Axtarış
The search found 105715 results in 0.031 seconds.
Search results
Azərbaycanda ŞOK QİYMƏTƏ maşın - Bahalı avtomobillərin SİYAHISI
Azərbaycanda ən bahalı maşınlar hansılardır?Muxalifet4 - 27-10-2019
Bağdadi Türkiyə sərhədinin yaxınlığında öldürülüb - TƏFƏRRÜATLAR MƏLUM OLDU
İŞİD terror təşkilatının lideri, yüz minlərlə insanın ölümündə məsuliyyət daşyan Əbu Bəkr əl-Bağdadinin ABŞ xüsusi təyinatlıları tərəfindən məhv edilməsinin təfərrüatları məlum olub. Belə ki, əməliyyat İdlib əyalətinin Türkiyə sərhədinə “çox yaxın” Barişa adlı kəndində keçirilib. “Anadolu” agentliyi bölgədən aldığı məlumatlara əsasən bildirir ki, əməliyyat ötən gecə keçirilib və 4 saat davam edib. Əməliyyatda ABŞ ordusunun 8 vertolyotu və 2 pilotsuz təyyarəsi istifadə edilib.
Muxalifet4 - 27-10-2019
Əl-Bağdadi və onun 2 arvadı intihar edib
Onlar bellərində olan "şəhid kəməri"ni işə salıblar "Alarabiya" CNN-ə istinadən yazır ki, İŞİD terror təşkilatının rəhbəri Əbu Bəkr Əl-Bağdadinin olümü ilə bağlı ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi qeyri-rəsmi bəyan edib ki, "ən çox arzu olunan terrorçu"nu sağ ələ keçirmək mümkün olmayıb. Muxalifet.az musavat.com-a istinadən bildirir ki, o, belinə bağladığı "şəhid kəməri"ni öz əli ilə partladıb və intihar edib. Cəsədin qalıqları hadisə yerindən götürülüb, DNT və biometrik test aparmaq məqsədi ilə Bağdada aparılıb.
Muxalifet4 - 27-10-2019
Aslı evlənmək istəməyən Muratdan yenə ayrıldı
Müğənni Murat Boz ilə aktrisa sevgilisi Aslı Enver yenidən şəxsi həyatı ilə gündəmdədir.
Muxalifet.az musavat.com-a istinadən bildirir ki, məşhur cütlük ikinci dəfə ayrılıb. Buna səbəb Muratın vədinə əməl etməməsi və Aslı Ənvər ilə evlənməməsidir. Aslının yaxınlarının bildirdiyinə görə, Murat yayda Aslı ilə evlənəcəyini desə də, sözünə əməl etməyib. Aktrisa isə ana olmaq istədiyi üçün Muratdan ayrılıb.
Muxalifet4 - 27-10-2019
Azərbaycanlı qız ABŞ-da ermənipərəst jurnalisti belə susdurdu - VİDEO
Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı jurnalist və aparıcı Vladimir Pozner Kaliforniyada çıxışı zamanı Dağlıq Qarabağdan olan azərbaycanlı Arzu Məmmədovanın sualı qarşısında çıxılmaz vəziyyətdə qalıb.
“Qafqazinfo” xəbər verir ki, Qarabağ bölgəsindən olduğunu deyən Arzu Azərbaycanda bütün xalqların sülh şəraitində yaşadığını və heç bir xalqa, o cümlədən İsrail vətəndaşlarına qarşı ayrı-seçkilik olmadığını deyib. O qeyd edib ki, Vladimir Pozner kimi səviyyəli jurnalist qərəzsiz olmalıdır:
Muxalifet4 - 27-10-2019
25 illik krallığın sonu: 69 yaşlı general işdən çıxarılır
Ölkədə başladılan kadr islahatları hüquq-mühafizə orqanlaqını da əhatə edəcək.
Muxalifet.az yenisabah.az-a istinadən xəbər verir ki, yayılan məlumatlara görə yaxın günlərdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun da vəzifədən azad olunacağı gözlənilir.Muxalifet4 - 27-10-2019
Tramp Rusiyaya təşəkkür etdi
Muxalifet.az russian.rt-yə istinadla bildirir ki, ABŞ prezidenti Donald Tramp "C-Span" kanalı ilə canlı yayımda İŞİD lideri Əbubəkr Əl-Bağdadinin məhv edilməsinə görə, Rusiyaya, həmçinin Türkiyəyə, Suriyaya, İraqa və kürd hərbi dəstələrinə minnətdarlığını bəyan edib.
“Mən Rusiya,Türkiyə, Suriya və İraq ölklərinə təşəkkürümü bildirirəm. Həmçinin bu çətin missiyanın yerinə yetirilməsində bizə dəstək verdiklərinə görə Suiya kürdlərinə minnətdaram”, - deyə Tramp ifadə edib.Muxalifet3 - 27-10-2019
İstanbul boğazından keçən rus hərbi gəmisi Suriyaya gedir?
Rus hərbi gəmisi "Azov" İstanbul boğazından keçərək, Mərmərə dənizi sularına açılıb. Muxalifet.az “Hürriyet”-ə istinadla xəbər verir ki, gəminin boğazdan keçişi zamanı sipər almış vəziyyətdə yerə uzanan əsgər diqqəti cəlb edib. Belə ki, gəmi boğazdan keçərkən Mərmərə və Boğazlar Bölgə Komandanlığına məxsus sahil təhlükəsizlik qayığı da müşayiət edib. Təxminən 1 saat ərzində Fateh Sultan Mehmet Körpüsünün altından keçən gəminin göyərtəsində çox sayda rus əsgərinin olduğu gözdən qaçmayıb. Bəzi əsgərlər sahili, bəziləri də drubin ilə boğazı müşahidə edib.
Muxalifet3 - 27-10-2019
“Əl-Bağdadi ağlayaraq, qışqıraraq özünü və uşaqlarını partlatdı” - TRAMP
Prezident Donald Tramp bildirib ki, əl-Bağdadi xüsusi əməliyyat zamanı başqa çıxış yolu olmadığını görüb və xüsusi təyinatlılar onu sağ yaxalamasın deyə üzərində gəzdirdiyi “kamikadze jileti” ilə özünü partladıb. ABŞ prezidenti əməliyyat zamanı heç bir ABŞ əsgərinin yaralanmadığını bildirib.
“Əbu Bəkr əl-Bağdadi ilə birlikdə çoxlu sayda tərəfdarı da öldürüldü. Bağdadi vəhşi idi və vəhşi kimi, qaçan qorxaq kimi öldü, ağlayıb sızlayırdı. Bir köpək kimi öldü, artıq heç kimə zərər verə bilməz. Dünya indi daha təhlükəsizdir”,-Tramp deyib.
Muxalifet4 - 27-10-2019
Lideri öldürülən İŞİD-in hansı planları var? - Ekspertdən QORXUNC İDDİA
Suriyada İŞİD terror təşklatının lideri Əbubəkr əl-Bağdadinin öldürülməsi bu gün gündəmdəki əsas xəbər oldu. Amma bundan sonra terror təşkilatının necə hərəkət edəcəyi, təşkilatın “yatan hücrələr”inin hərəkətə keçib-keçməyəcəyi ekspertləri düşündürən suallardır.
Terror və təhlükəsizlik üzrə türkiyəli mütəxəssis Abdullah Ağarın sözlərinə görə, İŞİD liderinin aradan götürülməsi iki fərqli istiqamətdə populist dalğaya səbəb olacaq.
Muxalifet - 27-10-2019
Vəndamda Van Damma heykəl qoyuldu - FOTO
Qəbələ rayonunun Vəndam kəndində məşhur aktyor Jan Klod Van Damma abidə qoyulub. Muxalifet.az xəbər verir ki, bu barədə jurnalist Şakir Eminbəyli öz “Facebook” səhifəsində status paylaşıb. O, bildirib ki, abidənin müəllifi məşhur heykəltaraş Azad Əliyevdir. Qeyd edək ki, belçika əsilli amerikalı aktyor, rejissor, ssenarist və idmançı Jan Klod Van Damm karate və kikboksinqlə peşəkar məşğul olub, bundan əlavə, bir sıra döyüş filmlərinə çəkilib. //Unikal
Muxalifet - 27-10-2019
“Universitetlər rüşvətxorluqdan boğulurdu” – Ekspertdən açıqlama
İndi elə zamandır ki, məmurların yaxşı əməllərinə rast gəlmək, müsbət fəaliyyətindən danışmaq çətindir. Amma yaxşını da, pisi də hökmən söyləməlisən ki, sonra kimsə bəhanə edib, “mənlik nə vardı axı, nəyi tələb edirdilər, onu da edirdim” deyə yaxasını qırağa çəkməsin. Ciddi dəyişiklər siyasi iradə tələb edir, bəli, amma şəxsi xidmətlər də həmişə mümkündür. Mikayıl Cabbarovu təhsil naziri olandan sonra tanımışam. Açığı heç yaxşı gözləntim də yox idi. Amma qocaman, təhsillə ömür sürmüş, professor titullu naziri də görmüşdüm.
Muxalifet - 27-10-2019
Gürcüstanda 17 yaşlı qızını ərə verməyə çalışan azərbaycanlı saxlanıldı - VİDEO
Gürcüstanın Kaxetiya regionunda yetkinlik yaşına çatmayan qızını ərə verməyə çalışan 44 yaşlı azərbaycanlı saxlanılıb.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin saytında yazılıb. Saqareco rayonunun azərbaycanlılar yaşayan Yormuğanlı kənd sakini 17 yaşlı qızına ərə getməsi üçün psixoloji təzyiq göstərib.Muxalifet - 27-10-2019
WSJ: ABŞ “Açıq Səma” Müqaviləsindən çıxmağa hazırlaşır
Wall Street Journal gizli mənbələrə istinadla ABŞ-ın “Açıq Səma” Müqaviləsindən çıxmağa hazırlaşdığını bildirib.
Muxalifet.az vesti.ru-ya istinadla bu barədə xəbər verir.Muxalifet3 - 27-10-2019
Lavrov Pompeoya zəng etdi- SURİYA BARƏDƏ DANIŞIBLAR
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo ilə telefon danışığı aparıb.
Rusiya XİN-nin saytında xəbər verildiyi kimi, tərəflər Suriya böhranını müzakirə ediblər. Qeyd olunur ki, Lavrov Pompeonu «Suriyanın suvereniyi və ərazi bütövlüyünü poza biləcək» addımlardan çəkinməyə çağırıb.Muxalifet - 27-10-2019
Kraldan sərt xəbərdarlıq: “Bu şəxslər yerindəcə güllələnəcək”
Malayziyada son vaxtlar pələnglərin ovlanması faktlarına tez-tez rast gəlinir. Ölkənin Johor əyalətinin kralı Sultan İbrahum İsgəndər son vaxtlarda daha 4 pəlngin brokonyerlər tərəfindən ovlandığını deyib və yerli, eləcə də xarici ovçulara sərt xəbərdarlıq edib: “Bundan sonra razidə pələng və ya digər heyvanları ovlayan şəxslər aşkarlanarsa onlar elə yerindəcə özləri ova çevriləcəklər”. Qeyd edək ki, Johor əyaləti dünyada pələnglərin sıx yaşadığı nadir ərazilərdəndir.
Muxalifet - 27-10-2019
Ağsu İcra Hakimiyyəti və Şəki İqtisad Məhkəməsi Qarabağ əlilini reanimasiyalıq edib - QAZİLƏRDƏN MÜRACİƏT
Qarabağ qaziləri Xaliq Abbaszadə, Eldar Hüseynov, Müşfiq İsmayılov və Güloğlan Süleymanov tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilərin həmin məktubunu olduğu kimi dərc edirik: "Ağsu rayon İcra Hakimiyyətinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bələdiyyənin balansında olan torpaq sahəsini hərracdankənar, Heydər Əliyev Fondunun adından dələduzluqla satması haqda məlumat vermişdik. Hansı ki, bu, həmin torpaqdan 22 ildir sahibkarlıq amacı ilə yararlanan Qarabağ əlilinin Şəki İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmasına nədən olub.
Muxalifet4 - 27-10-2019
Nazir oğlundan maraqlı açıqlama: “Belə təxribatlara yer yoxdur…”
“ABŞ-da bazar ertəsi axşamları futbolun sinonimi sayılır. Hərçənd bunun yöndəmsiz Amerika variantıdır ki, digər dünyanın “gözəl oyun” hesab etdiyinə donuz dərisi atır. Amma Avropada – xüsusilə də Azərbaycanda – dünya oyunu (bizim amerikalı kuzenlərə futbol) dominantlıq edir”.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Qəbələ” İdman Klubunun sabiq prezidenti Tale Heydərov “emerging-europe.com”da dərc olunmuş məqaləsində yazıb.
Muxalifet - 27-10-2019
Türkiyə prezidenti Ərdoğan İŞİD lideri Bağdadinin öldürlməsiylə bağlı münasibət bildiri
Muxalifet.az "hürriyet"ə istinadən xəbər verir ki, Türkiyə prezidenti R.T. Ərdoğan Twitterdən İŞİD lideri Bağdadinin öldürülməsiylə bağlı açıqlama verib.
Ərdoğan Bağdadinin öldürülməsinin “dönüm nöqtəsi” olduğunu deyib.
Təzələnir..
Muxalifet3 - 27-10-2019
Hər kəs 63 yaşlı nənə və 18 yaşlı nəvəsindən danışır - FOTOLAR
Avstraliyada yaşayan 63 yaşlı Lesley Maksvell və 18 yaşlı nəvəsi Tia Kristofi daim idmanla məşğul olur.
Fanat.az xəbər verir ki, bodibildinq və fitnesslə məşğul olan nənə və nəvəsinin qüsursuz bədən qurluşunu əks etdirən fotoları "Instagram"da böyük marağa səbəb olur.
Həftədə 5 gün məşqə gedən 63 yaşlı Lesleyin 30-dan çox dərəcəsi var. Həyatı boyu idmana və sağlam həyata üçünlük verən Maksvell daha gənc görünməyə çalışdığıın bildirib.Muxalifet4 - 27-10-2019