"Axıradək soyuqqanlı oynadıq" - QURBAN QURBANOV
25-10-2019 00:07
Baxış sayı:
4040

"Çox maraqlı oyun oldu. Həm yaxşı mübarizə, həm də yaxşı qollar izlədik". APA-nın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. O, Avropa Liqasının qrup mərhələsinin III turunda Bakıda Kiprin APOEL klubu ilə 2:2 hesablı heç-heçəni şərh edib. Azərbaycan çempionu bildirib ki, oyun uğurlu alınsa da, qələbə çatmayıb: "Futbolçularımdan razı qaldım. Bu oyun bütün komandaya çox şey verdi. Baxmayaraq ki, hesabda geri düşdük, axıradək soyuqqanlı oynadıq. Onları təbrik edirəm. Möhtəşəm azarkeşlərimiz var idi. Bu gün tam birlik gördüm".