Axtarış

The search found 105715 results in 0.028 seconds.

Search results

  1. 74 yaşlı Yaqub Eyyubov istefa haqda nə düşünür?

    Prezident İlham Əliyev Baş Nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbovu istefa ərizələri ilə bağlı qəbul edərkən onların bu qərarlarının hökumətdə olan digər yaşlı məmurlar üçün də nümunə olacağına inandığını deyib.

    Prezidentin bu bəyanatından sonra sosial şəbəkələrdə yaşlı məmurların adları açıqlanır. Həmin şəxslərdən biri də Baş Nazirin birinci müavini Yaqub Eyyubovdur.

    Bəs görəsən, 74 yaşlı Yaqub Eyyubov Prezidentin bu çağırışına qoşulmaq istəyirmi?

    Muxalifet - 23-10-2019

  2. Əməkdar artist Azərpaşa Nemətovu BİABIR ETDİ - Üzvü olduğu təşkilatın tədbirinə BURAXILMADI

    Əməkdar artist Elnur Kərimov Teatr Xadimləri İttifaqının fəaliyyətini sərt şəkildə tənqid edib. “Ölkə.Az” xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında post paylaşıb. Paylaşımına “Teatr Xadimləri İttifaqının hörmətsizliyi və ünsürləri” başlığı qoyan aktyor, sədr Azərpaşa Nemətov haqqında sərt fikirlər səsləndirib. “Dövlət başçısının gənclər siyasətinə verdiyi dəyəri və 1 mart 2019-cu il incəsənət xadimləri ilə görüşdəki fikirlərini nəzərə alaraq, gənc kadrlara dəstəyi xatırladaraq yazıram: 22 Oktyabr, saat 10:30-da Teatr Xadimləri İttifaqının konfransı keçiriləcəkdi.

    Muxalifet - 23-10-2019

  3. Nazirlər Kabinetinin daha 3 yüksək vəzifəli əməkdaşını işdən çıxarıldı

    Yeni təyin olunan Baş Nazir Əli Əsədov Nazirlər Kabinetində kadr islahatlarına başlayıb. Ə.Əsədovun müvafiq əmri ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov, Baş Nazirin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov vəzifəsindən azad ediliblər. Həmin vəzifələrə hələlik yeni təyinat olmayıb. Xatırladaq ki, Prezident İlham Əliyevin oktyabrın 8-də imzaladığı sərəncamla Əli Əsədov Baş Nazir təyin edilib.//Report

    Muxalifet - 23-10-2019

  4. Şadlıq evləri işlədənlərin DİQQƏTİNƏ! 6 min manat cərimə oluna bilərsiniz

    Gələn il yanvarın 1-dən şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə, o cümlədən foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərinin müştərilərinə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə cərimələr tətbiq ediləcək.

    Məlumata görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

    Muxalifet - 23-10-2019

  5. Akif Əlizadə istefa ərizəsini təqdim etdi - Açıqlama

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə vəzifəsindən istefa verib.
    Muxalifet.az
    xəbər verir ki, bu barədə Azvision.az -a açıqlamasında AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib. Onun sözlərinə görə, A.Əlizadə bundan sonra fəaliyyətini Geologiya İnstutunun direktoru kimi davam etdirəcək.

    Muxalifet - 23-10-2019

  6. Formula yarışları ilə bağlı mal, iş və xidmətlər ƏDV-dən azad edilir

    Azərbaycanda Formula 1 və Formula 2 yarışları ilə bağlı mal, iş və xidmətlər 2024-cü il yanvarın 1-nə  qədər əlavə dəyər vergisindən (ƏDV) azad edilir.   
    Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.
    Layihəyə əsasən, Azərbaycanda keçirilən Formula 1 və Formula 2 yarışları ilə bağlı müvafiq icra hakimiyyəti orqanının  müəyyən etdiyi orqan (qurum) ilə bağlanmış  müqavilə əsasında mal, iş və xidmətin təqdim edilməsi 2018-ci il yanvarın 1-dən 6 il müddətində ƏDV-dən azad ediləcək.

    Muxalifet - 23-10-2019

  7. “SURİYA ÜZRƏ VƏDİNİ TAM YERİNƏ YETİRMƏYİB” - Ərdoğan ABŞ-ı ittiham etdi

    ABŞ Suriyadakı "Barış bulağı" əməliyyatının dayandırılması ilə bağlı Ankara və Vaşinqton arasındakı razılaşmaları tam yerinə yetirməyib.

    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV telekanalına müsahibəsində deyib.

    Rusiya səfərindən qayıdan Ərdoğan təyyarədə bildirib: “ABŞ-ın verdiyi vədlər tam yerinə yetirilmədi. Nəticələri qəbul edəcəyiq və bununla bağlı lazımlı addımları atacağıq. Güzəşt etsək, terrorçulara yol aça bilərik”.

    O, əlavə edib ki, Türkiyəyə çatdıqda daha dəqiq məlumatlar alacaq.

    Muxalifet - 23-10-2019

  8. “AZƏRBAYCANDA HƏKİMLƏR BİRLİYİ YARATMAQ LAZIMDIR” – Həkim-cərrahdan yeni model təklifi

    Tikinti şirkəti tərəfindən evi qanunsuz olaraq uçurulan, buna görə kompensasiya ala bilməyən tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin və Avropa Endoskopik Cərrahlar Birliyinin üzvü Qafar Bədəlxan oglu İskəndərov Prezident İlham Əliyevin daha bir müraciət ünvanlayıb. Bu haqda məlumat verməzdən öncə qeyd edək ki, Qafar İskəndərovun Bakı şəhərində olan yeganə evi 2017-ci ilin may ayının 16-da tikinti şirkəti “Regal” MTK-nın rəhbərliyi və sahibləri tərəfindən razılaşma və müvafiq məhkəmə qərarı olmadan uçurulub, yerlə bir edilib.

    Muxalifet - 23-10-2019

  9. Akif Əlizadə istefa səbəbini AÇIQLADI

    İstefa ərizəmi təqdim etməyimlə bağlı xəbər doğrudur.

    Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.

    O qeyd edib ki, səhhəti ilə əlaqədar istefa vermək qərarına gəlib:

    "Bu gün saat 11:00-da Rəyasət Heyətində AMEA-nın Ümumi yığıncağı keçiriləcək və Akademiyaya yeni prezident seçkiləri keçiriləcək. Güman edirəm ki, mənim də ərizəm qəbul olunacaq".

    Qeyd edək ki, A. Əlizadə ötən il AMEA-nın ümumi yığıncağında qurumun prezidenti seçilib.

    Muxalifet - 23-10-2019

  10. Bakının islahatları Ermənistanda təlaş doğurdu - şok səbəb

    İslahat və inkişaf potensialı olmayan düşmən ölkədə müharibə xofu artır; rusiyalı tanınmış ictimai xadim: “Qarabağ konflikti ermənilərin axırıncı enerjisini və gücünü də alıb aparır...”; azərbaycanlı sabiq diplomat: “Ermənilər anlayırlar ki, çox qorxulu vəziyyət yaranıb...”

    Muxalifet - 23-10-2019

  11. Azərbaycanda gözəlləşmək istəyən qadın həyatının şokunu yaşadı - VİDEO

    Gözəl görünmək istəyən Bərdə sakininin başına iş gəlib. Şəfqət Quliyevanən dodaqlarına dolğu vurulandan sonra fəsadlar yaranıb.
    34 yaşlı Şəfqət Quliyeva 4 il əvvəl dodaq formasını dəyişmək üçün rayonda yerləşən gözəllik salonlarının birinə müraciət edib.
    Orada bildiriblər ki, Bakıdan gələn Yeganə adlı həkim bu işin mütəxəssisidir. Şəfqət Quliyeva da dodaqlarında dəyişlik etdirmək üçün dolğu etdirib. O, həmin gündən bəri dolğunun yaratdığı əks təsirlərdən əziyyət çəkir.

    Muxalifet - 23-10-2019

  12. İşsiz qalan Abutalıbovun məşhur obyektləri - BAZAR, RESTORANLAR...

    AMEA-nın Fizika İnstitutu: “Bizim Hacıbala Abutalıbov adında işçimiz yoxdur...”

    Bəzi yerli saytlar Hacıbala Abutalıbovun 31 ildir Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiri  olduğunu iddia edib. O, həmin vəzifəyə 1988-ci ildə təyin edilib və bütün bu müddət ərzində həm də kafedra müdirinin maaşını alırmış. Və iddia olunub ki, Abutalıbov gələn həftədən etibarən AMEA-dakı iş yerinə gedəcəyini deyib. 

    Muxalifet - 23-10-2019

  13. ABŞ-dan Türkiyəyə qarşı MÜHARİBƏ AÇIQLAMASI: Rusiya ilə razılaşandan sonra...

    “Türkiyə bir NATO müttəfiqidir və NATO müttəfiqi ilə müharibəyə girməyəcəyik”. Bunu ABŞ Müdafiə naziri Mark Esper deyib. Səudiyyə Ərəbistanında Amerikanın CNN kanalına Suriyanın şimalındakı hadisələrlə bağlı müsahibə verən nazir bildirib ki, ölkəsinin YPG/PKK ilə əməkdaşlıq etməsinin basilica səbəbi İŞİD terror təşkilatı ilə mübarizədir və bu əməkdaşlıq Barak Obamanın prezident olduğu dövrdə qurulub. “Uzun müddətdir NATO müttəfiqi olan bir ölkəyə qarşı kürdləri (YPG/PKK) müdafiə etmək, ya da muxtar bir kürd dövləti qura bilsinlər deyə onlara yardım etmək üçün bizə vəzifə verilmədi.

    Muxalifet - 23-10-2019

  14. Bakıda ŞOK OLAY: Ana qızları ilə birləşib ərini və...

    Bakıda döyülmə hadisəsi baş verib.
    Muxalifet.az
    APA-ya istinadən xəbər verir ki, hadisə Nizami rayonu, Çobanzadə küçəsində qeydə alınıb.  Bakı sakinləri Yusif Səlimov və oğlu Tofiq Səlimov düyülmələri ilə bağlı Kliniki Tibbi Mərkəzə müraciət ediblər.
    Aparılan araşdırmalar zamanı məlum olub ki, Y.Səlimovla oğlunu keçmiş həyat yoldaşı və iki qızı döyüb. İlkin məlumata görə, cütlük bir müddət əvvəl boşanıb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 23-10-2019

  15. ADDIM-ADDIM ADANA SAZİŞİNƏ DOĞRU: Ərdoğanın Rusiyaya son səfəri 10 bəndlik razılaşma ilə nəticələnib

    Rusiya prezidenti Vladimir Putin oktyabrın 22-də türkiyəli vəzifədaşı Rəcəb Tayyib Ərdoğanı Qara dəniz sahilində, Soçi kurortundakı Boçarov Ruçey adlı yay iqamətgahında qəbul edib. Bu, onların 2019-da səkkizinci görüşdür. Ərdoğan bu il Rusiyaya 4 dəfə səfər edib: 23 yanvar və 8 apreldə işgüzar ziyarət, 14 fevral Astana üçlüyünün zirvəsi və avqustun 27-də MARKS aviaşousu. Putin 2019-cu ildə Türkiyəyə yalnız bir dəfə gedib. Sentyabrın 16-da Putin daha bir Astana sammitində iştirak edib. Cütlük 29 iyunda Osakadakı G-20 sammitində, həmçinin 15 iyunda Düşənbədə görüşüb.

    Muxalifet - 23-10-2019

  16. SON DƏQİQƏ: Azərbaycanda vəzifəli şəxsin faciəvi sonu – FOTOLAR

    Hacıqabulda yük avtomobili piyadanı vuraraq öldürüb.

    Muxalifet.az xəbər verir ki, ötən gecə saat 00.00-da Bakı-Qazax magistralının Muğan qəsəbəsi ərazisindən keçən hissəsində "DAF" markalı, 20 DN 720 dövlət nömrə nişanlı yük avtomobili sərxoş vəziyyətdə yolu keçən piyadanı vurub. Təkərin altında qalan piyada, Bərdə sakini Qocamanov Zöhrab Böyükkişi oğlu  hadisə yerində ölüb.

    Muxalifet - 23-10-2019

  17. Kremldən Suriya AÇIQLAMASI: Türk ordusu onları əzib keçəcək

    “YPG geri çəkilməsə, türk ordusu tərəfindən əziləcək”.
    Muxalifet.az
    xəbər verir ki, bu açıqlama Kremldən gəlib.
    Rəsmi Moskva ötən gün Türkiyə ilə Rusiya arasında imzalanan Soçi memorandumu ilə bağlı bu gün daha bir bəyanat verib.
    Bəyanatda həmçinin bildirilib ki, ABŞ-ın “xəyanət” etdiyi YPG-çilər sərhədə yaxın yerləşdirilib və türk ordusu ilə müharibəyə cəsarətləndirilir.

    Muxalifet.az

    Muxalifet - 23-10-2019

  18. “GENERALLAR PREZİDENTİ DEVİRMƏYƏ, BAŞ NAZİRİ ÖLDÜRMƏYƏ HAZIRLAŞIRDI...” - “Qızıl kralı” Əhməd Əliyev azadlığa çıxdı, sensasion bəyanat verdi - VİDEO

    Özbəkistanda nüfuzlu azərbaycanlı biznesmen, “qızıl kralı” kimi tanınan və Milli Təhlükəsizlik Xidmətinin generallarının sifarişi ilə həbs edilib bu yaxınlarda azadlığa çıxan Əhməd Əliyev sensasion bəyanatlar verib. Virtualaz.org özbək mənbələrinə istinadən xəbər verir ki, o, Milli Təhlükəsizlik Xidmətinin bəzi generallarının dövlət çevrilişi planından xəbər tutduğu üçün həbs edildiyini bildirib. Plana əsasən qəsdçilər Özbəkistanın prezidentini devirməli, baş naziri (indiki prezident Şövkət Mirziyoyev) isə öldürməli idi.

    Muxalifet - 23-10-2019

  19. Döyüş əməliyyatları demək olar ki, ölkəmizin ortasında aparılıb – Nazir

    Qoşulmama Hərəkatının üzv dövlətlərinin Bakı Sammitində iştirak etmək marağının səviyyəsi bizi olduqca ruhlandırır və bu, XVIII sammitin hərəkatımızın daha bir uğur hekayəsi olacağına inam verir. Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq siyasi təşkilat olaraq hərəkatımız siyasi məsləhətləşmələr və praktiki əməkdaşlıq üçün geniş və əhatəli bir platformanı təmin edir. Tarix boyu Qoşulmama Hərəkatı beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsində əsas rol oynayıb.

    Muxalifet - 23-10-2019

  20. ŞAD XƏBƏR: Bu şəxslərin əməkhaqları 20 faiz ARTIRILDI

    Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib.

    Muxalifet - 23-10-2019

Pages