Axtarış
The search found 105715 results in 0.046 seconds.
Search results
Prezident Administrasiyasında boş qalan 3 MÜHÜM POST - Bu vəzifələrə kimlər təyin oluna bilər...
Akademik Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad ediləndən sonra onun yerinə kimin təyin olunacağı medianın gündəmində müzakirə olunmaqdadır. İndi diqqətlər Prezident Administrasiyasına yönəlib. Prezident Administrasiyasının rəhbəri vəzifəsinə yeni təyinat olacaq, yoxsa həmin vəzifə bəzi kluarlarda söylənildiyi kimi, ləğv olunacaq? İstənilən halda bu məsələ ölkə başçısının səlahiyyətlərinə aid olduğundan bütün sualların dəqiq cavabı da Prezidentdən asılıdır.
Muxalifet4 - 27-10-2019
Zelenski əsgərlərlə mübahisə etdi: "Mən hansısa hərif deyiləm" / FOTO
Ukrayna prezidenti Vladimir Zelenski iki gündür Donbasda, münaqişə bölgəsindədir.
Dövlət başçısı burada Luqansk vilayətinin Zolotoye qəsəbəsinə baş çəkib. Həmin bölgə yeni ortaya atılan , “Ştaynmayer formulu”na görə qoşunların qarşılıqlı şəkildə çəkiləcəyi məntəqələrdən sayılır.
Muxalifet4 - 27-10-2019
Çörəyə şokolad sürtmək üstündə dava düşdü, qardaş bacını öldürdü
Bacı qardaş arasında çörəyə şokolad yağı çəkmək üstündə yaranan mübahisə ölümlə nəticələnib.
Milli.Az Habertürk-ə istinadla bildirir ki, hadisə Türkiyənin Afyonkarahisar şəhərinin Dördyol qəsəbəsində baş verib.
Mətbəxdə bacı ilə qardaş arasında çörəyə şokolad yağı sürtmək üstündə dava düşüb. Qardaşına əsəbləşən 12 yaşlı Sude Naz onun eynəyini vuraraq yerə salıb. Nəticədə 21 yaşlı O.A özündən çıxıb. O, bacısını huşu itənə qədər döyüb.
Muxalifet4 - 27-10-2019
"Ərim deyir ki, yeni sevgili tapmışam" - AKTRİSA
Aktrisa Ceyda Düvenci alış-veriş mərkəzində obyektivlərə tuş gılib.
Axşam.az bildirir ki, xəbər verir ki, aktrisa yeni görünüşü ilə diqqət çəkib. Kəkil kəsdirib, xeyli çəki atan Ceyda ərinin bu halını daha çox bəyəndiyini deyib:
"Qısa vaxtda 5 kiloqram arıqladım. Həkim məsləhəti ilə pəhriz saxlayıram. 4 kiloqram da atmalıyam. Yeni imicimi ərim çox bəyənib. Bülent "Yeni sevgilim var" deyib, zarafat edir. Bu, mənim də xoşuma gəlir".
Muxalifet4 - 27-10-2019
ABŞ əsgəri İraqdan Suriyaya qayıtdı - ŞOK GƏLİŞMƏ
ABŞ prezidenti Trampın qısa müddət əvvəl Suriyanın şimalından İraqa göndərdiyi hərbi kontingent dünən yenidən Suriyaya geri qayıtdi.
Muxalifet3 - 27-10-2019
"Pərvizlə Türkana qulaq asmıram, çünki onlar bayağı ifaçılardı" - HÜSEYNDƏN SƏRT SÖZLƏR
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu meyxanaçı Pərviz Bülbülə ilə müğənni Türkan Vəlizadə haqda qalmaqallı açıqlama verib. Muxalifet.az axşam.az-a istinadən bildirir ki, musiqiçi "X maqazin"ə açıqlamasında sənətçiləri bayağı ifaçı adlandırıb: "Özləri də başa düşürlər ki, oxuya bilmirlər, amma nə etsinlər. Bilsəydim, insanların zövqünü korlayıram, gedib başqa işlə məşğul olardım. Bütün yaxşı musiqiçiləri narahat edən bir problem var, o da bayağı musiqilərdir. Biz də onlarla bacarmırıq. Pərvizlə Türkana qulaq asmıram, çünki onlar bayağı ifaçılardı".
Muxalifet4 - 27-10-2019
"BMW" ilə yoxa çıxan Elvinin qətlinin ŞOK TƏFƏRRÜATLARI / VİDEO
Bakıda dəhşətli qətl hadisəsinin üstü açılıb. Muxalifet.az APA TV-yə istinadla xəbər verir ki, sonuncu dəfə 10 gün əvvəl şəxsi "BMW"si ilə evindən çıxan paytaxt sakininin amansızlıqla öldürüldüyü məlum olub. Onun həyat yoldaşı isə polisə müraciət edib və ərinin itkin düşdüyünü bildirib. Axtarışlar nəticəsində Elvin Həbibzadəyə məxsus avtomobil Qaradağ rayonunun Qızıldaş qəsəbəsində tapılıb. Nəqliyyat vasitəsinə baxış keçirilərkən salonda qan izləri aşkar edilib.
Muxalifet4 - 27-10-2019
ABŞ qorxu içində - "YPG artıq böyük təhlükədir..." / FOTO
ABŞ-ın milli təhlükəsizlik qüvvələri Suriyada Əsədlə anlaşan terror qruplaşması YPG-nin CEBTCOM və ABŞ-ın xüsusi xidmət orqanlarından əldə etdiyi məlumatları Əsəd rejimi və Rusiya ilə paylaşmasını "böyük problem" olaraq görür.
Muxalifet4 - 27-10-2019
Ermənistanda məhbusa “Azərçay” paketlərində narkotik ötürmək istədi - FOTO
Ermənistanın "Sevan" həbsxanasının məhkumlarından birinin həyat yoldaşı ona "Azərçay" paketlərində narkotik ötürməyə cəhd edib.
"Qafqazinfo" "Sputnik Ermənistan"a istinadən bildirir ki, bu barədə Ermənistan Cinayət İcra Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
Muxalifet4 - 27-10-2019
İraq Səudiyyə Ərəbistanının iki kanalını bağladı
İraq Səudiyyə Ərəbistanına aid iki kanalı - "Əl Ərəbiyyə" və "Əl Hadath" kanallarının öz ölkəsi ərazisində yayımını dayandırıb.Muxalifet.az bu barədə “Hürriyet”ə istinadən xəbər verir.
Açıqlamaya görə İraq polisi kanalların ofisinə basqın edərək jurnalistlərin iş icasəsinin olmaması səbəbiylə fəaliyyətlərini dayandırmağı tələb edib.
Kanalların işinə son verilməsinin səbəbinin “İraq şəhərlərndəki etiraz aksiylarının davamlı izlənilərək yayımlanması olduğu” paylaşıldı.Muxalifet.az
Muxalifet3 - 27-10-2019
Suriyada Türk hərbçilərinə hücum oldu
Suriyanı Rəsulayn rayonunda Türkiyə ordusunun mövqeləri PKK/YPG terrorçuları tərəfindən atəşə tutulub.
Muxalifet.az Türkiyə Müdafiə Nazirliyinin tvitter səhifəsinə istinadən xəbər verir ki, atışma zamanı 1 Türkiyə hərbçisi həlak olub, 5 hərbçi isə yaralanıb. Ərazdiə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi üçün təcili addımlar atılıb.
Muxalifet3 - 27-10-2019
Zorlamaya görə həbsdə olmuş Arifin üç arvadı: Palina, Fatma, Nəzakət... - BİRİNİ BIÇAQLAYIB ÖLDÜRMƏK İSTƏDİ
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan Bakı şəhər sakini, 65 yaşlı Arif İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Muxalifet4 - 27-10-2019
İRAN "ŞİƏ ZƏNCİRİNİN QIZIL BƏNDİ"ni NİYƏ QURUR... - Təhlil
Muxalifet.az qazeta.ru-ya istinadla aşağıdakı təhlili oxucularına təqdim edir:
Suriyadakı vəziyyət, xüsusən regiondakı ölkələr arasındakı münasibətlərdən asılıdır və labüd olaraq qonşu dövlətlərə təsir edir. Məsələn, Tehran Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Suriya ilə bağlı memorandum imzaladıqları Soçidə danışıqlar masasına dəvət edilməməsindən qıcıqlandığını gizlədə bilmirdi.Muxalifet3 - 27-10-2019
ABŞ-ın gündəmində olan 33 milyon dollarlıq müqavilə - TRAMPIN QARDAŞI İTTİHAM OLUNUR
"The Washington Post" qəzetinin şənbə günü yaydığı xəbərə görə, prezident Donald Trampın qardaşı ilə əlaqəsi olan bir şirkət bu ilin əvvəlində 33 milyon dollarlıq hökumət müqaviləsi ilə mükafatlandırılıb. Bu olay ciddi narazılıqla qarşılanıb.
Muxalifet.az musavat.com-a istinadən bildirir ki, qəzetin verdiyi məlumata görə, "US Marshals Service"in sifarişi prezident Trampın kiçik qardaşı Robert Trampa yaxın olan "CertiPath" şirkətinə çatıb. Bu şirkəti 2013-cü ildə qurulub.
Muxalifet4 - 27-10-2019
Çində uyğurlara qarşı terror güclənir - 2 milyon müsəlman zillət içindədir
2017-ci ildə itkin düşdükdən bir müddət sonra gizli məhkəmədə edam cəzasına məhkum edildiyi bildirilən uyğur lideri, Kommunist Partiyasının üzvü və Sincan Universitetinin prezidenti Taşpolat Tiyip haqqında "CNN" geniş məqalə hazırlayıb.
Yazıda qeyd olunur ki, Çin dövləti coğrafiya professorunun həbsi ilə bağlı heç bir açıqlama verməyib. Yüzlərlə digər uyğur ziyalıları kimi Çin hökuməti onu da yoxa çıxardıb.
Muxalifet4 - 27-10-2019
“Dünya çempionu olmaq istəyirəm" - MESSİ
"Barselona"nın futbolçusu Lionel Messi açıqlama verib.
Muxalifet.az goal.az-a istinadən xəbər verir ki, argentinalı oyunçu dünya çempionu ola bilməməsi haqda danışıb:
"Dünya çempionu olmaq istəyirəm, ancaq bunun üçün karyeram ərzində qazandıqlarımdan imtina edə bilmərəm. Tanrı mənə bunları verdi və bunun üçün çox xoşbəxtəm.
Muxalifet4 - 27-10-2019
17 yaşlı qızını ərə getməyə məcbur edən azərbaycanlı HƏBS EDİLDİ
Gürcüstanın Kaxeti bölgəsində yeniyetmə qız övladını erkən nikaha məcbur edən azərbaycanlı kişi saxlanılıb. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. İstintaqla müəyyən olunub ki, saxlanılan Saqareco rayonunun Yormuğanlı kənd sakini 1975-ci il təvəllüdlü M.M. adlı şəxs 2002-ci il təvəllüdlü qızına psixoloji təzyiq göstərməklə onu erkən nikaha vadar edib. Qızın atasını 2 ildən 4 ilədək həbs cəzası gözləyir. Yeniyetmə sığınacağa yerləşdirilib. Onun sağlamlığına təhlükənin olmadığı bildirilir. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır./report
Muxalifet4 - 27-10-2019
İŞİD lieri belə qətlə yetirildi - VİDEO
İŞİD lideri Əbubəkr Bağdadinin zərərsizləşdirilməsi əməliyyatına aid olduğu ehtimal edilən videolar yayılıb. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Gatevay Pundit” nəşri yazıb. Sözügedən videoları iraqlı jurnalist Məhəmməd Rəşid paylaşıb. Videoda naməlum təyyarələrin İdlib üzərində uçuşu əks olunub. Təyyarələrin naməlum hədəfləri vurmasından sonra Barış və Hatan kəndləri arasında yanğın başlayıb.
Muxalifet4 - 27-10-2019
“Sevda Ələkbərzadə qorxunc istedaddır” - “O səs Türkiyə” münsifləri - VİDEO
Ötən gün “O səs Türkiyə” yarışmasında türkiyəli iştirakçı Ayşenur Gül Əməkdar artist Sevda Ələkbərzadənin repertuarından mahnı ifa edib.
Axşam.az xəbər verir ki, onun “Elə demə” xalq mahnısını səsləndirməsi münsiflər tərəfindən maraqla qarşılanıb.
“Bu normalda Azərbaycan xalq mahnısıdır. Sevda Ələkbərzadə bunu etno-caz “cover” şəklində ifa edib” deyən iştirakçının sözlərinə Murat Boz reaksiya verərək, “Sevda Ələkbərzadə çox ciddi bir səsdir. Bilməyənlər üçün deyim ki, dünya standartlarında, qorxunc bir istedaddır” sözlərini söyləyib.
Muxalifet4 - 27-10-2019
Ziyarətgaha gedib yoxa çıxanlar - Səbəbləri AÇIQLANDI
Müxtəlif ölkələrdə yerləşən dini ziyarətgahlara gedənlərimiz çox olur. İraq, İran kimi ölkələrdə olan bu ziyarətgahlara özünü turizm şirkəti kimi qələmə verənlərlə yanaşı, qonşu “xala”, “əmi”lərdən də aparanlar çox olur. Çox hallarda da təşkilatçılığın aşağı səviyyədə olması həmin insanların problemlərlə üzləşməsinə gətirib çıxarır. Günlərlə sərhəddə qalanlar, hətta yoxa çıxanlar da olur. Bu günlərdə Kərbalada azərbaycanlı axundun yoxa çıxması problemi bir daha ortaya qoyur. Bəs bu qəbildən olan problemlərin yaranmaması üçün nə etmək olar?
Muxalifet4 - 27-10-2019