ABŞ-da saxlanılan Rusiya agenti azad olundu - DEPORTASİYA OLUNUR
25-10-2019 23:03
Baxış sayı:
4336

ABŞ-da prezident seçkilərinə müdaxilə etməkdə günahlandırılaraq həbs olunan Rusiya vətəndaşı mariya Butina azadlığa buraxılıb.
Xarici KİV-lər xəbər verir ki, ölkəsinə deportasiya olunmaq üçün miqrasiya həbsxanasına göndərilən Mariyanın vətəninə sabah gələcəyi gözlənilir.
Qeyd edək ki, Mariya Florida ştatında Tallaxassi federal həbsxanasında olub. 29 yaşlı qız 2018-ci ilin iyulunda Rusiya agenti kimi həbs edilib.