Lavrov Pompeoya zəng etdi- SURİYA BARƏDƏ DANIŞIBLAR
27-10-2019 20:03
Baxış sayı:
3901

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo ilə telefon danışığı aparıb.
Rusiya XİN-nin saytında xəbər verildiyi kimi, tərəflər Suriya böhranını müzakirə ediblər. Qeyd olunur ki, Lavrov Pompeonu «Suriyanın suvereniyi və ərazi bütövlüyünü poza biləcək» addımlardan çəkinməyə çağırıb.
Bundan əvvəl isə Rusiya prezidenti Vladimir Putin Fransanın prezienti Emmanel Makronla telefonla danışıb. O, Türkiyə lideri Ərdoğanla apardığı danışıqların məzmunu barədə Makrona məlumat verib.
Fransa prezidenti Rusiya və Türkiyə tərəfləri arasında əldə olunmuş raızılaşmanı dəyərləndirib və qeyd edib ki, bu danışıqlar Suriyanın şimalında əməliyyatın dayandırılmasına kömək edib.