Almaniyadan ABŞ -la bağlı ŞOK QƏRAR

Baxış sayı:
4111

Almaniya Bundestaqının deputatları ABŞ qoşunlarının ölkələrindən çıxarılmasına çağırıblar.

Bu barədə Muxalifet.az RİA Novostiyə istinadla xəbər verir.
“Solçular” partiyasının deputatları federal höküməti ABŞ hərbi qüvvələrinin Almaniyada saxlanılması ilə bağlı razilaşmanı ləğv etməyə çağırıblar, RİA Novosti xəbər verir.
Alman parlamentarilər bildiriblər ki, onların mövcudluğu Moskva ilə münasibətlərdə gərginlik yaratmaq üçün istifadə edilir.
Onlar ,"Quru və dəmir yolları boyunca səpələnən ABŞ qoşunları bir Amerikan bazasından digərinə daşınaraq , Rusiyanın qərb sərhəddinə yaxınlaşır" deyə bəyanat veriblər.
Mətndə deyilir ki, bu köçürülmələr "iki plyus dörd" olaraq da bilinən "Almaniya üçün birdəfəlik tənzimləmə müqaviləsinin" ruhunu bərbad edir”. Onu 1990-cı ildə Almaniya Demokratik Respublikası, Almaniya Federativ Respublikası, SSRİ, Fransa, Böyük Britaniya və ABŞ tərəfləri bağlayıb. Sənəd keçmiş AFR ərazisində xarici qoşunların və nüvə silahlarının yerləşdirilməsi, həmçinin istifadə edilməsi imkanlarını məhdudlaşdırır.
Bundan əlavə, Amerika əsgərlərinin Polşa və Baltikyanı ölkələrdə rotasiya qaydasında saxlanılması Bundestaqda "Qərb və Rusiya arasında qeyri-nüvə silahlarını məhdudlaşdırmaq üçün son razılaşma" olan əsas Rusiya-NATO aktını təhlükə altına aldığı üçün tənqid edilib.
Muxalifet.az