Bakıda 50 yaşlı qadın itkin düşdü
28-10-2019 22:05
Baxış sayı:
11707

Bakıda orta yaşlı qadın itkin düşüb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.
Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 174 ünvanında yaşayan, 1969-cu il təvəllüdlü Zaidova İlhamə Yusif qızı oktyabrın 25-də gecə saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.