Axtarış

The search found 105715 results in 0.027 seconds.

Search results

  1. Çingiz Hüseynzadə Avropa Komissiyasının rəhbəri oldu - FOTO

    Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsinin (AOK) Varşavada keçirilən Baş Assambleyasında bu qurumun Olimpiya Oyunları Komissiyasının sədri seçilib. MOK-dan bildirilib ki, tədbirdə Polşa Olimpiya Komitəsinin 100 illik yubileyi qeyd olunub. Yubiley münasibətilə MOK-un vitse-prezidenti Ç.Hüseynzadə və baş katibin müavini Azər Əliyev xatirə hədiyyələri təqdim ediblər.

    Muxalifet4 - 26-10-2019

  2. “Kamaz” dərəyə aşdı, yaralılar var

    Şəkidə taxıl səpininə gedən yük maşını dərəyə aşıb, 2 nəfər xəsarət alıb. 

    Muxalifet.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Təzəkənd kəndi ərazisində baş verib.

    Belə ki,dağlıq əraziyə taxıl səpini üçün taxıl aparan "Kamaz" markalı yük avtomobili dərəyə aşıb.

    Nəticədə 2 nəfər aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 26-10-2019

  3. BMW 1 Series elektrik versiyasına sahib olacaq - FOTO

    BMW şirkəti 1 Series hetçbekinin ekoloji cəhətdən təmiz versiyasını hazırlamaq niyyətindədir. Bu barədə Auto Express nəşrinə BMW i bölməsinin rəhbəri Robert İrlinger bildirib.

    Muxalifet.az autograph.az-a istinadən bildirir ki, BMW 1 Series modelinin elektrik versiyası DYM-li hetçbekdən "bütöv" radiator barmaqlığıŞ orijinal rəng çeşidi və yükləmə qurğusunun girişi ilə seçiləcəkdir. Elektrokar BMW i3 S modelinin güc qurğusuna sahib olacaqdır.

    Muxalifet4 - 26-10-2019

  4. Pakistan prezidentinin xanımı Bakıda gəzintidə - FOTO

    Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak edən Pakistan Prezidenti Arif Alvinin xanımı Samina Alvi oktyabrın 26-da Bakı şəhərinin görməli yerləri ilə tanış olub.

    Publika.az xəbər verir ki, tanışlıq Dənizkənarı Milli Parkdan başlayıb. Pakistanın birinci xanımına Bakı Bulvarı haqqında məlumat verilib.

    Sonra tanışlıq Yusif Səfərov küçəsi ilə davam edib. Burada qonaq Müasir İncəsənət Muzeyi ilə tanış olub.

    Muxalifet4 - 26-10-2019

  5. "Maaşımın yarısını gərək Sisiyə verim" - PUTİN

    Maaşımın yarısını gərək Sisiyə verim. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Soçidə keçirilən Birinci Rusiya-Afrika zirvəsində çıxışı zamanı deyib. O, yardımlarından dolayı zirvənin həmsədrlərindən olan Misir Prezidenti Əbdülfəttah Sisiyə təşəkkürünü bildirib və onunla zarafat edib: “Heç şişirtmədən demək istəyirəm ki, misirli dostlarımızın dəstəyi olmasaydı, bugünkü zirvə ən azından bu gün çalışdığımız şəkildə olmazdı. Bundan əlavə, gördüyünüz kimi, bu gün günboyu yanımda oturur və işimi görməkdə mənə kömək edir.

    Muxalifet4 - 26-10-2019

  6. “Mançester Siti” böyük hesabla qalib gəlib, “Lester” TARİX YAZIB

    İngiltərə Premyer Liqasında X turun oyunları keçirilir.

    APA-nın məlumatına görə, turun ikinci günündə 5 matç keçirilib.

    Son çempion “Mançester Siti” “Aston Villa”nı üç cavabsız qolla darmadağın edib. “Brayton” “Everton”u 3:2 hesabı ilə üstələyib.

    “Uotford” – “Bornmut” və “Vest Hem” – “Şeffild Yunayted” görüşlərində isə qalib müəyyənləşməyib. Günə “Bernli” – “Çelsi” matçı ilə yekun vurulub. Məhsuldar keçən oyunda qonaqlar 3 xal qazanlblar.

    Muxalifet4 - 26-10-2019

  7. 24 yaşında bir gecədə 3,8 milyard dollarlıq sərvət qazandı - MARAQLI

    Honq Konglu bir ailə ABŞ-da Pensilvaniya Universitetindən yeni məzun olan 24 yaşlı oğullarına hədiyyə olaraq şirkətlərinin 3,88 milyard dollarlıq hissəsini verib. Gənc oğlan beləliklə dünyanın ən zəngin 550 adamından biri olub.
    Şirkətin etdiyi açıqlamada səhmlərin beşdə birinin  Erik Tse adlı gəncə təhvil verildiyi bildirilib. 

    Muxalifet - 26-10-2019

  8. İtaliyada sərxoş azərbaycanlı afrikalını döydü və...

    İtaliyanın Sardiniya adasında yerləşən Olbia şəhərində Azərbaycandan olan bir miqrantın iştirakı ilə insident baş verib.

    Bu barədə “Alguer” nəşri məlumat yayıb.

    Nəticədə polis 31 yaşlı kişini zorakılığa, vəzifəli şəxsə müqavimət göstərdiyinə və sənədləri təqdim etmədiyinə görə həbs edib.

    Hər şey azərbaycanlının şəhərin mərkəzində spirtli içki qəbul edərək 20 yaşlı afrikalı ilə dalaşması və onu döyməsilə başlayıb.

    Belə ki, məhz bundan sonra afrikalı polisə şikayət edib və hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlını saxlayıblar.

    Muxalifet4 - 26-10-2019

  9. Tanımadığı şəxslə kafedə mübahisə etdi, bıçaqlandı - BAKIDA

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    "Report" xəbər verir ki, hadisə Nizami rayonundakı kafelərdən birinin qarşısında qeydə alınıb.

    1973-cü il təvəllüdlü Əzizov Vasif əvvəlcə tanımadığı şəxslə kafedə mübahisə edib. Mübahisə sonra kafenin qarşısında davam edib. Nəticədə V.Əzizov bıcaqlanıb.

    Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı V.Əzizovun bədənində çoxsayli kəsilmiş-deşilmiş yaralar aşkarlanıb və o cərrahi əməliyyat edilib.

    Polis hadisənin təfərrüatını araşdırır.

    Muxalifet4 - 26-10-2019

  10. "Məhərrəmlik ayında dostlarımdan borc alıram" - RÖYA

    "Evin həm oğlu, həm qızı, həm də ulduzuyam. Hərdən heç pul çatdırmıram, borc alıram".
    Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "X maqazin" verilişində deyib. Sənətçi ailəsinə hər zaman maddi dəstək olmasından danışıb:
    "O qədər məni qınayan olacaq. Amma bilsinlər ki, o qədər böyük ailəm var ki, maddi çatdırmıram. Məhərrəmlik ayında dostlarımdan borc alıb, işlərimi görürəm. Sonra 1 ay işləyib borc qaytarıram.
    Mənə deyirlər, sənə rahatdı, yaxşı yaşayırsan. Yaşayışım axı çətindir, bunun üçün bir az çabalamaq lazımdır".

    Muxalifet4 - 26-10-2019

  11. ​"Növbəti dəfə də deputat olmaq istəyirəm" - HADI RƏCƏBLİ: "Parlamentdə yaş məhdudiyyəti yoxdur..."

    "Parlamentdə yaş məhdudiyyəti yoxdur. Təəssüf ki, əhalinin böyük hissəsi pensiya yaşı deyəndə parlamenti də buna qarışdırır"
    Muxalifet.az
    xəbər verir ki, bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. 72 yaşlı komitə sədri 2020-ci ildə keçiriləcək parlament seçkilərində yenidən iştirak etmək istədiyini bildirib.

    Muxalifet4 - 26-10-2019

  12. Ölkə ŞOKDA: İraqda etiraz aksiyaları səngimir, 63 ölü, 2592 yaralı var

    Muxalifet.az "RİA-Novosti" xəbər agentliyinə istinadən xəbər verir ki, İraqın paytaxtı Bağdadda, ölkənin mərkəzində və cənubundakı bir sıra şiə əyalətlərində iki gündür davam edən hökumət əleyhinə nümayişlərdə ölənlərin sayı 63-ə çatıb. Aralarında təhlükəsizlik əməkdaşlarının da olduğu yaralıların sayı 2592-yə yüksəlib. Muxalifet.az

    Muxalifet3 - 26-10-2019

  13. İŞİD lideri Bağdadi Suriyada öldürüldü - TRAMPDAN MÜƏMMALI STATUS...

    ABŞ-ın silahlı qüvvələri Suriyada İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadini zərərsizləşdirib. Bu barədə "Fox News" mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, ABŞ hərbçiləri zərərsizləşdirilən şəxsin kimliyini hələ rəsmi şəkildə təsdiqləməyiblər. Jurnalistlər güman edirlər ki, Birləşmiş Ştatların dövlət başçısı Donald Trampın "Twitter"də müəmmalı paylaşımı da bununla bağlı olub. Öz növbəsində "Newsweek" jurnalı da bildirib ki, İŞİD lideri hərbi əməliyyat zamanı məhv edilib.

    Muxalifet4 - 27-10-2019

  14. İşğalçı Ermənistana ciddi zərbə: Zirvə Görüşündə qəbul edilmiş SƏNƏDLƏR

    Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirib. Belə ki, qəbul edilmiş sənədlərdə dövlət və hökumət başçıları münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirir və onun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini vurğulayırlar. Yekun Sənədə ilk dəfə olaraq çox mühüm yeni bənd daxil edildi.

    Muxalifet4 - 27-10-2019

  15. "İndicə tale əhəmiyyətli bir şey baş verib" - ABŞ PREZİDENTİ

    ABŞ prezidenti Donald Tramp özünün "Twitter"dəki səhifəsində qeyri-müəyyən paylaşım edib.
    Belə ki, Ağ Ev rəhbəri əhəmiyyətli hadisənin baş verdiyini bildirib.
    "İndicə tale əhəmiyyətli bir şey baş verib", - deyə Tramp yazıb. Lakin ABŞ prezidenti bununla bağlı açıqlama verməyib.
    Bu səbəbdən də sosial şəbəkə istifadəçiləri paylaşımla bağlı suallar veriblər. Bəziləri "Hillari (Hillari Klinton-red) həbs edilib?", - deyə soruşublar. Bir sıra sosial şəbəkə istifadəçiləri isə güman ediblər ki, Ağ Ev rəhbəri vəzifəsindən istefa verib. 

    Muxalifet4 - 27-10-2019

  16. ​Ermənilər cəbhəboyu müxtəlif istiqamətlərdən mövqelərimizi ATƏŞƏ TUTDU

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet4 - 27-10-2019

  17. Putinin vizit kartı ŞOK qiymətə satışa çıxarıldı - FOTO

    Rusiyada bir nəfər gənc ölkə prezidenti Vladimir Putinin köhnə vizit kartını iki milyon rubla (53 min 400 AZN) satışa çıxarıb.

    Türkiyə mediası xəbər verir ki, Putinin 23 il öncə həmin gəncin atasına verdiyi vizit kart Sankt-Peterburqda fəaliyyət göstərən internet saytlarının birində satışa çıxarılıb.

    Muxalifet4 - 27-10-2019

  18. Türkiyə Suriyadakı bütün hiyləgər planları pozdu: ABŞ və Avropa qəzəblidir

    Türkiyə və Rusiyanın daha da yaxınlaşaraq, Suriyada ortaq hərəkət etməsi bölgədə qüvvələr nisbətini dəyişdi

    Türkiyənin Suriyaya qoşun yeridərək, “Barış Pınarı” antiterror əməliyyatına start verməsi bu qardaş ölkə ətrafında məqsədyönlü şəkildə yaradılmış situasiyanı dəyişdi. Türkiyənin davamlı təzyiq altında tutulmasına və gələcəkdə parçalanmasına hesablanmış planların qətiləşdirilmiş ssenariləri öz əhəmiyyətini itirdi.

    Muxalifet4 - 27-10-2019

  19. İslahat icra başçılarına çatır? – “Kiçik padşahlar”ın narahat günləri

    Hökumətdə aparılan kadr islahatları son günlərin əsas gündəm mövzusudur. Xüsusilə də ölkə başçısının yaş həddi ilə əlaqədar rəhbər vəzifədə çalışanlara “Gənclərə yol açın!” çağırışından sonra geniş vüsət alan prosesin davamlı olacağı, daha geniş sahələri əhatə edəcəyi gözlənilir. İlk istefaların hökumətdə təmsil olunan rəhbər şəxslərdən gəlməsi isə cəmiyyət tərəfindən də kifayət qədər müsbət qarşılanıb. Prezidentin çağırışına ilk cavab verənlər Baş nazirin müavinləri Hacıbala Abutalıbov və Əli Həsənov oldu.

    Muxalifet4 - 27-10-2019

  20. Azərbaycanda bu qatarın sürəti 160-a qaldırıldı - VİDEO

    Bakıdan Gürcüstana və əks istiqamətdə qatarla səyyahət edənlərə şad xəbərimiz var. Dünəndən etibarən artıq bu istiqamətdə sərnişinlər sürət lokomotivləri ilə daşınır. Bu isə sərnişinlərin ünvan başına həm daha təhlükəsiz, həm də daha tez çatması deməkdir. İndiyə qədər bu istiqamətlərdə sərnişinlər 70-ci illərin yük lokomotivləri ilə daşınırdı.

    Muxalifet4 - 27-10-2019

Pages