İŞİD-in SAHİBSİZ UŞAQLARI – “Valideynləri onları Suriyaya gətirdilər, özləri orada öldülər və ya tutuldular”

Ben Hubbard,
“The New York Times”
“The New York Times” nəşri İŞİD lideri Əl-Bağdadinin ölümündən sonra “İŞİD-in sahibsiz uşaqları” sərlövhəli yazı dərc edib. Muxalifet.az həmin yazını tərcümə edərək, oxucularına təqdim edir:
“Suriyanın şimal-şərqində İŞİD-çilərin dolu olduğu həbsxana şikəst insanların ümidsizliyindən toxunub yerə sərilmiş xalçaya bənzəyir. Onların bir çoxunun gözləri, qolları və ya ayaqları yoxdur, bəziləri xəstəlikdən üzülmüş vəziyyətdədir və əksəriyyəti isə bir zamanlar edam edilməzdən əvvəl öz əsirlərinə geyindirdikləri narıncı formanı geyiniblər.
Yuxarıdakı, ağzına kimi dolu, demək olar ki, günəş işığı düşməyən hücrələrdə müxtəlif ölkələrdən 9 ilə 14 yaş arasında 150-dən çox uşaq var. Valideynləri onları Suriyaya gətirdilər, özləri orada öldülər və ya tutuldular. Uşaqlar bir neçə aydır ki, oradadır və qohumlarının harada olduğu və gələcəkdə onları nə gözlədiyi barədə heç bir şey bilmirlər.
"Bir sualım var" - kameradakı Surinamlı bir oğlan soruşdu: “Bizə nə edəcəklər? Uşaqlar azad buraxılacaqmı?”
Suriyanın şimal-şərqində bir zamanlar İŞİD-in nəzarətində olan ərazinin sakinlərinin olduğu iki həbsxanaya baş çəkən “New York Times” müxbirləri dünyanın haqqında danışmamağa üstünlük verdiyi hüquqi və humanitar böhranı aşkar etdilər .
Özünü dövlət elan edən İŞİD dağıldıqda, on minlərlə kişi, qadın və uşaq ABŞ ilə birgə mübarizə aparan kürd silahlı dəstələrinin idarə etdiyi dəhşətli şəraiti və ağzına kimi dolu olan həbsxanalara düşdü.
İndi gəldikləri dövlətlər onların ekstremist fikirlərin daşıyıcısı olduqlarından və ya terror aktları törətmələrindən qorxaraq geri dönmələrinə icazə vermir. Buna görə, həmin ölkələrin hökumətləri vətəndaşlarını yerləşdirilmə, qidalanma və qorunma ilə təmin edə bilməyən, buradakı uşaqlara təhsil verə bilməyən kürd dəstələrinin öhdəsinə atmağa üstünlük verirlər.
Kürd həbsxanasında yetkinlik yaşına çatmayanların saxlanma şəraiti fəlakət həddindədir. Hətta cinayət şübhəsi altında olan uşaqları digər uşaqlara başçı təyin edirlər. Bir hücrədə Suriya, İraq, Mavritaniya, Rusiya və digər ölkələrdən 86 azyaşlı var idi. Digərində isə 67 yeniyetmə və 9 yaşında Rusiyadan olduğunu söyləyən bir oğlan vardı. Valideynlərinin harada olduğunu soruşduqda, o, çiyinlərini çəkib, "öldülər" - dedi.
Beş min nəfərdən çox insanın yerləşdirildiyi həbsxana müdirinin köməkçisi Can Polat, "Biz yüz faiz əminik ki, İŞİD üzvləri həbsxanadan qaça bilsələr, bu, bizim üçün çox təhlükəli olacaq. Bu insanları burada saxlamaq yalnız Suriya üçün deyil, bütün dünya üçün təhlükəlidir", - dedi.
Xatırladaq ki, kürd silahlılarının nəzarət etdiyi həbsxanalarda təxminən 11 min kişi və on minlərlə qadın və uşaq saxlanılır. Onların bir çoxu ərəb dünyasından, Avropanın, Asiyanın və Afrikanın digər ölkələrindən gəlmişdi və öz dövlətləri onları mühakimə etməkdən və hətta yenidən cəmiyyətə inteqrasiya etmək üçün evlərinə aparmaqdan imtina edirlər.
Bizim müsahibə götürdüyünüz heç bir insan hərbçi olduğunu etiraf etmədi. Onların çoxu ümid edir ki, İŞİD-dən, terrorçu olmaqdan imtina etdiyinə görə amnistiya alacaq. Çoxu aldadıldığını deyir. Aralarında Abdülhəmid əl-Madiumun da olduğu başqa kamerada 99 şikəst olmuş insan saxlanılırdı.
BMT bəyan edir ki, həbs olunmuş yetkinlik yaşına çatmayanlar tibbi, psixoloji və təhsl xidmətləri almalıdırlar. Durum fəlakətli dərəcədədir. Onların əvvəl terrorst olduğunu demək olar, İŞİD sıralaında idilər. Amma yenə də insandırlar.
Tərcümə etdi: Muxalifet.az