Axtarış
The search found 105712 results in 0.036 seconds.
Search results
Nikolay Patruşevin oğlu Ərəbistana niyə getmişdi? – Putinin səfərində imzalanmış 41 sazişdə onun rolu nədir?
Səudiyyə kralı Salman bin Əbdüləziz Ali-Səud 2017-ci ilin oktyabrında Moskvaya gələndə, şəhərdəki kortejinin ölçüsü ilə bağlı məşhur bir zarafat yaranmışdı: “Kralın tam adındakı hərflərin sayı nəqliyyat vasitələrinin sayına düz mütənasibdir”. Ər-Riyadda Rusiya prezidenti Vladimir Putinin korteji yalnız onun “Aurus Senat” limuzinindən ibarət idi, lakin səudiyyəlilər ona çara layiq ehtiram göstərib, nəqliyyat vasitəsini 16 gözəl ərəb atı ilə müşayiət ediblər.
Muxalifet - 16-10-2019
Bakıda özünü öldürmək istəyən qadın belə xilas edildi - VİDEO
Ötən gün Bakıda intihar etmək istəyən qadın Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən son anda xilas edilib.
Muxalifet.az Baku.ws-ə istinadən xəbər verir ki, videodan göründüyü kimi özünü hündürlükdən atmaq istəyən qadınla danışıqlar aparılır.
Qeyd edək ki, 15 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər vətəndaşın hündürlüyə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.
Muxalifet - 16-10-2019
Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal
Borc qalmaqalına görə deputat mandatı ləğv edilən Rafael Cəbrayılov milyonçular məhəlləsində yerləşən villasını satışa çıxarıb.
Yenisabah.az-a daxil olan məlumata görə, keçmiş deputatın villanı satışa çıxarması borcları qaytara bilməməsilə bağlıdır. Əmlakın ilkin satış qiyməti 1.5 milyon manat göstərilib.
Muxalifet - 16-10-2019
Qalmaqallı "İnfiniti" klubundakı cinayət: vergidən yayınma, rüşvət, ölümü - TƏFƏRRÜAT
Bakının məşhur gecə klublarından biri olan "İnfiniti" klubun adı daha bir qalmaqallı işdə keçir. Bu dəfə klubun rəhbər şəxslərinin rüşvət verdiyi üzə çıxıb.
Muxalifet.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxslərin cinayər işi üzrə məhkəmə iclası keçirilir. Həmin şəxslər "Azərişıq" ASC-nin Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin aparıcı mühəndisi İlham Məmmədov və İdarənin Kəsim şöbəsinin mühəndisi İlkin Hüseynovdur. Məhkəmə istintaqı hakim Əfqan Hacıyevin sədrliyi ilə araşdırılır.
Muxalifet - 16-10-2019
Ərdoğanla Əsəd görüşəcək? - Rusiyadan AÇIQLAMA
Livanın “Əl Mayadin” televiziyası Türkiyə və Suriya rəhbərlərinin Rusiyanın vasitəçiliyi ilə Soçidə görüşəcəyini iddia edib.
Publika.az xəbər verir ki, Kreml bu iddianı cavabsız qoymayıb.
Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsədin görüşünə dair hazırlıq görülmədiyini bildirib.Muxalifet - 16-10-2019
Yunan adasında "azərbaycanlı gənclər"in yanındakı cangüdənin çantasında nə vardı?
İyulun sonlarında Yunanıstan Mikonos adasında dincəlməyə 12 gənc kişi gəlir. İlk baxışda burada təəccüblü heç nə yoxdur, bu bir turist adasıdır və buraya yay aylarında çox insan dincəlmək üçün gedir. Ancaq yerlilərin diqqətini cəlb edən bu kişilərin adada 19 günə 2 milyon avro xərcləməsi olur. Onlar burada villa kirayələyirlər, bu villa üçün günü 25 min avro olmaqla, ümumilikdə 475 min avro ödəyirlər. Bundan başqa, kişilər özlərilə qızlar da gətirmişdi. Ancaq diqqəti daha çox çəkən onların yanında əlində çanta ilə gəzən cangüdən idi. Çantanın içərisindəki isə nəğd pul idi.
Muxalifet - 16-10-2019
SON DƏQİQƏ: dəhşətli zəlzələ baş verdi
Filippin adalarında zəlzələ olub.
Bulatukan şəhərinin 7 km yaxınlığında 6,5 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin xəbərinə görə, yerli vaxtla 19:37-də baş verən zəlzələnin episentri yerin 40 km dərinliyində olub.
Zəlzələdən sonra Sakit Okean Sunami Mərkəzi sunami xəbərdarlığı edib. Xəbərdarlıq daha sonra ləvğ olunub.//publika
Muxalifet - 16-10-2019
Balasanyandan 31 il sonra ŞOK ETİRAF: İki azərbaycanlını öldürməklə Qarabağ savaşını başlatdım
Qondarma Qarabağ rejiminin “təhlükəsizlik şurası”nın keçmiş rəhbəri Vitali Balasanyan azərbaycanlılara qarşı milli zəmində cinayət törətməsini etiraf edib. Balasanyan bu etirafı “News.am”a müsahibəsində deyib. O, 22 fevral 1988-ci ildə iki azərbaycanlı gəncin öldürülməsinin təşkilatçısı olduğunu bildirib: “Mən təşkilatçı, atıcı, qatil, cinayətkar olmuşam. Etiraf edirəm. O zaman cinayət işi qaldırıldı və 1991-ci ilə qədər davam etdi. Bu məsələlərin surəti hazırda Azərbaycan Baş Prokurorluğunda saxlanılır.
Muxalifet - 16-10-2019
Fədayə Laçınla birlikdə həbs edilən polkovnik azadlığa çıxdı
Dustaqların qaçmasına görə həbs edilən polkovnik azadlığa çıxıb. .Muxalifet.az Musavat.com-a istinadən xəbər verir ki, səs-küylü işə görə həbs edilən Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev oktyabrın 5-də azadlığa buraxılıb. 2017-ci ildə həbs edilən polkovnik cəzasının 2/3 hissəsini çəkdiyi üçün azadlığa buraxılıb. Polkovnik 1 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb. Bəhruz Abdullayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi isə ötən ay polkovnikin cəzasını 3 ilə endirmişdi.
Muxalifet - 16-10-2019
"Hazırda dünyada 820 milyondan çox insan acdır" - BMT-nin Baş katibi
BMT-nin Baş katibi Antoniu Quterreş Ümumdünya Ərzaq Günü ilə bağlı müraciət yayıb.
BMT-nin Bakıdakı nümayəndəliyindən verilən müraciətdə deyilir:
"Ümumdünya Ərzaq Günü "Aclığa Son" məqsədinə çatmaq üçün qlobal çağırışdır. Bu məqsəd qidanın hər kəs üçün, hər yerdə əlçatan və müvafiq qiymətə olmasını hədəfləyir. Lakin bu gün 820 milyondan çox insan kifayət qədər qidalana bilmir.
İqlimlə bağlı fövqəladə vəziyyət ərzaq təhlükəsizliyi üçün artmaqda olan təhlükədir. Eyni zamanda iki milyard kişi, qadın və uşaq artıq çəki və ya piylənmədən əziyyət çəkir.
Muxalifet - 16-10-2019
Məktəb müəllimi haqqında SİFARİŞLİ HƏBS QƏRARI – Nazir Ceyhun Bayramov tərəfindən şiddətli töhmət verilən direktor müəllimi necə həbs etdirib... / ŞOK İDDİALAR
Cəlilabad rayonu, Göytəpə şəhər Ə.Hüseynov küçəsi, ev 9 ünvanında qeydiyyatda olan, V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbin müəllimi Murad Hüseynov bu gün səhər saatlarında Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Muxalifet.az xəbər verir ki, bu barədə Hurriyyet.org-a Murad Hüseynovun özü məlumat verib.
Muxalifet4 - 16-10-2019
"Hər kəs anladı ki, dünya dövlətlərinin çoxu Türk düşmənçiliyini davam etdirir"
lham İsmayılov: "Türk dünyası üçün vacib olan bir çox məsələlər müzakirə olundu, gələcək üçün strateji fəaliyyət istiqamətləri müəyyənləşdirildi"
Muxalifet - 16-10-2019
“Limit olmasa, heç bunlar da oynamaz” - Onlardan başqa hamını suçladı
“Məğlubiyyətin səbəbi qol vura bilməməyimiz idi. Uşaqlar həddən artıq çox üstün oynadılar. Qol vəziyyətləri də yaratdılar. Lakin rəqib səhvlərimizdən qol vurdular. Onlar yaxşı komandadır və həmin səhvlərdən də istifadə etdilər”.
Muxalifet - 16-10-2019
9 ildir "dünyanın sonunu" gözləyən ailəni polis belə tapdı - VİDEO
Hollandiyada bağ evinin zirzəmisində "dünyanın sonunu" gözləyən ailə polislər tərəfindən tapılıb.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, bir kişi və 6 uşaq faciənin yaxınlaşdığı qorxusu ilə 9 il Ruinervold kəndində ağaclarla əhatə olunmuş bir bağ evinin zirzəmisində yaşamalı olub.
Muxalifet - 16-10-2019
ABŞ-dan ŞOK ETİRAF: "PKK ilə əməkdaşlıq edərək, özümüzü Türkiyə ilə qopma nöqtəsinə gətirdik"
“Şimalı Suriyada baş verənlərdə də ABŞ məsuliyyət daşıyır”
Safvan Allahverdi,
VaşinqtonMuxalifet4 - 16-10-2019
Mina yenə gündəmdə - Sərxoş olub, sinəsini açdı - FOTO
Müğənni Mina Hüseyn yenidən sosial medianın dəqqət mərkəzinə düşüb. Muxalifet.az aznews.az-a istinadla bildirir ki, əlində şərab badəsi ilə foto paylaşan müğənninin açıq-saçıq geyimi birmənalı qarşılanmayıb. Onun sinəsini göstərən qara libası müzakirələrə səbəb olub. Minanın sözügedən fotosunu təqdim edirik:
Muxalifet - 16-10-2019
Baş Prokurorluq qadının törətdiyi dəhşətli yol qəzası barədə məlumat yaydı
Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Muxalifet - 16-10-2019
Yunanıstanda 2 milyonluq tətil edən gənclərin valideyinləri kimdir? - SOCAR-dan AÇIQLAMA
Bu ilin iyun ayında Yunanıstanın Mikonos adasında bir qrup azərbaycanlı gəncin tətil və əyləncə üçün 19 gündə iki milyon avro xərcləməsi haqqında xəbər vermişdik.
Bu haqda, Yunanıstanın "Skai TV" televiziyasında yayımlanan "George Liaga ilə günorta" şousunun reportajında məlumat verilmişdi. Reportajı hazırlayan jurnalist həmin gənclərin Azərbaycanda neft-qaz şirkətlərindən birində çalışan vəzifəli şəxslərin övladları olduğunu bildirmişdi. O, həmin gənclər haqqında məlumatları plyajda işləyən işçilərdən əldə etdiyini deyib.Muxalifet - 16-10-2019
ABŞ Türkiyəni böləcək: PKK ona görə tək buraxıldı ki... - SENSASİYALI İDDİA
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatı Qəndildə gizlənən PKK üzvlərini qorxuya salıb.
PKK liderlərindən Duran Qalxan əməliyyatın dayandırılması üçün Avropaya çağırış edib.
PKK terrorçusu ABŞ-ın İranda Türkiyədən istifadə etmək üçün YPG-ni Suriyanın şimalında tək buraxdığını iddia edib.
“ABŞ İrandan sonra Türkiyəni də böləcək. Türklər bilsin ki, Türkiyəni Sevrdən daha betər edəcəklər”, - PKK lideri bildirib.//axar
Muxalifet - 16-10-2019
İlham Əliyevdən Mayıl Əhmədovla bağlı sərəncam
Prezident İlham Əliyev Mayıl Əhmədovun 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycanda kitabxana işi sahəsində səmərəli fəaliyyətinə görə Mayıl Hilal oğlu Əhmədov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.
Muxalifet - 16-10-2019