Cəlilabadda yük və minik avtomobilləri toqquşdu
27-10-2019 21:23
Baxış sayı:
3799

Cəlilabad rayonunda iki avtomobil toqquşub. Hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb. Belə ki, "KaMAZ" markalı yük avtomobili ilə minik avtomobili toqquşub. Qəza nəticəsində rayon sakini, 1968-ci il təvəllüdlü Bağırov Aslan Təzəxan oğlu xəsarət alıb. Yaralı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır //Report