Axtarış

The search found 105715 results in 0.028 seconds.

Search results

  1. Türkiyə Avropa Parlamentinin qərarını RƏDD ETDİ

    Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentinin "Barış pınarı" əməliyyatına olan münasibətini tamamilə rədd edib.

    Modern.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

    Nazirlik bəyan edib ki, Avropa Parlamentinin qərarından qətiyyən təəccüblənmir:

    Muxalifet - 24-10-2019

  2. “Yalvarıram, övladımın qanı yerdə qalmasın…” - BAKIDA GƏNC HƏKİMİ VURUB ÖLDÜRƏN SÜRÜCÜYƏ YUMŞAQ CƏZA?

    Bu ilin yanvarında Parlament prospektində piyada zolağında vurularaq öldürülən 28 yaşlı həkim Lalə Sadayzadənin anası Gülsüm İsmayılova övladının ölümünə səbəb olan 18 yaşlı sürücü Sabir Talıblıya layiqli cəza verilməsi üçün lazımi instansiyalardan kömək istəyir.

    Muxalifet - 24-10-2019

  3. Mərkəzi Bankdan MANAT AÇIQLAMASI: ortaçəkili məzənnəsi...

    Oktyabrın 24-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

    Bankdan bildirilib ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

    Qeyd edək ki, bundan əvvəlki valyuta hərracı Mərkəzi Bankda oktyabrın 22-də keçirilmişdi. Həmin vaxt da hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdı.

    Muxalifet - 24-10-2019

  4. “Avropa İttifaqının sonu yaxındır” – Ərdoğandan etiraz

    “Avropa İttifaqının sonu yaxındır və bunun səbəbi bəzi ölkələrə münasibətdə tətbiq olunan ikili standartlardır”.

    “Trend”in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

    O, təəssüflə qeyd edib ki, Aİ ölkələri həqiqətlərin əksinə olaraq “Barış pınarı” əməliyyatını terrorçuluğa və terrorçulara qarşı deyil, etnik kürdlərə qarşı əməliyyat kimi qələmə verir: “Türkiyə birinci dəfə deyil ki, Aİ-nin ikili standartları ilə üzləşir. Suriyanın şimalındakı əməliyyat hər hansısa xalqa qarşı yönəlməyib”.

    Muxalifet - 24-10-2019

  5. "Axıradək soyuqqanlı oynadıq" - QURBAN QURBANOV

    "Çox maraqlı oyun oldu. Həm yaxşı mübarizə, həm də yaxşı qollar izlədik". APA-nın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. O, Avropa Liqasının qrup mərhələsinin III turunda Bakıda Kiprin APOEL klubu ilə 2:2 hesablı heç-heçəni şərh edib. Azərbaycan çempionu bildirib ki, oyun uğurlu alınsa da, qələbə çatmayıb: "Futbolçularımdan razı qaldım. Bu oyun bütün komandaya çox şey verdi. Baxmayaraq ki, hesabda geri düşdük, axıradək soyuqqanlı oynadıq. Onları təbrik edirəm. Möhtəşəm azarkeşlərimiz var idi. Bu gün tam birlik gördüm".

    Muxalifet4 - 25-10-2019

  6. "Evdə “Qarabağ”ı məğlub etmək üçün böyük şansımız var" - Tomas Doll

    "Çox gərgin oyun idi. Hər iki komanda yaxşı çıxış etdi". 

    Bunu Avropa Liqasının qrup mərhələsinin III turunda Bakıda "Qarabağ"la heç-heçə edən (2:2) APOEL-in baş məşqçisi Tomas Doll deyib.

    Muxalifet4 - 25-10-2019

  7. Diktatorun qalılqarı mavzoleydən çıxarıldı - DƏFN OLUNUR

    İspaniya diktatoru General Fransisko Frankonun qalılqarı Madrid civarındakı dəbdəbəli mavzoleydən çıxarılıb. Qalıqlar paytaxtdan şimalda dəfn ediləcəyi kiçik ailə məzarlığına aparılıb.
    Diktatorun cənazəsi helikopterdə Minqoburro qəbiristanlığına aparılıb.
    Hökumətin bu ölçüsü İspaniyada on illər boyu qəzəb mənbəyinə çevrilmiş bir məsələyə son qoymuş olur. Belə ki, uzun illər çoxları vətəndaş müharibəsi dönəmində minlərlə adamın ölümünə bais olmuş bir şəxsin mavzoleydə dəfnindən qıcıqlarını ifadə edirdilər.

    Muxalifet4 - 25-10-2019

  8. "Çoxarvadlılıq leqallaşsaydı, indi milyard nəfər idik" – Jirinovski

    "Slavyanlarda "çoxarvadlılıq" var idi. Hər şey yaxşı idi. Biz bu sistemi pozduq. Halbuki, indi bizim əhalimiz milyard nəfər ola bilərdi". Bizimyol.info xəbər verir ki, bu sözləri Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski dilə gətirib. O, bildirib ki, Rusiyada "çoxarvadlılıq" leqallaşmasa, ölkədə demoqrafik problemləri həll etmək mümkün olmayacaq. Həmçinin, Jirinovski, ölkədə "analıq kapitalı"nın artırılmasının əleyhinə olduğunu vurğulayıb: "Kapitalın məbləğini artırıb, hər doğulan uşağa görə milyon rubl ayırsaq da, analar uşaq dünyaya gətirməyəcək".

    Muxalifet4 - 25-10-2019

  9. ƏLLƏRİ “BÖYÜKLƏRİN ƏTƏYİNDƏ” OLAN “REKETLƏR”…- Mənəvi terrorla məşğul olsalar da cəzasız qalırlar!

    “Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda da. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən, indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır.

    Muxalifet4 - 25-10-2019

  10. Tarkanın əmisi oğlu həbsxanadan qaçdı

    Türkiyənin Meqastarı Tarkanın 41 yaşlı əmisi oğlu Servet Tevetoğlunun həbsxanadan qaçdığı məlum oldu.

    Servet məkanların birini yandırmaqda və adam öldürməkdə təqsirli bilinib. Əslən Rizedən olan Servet Tevetoğlu bir müddət İstanbulun Maltepe şəhərində yaşayıb və adını daşıyan tikinti-daşınmaz əmlak şirkətində çalışıb.

    Esenyurtda silah və güllə ilə öldürülən Ercan Gönülkırmazın müttəhimlərindən biri olan Servet Tevetoğlu 2 il şərti həbs cəzası almaqla, 250 min lirə təzminat qarşılığında sərbəst buraxılıb.

    Muxalifet4 - 25-10-2019

  11. Müəllimə mini yubka qadağasına görə işdən çıxdı

    Avstraliyada bir müəllimə ali məktəbə mini ətəkdə gəlmək qadağasına görə işdən çıxıb. Bu barədə Mirror məlumat verir.

    Nadiya Bokodi adlı müəllimə çalışdığı universitetin rəhbərliyi ilə görüşə dəvət alıb. Rəhbərlik ona geyiminin tələbələrin fikrini dağıtdığını, buna görə də daha “qapalı” geyimdə işə gəlməsini bildirib.

    Muxalifet4 - 25-10-2019

  12. Məşhur repçi on ildən çox həbsdə olmuş adama ərə getdi

    Dünya şöhrətli amerikalı repçi Nikki Minaj ərə gedib.

    “StarHit” jurnalının verdiyi məlumata görə, 21 oktyabrda 36 yaşlı Minaj yetkinlik yaşına çatmayan şəxsə təcavüz və öldürməyə görə iki məhkumluğu olan 41 yaşlı Kennes Petti ilə evlənib.

    Repçi “İnstaqram” hesabında “Cənab ...” və “Xanım ...” yazılmış fincan və “Bəy” və “Gəlin” sözləri yazılmış papaqların videosunu çəkərək paylaşıb. O, yayımladığı videoya bəy və gəlin işarələrini yerləşdirib, evləndikləri tarixi (gün, ay və ilini) qeyd edib.

    Muxalifet4 - 25-10-2019

  13. Qadın keçmiş əri və bacısı tərəfindən döyüldü - ŞƏMKİRDƏ

    Şəmkir sakini keçmiş əri və öz bacısı tərəfindən döyülüb.

    Hadisə rayonun Alabaşlı kəndində qeydə alınıb. 1966-cı il təvəllüdlü Bürcəliyeva Gülnarə Binnət qızı döyülmə diaqnozu ilə Gəncədəki xəstəxanalardan birinə gətirilib.

    Araşdırma zamanı məlum olub ki, 53 yaşlı qadın keçmiş həyat yoldaşı və öz bacısı tərəfindən döyülüb.

    İlkin məlumatlara görə, qadın keçmiş ərindən boşansa da, əri və doğma bacısı ilə bir evdə qalır.

    Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

    Muxalifet4 - 25-10-2019

  14. Трамп пообещал не дать террористам захватить нефтяные месторождения в Сирии

    Американский президент Дональд Трамп заявил, что он и правительство страны не позволит боевикам террористической организации «Исламское государство» захватить сирийские нефтяные месторождения. Об этом он написал в Twitter.

    Muxalifet4 - 25-10-2019

  15. Эрдоган потребовал от США выдачи Мазлума Абдо - «ОН ТЕРРОРИСТ»

    Турция рассчитывает, что Вашингтон передаст «главнокомандующего» арабо-курдскими отрядами в Сирии (SDF) Мазлума Абдо Анкаре, так как турецкое правительство считает его террористом, заявил президент Турции Реджеп Тайип Эрдоган в эфире телеканала TRT.

    Muxalifet4 - 24-10-2019

  16. Tatarıstanda narko-kuryer pişik ələ keçdi

    Tatarıstanda xaltasında narkotik maddə olan həşiş daşıyan pişik tutulub. Tatarıstanın Mendeleyev rayonunda yerləşən 10 saylı islah müəssisəsinin əməkdaşları narko-kuryer pişik tutulublar. Şübhəli görünən pişik əməkdaşların diqqətini çəkib. Pişiyin xaltasında həşişə oxşar maddə tapılıb. Pişiyi üstündəki maddə ilə birlikdə ekspertizaya göndəriblər. Pişiyin tutulma anı nəzarət kameralarına düşüb.

    Muxalifet4 - 25-10-2019

  17. "Putin “səhərdən axşama” varis barədə düşünür" - Kremlin bir nömrəli təbliğatçısından ŞOK AÇIQLAMA

    Kremlin bir nömRəli təbliğatçısı, “Rossia Today” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov bildirib ki, prezident Vladimir Putin “səhərdən axşama” varis barədə düşünür. “Putin özü dedi ki, o varis barədə səhərdən axşama qədər fikirləşir. Çünki onun üçün qapını çırpıb getmək və özündən sonra varies qoymamaq məsuliyyətsizlik olardı. Mən hesab edirəm ki, istənilən məsuliyyətli siyasətçi hakimiyyətin vərəsəliyini təmin etməlidir”,-Kiselyov bildirib.

    Muxalifet4 - 25-10-2019

  18. Pensiyalarla bağlı İNANILMAZ TƏKLİF: 63 yaşa endirilməli və Amerikada olduğu kimi...

    Ekspert CESD-nin sosial istiqamətdə hansı islahatların aparılmasını ilə bağlı hazırladığı mexanizmin qısa təsvirini təqdim edib:

    Muxalifet - 25-10-2019

  19. Özəl sektora qan udduran nazirlik: Ekspertdən ilginc faktlar

    Ölkə gündəmini zəbt edən əsas mövzu başladılan ciddi islahatlardır. Artıq supernazirlik modelinə keçid başlayıb desək yanılmarıq. Vergilər Nazirliyinin, Dövlət Əmlak Komitəsinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ləğv edilərək İqtisadiyyat Nazirliyində birləşdirilməsi bunu deməyə əsas verir. Yeni İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən Prezident İlham Əliyevin çıxışı islahatların davam edəcəyinin anonsu kimi dəyərləndirilir. Həmin görüşdə Prezident haqsız rəqabətlə bağlı olduqca sərt çıxış etdi.

    Muxalifet - 25-10-2019

  20. SON DƏQİQƏ: Əhməd Əhmədzadə də gedənlərə qonşulur – İSTEFA ƏRİZƏSİ YAZDIĞI BİLDİRİLİR

    Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhməzdzadə vəzifəsindən istefa verdiyinə dair ərizə yazıb. “AzPolitika.info”-ya sözügedən ASC-yə yaxın mənbədən daxil olan məlumatda belə deyilir. Xatırladaq ki, 1993-cü ildən, yəni 26 ildir ölkənin meliorasiya və su təsərrüfatı sahəsinə rəhbərlik edən Ə.Əhəmədzadənin 74 yaşı var və o, mətbuatda tez-tez ən çox korrupsiyaya yol verən, nəticədə də böyük var-dövlət sahibinə çevrilən iri ranqlı məmurlardan biri kimi təqdim olunur.

    Muxalifet - 25-10-2019

Pages