks etdirməyən yalan xəbərlər yayırlar. Diqqəti çəkən odur ki, bu informasiyaların heç biri BDU-da təhsilin və tədrisin, idarəetmənin keyfiyyəti ilə bağlı məlumatlar deyil. Daha çox bufet, yeməkxana tipli məsələləri qabardan şəxslərin qərəzi açıq şəkildə görünür”.
Muxalifet4 - 28-10-2019
Sabah Səfər ayı başa çatır
Sabah, oktyabrın 29-da Səfər ayı başa çatır.
“Report” xəbər verir ki, Hicri təqvimi ilə sentyabrın 1-i Məhərrəm ayının ilk günü olub.
Sentyabrın 29-da isə Məhərrəm ayı başa çatıb.
Qeyd edək ki, Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində əhali toy mərasimləri keçirmir.
Muxalifet - 28-10-2019
Nazirlik rəsmisindən bu obyekt sahiblərinə SƏRT XƏBƏRDARLIQ
Bəzi restoranlardan havaya tüstünün, iy-qoxunun yayılması ilə bağlı Nazirliyə yenə də şikayətlər daxil olduğundan ictimai-iaşə obyektlərində təkrar monitorinqlər aparılıb. Məlum olub ki, əksər obyektlərdə təmizləyici qurğular quraşdırılsa da, təəssüf ki, onlara vaxtında texniki xidmət göstərilmədiyindən, filtrlər vaxtaşırı təmizlənmədiyindən havaya yenidən tüstü və iy-qoxu yayılır. Bu da sakinlərin haqlı narazılığına səbəb olur.
Muxalifet - 28-10-2019
“Budur, biz onları saxlayırıq, Azərbaycan və Ermənistan kimi...”
Rusiya Dövlət Dumasının deputatı, LDPR lideri Vladimir Jirinovski Moskvanın bir sıra xarici ölkələrin borclarını bağışlamasının səbəbləri haqda danışıb. Virtualaz.org xəbər verir ki, rusiyalı siyasətçi bunu “həmin ölkələrin başqa superdövlətlərin yanına getməməsi üçün” etdiklərini deyib.
“Komsomolskaya Pravda” radiosunun efirində çıxışı zamanı Jirinovski bildirib ki, məsələn, Rusiya Qırğızıstan və Tacikistanın borclarını bağışlamasa onları “Çin və ya Əfqanıstan öz ağuşuna alar”,
Muxalifet - 28-10-2019
İŞİD-in SAHİBSİZ UŞAQLARI – “Valideynləri onları Suriyaya gətirdilər, özləri orada öldülər və ya tutuldular”
Ben Hubbard,
“The New York Times”Muxalifet3 - 28-10-2019
“Lotu Quli” məsciddə - FOTO
Azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun yeni fotosu yayılıb. “Yeni Sabah” xəbər verir ki, foto məscidlərin birində çəkilib. 21 il məhkumluq həyatı yaşayan Nadir Səlifov 2017-ci ildə azadlığa buraxılıb. O, həbsdən çıxdıqdan sonra Türkiyəyə köçüb. Bəzi ehtimallara görə, foto Türkiyədəki məscidlərin birində çəkilib. Lakin Nadir Səlifovun hazırda Türkiyədə olmadığı barədə də iddialar var. Onun artıq bir müddətdir ki, Qətərə köçdüyü bildirilir. Bu, onun düşmənlərinin çoxalması və həyatının təhlükədə olması ilə izah edilir.
Muxalifet - 28-10-2019
BŞİH Hacıbala Abutalıbovun sərəncamını ləğv etdi: Bu binanın tikintisi dayandırıldı
Bakı Şəhər İcra Hakimiyyəti Nəsmi rayonu 54 nömrəli tam orta məktəbin yaxınlığında aparılan tikinti işlərinın dayandırılması ilə bağlı məlumat yayıb.
Muxalifet - 28-10-2019
Gürcüstan Prezidentinin saytına HÜCUM - "Mən qayıdacağam"
Naməlum şəxslər tərəfindən Gürcüstan Prezidenti Salome Zurabişvilinin rəsmi internet saytına hücum olub.
Saytda Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin fotosu peyda olub. Fotonun fonunda isə "Mən qayıdacağam" yazılıb. Hücum səbəbindən saytın fəaliyyəti dayandırılıb.
S.Zurabişvilinin KİV-lərlə iş üzrə köməkçisi bildirb ki, hazırda fakt araşdırılır: "Məsələnin araşdırılmasına Təhlükəsizlik Xidməti də cəlb olunub. Çox güman ki, bu, haker hücumudur. Yaxın 1 saat ərzində hər şey aydın olacaq və problem qısa zamanda həll olunacaq".Muxalifet - 28-10-2019
Türkiyədən bəyanat verildi: YPG-ni təmizə çıxarmayın
Muxalifet.az “Hürriyet”ə istinadla Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalının İŞİD lideri Bağdadinin öldürülməsinə dair bəyanat verdiyini xəbər verir.
Muxalifet3 - 28-10-2019
"Fədayənin başı daşa dəydi, bir də bu səhvləri təkrarlamaz"
Müğənni Tacir Şahmalıoğlu keçmiş duet ortağı, hazırda həbsxanada olan Fədayə Laçından bəhs edib.
Axşam.az xəbər verir ki, "Evdəkilərə salam" verilişini evində qonaq edən sənətçi onu ziyarətə gedəcəyini söyləyib:
Muxalifet - 28-10-2019
DİN-in Baş İdarəsi gənc polkovnikə tapşırıldı
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis vəzifəsinə hələlik təyinat olmayıb.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hazırda bu vəzifənin icrası müvəqqəti olaraq İdarənin rəis müavini, polis polkovniki Samir Zeynalova tapşırılıb.
Qeyd edək ki, S.Zeynalov 1980-ci ildə anadan olub, 2000-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib.Muxalifet - 28-10-2019
“Dilənçidən soruşmaq olar ki, niyə bu vəziyyətdəsən?” - Hadi Rəcəbli
Dünyada elə bir ölkə yoxdur ki, orada dilənçilər olmasın. Hətta iqtisadi cəhətdən öz sözünü demiş ölkələr bu problemin həllində acizdilər. Həmin ölkələr dilənçilərlə bağlı məsələni hələ də həll edə bilməyiblər.
Muxalifet - 28-10-2019
Prezidentdən 20 min nəfəri sevindirəcək SƏRƏNCAM
Prezident İlham Əliyev "Qəbələ rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
Muxalifet - 28-10-2019
Azərbaycanda uzun müddət eyni vəzifədə qalmamaq üçün məcəllə hazırlanır
“Uzun illər bir vəzifədə işləmək durğunluğa səbəb ola bilər”.
Bu sözləri Yenisabah.az-a “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev uzun illər bir vəzifədə işləyənlərin əvəzlənməsi ilə bağlı təkliflərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, vəzifələrdə rotasiya vacib məsələdir. “Rotasiyaların baş verməsi, bununla bağlı qanunverici əsaların yaranması çox yaxşı olardı”, deyən Əliməmməd Nuriyev bununla belə, yaşlı olsa da, təcrübəli kadrların işdən çıxarılmasını doğru hesab etmir.Muxalifet - 28-10-2019
“Nar” müştərilərin ehtiyaclarına cavab verən məhsullar təqdim etməkdədir
“Nar” müştərilərin ehtiyac və gözləntilərini qarşılamaqla onların məmnuniyyətinin artmasına davamlı investisiya yatırır. Mobil operator hər zaman müxtəlif müştəri qruplarının konkret ehtiyaclarına cavab verən məhsullar təqdim etməkdədir”. Bunu “Azerfon”un Baş icraçı direktoru Qunnar Panke “Business Time” jurnalına geniş müsahibəsində deyib. Onun sözlərinə görə, “Nar”ın abunəçilərin seçiminə çevrilməsinin əsas səbəbi müştəri yönümlü məhsullardır: “Bizim xidmətlər hər bir müştərinin ehtiyacları əsasında, onları məmnun etmək məqsədilə hazırlanır.
Muxalifet4 - 28-10-2019
SON DƏQİQƏ: Terrorçu Mazlum Kobaniyə Həbs tələbi
Muxalifet.az "Hürriyet"ə istinadla Trükiyə Ədliyyə Nazirliyinin tələbi haqda məlumat verir.
Türkiyə Ədliyyə Nazirliyi, Mazlum Kobani olaraq bilinən terrorçu dəstə başçılarından Fərhad Abdi Şahinin həbs olunma və Türkiyə dövlətinə təhvil verilməsi tələbinə dair sənədləri Türkiyə XİN- ə təqdim etdi.
Muxalifet.azMuxalifet3 - 28-10-2019
Toyda bəyə “Hərbi xidmətdə fərqlənməyə görə” medalı təqdim edildi - FOTOLAR
Dünən Ağstafa rayonunun Qırılı kəndində qələbəlik yaşanıb. Kənd sakini İltifat Bəhrəmovun bayraqlarla bəzədilmiş həyətində qurulan toy mağarına toplaşmış kənd sakinləri, qohumlar, yaxınlar, Müdafiə Nazirliyinin rəsmiləri, eləcə də müharibə veteranları, qazilər, mülki libas geyinmiş hərbi qulluqçular Aprel döyüşlərinin iştirakçısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Abuzər Bəhrəmovu toy günü münasibətilə təbrik edib, atasına və nənəsinə gözaydınlığı veriblər.
Muxalifet - 28-10-2019
Şəbnəm Tovuzlunu BİABIR ETDİ - "Elə dəhşətli musiqiləri var ki...” / VİDEO
ARB TV-nin efirində yayımlanan “Səhər-səhər” verilişinin növbəti qonağı əməkdar artist Yusif Mustafayev, bəstəkar Məryəm Əlibəyli, müğənnilər Elşad Qarayev və Mehriban Aslan olub.
Efirdə bölgə toylarında ən çox oxunan mahnılardan və onların ifaçılarından söz düşüb. Müğənni Mehriban Aslan bildirib ki, Tovuz-Gəncə-Şəmkir rayonlarında ən çox Şəbnəm Tovuzlunun və Əflatun Qubadovun mahnıları sifariş edilir.
Buna münasibət bildirən bəstəkar Məryəm Əlibəyli onları alt qatda sevilən müğənnilər adlandıraraq, musiqilərini dəhşətli musiqilər adlandırıb:Muxalifet - 28-10-2019