Türkiyədən bəyanat verildi: YPG-ni təmizə çıxarmayın

Muxalifet.az “Hürriyet”ə istinadla Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalının İŞİD lideri Bağdadinin öldürülməsinə dair bəyanat verdiyini xəbər verir.
Bu terror təşkilatı müsəlmanlara ən çox zərər vermiş bir bəladır. Bunların təmizlənməsi, bu əxlaqsız ideologiyanın ortadan qaldırılması Türkiyənin də dəstəklədiyi bir mövzudur. Bağdadinin öldürülməsi çox əhəmiyyətlidir. Amma bundan istifadə edib YPG-ni təmizə çıxatmaq, ona qahmar durmaq cəhdləri bizim nəzər - nöqtəmizdən qəbul edilməzdir”, deyə bəyan etdi.
İŞİD ideologiyasının nə qədər əxlaqsız bir ideologiya olduğuna dair Diyanət İşləri İdarəmiz də işlər apardı.
Dindən istifadə edən İŞİD ve FETO-nun ideoloji mənada bir-birinden fərqi yoxdur. Həmçinin İraq Kürdüstan Bölgəsinin rəhbəri Neçirvan Barzanının Türkiyəyə səfəri planlaşdırılır.
Muxalifet.az