Axtarış
The search found 105715 results in 0.032 seconds.
Search results
Rusiya "qanuni oğru" Taronu İspaniyaya verdi
Qanuni oğru Taro (Tariyel Muluxov) Rusiyadan ekstradisiya edilərək İspaniya hüquq mühafizə orqanlarına təhvil verilib.
Konkret.az RİA Novosti-yə istinadən bildirir ki, Taro bir sıra cinayətlərdə iştirak etdiyinə görə İspaniya polisi tərəfindən axtarılırdı. Dünən onu Rusiya nümayəndələri beynəlxalq hava limanına çatdıraraq İspaniyanın hüquq-mühafizə orqanlarına təhvil veriblər.
Rusiyada Muluxov moskvalı iş adamını girov götürərək, məbləğ tələb etdiyinə görə 10 il müddətinə həbs cəzasına məhkum olunmuşdu.
Muxalifet - 24-10-2019
Putinin "masadakı xəritənin üstünü ört" xahişinə Ərdoğandan maraqlı cavab - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə görüşüb. Milli.Az haberler-ə istinadla xəbər verir ki, görüşlə əlaqədar yeni videogörüntülər əldə olunub. Videoda Rusiya prezidenti Vladimir Putinin Ərdoğandan masanın üzərindəki xəritənin üstünü örtməsini xahiş etməsi əks olunub. Rusiya prezidenti görüşün media mənsubları üçün gizli olan hissəsi zamanı açıq qalan faylın içərisindəki xəritənin şəkillərinin çəkildiyini gördükdə Ərdoğandan onu bağlamasını xahiş edib. Türkiyə prezidenti isə "nə qədər işlədiyimizi görsünlər" dedikdən sonra həmkarının istəyini yerinə yetirib.
Muxalifet4 - 24-10-2019
Teymur Rəcəbov millinin heyətindən çıxarıldı
Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Oktyabrın 24-dən noyabrın 2-dək Gürcüstanın Batumi şəhərində keçiriləcək komandalararası Avropa çempionatında ölkəmiz əsas heyətlə mübarizə aparmayacaq. Buna Teymur Rəcəbovun yığmadan kənar qalması səbəb olub. Dünya Kubokunu qazanmaqla, İddiaçıların Turnirinə vəsiqə əldə edən qrossmeyster Avropa çempionatını azarkeş kimi izləyəcək. Onu əvəzləməli olan Nicat Abbasov da yorğunluq səbəbindən Batumiyə aparılmayıb.
Muxalifet - 24-10-2019
“FHN və Gömrük Komitəsi ləğv edilsin!” – Təklif
Xəbər verdiyimiz kimi, Mikayıl Cabbarov Əmlak Komitəsi və Veriglər Nazirliyinin də birləşdirildiyi İqtisadiyyat Nazirliyinin rəhbəri təyin edildi. Bəs yeni təyinat və bu cür sruktur islahatlar Azərbaycan iqtisadiyyatına və xüsusilə qeyri neft sektorunun inkişafına nə cür təsir göstərəcək? Muxalifet.az xəbər verir ki bununla bağlı ölkənin tanınmış iqtisadçıları sosial şəbəkədə öz fikirlərini bölüşüb.
Muxalifet - 24-10-2019
Azərbaycanın ƏN YAŞLI İCRA BAŞÇISI - İstefaya gedir? - FOTO
Prezident İlham Əliyevin kadr islahatı və dövlət postlarında gənclərin önə çəkilməsi istiqamətində atdığı addımlar ölkədə yaşlı məmurların istefasını gündəmə gətirdi. Artıq Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev də daxil olmaqla yaşlı məmurlar vəzifələrindən uzaqlaşdırılır. Həyata keçirilən kadr islahatları yaşı 70-ci keçmiş icra başçılarının da istefasını aktuallaşdırıb.
Azərbaycanda ən yaşlı məmurlardan biri Xaçmaz rayonunun icra başçısı Şəmsəddin Xanbabayevdir.Muxalifet - 24-10-2019
İran prezidenti Bakıya gəldi - Şahin Mustafayev qarşıladı
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İran Prezidenti Həsən Ruhanini hava limanında Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.
Muxalifet - 24-10-2019
Ağ Evdən "GENOSİD" təkzibi
Muxalifet.az “hürriyet”-ə istinadla xəbər verir ki, Ağ Ev rəsmisi “Suriyada etnik təmizləmə” iddialarını təkzib edib. ABŞ-ın yüksək çinli rəsmisi telekonfrans yayımında Suriya mövzusunda çıxış edərək Suriyada “etnik təmizləmə”iddialarını təkzib edib, “İndiyə qədər hər hansı bir etnik təmizləmə faktına rast gəlmədik”,-deyə bəyanat verib. Türkiyə ilə ABŞ arasında Suriyanın şimalına dair əldə olunan razılaşmadan məmnun olduğunu buldirən ABŞ səlahiyyətlisi “Bir NATO üzvü olan Türkiyə ilə yaxşı münasibətlər qurmağı çox səbirsizliklə gözləyirik.
Muxalifet3 - 24-10-2019
Bakı polisi məlumat yaydı: "Həmin polislər işdən çıxarılmayıb"
Bakı şəhər Baş Polis İdarəsi Bakıda qanunsuz aksiyaya cəhdin qarşısının alınmasında iştirak edən bir qrup polis əməkdaşlarının işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən bildiriblər ki, yayılan məlumatlar yalandır: "Sosial şəbəkələrdə oktyabrın 20-də bir qrup şəxsin Səbail rayonunda qanunsuz aksiya keçirmə cəhdlərinin qarşısını alınarkən xidmətə cəlb olunan polis əməkdaşının daxili işlər orqanlarından öz raportu əsasında xaric olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".//Trend
Muxalifet - 24-10-2019
SON DƏQİQƏ: Ruslar Suriyada HƏRƏKƏTƏ KEÇİR - 276 hərbi polis və...
Muxalifet.az “Hürriyet”ə istinadla Rusiya Müdafiə Nazirliyinin bəyanatını yayımlayır.
Bəyanatda bildirilir ki, Rusiya bir həftə içində Suriyaya 276 hərbi polis və 33 ədəd hərbi ləvazimat göndərəcək.
Muxalifet.azMuxalifet3 - 24-10-2019
“Əks halda biz Mardakerti (Ağdərə), Talışı və digərlərini itirərdik...” - GENERAL APRİAMOV
2016-cı ilin aprel döyüşlərində Ermənistan ordusunun aldığı zərbənin əks-sədası Yerevanda hələ də davam etməkdədir.
Muxalifet.az Virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistan parlamenti artıq neçə aydır xüsusi təhqiqat komissiyası quraraq həmin günlərdə baş verənləri araşdırmağa çalışır. Bu məqsədlə Qarabağda, təmas xəttində xidmət edən erməni zabitləri və əsgərləri ifadə verməyə çağırılır. Keçmiş prezident Serj Sərkisyanın, keçmiş müdafiə naziri Seyran Ohanyanın və digərlərinin də ifadələrinin alınacağı bildirilir.
Muxalifet - 24-10-2019
Hacıqabulda DƏHŞƏTLİ QƏZA: Ölən və yaralananlar var - FOTOLAR
Hacıqabul rayonunda ağır yol qəzası baş verib.
Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonu, Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən “KİA” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet - 24-10-2019
Pensiya yaşına çatan icra başçıları – SİYAHI
Ölkə başçısının yaş həddi ilə əlaqədar rəhbər vəzifədə çalışanlara istefa xarakterli mesajı ünvanlarına yetişməkdədir. Prezidentin çağırışına cavab verən Baş nazirin müavinləri Hacıbala Abutalıbov və Əli Həsənovun ardınca Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də vəzifəsindən azad edildi. Dövlət başçısı çıxışlarında islahatların davamlı olacağını, prosesin narazılıqlar qeydə alınan bütün sahələri əhatə edəcəyini vurğulayıb.
Muxalifet - 24-10-2019
Rusiyanın Azərbaycanla bağlı bu addımı Paşinyanı DƏHŞƏTƏ SALDI
Rusiyanın Azərbaycanla hərbi əməkdaşlığı, xüsusilə silah satışı Ermənistanın baş naziri Nikol Paşinyanı narahat edir.
Paşinyan parlamentdə çıxışı zamanı Ermənistanda bütün siyasi qüvvələrin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin, xüsusilə Rusiyanın Azərbaycanla silah satışına qarşı olduğunu bildirib.
“Ermənistanda bütün siyasi güclər bu məsələdə həmfikirdir, hətta mövqelərimizi dəqiqləşdirməyə ehtiyac yoxdur”, - deyə o bildirib.Muxalifet - 24-10-2019
Putinin varisi kim olacaq? - Kremldən AÇIQLAMA
Muxalifet.az russian.rt-yə intinadla xəbər verir ki, Kreml Putinin varisi məsələsinə münasibət bildirib.
Kreml hazırda Rusiya prezidenti Vladimir Putinin varisi haqda düşünmür, seçkiyə hələ çox vaxt var. Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bəyan edib.
“Prezident seçkilərinə uzun zaman var. Biz indi prezident seçkiləri periodunun başlanğıc mərhələsindəyik. Buna görə də, indi heç kim bu barədə düşünmür, hamı sizin də gördüyünüz kimi gərgin işlə məşğuldur "deyə RİA Novosti Kreml təmsilçisinə istinadən yazıb.Muxalifet3 - 24-10-2019
Azərbaycanın ən yaşlı icra başçısı istefa verir? “O, ölkədə deyil” – AÇIQLAMA
Prezidentin yaşlı məmurları istefaya çağırmasından sonra pensiya yaşı keçmiş vəzifəlilərin istefası davam edir. “Yeni Sabah” xəbər verir ki, bu gün sosial şəbəkələrdə Azərbaycanın ən yaşlı icra başçısı – Xaçmaz rayonunun rəhbəri Şəmsəddin Xanbabayevin istefa verdiyi haqda məlumat yayılıb. Xəbərdə İH-də toplantı keçirildiyi, icra başçısının kollektivlə vidalaşdığı da qeyd olunur. Məsələ ilə bağlı “Yeni Sabah” icra başçısının əlaqə telefonuna zəng edib. Zəngə cavab verən icra başçısının köməkçisi yayılan xəbərlərin doğru olmadığını qeyd edib: “Bu bizim səlahiyyətimizdə olan məsələ deyil.
Muxalifet - 24-10-2019
Roza Zərgərli zəhərlənərək komaya düşdü
Müğənni Roza Zərgərli haqqında çıxan “xəstəxanalıq oldu” xəbərlərinə münasibət bildirib.
Muxalifet.az axşam.az-a istinadən xəbər veri ki, sənətçi açıqlamasında komaya düşdüyünü etiraf edib:
“Zəhərlənmişdim. İki gün xəstəxanada yatdım. Mediaya çıxmasını istəmirdim. Hazırda müalicə alıram. Bilirsiniz ki, uzun müddətdir ayağımda ağrılar var. Onları azaltmaq üçün ağrıkəsici həblər qəbul edirdim.Muxalifet - 24-10-2019
İspanlardan "Qalatasaray" azarkeşlərini qəzəbləndirəcək sözlər: "İstanbul cəhənnəmi..."
İspaniyanın məşhur idman şərhçisi Yosef Pedrerol Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qalatasaray”-“Real Madrid” (0:1) matçla bağlı qalmaqallı sözlər işlədib.
Şərhçi oyunun keçirildiyi stadionun heç də iddia edilən kimi “cəhənnəm” olmadığını bildirib.
Muxalifet - 24-10-2019
Əli Əsədov onları da işdən çıxardı
Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilib.
Muxalifet.az-ın APA-ya istinadən xəbərinə görə, bununla bağlı Baş Nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.
Sərəncamla Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov tutduğu vəzifəsindən azad edilib.
Baş Nazirin digər sərəncamı ilə isə Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Qasım Abdullayev də tutduğu vəzifəsindən azad olunub.Muxalifet - 24-10-2019
SON DƏQİQƏ: Səhiyyə Nazirliyi ləğv edilir – Daha bir nazirə böyük səlahiyyətlər veriləcək
Prezident İlham Əliyevin kadr və struktur dəyişiklikləri davam edir. BakuPost-a daxil olan məlumata görə, yaxın günlərdə daha iki nazirliyin birləşdirliməsi planlaşdırılır. Söhbət Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən gedir. Bildirilir ki, bununla bağlı lazım olan bütün işlər yekunlaşıb. Yaxın günlərdə nazirliklərin birləşdirilməsi barədə sərəncam imzalanacaq.
Muxalifet - 24-10-2019
Kobani Rusiya hərbçilərinin tam nəzarətinə keçdi
Muxalifet.az RİA xəbər agentliyinə istinadla Rusiya hərbi polis dəstələrinin Kobani rayonunda hərbi bazanı nəzarətə götürdüyünü bildirir.
Muxalifet3 - 24-10-2019