ABŞ hərbi bazalarını köçürür

Muxalifet.az hurriyet.com-a istinadla xəbər verir ki, ABŞ Şimalı Suriyadan çıxış hazırlığı çərçivəsində Menbiç, Aynulərəb ( Kobani ) və Ayn İsadan sonra Hasekedəki dörd baza və iki müşahidə məntəqəsini də boşaldıb.
Əbdüləziz Dağı bölgəsindəki radar izləmə bazasını Aynulərəbdəki kimi döyüş təyyarələriylə bombardman edən ABŞ Şəddadi və Əl Vəzir bazaları ilə Himo, Cəzaevi bölgələrindəki hərbi müşahidə mənətəqələrini də boşaldıb. Bazalardakı avadanlıqları əvvəlcə tırlar və zirehli texnika ilə Tel Beyder bazasına göndərən hərbi kontingent indi Tel Beyderi də boşaldıb İraqa yollanıblar. Hal – hazırda Hasekedəki Rümeylan bazasının boşaldılma işləri gedir. Bundan başqa Suriyanın şərqindəki Deyrizor məntəqəsində də ABŞ bazaları var. ABŞ İŞİD-lə mübarizə bəhanəsiylə terror təşkilatı YPG/PKK-ya dəstək vermək üçün toplam 18 hərbi baza qurmuşdu.